Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var .....                     Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                     Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                     "Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Bakıda klassik musiqi konserti .....                     Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: .....                     "Niyə insanların şikayətlərinə baxmırsınız?!" .....                     Türkiyənin vitse-prezidenti İrəvandadır .....                     Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" .....                     ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... .....                     FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı .....                     Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... .....                     ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir .....                     Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                     11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN .....                     “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     Keçmiş nazir və universitet rəhbəri cərimələndi .....                     Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb .....                     “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? .....                     İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq .....                     Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə .....                     Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... .....                 

Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! - Prezidentin açıq ismarışı
Tarix: 5-07-2025, 16:18 | Çap et

Xankəndi, 04.07.2025! – Tarix təqvimə sığmır!.. Xankəndi – Xandan çox daha üstün, kənddən böyükmü? - böyük!

Azərbaycan üçün, bütövlükdə bölgə üçün yeni epoxanın çox parlaq anonsu verildi. – İnanın inandığınıza, arlanmasam, çoxun qənşərində də çox, böyüyün önündə böyük, Zirvənin yanıbaşında bir də, ucamı? - uca yazaram!

Bəli, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT - ECO) XVII Zirvə Toplantısı keçirildi! 17-ci olsa da, ilk kimi oldu - paytaxtlarda keçirilmişdi - onlardan daha şavaqatlı oldu bu Zirvə! Oldu da oldu!

Üzv, üzv olacaq və heç vaxt üzv olmayacaq ölkələrin mediası Xankəndi ruhi energetikası ilə doldu da doldu! Maşallah olsun! Belə çiçəklənmələr, belə şahlanışlar, belə qanadlanmalar, belə göyüzü və belə dərinmi? - dərin işlər hələm-hələm olmur da olmur! Xankəndidə oldu, Azərbaycan dövləti bacardı, İlham Əliyev böyük gələcəyin qutlu xəritəsinə öz imzasını atdı! – Xankəndi Zirvəsi – növbəti uğurlarımızın iradəvi proloquna döndü.

Düz 30 il beynəlxalq hüququn bloklandığı, BMT qətnamələrinin kağız üzərində qaldığı, Avropa institutlarının diplomatik ədəbazlıqlarla məsələni “dondurduğu” məkanda – Xankəndidə keçirilən İƏT-in 17-ci Zirvə Toplantısı bu beynəlxalq qurumun, üzv ölkələrin, öz ölkəmizin, Qarabağın və Xankəndinin ən urvatlı, unudulmaz hadisələrindən oldu.

Bəli, artıq sadəcə “işğaldan azad olunmuş şəhər” deyib keçə bilmərik – beynəlxalq əməkdaşlığın gerçəkçi coğrafiyasıdır Azərbaycanın Qarabağı, Qarabağın Xankəndisi. Bu, sırf diplomatik jest deyil, bəli; bəli, bu, ərazi bütövlüyü bərpa olunmuş bir ölkənin öz sınırlarında suverenlik hüququnu faktla, təşkilatla, dünya gündəmi ilə zəkicə və zirvəcə təsdiq etməsidir!

Gəlin bu məqamda, siyasi-simvolik təkandan strateji sonuca varalım:

Xankəndidə Zirvə keçirilməsi simvolik addım olmaqdan daha artıqdır – bu addım, savaşsonrası dönəmin strukturlaşdırılmış (institusionallaşmış) mərhələsinə keçidin güclü hüquqi-siyasi başlanğıcıdır. Azərbaycanın son illər həyata keçirdiyi beynəlxalq tədbirlər ardıcıllığı – 2023-də Şuşada ECO Nazirlər Toplantısı, 2024-də Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvəsi, mayda Laçın Üçtərəfli görüşü və indi Xankəndidə bu – nəhəng İƏT Zirvəsi tədbiri strateji təcalladır. – Başqa sözlə, Zirvə – o ərazidə bayraq dalğalandırmaqla bitməyən, diplomatiyada ərazi mövcudluğu yaratmaq strategiyasının təzahürüdür.

İlham Əliyev bu tədbirdə yalnız evyiyəliyi edən lider kimi çıxış etmədi – müstəqil bölgəsəl siyasət formalaşdıran güc mərkəzinin başçısı kimi mövqe ortaya qoydu. Müzəffər Ali Baş Komandanın Zirvə çıxışında diqqət çəkən əsas məqamları yada salaq:

1. Tarixi ədalətin bərpası faktı – Ermənistanın 30 illik işğal siyasətinin incələnməsi, mədəni, dini vandalizmin konkret göstəriciləri və beynəlxalq ictimaiyyətin cavab məsuliyyəti;

2. Reinteqrasiya və Böyük Qayıdış sürəci – artıq 50 minə yaxın azərbaycanlının azad olunmuş ərazilərdə yaşaması faktı fonunda, keçmiş köçkünlərin mərhələli qayıdışı, yeni şəhərsalma modeli və ağıllı kəndlər ideyası;

3. Qərbi Azərbaycan kontekstinin beynəlxalq səciyyəsi – İslam Əməkdaşlıq Təşkilatının İstanbulda (57 ölkənin yekdil qətnaməsi ilə) qəbul etdiyi Ermənistanın monoetnik, etnik təmizləmə siyasətinə hüquqi qarşılıq;

4. İƏT-in və COP29-un geoiqtisadi çevrədə birləşdirilməsi – Azərbaycanın təkcə enerji göndərişçisi deyil, həm də bölgəsəl daşımaçılıq və yaşıl keçid mərkəzi kimi rolu.

Bax, bu dörd önəmli təsbit belə qəlbimizi qürurla doldurmağa yetərlidir.

İndi isə gəlin geoiqtisadi əraziləşmə – Xankəndidən keçən strateji xətlər barədə düşüncələrimizi bölüşək:

Hazırda Azərbaycanın iqtisadiyyatına qoyulmuş 350 milyard dollarlıq yatırımın yarısının dışarıdan olması, Bakı-Tiflis-Qars, Güney Qaz Dəhlizi, Zəngəzur dəhlizi kimi layihələrin təkcə bölgəsəl deyil, transkontinental mahiyyət daşıyır; bax, belə bir fonunda Xankəndinin bu sürəclərə daxil edilməsi Azərbaycanın ərazi suverenliyinin iqtisadi suverenliklə tamamlanması anlamına gəlir.

Daha açıq desək, geosiyasi inteqrasiyanın yeni mərhələsində Xankəndi “nə ilə və necə süslənəcək?” sualının cavabı artıq verilmişdir – o süs ilk növbədə beynəlxalq tədbirlər, ticarət və diplomatik bağlar olacaq!..

Bütün bunlarla yanaşı, Xankəndidə Konqres Mərkəzinin tikintisi, infrastrukturun tam funksional rejimə keçməsi, gələcəkdə təşkil olunacaq konfranslar, işgüzar forumlar və beynəlxalq formatlar üçün Qarabağın mərkəzi rol imkanlarını artırır.

Ona görə növbəti mərhələ – “Şuşa modelindən Xankəndi modelinə keçid” sayıla bilər.
Şuşa 2021-ci ildən bu yana kültürəl və bir növ ideoloji mərkəz funksiyasını daşıyır. İndi Xankəndi institusional və diplomatik mərkəz funksiyasına keçir. İƏT Zirvəsi bu keçidi rəsmi şəkildə beynəlxalq müstəviyə daşımaqdadır.

Burada bir sualı da açıq qoymamalıyıq:

yaxşı, bəs Ermənistan bu gerçəkliklə necə barışacaq? Barışa biləcəkmi?.. Böyük gümanla – nə olsa da, yenə böyük çətinliklə; bu gün artıq gerçəklik “barışmağa məcbur olacağın həqiqətə” çevrilib. Ermənistana arxa duran qüvvələrin passiv müşahidəçi rolu isə Azərbaycanın strateji planlamasının səmərəliliyini elə səmərəli şəkildə sübut edir.

Biz bu yerdə “Fövqəladə diplomatiyanın fövqəladə sonucları” demə haqqına yiyə durmuş oluruq.

Xankəndidə keçirilən İƏT Zirvə Görüşü, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının savaşsonrası dönəmdə apardığı hücum diplomatiyasının siyasi kulminasiyasıdır. Əgər 2020-ci ilin payızı - torpağın, 2023-2025-ci illər isə gərəkli siyasi atmosferin qurtuluşu idisə, artıq bu gün – 2025-ci ilin yayı – beynəlxalq rəsmi müstəvidə Qarabağın öz həqiqi yiyəsinə məxsusluğunun beynəlxalq səviyyədə dərin etiraf və təsdiqidir.

– Hansısa səfir nəinki Xankəndinə, Şuşaya, heç Ağdama getmirdi…

Bir zamanlar İran maşınları dövlət nömrələrini erməni nömrələri ilə gizlədərək, Xankəndinə qanunsuz səfərlər edir, yanacaq daşıyırdı; budur, indi Prezident Pezeşkian Xankəndidəydi. - Yaxın günlərdə İsrailin bombaladığı Tehrandan gələn Prezident Pezeşkian öz doğma dilində qarşılandı, Prezident Əliyevdən “bura sizin öz doğma vətəninizdir” lütfkarlığını eşitdi, Ərdoğan ilə Əliyevin birgə qardaş məhəbbətinin şəfqətini gördü;

Quzey Kıprısın dövlət bayrağı elə dövlətlərin bayrağı ilə birgə dalğalandı ki - bu, ilk dəfə olurdu! KKTC Cümhurbaşqanı nüvə dövlətinin, başqa dövlətlərin, habelə bir neçə ay öncə (ya zəlzələ ya vəlvələdən) Kıprıs Rum kəsimi ilə diplomatik bağ quran Türkistanlı qardaş dövlətlərin rəhbərləri ilə eyni masada - öz bayrağıyla əyləşmişdi! - Prezident Əliyev Qarabağda “ikinci erməni dövləti” qurmaq üçün min hoqqadan çıxmış və məğlub olmuş anti-Türk, anti-Azərbaycan dairələrə KKTC bayrağlyla açıq ismarıc verirdi sanki: Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! Sizin qurduğunuz nəinki “ikinci”, hətta birinci dövlət belə baştutmuş dövlət deyil. Dövlətqurma sənətini əcdadən biz bilirik! İşin təməli ədalətə, haqqa dayanmalıdır. Haqq incələr, üzülməz!

Xankəndidəki Zirvə, Xankəndi qarışıq Qarabağın 30 illik işğalının ən əsas səbəbkarlarından olan Kremlin Yekaterinburq, Voronej olaylarını törətməsi və cavabını da almasının həmən ardından baş verdi…

Bunların heç biri sıradan olaylar deyil! - Bilənlərə salam olsun!

Azərbaycan bu tarixi hadisəni bir dövlət kimi deyil, bir haqq yiyəsi kimi yaşayır. Xankəndidə İƏT Zirvəsi keçirmək yalnız gücün təntənəsi deyil, haqqın və ədalətin beynəlxalq dilə dürüst tərcüməsidir! Müşfiqin “Mənim könlüm deyir ki”… misrası – artıq poetik ricətdən daha irəli səciyyə və səviyyənin ifadəçisidir. – Bəli:

Böyük günlər,

şanlı günlər,

şən günlər,

Yoluna düşən günlər

Hələ qarşımızdadır!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru