Ukrayna Amerika sülh planının şərtləri ilə razılaşdı .....                     Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? .....                     Yanan binanın sakinləri başçının UMRUNDA DA DEYİL... .....                     Neftin qiyməti gələn il 30 dollara düşə bilər .....                     Venediktovu Moskvadan İrəvana təxribat məqsədilə göndəriblər .....                     30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı .....                     İcbari tibbi sığorta: “İşsizlər üçün vəsaiti dövlət maliyyələşdirməlidir” .....                     Azərbaycan-NATO əməkdaşlığı perspektivləri daha realdır .....                     Maşın almaq istəyən üç qardaş dələduzluğun qurbanı oldu .....                     Məktəbdə direktor müavini döyən şəxs cəzalandırıldı .....                     Direktor bəraət alaraq azadlığa çıxdı .....                     "Tramp Maduronu Azərbaycana sürgünə göndərə bilər" .....                     Mehdiyev işində gözlənilməz həmlə .....                     Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb .....                     Burda pis nəticə göstərsən də, olar: VƏZİFƏDƏ YÜKSƏLƏCƏKSƏN... .....                     "Azərbaycan Ordusu artıq həmin ordu deyil..." .....                     Tacir Şahmalıoğlunun gəlini kimdir? .....                     “Sən kimsən ki?!” .....                     “Öz kəndimizdə, atamın xaraba qalmış evinin yerində məscid tikdirmək istəyirəm” .....                     SOCAR ayırdığı VƏSAİTİ AZALTDI... .....                     Əfsanə geri qayıtdı: Bakıda möhtəşəm rok gecəsi .....                     Bakını gəzən ermənilər maraqlı hadisəyə tuş gəliblər .....                     Ukraynanın süqutu yaxınlaşır .....                     VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat .....                     İrəvan Moskvadan uzaqlaşmaq üçün zəmin axtarır .....                     Almaniyanın ölkəmizdəki səfiri "Veysəloğlu"nun Mərkəz ofisində "Rossmann"ı ziyarət etdi .....                     Trampın qarın ağrısı: Venesuela qarşılığında Ukrayna sövdələşməsi? .....                     Yeni başçı sürücüsünü baş mütəxəssis təyin etdi .....                     "Bu, son statusumdur, həyatla vidalaşıram" .....                     Tofiq İsmayılovun oğluna 8 il iş verildi .....                     Rüttedən Azərbaycan və Ermənistanla bağlı .....                     Ermənistan Dubay aviaşousunda qəzadan sonra Hindistan qırıcılarının alışını dayandırır .....                     İranı Xamenei idarə etmir .....                     İnterpolun axtardığı Balakən sakini Dağıstanda tutuldu .....                     Maşın bazarı Ağdama köçürüləcək? .....                     "Moşu" ilə "Söylü" küsülüdür? .....                     "Bir xalqa musiqidə azadlıq verilirsə, o demək deyil ki, hərcmərclik olmalıdır" .....                     Ev onlara məzar olur .....                     “Manato” və “Azpulmat”ın ŞOK QANUNSUZLUĞU .....                     “Azərbaycanı hərbi yolla geri çəkmək mümkün deyil” .....                 

Müstəqil dövlətin Konstitusiya günü - İsrafil Kərimovun yazısı
Tarix: 4-11-2024, 08:13 | Çap et
Müstəqil dövlətin Konstitusiya günü
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz
dövlətinin Əsas Qanununu — Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya
müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli konstitusiyasıdır.
"Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin ali
hüquqi qüvvəyə malik olan əsas qanunlar məcəlləsi belə adlanır.
Demokratik dövlət olan ABŞ-da nümayəndəli demokratiyanın yaranması
hökumətin qərar qəbul etmək üçün istinad edə biləcəyi müəyyən qaydaların
olmasına zərurət yaratdı. Nəticədə dünyada ilk dəfə olaraq dövlət
quruculuğunu, hakimiyyət strukturlarını, eləcə də qərarqəbul etmə
qaydalarını müəyyənləşdirən ali qanun — Konstitusiya yaradıldı.
Müasir dövlətlərin çoxunun konstitusiyası var. Konstitusiyası olmayan
dövlətlərdə isə idarəetmə adət-ənənələrə, dini qaydalara əsaslanır. Bir
qayda olaraq, konstitusiyalar uzun müddətə qəbul edilir və nadir hallarda
dəyişdirilir. Belə dəyişikliklər, adətən, müharibələr, inqilablar və ya ölkənin
siyasi kursunun kəskin surətdə dəyişilməsi nəticəsində baş verir. Məsələn,
Almaniya Federativ Respublikasının, İtaliya və Yaponiyanın konstitusiyaları
bu ölkələrin II Dünya müharibəsində məğlubiyyətindən sonra yenidən qəbul
edilib. ABŞ Konstitusiyası isə, əksinə, 200 ildən çoxdur ki, fəaliyyət göstərir.
Böyük Britaniyada isə məsələ başqa cürdür. Burada konstitusiya tipli ali
qanun yoxdur. Ölkənin idarə olunması çoxəsrlik tarixi olan ənənələrin və
ayrı-ayrı qanunların əsasında həyata keçirilir.
1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti Konstitusiya qəbul
etməsə də, Milli Şurada qəbul edilmiş İstiqlaliyyət Bəyannaməsi onu əvəz
edirdi. 1920-ci il aprel işğalından sonra Azərbaycanın ictimai və dövlət
quruluşunda mövcud olmuş qaydalar dəyişdirildi və sovet rejiminin
formalaşmasına başlandı. Sovetləşmə başa çatdıqdan sonra 1921-ci il
mayın 19-da Bakıda keçirilən Azərbaycan SSR-in Birinci Sovetlər qurultayı
Azərbaycan SSR-in birinci Konstitusiyasını qəbul etdi.
1937-ci il martın 14-də IX fövqəladə Azərbaycan Sovetlər qurultayı
Azərbaycan SSR-in ikinci Konstitusiyasını təsdiq etdi. Bu Konstitusiya
1936-cı ildə qəbul edilmiş SSRİ Konstitusiyasının təkrarı idi.
Azərbaycan SSR-in sonuncu Konstitusiyası 1978-ci il aprelin 21-də
qəbul edildi. Bu Konstitusiyanın 73-cü maddəsinə görə Azərbaycan SSR-in
dövlət dili Azərbaycan dili idi. Bu, o dövr üçün çox cəsarətli addım idi, çünki
SSRİ-nin milli siyasətinin şovinist zəmində qurulduğu bir dövrdə
respublikanın ali qanununa belə bir maddənin daxil edilməsi Sovet milli
siyasətinin tələblərinə uyğun deyildi. Bu çətin vəzifənin öhdəsindən o
zamanlar Azərbaycana rəhbərlik edən Heydər Əliyev gəldi.
1991-ci il oktyabrın 18-də В«Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında Konstitusiya AktıВ» qəbul edildi. Bu sənədə görə
Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan
olunurdu. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin
Azərbaycana aid hissəsinin imzalandığı andan etibarsız olduğu göstərilirdi.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsini
hazırlamaq üçün Prezident Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət
komissiya yaradılmışdı. Yeni Konstitusiya 1995-ci il noyabrın 27-də
qüvvəyə minmişdir.
Yeni Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət
qurulması işinə hüquqi zəmin yaratdı. Əsas Qanunda dövlətin
müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin
demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail
olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar
iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s.
kimi nailiyyətlər təsbit olunmuşdu.
Artıq zaman Əsas Qanunumuzun nə qədər güclü, kamil və həyati
sənəd olduğunu təsdiqləmiş və o, demokratik sənəd kimi özünü
doğrultmuşdur. Bu möhkəm bünövrə üzərində ucalan dövlətçiliyimiz öz
demokratik mahiyyəti ilə ümumavropa dəyərlərindən faydalanmış, xalqımız
öz həqiqətlərini dünyaya bəyan etmək imkanı qazanmışdır.
Milli Konstitusiyamızın qəbul edilməsindən sonrakı dövr ərzində Milli
Məclis tərəfindən ölkə həyatının bütün sahələrini əhatə edən, dünya
standartlarına cavab verən bir sıra qanunlar qəbul edilmişdir. Azərbaycan
Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, Avropa
Şurasına üzv qəbul olmuşdur.
Baş vermiş bu dəyişikliklərdən, demokratik dəyərlərin inkişafına
yönəldilmiş bir sıra islahatlardan irəli gələn hüquqi tənzimləmə öz əksini
Konstitusiyada tapmalı idi. Bununla əlaqədar olaraq, Ulu Öndər Heydər
Əliyevin Fərmanına əsasən 2002-ci il avqustun 24-də Azərbaycan
Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsinə dair referendum
keçirildi. Xalqın iradəsinin nəticəsi olaraq Konstitusiyada 24 dəyişiklik və
əlavə edildi.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna Amerika sülh planının şərtləri ilə razılaşdı – “ABC News”
Bu gün, 18:06
Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA
Bu gün, 17:50
Yanan binanın sakinləri başçının UMRUNDA DA DEYİL... - GİLEY
Bu gün, 17:46
Neftin qiyməti gələn il 30 dollara düşə bilər - ŞOK XƏBƏRDARLIQ
Bu gün, 17:42
Venediktovu Moskvadan İrəvana təxribat məqsədilə göndəriblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:27
30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı
Bu gün, 17:24
İcbari tibbi sığorta: “İşsizlər üçün vəsaiti dövlət maliyyələşdirməlidir” - ƏKS HALDA...
Bu gün, 17:15
Azərbaycan-NATO əməkdaşlığı perspektivləri daha realdır - ŞƏRH
Bu gün, 17:13
Maşın almaq istəyən üç qardaş dələduzluğun qurbanı oldu - "Pulumuzu aldı, sonra yoxa çıxdı"
Bu gün, 17:03
Məktəbdə direktor müavini döyən şəxs cəzalandırıldı - MƏHKƏMƏ
Bu gün, 16:49
Direktor bəraət alaraq azadlığa çıxdı - QƏRAR
Bu gün, 16:42
"Tramp Maduronu Azərbaycana sürgünə göndərə bilər" - Politico
Bu gün, 16:41
Mehdiyev işində gözlənilməz həmlə – İstintaqın gedişi dəyişir?
Bu gün, 16:38
Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 16:35
Burda pis nəticə göstərsən də, olar: VƏZİFƏDƏ YÜKSƏLƏCƏKSƏN... - İLGİNC FAKTLAR...
Bu gün, 16:30
"Azərbaycan Ordusu artıq həmin ordu deyil..." - Tural Abbaslı
Bu gün, 16:24
Tacir Şahmalıoğlunun gəlini kimdir?
Bu gün, 16:14
“Sən kimsən ki?!” – Akif Nağı onu məhkəmə ilə hədələyən müğənniyə cavab verdi
Bu gün, 16:11
“Öz kəndimizdə, atamın xaraba qalmış evinin yerində məscid tikdirmək istəyirəm”
Bu gün, 16:09
SOCAR ayırdığı VƏSAİTİ AZALTDI... - YEYİNTİ VAR İMİŞ...
Bu gün, 16:06
Əfsanə geri qayıtdı: Bakıda möhtəşəm rok gecəsi - FOTO
Bu gün, 15:37
Bakını gəzən ermənilər maraqlı hadisəyə tuş gəliblər - TƏFƏRRÜAT
Bu gün, 15:34
Ukraynanın süqutu yaxınlaşır - “Sohu”
Bu gün, 15:29
VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 15:26
İrəvan Moskvadan uzaqlaşmaq üçün zəmin axtarır - Sülh buna görə lazımdır
Bu gün, 15:24
Almaniyanın ölkəmizdəki səfiri "Veysəloğlu"nun Mərkəz ofisində "Rossmann"ı ziyarət etdi - FOTO
Bu gün, 15:16
Trampın qarın ağrısı: Venesuela qarşılığında Ukrayna sövdələşməsi? - NƏ BAŞ VERİR?
Bu gün, 15:13
Yeni başçı sürücüsünü baş mütəxəssis təyin etdi - AY MAŞALLAH...
Bu gün, 15:11
"Bu, son statusumdur, həyatla vidalaşıram" - Külli miqdarda borca düşən jurnalist
Bu gün, 15:06
Tofiq İsmayılovun oğluna 8 il iş verildi - TƏFƏRRÜAT
Bu gün, 15:04
Rüttedən Azərbaycan və Ermənistanla bağlı AÇIQLAMA
Bu gün, 15:01
Ermənistan Dubay aviaşousunda qəzadan sonra Hindistan qırıcılarının alışını dayandırır - "The Jerusalem Post"
Bu gün, 14:58
İranı Xamenei idarə etmir - Gerşt
Bu gün, 13:18
İnterpolun axtardığı Balakən sakini Dağıstanda tutuldu
Bu gün, 13:11
Maşın bazarı Ağdama köçürüləcək? - Rəsmi reaksiya
Bu gün, 13:09
"Moşu" ilə "Söylü" küsülüdür?
Bu gün, 13:02
"Bir xalqa musiqidə azadlıq verilirsə, o demək deyil ki, hərcmərclik olmalıdır"
Bu gün, 13:00
Ev onlara məzar olur - Hər 10 dəqiqədə bir qadını əri, atası, qardaşı öldürür
Bu gün, 12:59
“Manato” və “Azpulmat”ın ŞOK QANUNSUZLUĞU - Telefonunuzda olan məlumatlar təhlükədə!
Bu gün, 12:58
“Azərbaycanı hərbi yolla geri çəkmək mümkün deyil” - Papikyan
Bu gün, 12:53
Rusiyada FETÖ... Azərbaycanda METÖ... - BU FAKTLAR... araşdırılmalıdır...
Bu gün, 12:51
Samirə Əfəndidən partiya sədrinə sərt cavab - "Məhkəməyə verəcəyəm"
Bu gün, 12:46
Mehdiyevin imtina etdiyi vəkilin xanımı yüksək vəzifədə imiş - FOTO
Bu gün, 12:42
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Bu gün, 12:40
Onu Vəkillər Kollegiyasından qovdular
Bu gün, 12:37
İpoteka Fondu sabiq nazirdən 360 min manata 4 avtomobil alır - İLGİNC
Bu gün, 12:20
Hansı “yerli istehsal” üçün vergini artırırlar? - AKTUAL
Bu gün, 12:19
Moskva Ukrayna ilə bağlı yenilənmiş 19 maddəlik sülh planını almayıb - Peskov
Bu gün, 12:17
“Max Group” dələduzluqda ittiham olunur - ödədiyi 6 800 manatın geri qaytarılmasını istəyir...
Bu gün, 12:16
AFB Bank Marketinq Departamentinə yeni direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru