Əsas Səhifə > Güney Press / Ana xəbər > Ziya Məmmədovu kim sıradan çıxarmaq istəyir?
Ziya Məmmədovu kim sıradan çıxarmaq istəyir?11-05-2014, 13:07 |
![]() Nəqliyyat naziri Ziya Məmmədovun ətrafındakı çəmbər get-gedə daralır. Məmurun adının son zamanlar bir sıra qalmaqallı olaylarda çəkilməsi, əsas gəlir mənbələrindən məhrum edilməsi və səlahiyyətlərinin azaldılması kimi məsələlər onun hökumət daxilində dayaqlarının zəifləməsindən xəbər verir. Bir vaxtlar В«keçilməz səddВ» kimi görünən Ziya Məmmədova qarşı bu gün bəzi məmurlar birləşib və onun vəzifədən çıxarılması istiqamətində çox ciddi addımlar atırlar. Nəqliyyat Nazirliyinin (NN) rəhbərinin bəzi səlahiyyətlərinin azaldılması, eləcə də prezidentin Ağdaş rayonuna səfəri zamanı yaşanan olaylar nazirin gələcək karyerasının sual altında olduğunu göstərir. Bildirək ki, bir neçə həftə əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldı. Buna qədər isə paytaxtda sərnişin daşınması sektoruna cənab Məmmədovun baçısı və qardaşı oğlunun rəhbərlik etdiyi "Bakısərnişin-nəqliyyat” MMC nəzarət edirdi. Nazirlər Kabinetinin qərarı ilə bundan sonra paytaxtda sərnişin daşınmasının təşkilini В«BakuBusВ» MMC həyata keçirəcək. Nəzərə alsaq ki, paytaxtın sərnişin daşınmasından gün ərzində külli miqdarda xeyir götürülür, deməli nazir əsas gəlir mənbələrindən birini itirdi. В«BakuBusВ»un yaradılması В«Bakısərnişin-nəqliyyatВ» MMC-nin sıradan çıxarılmasına hesablanmış addımdır. Bu günlərdə NN rəhbərinə növbəti zərbə dəydi. Belə ki, baş nazir Artur Rəsizadənin qərarı ilə "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən, bundan sonra Daxili İşlər Nazirliyi də avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) xüsusi ölçü alətləri və cihazları ilə bu cür nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılmasını, stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsini həyata keçirəcək. Bu günə kimi həmin səlahiyyət yalnız Nəqliyyat Nazirliyində idi. Daxili İşlər Nazirliyinin Nəqliyyat Nazirliyinin səlahiyyətlərinə şərik edilməsi yuxarıların nazirə olan inamının sarsıldığının bariz göstəricisidir. Ehtimal ki, DİN məkdaşları bu işə cəlb olunandan bir müddət sonra həmin səlahiyyət Nəqliyyat Nazirliyindən tamamilə alınacaq. Ziya Məmmədovun bu cür önəmli səlahiyyətlərinin birdən-birə məhdudlaşdırılması onun üçün heç də yaxşı hal deyil. Görünən odur ki, nazir sanki hər tərəfdən küncə sıxışdırılıb və ona qarşı yuxarıların təzyiqi artıb. Məlum olduğu kimi, aylar öncə Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə verilib. Hazırda paytaxt yollarının təmir-tikinti işləri Bakı Şəhər İcra Hakimiyyəti və В«AzəryolservisВ» ASC tərəfindən həyata keçirilir. Hər il dövlət büdcəsindən yol tikintisinə, infrastrukturun yenidən qurulmasına və sair xərclərə yüklü miqdarda vəsait ayrılır. Nazir dövlət büdcəsindən milyardlarla manat vəsaitin ayrıldığı layihələrdən uzaqda qalmağa başlayıb. Hazırda, NN-in demək olar ki, elə də ciddi səlahiyyətləri qalmayıb. Böyük gəlir gətirən sahələr nazirlikdən alınıb. Etibarlı mənbələrdən aldığımız bilgilərə görə, nazirə qarşı aparılan kampaniyanın arxasında onunla əks qütbdə dayanan və uzun müddətdir aralarında ədavət olan yüksək rütbəli şəxslərdən biri dayanır. Həmin məmurun planı naziri sıradan çıxarıb NN rəhbərliyinə öz adamını gətirməkdir. Məlumata əsasən, baş verən bütün hadisələr Ziya Məmmədovun istefaya göndərilməsi ilə bağlı fikirlərin ciddiləşməsinə səbəb olub. Hökumət içindəki mövqelərinin zəifləməsi naziri köməksiz vəziyyətə salıb. Ehtimallara görə, qarşıdan gələn aylarda Nəqliyyat Nazirliyinin rəhbərliyində kadr dəyişikliyi gözlənilir. Fikrimizcə, ölkənin nəqliyyat sektorunda yaşanan problemləra son qoyulması və korrupsiya hallarının aradan qaldırılması üçün Ziya Məmmədovun görəvdən alınması ən doğru addım olardı. \\ gundelik-baku \\ Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq. Geri qayıt |