Bu ilin yanvar-iyun ayları ərzində bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar 131 işə baxılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, baxılan müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək artım qeydə alınıb.
Haqsız rəqabət daha çox ticarət sektorunda qeydə alınıb. Bu sektorda fəaliyyət göstərən bazar subyektləri tərəfindən Agentliyə haqsız rəqabətlə bağlı 43 müraciət edilib. Bundan başqa, xidmət sektorunda 20, ictimai iaşə sahəsində 11 işə baxılıb.
Bu ilin ilk yarısında haqsız rəqabətə yol verilməsi ilə əlaqədar baxılmış müraciətlərin sahələr üzrə bölgüsü aşağıdakı kimi olub:
Ticarət – 43;
Xidmət – 20;
Qeyri-qida – 11;
İctimai iaşə - 11;
İstehsal – 10;
Qida – 4;
Tibbi xidmət – 4;
Dərman vasitələri və tibbi avadanlıqlar – 2;
Rabitə xidməti – 1;
Turizm xidməti – 1;
Digər – 24.
Məlumat üçün onu da bildirək ki, haqsız rəqabətə yol verilməsi ilə əlaqədar baxılan işlər arasında məşhur şirkətlərin də adı yer alıb.