Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                     Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır .....                     Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi .....                     Starmer könüllü olaraq istefa verə bilər .....                     Məqsədimiz bu idi və Putin bacarmadı .....                     Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... .....                     "Bizi adam yerinə qoymurlar..." .....                     Binəqədidə sakinlər buna görə narazılıq edir... .....                     ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq .....                     Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? .....                     Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir .....                 

“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Tarix: Bu gün, 11:19 | Çap et

Dörd ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi müasir beynəlxalq münasibətlər sistemində ən uzunmüddətli və dağıdıcı münaqişələrdən birinə çevrilib.

Rusiya- Ukrayna danışıqlarında əsas ziddiyyətlərdən biri ərazi məsələsi olaraq qalır və bu faktor sülh prosesinin irəliləməsinə ciddi maneə yaradır. Xüsusilə Donbas bölgəsi ətrafında formalaşan mövqelər tərəflər arasında razılaşmanı çətinləşdirən əsas nöqtə kimi çıxış edir. Rusiya bu ərazilərin tam şəkildə təhvil verilməsini tələb etsə də, Ukrayna mövcud vəziyyətdə nəzarətində olan bölgələrdən geri çəkilməyə hazır görünmür və bu da danışıqlarda kompromis imkanlarını məhdudlaşdırır.

Slovakiya parlamenti sədrinin müavini Tibor Qaspar Rusiya mediasına açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyaya ərazi güzəştindən imtina etdiyini bildirib.

Qaspar Rusiya-Ukrayna müharibəsinin bu il başa çatmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib: “Görünən budur ki, Zelenski ərazi itkisini rədd edir, bu, gələcək münasibətlər üçün kifayət qədər ciddi şərtdir”.

Siyasi prosesləri Sherg.az-a dəyərləndirən politoloq Natiq Miri qeyd edib ki, Rusiya ilə Ukrayna arasındakı sülh danışıqlarına ən böyük əngəl məhz ərazi məsələsidir. Onun fikrincə Rusiya Donbasın bütün ərazisinin Rusiyaya qeyd-şərtsiz təhvil verilməsini istəyir. Burada da əsas problem Donbasın tərkib hissəsi olan Luqansk və Donetsk vilayətlərinin bütün əraziləridir ki, Luqanskın çox kiçik hissəsi Ukrayna ordusunun nəzarətindədir: “Luqanskin böyük əksəriyyəti Rusiya tərəfindən işğal olunub, ancaq Donetsk vilayətinin hələ də 20–25 faizə qədəri Ukrayna ordusunun nəzarətindədir. Nəzarətdə olan şəhərlər bir növ qala şəhərləri adlanır. Yəni həm yüksəkliklər, həm meşəliklər nöqteyi-nəzərindən Ukraynanın mövqeləri müdafiə baxımından güclüdür. Və bu müdafiə xətti elə bir səviyyədə qurulub ki, artıq 4 ildən artıqdır müxtəlif yaz-yay-payız-qış əməliyyatlarına rəğmən və konkret tarixlərlə bu ərazilərin tamamilə işğalı əmri verilmiş olsa da, fakt ondan ibarətdir ki, Rusiya ordusu bunu həyata keçirə bilməyib. Üstəlik, bu gün Pokrovsk, Mirnoqrad aqlomerasiyası, o cümlədən Kramatorsk, Slavyansk və digər bölgələr var ki, bunlar bir növ "qala şəhərləri" adlanır. Ona görə ki, burada qurulan müdafiə xətti, ümumilikdə bu coğrafiya və mövqelər tamamilə Rusiyaya təhvil verilərsə, bundan sonra artıq Rusiyanın digər vilayətlərə- Zaporojye, Xarkov, o cümlədən Dnepropetrovsk və hətta Kiyevə qədər tamamilə hamar yolu açılacaq. Yəni təhvil veriləcək bu ərazilər Ukraynanın digər ərazilərinə qarşı hərbi əməliyyatlar üçün bir plasdarm rolunu oynayacaq. Buna görə də bu, Ukrayna üçün aldadıcı ola bilər. Çünki Ukrayna heç bir vaxt Rusiyaya etimad edə bilməz. Çünki Rusiya etimad olunacaq bir ölkə deyil. O baxımdan verdiyi istənilən vədə və imzaladığı istənilən sülh sənədi heç nə ifadə etmir və bunu Ukrayna rəhbərliyi də anlayır”.

Politoloq qeyd edib ki, ötən 4 il ərzində Ukrayna dövləti və xalqı göstərdi ki, onlar öz torpaqlarını Rusiya qarşısında təslim etməyəcək:

“Bu gün hərbi üstünlük artıq Rusiyanın tərəfində deyil, əksinə dron istehsalı, dron əleyhinə sistemlərin və antidron mexanizmlərinin yaradılması baxımından Ukrayna Rusiyanı artıq üstələyib. Paralel olaraq Ukrayna Rusiyanın dərinliklərində olan bütün hərbi-strateji obyektləri vurmaq üçün ballistik raketlər də istehsal etməyə başlayıb. Getdikcə bu raketlərin mənzili də artır. Yəni artıq tədricən Rusiyanın heç bir ərazisi Ukrayna raketləri üçün təhlükəsiz deyil. Bu da müharibənin artıq simmetrik müharibə mərhələsinə çatdığını göstərir. Yəni Rusiya hansı şəhərləri, paytaxtı və ya Ukraynanın qərb ərazilərini vurursa, Ukrayna da rahatlıqla Moskva, Sankt-Peterburq, Ural və daha uzaq şəhərləri həm dron, həm də raketlərlə vura bilir. Bu da Rusiyanın mövqelərini ciddi şəkildə sarsıdır. Artıq Rusiyada anlayırlar ki, bu müharibə Rusiya nöqteyi-nəzərindən uduzulub, ona görə də döyüşsüz Donbasın işğal olunmayan ərazilərinintəhvil verilməsini istəyirlər. O baxımdan ərazi məsələsinin həlli Ukraynanın Donbas ərazilərini Rusiyaya təhvil verməsi şərti ilə mümkün deyil. Bu, mümkünsüzdür. Rusiya istədiyini əldə edə bilməyəcək”.

N. Mirinin fikrincə ancaq ki, hər kəsin mövcud mövqelərində qalması şərti ilə müharibəni bitirmək olar:

“Bu halda isə Zaporojye atom elektrik stansiyasına kimin nəzarət etməsi məsələsi kimi ciddi məsələlər ortaya çıxacaq. Eyni zamanda, Ukraynanın müharibədən sonra təhlükəsizliyinə təminat və zəmanət məsələsi də aktual olaraq qalır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02
“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59
Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56
Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54
“Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50
İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ - Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Bu gün, 04:46
Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? - "Bu rəqəm Afrika ölkələrinə yaxındır..."
Bu gün, 04:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru