Ziya Məmmədovu kim sıradan çıxarmaq istəyir?
Tarix: 11-05-2014, 13:07 | Çap et
 Nəqliyyat naziri Ziya Məmmədovun ətrafındakı çəmbər get-gedə daralır. Məmurun adının son zamanlar bir sıra qalmaqallı olaylarda çəkilməsi, əsas gəlir mənbələrindən məhrum edilməsi və səlahiyyətlərinin azaldılması kimi məsələlər onun hökumət daxilində dayaqlarının zəifləməsindən xəbər verir. Bir vaxtlar В«keçilməz səddВ» kimi görünən Ziya Məmmədova qarşı bu gün bəzi məmurlar birləşib və onun vəzifədən çıxarılması istiqamətində çox ciddi addımlar atırlar. Nəqliyyat Nazirliyinin (NN) rəhbərinin bəzi səlahiyyətlərinin azaldılması, eləcə də prezidentin Ağdaş rayonuna səfəri zamanı yaşanan olaylar nazirin gələcək karyerasının sual altında olduğunu göstərir. Bildirək ki, bir neçə həftə əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldı. Buna qədər isə paytaxtda sərnişin daşınması sektoruna cənab Məmmədovun baçısı və qardaşı oğlunun rəhbərlik etdiyi "Bakısərnişin-nəqliyyat” MMC nəzarət edirdi. Nazirlər Kabinetinin qərarı ilə bundan sonra paytaxtda sərnişin daşınmasının təşkilini В«BakuBusВ» MMC həyata keçirəcək. Nəzərə alsaq ki, paytaxtın sərnişin daşınmasından gün ərzində külli miqdarda xeyir götürülür, deməli nazir əsas gəlir mənbələrindən birini itirdi. В«BakuBusВ»un yaradılması В«Bakısərnişin-nəqliyyatВ» MMC-nin sıradan çıxarılmasına hesablanmış addımdır. Bu günlərdə NN rəhbərinə növbəti zərbə dəydi. Belə ki, baş nazir Artur Rəsizadənin qərarı ilə "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən, bundan sonra Daxili İşlər Nazirliyi də avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) xüsusi ölçü alətləri və cihazları ilə bu cür nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılmasını, stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsini həyata keçirəcək. Bu günə kimi həmin səlahiyyət yalnız Nəqliyyat Nazirliyində idi. Daxili İşlər Nazirliyinin Nəqliyyat Nazirliyinin səlahiyyətlərinə şərik edilməsi yuxarıların nazirə olan inamının sarsıldığının bariz göstəricisidir. Ehtimal ki, DİN məkdaşları bu işə cəlb olunandan bir müddət sonra həmin səlahiyyət Nəqliyyat Nazirliyindən tamamilə alınacaq. Ziya Məmmədovun bu cür önəmli səlahiyyətlərinin birdən-birə məhdudlaşdırılması onun üçün heç də yaxşı hal deyil. Görünən odur ki, nazir sanki hər tərəfdən küncə sıxışdırılıb və ona qarşı yuxarıların təzyiqi artıb. Məlum olduğu kimi, aylar öncə Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə verilib. Hazırda paytaxt yollarının təmir-tikinti işləri Bakı Şəhər İcra Hakimiyyəti və В«AzəryolservisВ» ASC tərəfindən həyata keçirilir. Hər il dövlət büdcəsindən yol tikintisinə, infrastrukturun yenidən qurulmasına və sair xərclərə yüklü miqdarda vəsait ayrılır. Nazir dövlət büdcəsindən milyardlarla manat vəsaitin ayrıldığı layihələrdən uzaqda qalmağa başlayıb. Hazırda, NN-in demək olar ki, elə də ciddi səlahiyyətləri qalmayıb. Böyük gəlir gətirən sahələr nazirlikdən alınıb. Etibarlı mənbələrdən aldığımız bilgilərə görə, nazirə qarşı aparılan kampaniyanın arxasında onunla əks qütbdə dayanan və uzun müddətdir aralarında ədavət olan yüksək rütbəli şəxslərdən biri dayanır. Həmin məmurun planı naziri sıradan çıxarıb NN rəhbərliyinə öz adamını gətirməkdir. Məlumata əsasən, baş verən bütün hadisələr Ziya Məmmədovun istefaya göndərilməsi ilə bağlı fikirlərin ciddiləşməsinə səbəb olub. Hökumət içindəki mövqelərinin zəifləməsi naziri köməksiz vəziyyətə salıb. Ehtimallara görə, qarşıdan gələn aylarda Nəqliyyat Nazirliyinin rəhbərliyində kadr dəyişikliyi gözlənilir. Fikrimizcə, ölkənin nəqliyyat sektorunda yaşanan problemləra son qoyulması və korrupsiya hallarının aradan qaldırılması üçün Ziya Məmmədovun görəvdən alınması ən doğru addım olardı. \\ gundelik-baku \\ Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53 |
|
|
|
| • Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19 |
|
|
|
| • "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15 |
|
|
|
| • Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57 |
|
|
|
| • Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53 |
|
|
|
| • “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33 |
|
|
|
| • Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31 |
|
|
|
| • Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27 |
|
|
|
| • Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03 |
|
|
|
| • Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53 |
|
|
|
| • Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47 |
|
|
|
| • Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41 |
|
|
|
| • Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35 |
|
|
|
| • “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19 |
|
|
|
| • Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17 |
|
|
|
| • “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12 |
|
|
|
| • Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06 |
|
|
|
| • Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58 |
|
|
|
| • “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54 |
|
|
|
| • İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44 |
|
|
|
| • Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41 |
|
|
|
| • Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26 |
|
|
|
| • Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21 |
|
|
|
| • Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19 |
|
|
|
| • Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16 |
|
|
|
| • Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05 |
|
|
|
| • Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04 |
|
|
|
| • Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59 |
|
|
|
| • Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54 |
|
|
|
| • Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53 |
|
|
|
| • Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50 |
|
|
|
| • Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45 |
|
|
|
| • Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35 |
|
|
|
| • Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24 |
|
|
|
| • Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19 |
|
|
|
| • İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22 |
|
|
|
| • 4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21 |
|
|
|
| • Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19 |
|
|
|
| • Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17 |
|
|
|
| • Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14 |
|
|
|
| • Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12 |
|
|
|
| • Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12 |
|
|
|
| • Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08 |
|
|
|
| • Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52 |
|
|
|
| • "Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37 |
|
|
|
| • Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48 |
|
|
|
| • ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42 |
|
|
|
| • Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35 |
|
|
|
| • Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12 |
|
|
|
| • İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05 |
|
|
|
|