“AFB Bank”ın biznes kreditlərinin 70%-i 25 nəfərə məxsusdur .....                     Trampın vasitəçiliyi ilə sülhə doğru .....                     Ermənistanda etiraz aksiyası keçirən Hindistan vətəndaşları dövlətlərarası yolu bağlayıb .....                     41 dərəcə isti olacağı gözlənilir .....                     Rusiya Zəngəzur dəhlizinə qarşı deyil, amma... .....                     “Ermənistan yoxdur, biz hər şeyi itirib, Cenifer Lopezi tapmışıq” .....                     Bakı-Tiblisi qatarının fəaliyyətə başlamasına hazırlıq gedir .....                     Məktəb direktoru təyinatında KÖHNƏ ÜSULLAR... .....                     Rusiyadan Azərbaycanı narahat edən hərbi zərbə .....                     Vaşinqton görüşündə masada olacaq .....                     Sabunçu məhkəməsinin sədrinə ağır itki üz verib .....                     "Bərdə-Aqrotexservis"-ə direktor seçiləcək .....                     Pakistanda keçiriləcək hərbi paradda iştirak edəcək şəxsi heyət yola düşüb .....                     Kremldə görüş, səmada PUA .....                     QİÇS xəstəsinə `SAĞLAMDIR` arayışı verən klinikada ŞƏKƏR MÖCÜZƏSİ... .....                     "Azəriqaz"ın işçisini təhqir edən şəxs inzibati məsuliyyətə cəlb olunub .....                     “ABŞ-nin də Zəngəzur dəhlizinə "əl qoyması"nın yeganə yolu sülh sazişinin imzalanmasından keçir” .....                     Fuad Hacıyev 34 000 litr premium benzin alır .....                     Azərbaycanda haqsız rəqabət hansı sahələrdə olur? .....                     Hərbi qulluqçularımız “Agile Spirit - 2025” təlimində iştirak edirlər .....                     DÜBƏK DAŞI və... Eldar Mahmudovun imkanlı ənkə-böyükləri... .....                     AZAL İranın iki şəhərinə uçuşlara başlayır .....                     Qazaxıstan AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq .....                     Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür .....                     Tibbi qurum 41 milyon manatlıq laboratoriya testlərini .....                     8 min Culfa sakininin SU ÇİLƏSİ... .....                     Xalq artisti Naibə Allahverdiyeva üzgərdirmə edir? .....                     Ukrayna üçün Qarabağ ssenarisi .....                     Qubanın köhnə yolunda işıq əvəzinə radar var, nişanlar da "gözə dəymir" .....                     “Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq .....                     ABŞ Rusiyanın Azərbaycan qazını Ukraynaya nəql edən .....                     3 ay əvvəl beh alıb... QEYBƏ ÇƏKİLDİLƏR... .....                     Artur Rasizadədən açıqlama: "Jurnalistlərin bir insafı, vicdanı olsun" .....                     “Övladlarımız var-dövlət üstündə dava etməz, .....                     “Tennis kortu”nu icarəyə götürmək adı ilə 16,5 minlik dələduzluq edildi .....                     İran Prezidenti Ermənistana səfər edəcək .....                     AZNEFT rəhbərliyi bu QƏZANI NİYƏ GİZLƏDİR? .....                     Elm və Təhsil Nazirliyindən qalmaqallı addım .....                     Paşinyanın həyat yoldaşı Ərdoğanın kitabını oxumağa başlayır: .....                     “Kredit götürməyə kömək” adı altında dələduzluq .....                 

Ukrayna üçün Qarabağ ssenarisi - İlham Əliyevin tarixi çağırışı
Tarix: Bu gün, 10:29 | Çap et

“Suverenlik naminə Ukrayna müvəqqəti işğalı qəbul edə bilər”. Bunu BBC-yə müsahibəsində Çexiya Prezidenti Petr Pavel deyib. Dövlət başçısı qeyd edib ki, işğal olunmuş ərazilər heç vaxt Rusiya kimi tanınmayacaq. “İndi Ukrayna Qərbin bütün dəstəyi ilə işğal etdiyi əraziləri qısa müddət ərzində böyük insan itkiləri olmadan azad edə bilmir. Biz onun müstəqil suveren ölkə kimi yaşamasını istəyirik. Əgər onun yaşamasının əvəzi ərazisinin bir hissəsinin müvəqqəti olaraq işğal altında qalmasıdırsa, deməli, belə olacaq. Biz bunları heç vaxt qanuni olaraq tanımayacağıq”, - prezident əlavə edib.

Yada salaq ki, Xankəndidəki media forumda çıxışı zamanı Azərbaycan lideri İlham Əliyev Ukrayna xalqını bir daha işğalla barışmamağa çağırıb.

Bəs Ukrayna üçün Qarabağ ssenarisi mümkündürmü?

Siyasi ekspert Ramiyə Məmmədova Ukrayna böhranının uzanacağını proqnozlaşdırır. Onun sözlərinə görə, keçmiş Qarabağ münaqişəsindən fərqli olaraq, bu müharibə qlobal mahiyyət daşıyır: “Təbii ki, Ukrayna hələlik ərazilərini geri almaq gücündə görünmür. Kollektiv Qərbin verdiyi dəstəyə baxmayaraq, Ukrayna müdafiə olunur. Doğrudur, Rusiya ərazilərinə dron zərbələri endirir, amma işğal edilmiş əraziləri azad etmək bu gün mümkün deyil. Çünki ABŞ və koalisiya müdafiə silahları verir. Bu da əks-hücum üçün yetərli deyil. O nöqteyi-nəzərdən təxmin etmək olar ki, Ukrayna üçün Qarabağ presedenti istisna deyil. Yəni yaxın illərdə torpaqlar işğal altında qalacaq. Əgər ABŞ işğalçı qüvvələri bombardman etməyə köməklik göstərsə, tezliklə Ukrayna ərazi bütövlüyünü bərpa edə bilər. Lakin bu savaşda Qərbin strateji hədəfi odur ki, nə Rusiya qalib gəlsin, nə Ukrayna məğlub olsun”.

Analitikin fikrincə, Ukrayna üçün Gürcüstan variantı da var: “Söhbət Avropaya inteqrasiyadan gedir. Gürcüstan Rusiyanın himayə etdiyi Abxaziya və Cənubi Osetiya problemini gündəlikdə saxlamır, əvəzində mövcud əraziləri ilə Avropa Birliyinə üzvlüyü hədəfləyib. Ukrayna da şərq və cənub ərazilərini, yəni 20 faiz torpağını itirsə də, avrointeqrasiyanı sürətləndirə, inkişaf yolunu tuta bilər. Sadəcə, atəşkəs üçün ləyaqətli şərtlər olmalıdır ki, Ukrayna razılaşsın. Bu da olmadıqca hərbi əməliyyatlar davam edəcək. Şübhəsiz ki, 4 ildir döyüşən, təslim olmayan Ukrayna işğalla barışmadığını sübut edir. Azərbaycan da işğalla barışmadı və nəticə qazandı. Ukraynanın isə qarşısında birbaşa Rusiyadır və bu, vəziyyəti daha da ağırlaşdırır. Hər halda, indiki reallıqlar atəşkəsi şərtləndirir, döyüşə davam heç bir tərəfə qazandırmır”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin sözlərinə görə, Rusiyanın müttəfiqləri də işğal olunan əraziləri “Yeni Rusiya” kimi tanımır: “Dünya bu işğalla barışmır, eləcə də Ukrayna. Ukrayna ərazi bütövlüyünü bərpa etməli və Rusiya ordusu 1991-ci ilin sərhədlərinə qayıtmalıdır. Bu olmadıqca, müharibə davam edəcək, atəşkəs pozulacaq, işğal edilən ərazilərdə sabitlik bərqərar olmayacaq, Putin o regionlara əhali köçürə bilməyəcək. Azərbaycan Prezidentinin tövsiyəsi də təcrübədən irəli gələn bəyanat idi. Biz xalq olaraq işğala boyun əymədik və gücləndik, ən əlverişli şəraitdə torpaqların azad olunması əməliyyatlarına başladıq. Məncə, Ukrayna da torpaqlarını azad edəcək. Sadəcə, bu gün olmaya bilər”.

S.Əsədli hazırda silahların susmasını vacib sayır, onun fikrincə, tökülən qanlar artıq dayandırılmalıdır: “Hər gün dinc insanlar qətlə yetirilir. Rusiya isə 4-cü ildir ki, davam edən savaşda itirdiklərinə baxsa, qazandıqlarına dəyməz”.

Qeyd edək ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya gedib. TASS mənbələrə istinadən məlumat yayıb. Uitkoffu Vnukovo hava limanında Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev qarşılayıb.

Məlumata görə, bu gün, ABŞ prezidentinin ultimatumunun bitməsinə iki gün qalmış Uitkoff ilə Rusiya nümayəndələri arasında danışıqlar aparılmalıdır.

Yeri gəlmişkən, Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub. Ukraynanın dövlət başçısı Telegram hesabında yazıb. O, söhbət zamanı Ağ Ev rəhbərinə sülh istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib. Zelenski insan ölümlərinin mümkün qədər tez dayandırılmalı olduğunu açıqlayıb: “Həqiqətən də qətllərin qarşısını tez bir zamanda almaq lazımdır. Biz bunu dəstəkləyirik. Müharibə aylardır davam edir. Bu müddət savaş olmadan da keçə bilərdi”.

Ukrayna Prezidenti amerikalı həmkarı ilə ölkələr arasındakı mövqelərin koordinasiyasını həyata keçirdiyini, eləcə də Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsini müzakirə etdiyini açıqlayıb. Tramp Rusiyanın Kiyevə zərbələri barədə də məlumatlandırılıb. Gündəmdə Niderland, İsveç, Norveç və Danimarkanın Ukraynaya silah yardımı üzrə qərarı, habelə ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq kimi məsələlər də olub. Zelenski rəsmi Vaşinqtonla müdafiə sektorunda tərəfdaşlığa dair sazişin mətninin hazır olduğunu da bildirib.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“AFB Bank”ın biznes kreditlərinin 70%-i 25 nəfərə məxsusdur – ŞOK HESABAT
Bu gün, 13:10
Trampın vasitəçiliyi ilə sülhə doğru – Azərbaycan və Ermənistan liderləri AĞ EVDƏ
Bu gün, 13:05
Ermənistanda etiraz aksiyası keçirən Hindistan vətəndaşları dövlətlərarası yolu bağlayıb - KİV
Bu gün, 12:58
41 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:56
Rusiya Zəngəzur dəhlizinə qarşı deyil, amma... - İNCƏLƏMƏ
Bu gün, 12:44
“Ermənistan yoxdur, biz hər şeyi itirib, Cenifer Lopezi tapmışıq”
Bu gün, 12:42
Bakı-Tiblisi qatarının fəaliyyətə başlamasına hazırlıq gedir - AÇIQLAMA
Bu gün, 12:36
Məktəb direktoru təyinatında KÖHNƏ ÜSULLAR... - İTTİHAM VAR...
Bu gün, 12:27
Rusiyadan Azərbaycanı narahat edən hərbi zərbə – Nələr baş verir?
Bu gün, 12:21
Vaşinqton görüşündə masada olacaq – “Bakı güzəştə getmədən dəhliz alacaq”
Bu gün, 12:18
Sabunçu məhkəməsinin sədrinə ağır itki üz verib
Bu gün, 12:02
"Bərdə-Aqrotexservis"-ə direktor seçiləcək
Bu gün, 12:01
Pakistanda keçiriləcək hərbi paradda iştirak edəcək şəxsi heyət yola düşüb
Bu gün, 11:52
Kremldə görüş, səmada PUA
Bu gün, 11:51
QİÇS xəstəsinə `SAĞLAMDIR` arayışı verən klinikada ŞƏKƏR MÖCÜZƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 11:42
"Azəriqaz"ın işçisini təhqir edən şəxs inzibati məsuliyyətə cəlb olunub
Bu gün, 11:35
“ABŞ-nin də Zəngəzur dəhlizinə "əl qoyması"nın yeganə yolu sülh sazişinin imzalanmasından keçir” - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:22
Fuad Hacıyev 34 000 litr premium benzin alır
Bu gün, 11:19
Azərbaycanda haqsız rəqabət hansı sahələrdə olur? – Siyahıda məşhur şirkətlər də var
Bu gün, 11:18
Hərbi qulluqçularımız “Agile Spirit - 2025” təlimində iştirak edirlər
Bu gün, 11:15
DÜBƏK DAŞI və... Eldar Mahmudovun imkanlı ənkə-böyükləri... - AXI NİYƏ?..
Bu gün, 11:13
AZAL İranın iki şəhərinə uçuşlara başlayır - DİQQƏT!
Bu gün, 11:02
Qazaxıstan AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq - TASS
Bu gün, 11:00
Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür – Agentlikdən hələ də həll yolu görsədəcək açıqlama yoxdur...
Bu gün, 10:50
Tibbi qurum 41 milyon manatlıq laboratoriya testlərini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 10:45
8 min Culfa sakininin SU ÇİLƏSİ... - AXI NİYƏ?
Bu gün, 10:43
Xalq artisti Naibə Allahverdiyeva üzgərdirmə edir? - AÇIQLAMA
Bu gün, 10:33
Ukrayna üçün Qarabağ ssenarisi - İlham Əliyevin tarixi çağırışı
Bu gün, 10:29
Qubanın köhnə yolunda işıq əvəzinə radar var, nişanlar da "gözə dəymir" - Köhnə kəndə, təzə adət...
Bu gün, 10:24
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq - DİQQƏT!
Bu gün, 10:20
ABŞ Rusiyanın Azərbaycan qazını Ukraynaya nəql edən infrastruktura hücumunu pisləyib
Bu gün, 10:19
3 ay əvvəl beh alıb... QEYBƏ ÇƏKİLDİLƏR... - "İndi telefonlara da cavab vermirlər..."
Bu gün, 10:15
Artur Rasizadədən açıqlama: "Jurnalistlərin bir insafı, vicdanı olsun" - REAKSİYA
Bu gün, 10:06
“Övladlarımız var-dövlət üstündə dava etməz, Səmədin vəsiyyəti olmadı”
Bu gün, 09:59
“Tennis kortu”nu icarəyə götürmək adı ilə 16,5 minlik dələduzluq edildi – HÖKM
Bu gün, 09:58
İran Prezidenti Ermənistana səfər edəcək
Bu gün, 09:55
AZNEFT rəhbərliyi bu QƏZANI NİYƏ GİZLƏDİR? - "Yaralananlar var, amma..."
Bu gün, 09:52
Elm və Təhsil Nazirliyindən qalmaqallı addım – Müəmma
Bu gün, 09:46
Paşinyanın həyat yoldaşı Ərdoğanın kitabını oxumağa başlayır: - Özü açıqladı
Bu gün, 09:36
“Kredit götürməyə kömək” adı altında dələduzluq - MƏHKƏMƏ
Bu gün, 09:34
“Rapid Services Azerbaijan” MMC məhkəmədə “Core Construction”a qalib gəlib
Bu gün, 09:33
Sabah Azərbaycan və Ermənistanın iştirakı ilə tarixi hadisə baş verəcək - Saakaşvili yazdı
Bu gün, 09:30
Xankəndidə işləyən fəhlənin başına gələnlər: evlərdən birində divanın altından tapdığını satmaq istədi və... - TƏFƏRRÜAT
Bu gün, 09:24
Kremlin Qarabağdakı “desantı”nın alacağı cəza - AKTUAL
Bu gün, 09:22
Mənzilini "VTB Bank"a girov qoydu, pulunu ödəsə də evini itirdi... - TƏFƏRRÜAT
Bu gün, 09:17
AXI NİYƏ: Təqaüd yaşına 1 il qalmış İXTİSARA SALINIR... - ETİRAZ VAR...
Bu gün, 09:10
“Azərbaycan – Şimali İran deyil!” – Bakı ilə Tehran arasında konsulluq qalmaqalı
Bu gün, 09:03
Təhsil yox, telefon var: Qızlar da, oğlanlar da məktəbdən qaçır - “Statistika kağız üzərindədir, siniflər isə boşdur"
Bu gün, 09:01
““Azəreneji”yə 10 min manata işə düzəldəcəm” deyərək dələduzluq etdi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Sülhə mina basdırılır: Ermənistan xəritə ilə alver edir - SÜLHƏ İNANAQMI?
Bu gün, 08:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru