"Temudan əşyalar sifariş etmişik. "Starexkarqo" şirkətinin Xırdalan filialı məhsulu açıb içərisindən planşeti götürüb..." "DİA-AZ" xəbər verir ki, bu ittihamla özünün sosial şəbəkə hesabında Naile Quliyeva adlı istifadəçi çıxış edib.
Narazı vətəndaş iddialarını sübutlayan konkret fotoları da təqdim edərək, daha sonra bildirir: "Üstünü skoçlayıb qapıya gətirib. Kuryer oğlan əvvəl dedi ki, filialın qız işçisi skoçladı, sonra dedi elə olmayıb, filan...
Filialın müdiriyyəti karqonu skoçlu qəbul etdiklərini deyir. Qısası, planşet yoxa çıxıb, nə edəcəyimizi bilmirik..."









