“Sosial Xidmətlər Agentliyi” PHŞ (VÖEN: 1405196831) yeni tender elan edib.
"DİA-AZ" xəbər verir ki, tender çərçivəsində əlilliyi olan şəxslər və şəhid ailələri üçün Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulub. Tenderin ilkin ehtimal olunan qiyməti 1 milyon 980 min manatdır. Hər mənzilin alınması üçün 99 min manat pul ayrılıb.
Tenderdə iştirak haqqı 600 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Fəridə Əlixanlı – Baş mütəxəssis /
farida.alikhanli@sosial.gov.az / +994 12 525 41 30
Şərtlərə görə, iddiaçılar təkliflərini 20 may 2026-cı il, saat 17:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi bina 1, mərtəbə 2 ünvanına təqdim edə bilərlər.









