Almaniya Rusiyanın 3,5 milyard avroluq aktivlərini dondurub - TASS
Tarix: 14-12-2024, 09:57 |
Çap et
Almaniya hakimiyyəti Avropa İttifaqının(Aİ) sanksiyaları çərçivəsində Rusiyanın təxminən 3,5 milyard avro dəyərində aktivlərini dondurub.
Bu barədə TASS-a Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi məlumat verib.
"Hazırda Almaniyada təxminən 3,5 milyard avro dəyərində aktivlər iki Aİ qaydalarına - 269/2014 və № 833/2014-ə uyğun olaraq dondurulub və ya immobilizasiya edilib", - Aİ rəsmisi qeyd edib.
O, həmçinin deyib ki, bu aktivlərə xüsusi siyahıya daxil edilmiş fiziki və ya təşkilatların dondurulmuş vəsaitləri, iqtisadi resursları, habelə əməliyyatlara qadağa tətbiq olunan ölkələrdə yerləşən Rusiya Mərkəzi Bankının xarici aktivləri daxildir.
Xatırladaq ki, 2023-cü ilin dekabrın sonunda Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi bəyan etmişdi ki, hakimiyyət ayın əvvəlində Aİ-nin sanksiyaları çərçivəsində Rusiyanın təxminən 4,1 milyard avro dəyərində aktivlərini dondurub.
Rusiyanın Qərb ölkələrindəki aktivləri Ukraynada başlayan müharibə səbəbindən dondurulur. Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Son aylarda Rusiya döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
AzVision.az