Binəqədidə sakinlər buna görə narazılıq edir... .....                     ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq .....                     Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? .....                     Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir .....                     İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb .....                     Formatın süqutu: Rusiya nəyə ümid edir? .....                     Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır .....                     “ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” .....                     Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” .....                     Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... .....                     “Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” .....                     İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu .....                     "Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ .....                     Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? .....                     ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır .....                     Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək .....                     Bağçalara elektron sənəd qəbulu dayandırılır .....                     Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                     “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” .....                     114 nömrəli avtobusun bitməyən problemləri... .....                     Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı .....                     Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü .....                     62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI .....                     Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK .....                     Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı .....                     Bakıxanov qəsəbəsində ağaclar kəsilib? .....                     Alim Qasımov "Eurovision"a gedə bilər? .....                     Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır .....                     "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" .....                     Azərbaycanlı xanım məhkəməni uddu .....                     Metropoliten rəhbərinə irad: .....                     Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar .....                     “Azercell” istehlakçıları aldadır? .....                     Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: .....                     Şoyqu nə dedi... niyə dedi... necə dedi... .....                     Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                 

“Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Tarix: Bu gün, 04:50 | Çap et

Ermənistan Baş naziri Nikol Paşinyan, “Güclü Ermənistan” partiyasının sədri və rusiyalı oliqarx Samvel Karapetyana çıxışlarından əvvəl Çindən gətirdiyi halüsinogen göbələklərdən istifadə etdiyi barədə verdiyi açıqlamalara görə 6 milyon dram (təxminən 16 200 dollar) təzminat tələb edir.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

“Cavabdehdən böhtan nəticəsində vurulmuş mənəvi zərərə görə iddiaçının xeyrinə 6 milyon dram tutulmasını xahiş edirik”, - məhkəmə aktlarının dərc olunduğu “Datalex” saytında bildirilib.

Həmçinin bəyanatda Karapetyandan canlı efirdə təkizb və üzr tələb olunub.

Samvel Karapetyanın mayın 7-də Nikol Paşinyan haqda verdiyi açıqlaması belədir:

“Çində insanlarda halüsinasiyalara səbəb olan xüsusi göbələk restoranları var. Paşinyan Çində olanda bunu sınayıb, bəyənib. Məndə olan məlumata görə, Ermənistana təxminən bir ton bu göbələkdən gətirib”.

Oliqarx əlavə edib ki, Paşinyan jurnalistlərlə görüşəndə mütləq həmin göbələklərdən istifadə edir.

Prosesləri şərh edən siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, Karapetyanın verdiyi bu açıqlama göstərir ki, artıq siyasi mübarizə ən kəskin mərhələyə qədəm qoyur və bu mərhələdə opponentlər bir-birinə qarşı bütün sədləri keçmək niyyətindədirlər, hətta artıq bu sədləri keçirlər:

“ Burada artıq hər hansı siyasi və yaxud digər əxlaq normalarının, eləcə də siyasi mədəniyyət normalarının qorunacağı ilə bağlı gözləntilər çox azdır. Paşinyanın Karapetyana qarşı istifadə etdiyi həm təzyiq, həm də təqib elementləri göstərir ki, hakimiyyət opponentlərinin addımlarına qarşı həm qanunvericilikdən, həm də digər inzibati resurslardan istifadə edərək ən sərt formada cavab verməyə çalışacaq. Yəni bir növ adekvat reaksiya nümayiş etdirəcək. Seçki yaxınlaşdıqca, hansı ki artıq sayılı günlər qalıb, biz bu prosesi daha kəskin mübarizə formasında müşahidə edəcəyik. Bu həm ritorik müstəvidə - bir-birinə qarşı irəli sürülən ittihamlar səviyyəsində, həm də media müstəvisində aparılan kampaniyalarda özünü göstərəcək. Hətta hakimiyyət inzibati resurslardan istifadə edəcək, müxalifət isə əlində olan imkanlarla hakimiyyətə qarşı fəaliyyət göstərəcək”.

Analitik qeyd edib ki, tərəflər bir-birini gözdən salmaq məqsədilə bütün vasitələrə əl atırlar və artıq siyasi mübarizə heç bir normaların gözlənilmədiyi mərhələyə keçir:

“Bu kontekstdə kimin şansının daha çox olması hələ də müəyyən qədər açıq qalır. Əvvəldən Paşinyanın şansları daha yüksək hesab olunurdu. Lakin seçki kampaniyası başladıqca, xüsusən Karapetyanın aktivləşməsindən sonra müxalifətin reytinqində, Paşinyanı keçməsə belə, müəyyən yüksəliş hiss olunur. Hesab edirəm ki, bu, erməni cəmiyyətində Karapetyanın yeni fiqur kimi qəbul edilməsindən irəli gəlir. Əvvəldən belə bir fikir var idi ki, Karapetyan Koçaryanla birlikdə hərəkət edəcək və bu da ictimaiyyətdə müəyyən tərəddüdlər yaradırdı. Amma Karapetyanın Koçaryanla birlikdə hərəkət etməməsi, məsafə saxlaması və əməkdaşlıq təkliflərini rəddi ictimaiyyətdə ona qarşı müəyyən qədər inam formalaşdırıb. Bu kontekstdə Karapetyanın timsalında müxalifətin reytinqi əvvəlki dövrlə müqayisədə müəyyən qədər yüksəlib. Amma ümumi mənzərəyə baxdıqda Paşinyanın şansları hələ də daha yüksək görünür.Bunun bir neçə səbəbi var. Birincisi, Karapetyan yeni fiqur kimi təqdim olunsa belə, Ermənistan cəmiyyətində müxalifətlə bağlı ümumi fikir onların keçmiş hakimiyyətlə əlaqəli olmasıdır. Cəmiyyətin böyük hissəsi düşünür ki, yeni simalar ön plana çıxarılsa belə, mövcud müxalifət yenə də Koçaryan və Sarkisyan dövrünün siyasi xəttinə bağlıdır və onların hakimiyyətə gəlməsi ölkənin əvvəlki problemlərlə yenidən üzləşməsi riskini yarada bilər. İkinci mühüm amil isə sülh məsələsidir. Ermənistan cəmiyyəti bu məsələdə şərti olaraq anti-sülh və sülh tərəfdarları arasında bölünüb. Amma hələ də sülhü dəstəkləyənlər çoxluq təşkil edir. İnsanlar anlayırlar ki, Paşinyanın hakimiyyətdə qalması sülh prosesinin davam etməsi deməkdir”.

Ekspertin sözlərinə görə, bəzən Azərbaycan mediasında belə bir təsəvvür yaradılır ki, guya Ermənistan cəmiyyəti yenidən müharibə istəyir və Qarabağ məsələsinin hərbi müstəviyə qayıtmasını dəstəkləyir:

“Amma reallıqda əhalinin böyük hissəsi sülh tərəfdarıdır və ya Paşinyanı dəstəkləyir. Bu da Paşinyanın seçkidə daha şanslı olduğunu göstərən əsas amillərdən biridir. Yəni hazırkı mərhələdə onun şanslarının daha yüksək olduğunu söyləmək mümkündür. Əgər seçkiyə qədər olan müddətdə fors-major xarakterli ciddi hadisə baş verməsə, böyük ehtimalla Paşinyan seçkilərdə qalib gələcək. Digər tərəfdən, Paşinyan hakimiyyətinin ciddi inzibati resursları mövcuddur. Bundan əlavə, Avropa İttifaqı və ümumilikdə Qərb bu prosesdə Paşinyanı dəstəkləyir. Bu isə o deməkdir ki, seçki prosesində demokratik prinsiplərlə və ya insan haqları ilə bağlı müəyyən problemlər yaşansa belə, Qərb buna ümumilikdə daha yumşaq reaksiya verə bilər. Bu da Paşinyana seçki prosesini öz istədiyi çərçivədə idarə etmək baxımından əlavə imkanlar yaradır və seçki kampaniyasının ümumi atmosferinə də təsir göstərir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02
“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59
Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56
Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54
“Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50
İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ - Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Bu gün, 04:46
Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? - "Bu rəqəm Afrika ölkələrinə yaxındır..."
Bu gün, 04:29
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - "The New York Times"
Bu gün, 04:19
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Dünən, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Dünən, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Dünən, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Dünən, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Dünən, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Dünən, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Dünən, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Dünən, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Dünən, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Dünən, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Dünən, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Dünən, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Dünən, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Dünən, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Dünən, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Dünən, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Dünən, 15:01
Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Dünən, 14:59
Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Dünən, 14:54
“Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Dünən, 14:48
Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Dünən, 14:44
Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Dünən, 14:25
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Dünən, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Dünən, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Dünən, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Dünən, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Dünən, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Dünən, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Dünən, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Dünən, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Dünən, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Dünən, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Dünən, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru