Metro rəisinin son çıxışı pasportuna "texnokrat" yazdırmış 10 illik komandanın trimfudur.
Müəllimə məsləhətçiləri desin ki, paytaxtın kənar ərazilərində yaşayıb hər gün mərkəzə gəlməli olan adamlar onsuz da gəlir - avtobusla, taksi ilə, şəxsi maşınla. Yəni metronun olmaması bu axını dayandırmır.
Sadəcə insanlar üçün daha bahalı və iztirablı edir. Onların saatlarla vaxtını alır, stresə salıb sağlamlığını pozur.
İctimai nəqliyyat və yollar daha çox yüklənir.
Ola bilsin rəis hardasa oxyub və ya eşidib ki, "yaradılmış tələbat" sayəsində metronun əlçatanlıq səviyyəsi yüksəlir və mərkəzə getmək daha asanlaşır.
Amma axı periferiyada fiziki və keyfiyyət baxımından zəruri xidmətlər, iqtisadi aktivlik yoxdursa, bütün həyat 4,5 min kv/km sahəsi olan Abşeron yarımadasının onda birində yerləşirsə, insanların hər gün hətta saatlarla tıxacda qalsa belə, kənarlardan mərkəzə axın təxirəsalınmaz məcburiyyətdir.
Məlumat üçün: Bakının mərkəzi hissəsi sayıla biləcək 5 rayonun ümumi sahəsi təxminən cəmi 400 kv/km-dir.
Müəllif: Rövşən Ağayev - "DİA-AZ"









