Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? .....                     Yanan binanın sakinləri başçının UMRUNDA DA DEYİL... .....                     Neftin qiyməti gələn il 30 dollara düşə bilər .....                     Venediktovu Moskvadan İrəvana təxribat məqsədilə göndəriblər .....                     30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı .....                     İcbari tibbi sığorta: “İşsizlər üçün vəsaiti dövlət maliyyələşdirməlidir” .....                     Azərbaycan-NATO əməkdaşlığı perspektivləri daha realdır .....                     Maşın almaq istəyən üç qardaş dələduzluğun qurbanı oldu .....                     Məktəbdə direktor müavini döyən şəxs cəzalandırıldı .....                     Direktor bəraət alaraq azadlığa çıxdı .....                     "Tramp Maduronu Azərbaycana sürgünə göndərə bilər" .....                     Mehdiyev işində gözlənilməz həmlə .....                     Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb .....                     Burda pis nəticə göstərsən də, olar: VƏZİFƏDƏ YÜKSƏLƏCƏKSƏN... .....                     "Azərbaycan Ordusu artıq həmin ordu deyil..." .....                     Tacir Şahmalıoğlunun gəlini kimdir? .....                     “Sən kimsən ki?!” .....                     “Öz kəndimizdə, atamın xaraba qalmış evinin yerində məscid tikdirmək istəyirəm” .....                     SOCAR ayırdığı VƏSAİTİ AZALTDI... .....                     Əfsanə geri qayıtdı: Bakıda möhtəşəm rok gecəsi .....                     Bakını gəzən ermənilər maraqlı hadisəyə tuş gəliblər .....                     Ukraynanın süqutu yaxınlaşır .....                     VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat .....                     İrəvan Moskvadan uzaqlaşmaq üçün zəmin axtarır .....                     Almaniyanın ölkəmizdəki səfiri "Veysəloğlu"nun Mərkəz ofisində "Rossmann"ı ziyarət etdi .....                     Trampın qarın ağrısı: Venesuela qarşılığında Ukrayna sövdələşməsi? .....                     Yeni başçı sürücüsünü baş mütəxəssis təyin etdi .....                     "Bu, son statusumdur, həyatla vidalaşıram" .....                     Tofiq İsmayılovun oğluna 8 il iş verildi .....                     Rüttedən Azərbaycan və Ermənistanla bağlı .....                     Ermənistan Dubay aviaşousunda qəzadan sonra Hindistan qırıcılarının alışını dayandırır .....                     İranı Xamenei idarə etmir .....                     İnterpolun axtardığı Balakən sakini Dağıstanda tutuldu .....                     Maşın bazarı Ağdama köçürüləcək? .....                     "Moşu" ilə "Söylü" küsülüdür? .....                     "Bir xalqa musiqidə azadlıq verilirsə, o demək deyil ki, hərcmərclik olmalıdır" .....                     Ev onlara məzar olur .....                     “Manato” və “Azpulmat”ın ŞOK QANUNSUZLUĞU .....                     “Azərbaycanı hərbi yolla geri çəkmək mümkün deyil” .....                     Rusiyada FETÖ... Azərbaycanda METÖ... .....                 

Makron gücü çatmayacaq vədlər verib, "erməni ümidləri" Parisdə "dəfn" edilir
Tarix: 5-10-2024, 14:43 | Çap et
Makron gücü çatmayacaq vədlər verib,
Cənubi Qafqazda Fransanın məkrli geopolitik manevrlərlə regiona yerləşmək cəhdləri hələlik rəsmi Parisin məmnun qala biləcəyi nəticələrdən çox-çox uzaqdır. Hər halda, rəsmi Paris Ermənistan üzərindən bu regionda geopolitik oyunçuya çevrilmək şansları qazana bilməyib. Üstəlik, yaxın gələcəkdə buna nail ola biləcəyi də tədricən daha çox şübhə doğurmaqdadır. Və bu baxımdan, Fransanın ən yaxşı halda, Cənubi Qafqaz ətrafında nəticəsiz xaotik dövrə vuracağını düşünmək olar.

Nə qədər qəribə də olsa, rəsmi İrəvan hələ də beynəlxalq məkanda məğlub ölkə imici qazanmaqda olan Fransadan təhlükəsizlik təminatı gözləyir. Ermənistan baş naziri Nikol Paşinyanın Parisə son səfərinin də rəsmi İrəvan üçün ümidverici nəticələr vəd etdiyinə inanmaq ən yaxşı halda, sadəlövhlük olardı.

Düzdür, prezident Emmanuel Makron Ermənistanın təhlükəsizliyinin Fransa üçün prioritet olduğunu bəyan edib və bununla erməni baş nazirə təskinlik verməyə çalışıb. Ancaq elə bu bəyanatı ilə də Fransanın Cənubi Qafqazdakı geopolitik proseslərdən kənarda qalmasını növbəti dəfə təmin edib. Və bu baxımdan, Fransanın Cənubi Qafqaza buraxılmayan ölkə statusu ilə barışmağa məhkum olduğu qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, rəsmi Bakının beynəlxalq hüquq normalarından danışan, ancaq onları kobud şəkildə pozan Fransanı Cənubi Qafqaza yaxın buraxmayacağını elə Makron administrasiyası da bilir. Çünki Fransadakı erməni diasporunun təsiri altında qalaraq, neytralitetdən çox-çox uzaq olan rəsmi Paris bu regiona yalnız hərbi-siyasi gərginlik gətirə bilər. Və bu səbəbdən də, Azərbaycan Fransaya qarşı regional geopolitik bloklama mövqeyində prinsipial davranmaq niyyətindədir.

Belə anlaşılır ki, əslində, rəsmi Paris bir tərəfdən gücü çatmayan hədəflərə indeksləşib. Yəni, Ermənistanı silahlandırmaqla, bu regionda güclü dayaqlar qazanmağa çalışır. Halbuki, Ermənistanın fransız hərbi texnikası ilə Fransanı Cənubi Qafqaza yerləşdirmək şansı yoxdur. Çünki bu region hazırda tamamilə Azərbaycanın geopolitik hegemoniyası altındadır. Fransız hərbi texnikası ilə bu regionda mövcud olan situasiyanı dəyişmək isə qətiyyən mümkün deyil. Və bunun kifayət qədər ciddi səbəbləri mövcuddur.

Birincisi, Fransanın Ermənistana verdiyi silahlar müasir olsa da, hərbi təyinat baxımından Azərbaycanı ciddi şəkildə narahat edə biləcək xarakter daşımır. Hər halda, Ermənistana göndərilən silahlardan indi Fransa ordusunda belə, istifadə edilmir. Yəni, həmin hərbi texnika Fransa ordusunun arsenalından çıxarılıb, hərbi anbarların boşaldılması məqsədilə Ermənistana verilir. Və Ermənistan Azərbaycanın ən müasir hücum silahlarına malik, yüksək səviyyədə təlim keçmiş ordusuna qarşı duruş gətirə bilməz.

Digər tərəfdən, Fransa hətta Ermənistanı ən müasir hərbi texnika ilə silahlandırmış olsaydı belə, regional savaş poliqonunda çox şey dəyişməzdi. Çünki erməni toplumu savaş qabiliyyətindən və vərdişlərindən çox-çox uzaqdır. Ermənistan ordusu ən yaxşı halda, başqa bir güclü ölkənin hərbi potensialının arxasına sığınaraq, hərəkət edə bilər. Birinci Qarabağ savaşında Rusiya ordusunun sayəsində Azərbaycan ərazilərinin işğal edilməsi buna inkaredilməz örnəkdir. İkinci Qarabağ savaşında isə əsl reallıq ortaya çıxmış oldu.

Belə ki, Rusiyanın hədiyyə etdiyi onmilyardlarla dollar dəyəri olan hərbi texnika ilə Azərbaycan ordusu qarşısında təkbaşına qalan Ermənistan cəmisi 44 gün ərzində kapitulyasiya aktı imzalatmaq məcburiyyətində qaldı. Yəni, Fransa Ermənistana hansı silahları versə də, erməni hərbi sistemi məğlubiyyətə məhkumdur. Ona görə də, rəsmi İrəvan Fransadan yalnız Ermənistanın əvəzinə regionda Azərbaycana qarşı hərbi əməliyyatlar aparmasını umur. Və bu, ümumiyyətlə, mümkün deyil.

Məsələ ondadır ki, rəsmi Parisin Cənubi Qafqazda hərbi manevrlər etmək imkanları yoxdur. Fransa nəinki bu regionda hərbi əməliyyatlar, hətta Ermənistana təhlükəsizlik təminatı vermək potensialı belə, reallıqdan çox-çox uzaqdır. Yəni, əgər, Azərbaycan və Ermənistan arasında növbəti dəfə hərbi toqquşmalar baş verərsə, rəsmi İrəvan Fransaya ümid bəsləyə bilməyəcək. Və rəsmi Paris regionda baş verənləri uzaqdan müşahidə edib, növbətçi xarakter daşıyan ermənipərəst bəyanatlar verməklə, kifayətlənməli olacaq.

Üstəlik, rəsmi Paris ermənipərəst mövqe tutmaqla, əslində, Fransanın Cənubi Qafqazdakı geopolitik maraqlarını qurban vermiş olur. Bu, daha çox Makron administrasiyasının erməni diasporuna bağlı siyasi maraqlarından qaynaqlanır. Yəni, Makron hakimiyyəti öz siyasi maraqları ucbatından Azərbaycan ilə qarşıdurmaya üstünlük verir. Rəsmi Paris hesab edir ki, Fransanın "beynəlxalq nüfuzu" Azərbaycanı geri çəkilmək məcburiyyətində buraxa bilər. Və Makron hakimiyyəti Fransanın beynəlxalq məkanda artıq real güc sahibi olmadığını nəzərə almaq istəmir.

Halbuki, rəsmi Bakı bu reallığı Fransadan daha dəqiq dəyərləndirməyi bacarır. Belə ki, Azərbaycan Fransanın çökməkdə və nüfuzunu sürətlə itirməkdə olan güc mərkəzi durumunu nəzərə alır. Azərbaycan bir tərəfdən ermənipərəst Fransanı Cənubi Qafqazdan kənara itələyir. Digər tərəfdən isə rəsmi Bakı Fransanı ən zəif yerindən hədəfə alır.

Hər halda, Azərbaycanın təşəbbüsü və birbaşa dəstəyi ilə Fransanın müstəmləkəçilik siyasətinə qarşı beynəlxalq müqavimət hərəkatının genişlənməsi bunu təsdiqləyir. Hazırda rəsmi Paris Azərbaycanın bu məsələdə Fransaya olduqca ciddi problemlər yaratmağa başladığını birmənalı şəkildə etiraf etməkdədir.

Belə anlaşılır ki, rəsmi Bakı Fransanı ölkədaxili böhrana məhkum etmək mexanizmlərinə malikdir. Halbuki, Fransanın müstəmləkələrinin artan etiraz dalğasına paralel olaraq, rəsmi Paris son vaxtlar həm də olduqca ciddi ölkədaxili siyasi böhranla da qarşı-qarşıya qalıb. Hər halda, Makron administrasiyası Fransa cəmiyyətində dayaqlarını böyük sürətlə itirməkdə davam edir.

Hətta yaxın vaxtlarda siyasi-ictimai etiraz dalğasının genişlənərək, Fransada ölkədaxili xaos yarada biləcəyi də qətiyyən istisna edilmir. Və hələlik parlamentə nəzarəti itirmiş prezident Emmanuel Makrona qarşı impiçmentin də tətbiq olunması növbəti mərhələnin Fransa üçün daha ağır şərtlər altında olacağını göstərir.

Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin hələ də Fransaya böyük ümidlər bəsləməsi tamamilə absurd xarakter daşıyır. Çünki Fransa Ermənistanı real hərbi təhlükədən müdafiə etmək şansından uzaqdır. Üstəlik, belə davam edərsə, tezliklə Fransanın özünün köməyə ehtiyacı olacaq. Belə vəziyyətdə baş nazir Nikol Paşinyanın Parisdən həlledici dəstək təminatı ilə qayıda biləcəyi qətiyyən inandırıcı görünmür. Böyük ehtimalla erməni baş nazir növbəti dəfə rəsmi Parisin Ermənistana dəstək potensialını sınaqdan keçirməyə çalışacaq. Və üzləşəcəyi növbəti uğursuz nəticədən sonra Cənubi Qafqazdakı geopolitik reallıqlarla barışmaq məcburiyyətində qalacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA
Bu gün, 17:50
Yanan binanın sakinləri başçının UMRUNDA DA DEYİL... - GİLEY
Bu gün, 17:46
Neftin qiyməti gələn il 30 dollara düşə bilər - ŞOK XƏBƏRDARLIQ
Bu gün, 17:42
Venediktovu Moskvadan İrəvana təxribat məqsədilə göndəriblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:27
30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı
Bu gün, 17:24
İcbari tibbi sığorta: “İşsizlər üçün vəsaiti dövlət maliyyələşdirməlidir” - ƏKS HALDA...
Bu gün, 17:15
Azərbaycan-NATO əməkdaşlığı perspektivləri daha realdır - ŞƏRH
Bu gün, 17:13
Maşın almaq istəyən üç qardaş dələduzluğun qurbanı oldu - "Pulumuzu aldı, sonra yoxa çıxdı"
Bu gün, 17:03
Məktəbdə direktor müavini döyən şəxs cəzalandırıldı - MƏHKƏMƏ
Bu gün, 16:49
Direktor bəraət alaraq azadlığa çıxdı - QƏRAR
Bu gün, 16:42
"Tramp Maduronu Azərbaycana sürgünə göndərə bilər" - Politico
Bu gün, 16:41
Mehdiyev işində gözlənilməz həmlə – İstintaqın gedişi dəyişir?
Bu gün, 16:38
Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 16:35
Burda pis nəticə göstərsən də, olar: VƏZİFƏDƏ YÜKSƏLƏCƏKSƏN... - İLGİNC FAKTLAR...
Bu gün, 16:30
"Azərbaycan Ordusu artıq həmin ordu deyil..." - Tural Abbaslı
Bu gün, 16:24
Tacir Şahmalıoğlunun gəlini kimdir?
Bu gün, 16:14
“Sən kimsən ki?!” – Akif Nağı onu məhkəmə ilə hədələyən müğənniyə cavab verdi
Bu gün, 16:11
“Öz kəndimizdə, atamın xaraba qalmış evinin yerində məscid tikdirmək istəyirəm”
Bu gün, 16:09
SOCAR ayırdığı VƏSAİTİ AZALTDI... - YEYİNTİ VAR İMİŞ...
Bu gün, 16:06
Əfsanə geri qayıtdı: Bakıda möhtəşəm rok gecəsi - FOTO
Bu gün, 15:37
Bakını gəzən ermənilər maraqlı hadisəyə tuş gəliblər - TƏFƏRRÜAT
Bu gün, 15:34
Ukraynanın süqutu yaxınlaşır - “Sohu”
Bu gün, 15:29
VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 15:26
İrəvan Moskvadan uzaqlaşmaq üçün zəmin axtarır - Sülh buna görə lazımdır
Bu gün, 15:24
Almaniyanın ölkəmizdəki səfiri "Veysəloğlu"nun Mərkəz ofisində "Rossmann"ı ziyarət etdi - FOTO
Bu gün, 15:16
Trampın qarın ağrısı: Venesuela qarşılığında Ukrayna sövdələşməsi? - NƏ BAŞ VERİR?
Bu gün, 15:13
Yeni başçı sürücüsünü baş mütəxəssis təyin etdi - AY MAŞALLAH...
Bu gün, 15:11
"Bu, son statusumdur, həyatla vidalaşıram" - Külli miqdarda borca düşən jurnalist
Bu gün, 15:06
Tofiq İsmayılovun oğluna 8 il iş verildi - TƏFƏRRÜAT
Bu gün, 15:04
Rüttedən Azərbaycan və Ermənistanla bağlı AÇIQLAMA
Bu gün, 15:01
Ermənistan Dubay aviaşousunda qəzadan sonra Hindistan qırıcılarının alışını dayandırır - "The Jerusalem Post"
Bu gün, 14:58
İranı Xamenei idarə etmir - Gerşt
Bu gün, 13:18
İnterpolun axtardığı Balakən sakini Dağıstanda tutuldu
Bu gün, 13:11
Maşın bazarı Ağdama köçürüləcək? - Rəsmi reaksiya
Bu gün, 13:09
"Moşu" ilə "Söylü" küsülüdür?
Bu gün, 13:02
"Bir xalqa musiqidə azadlıq verilirsə, o demək deyil ki, hərcmərclik olmalıdır"
Bu gün, 13:00
Ev onlara məzar olur - Hər 10 dəqiqədə bir qadını əri, atası, qardaşı öldürür
Bu gün, 12:59
“Manato” və “Azpulmat”ın ŞOK QANUNSUZLUĞU - Telefonunuzda olan məlumatlar təhlükədə!
Bu gün, 12:58
“Azərbaycanı hərbi yolla geri çəkmək mümkün deyil” - Papikyan
Bu gün, 12:53
Rusiyada FETÖ... Azərbaycanda METÖ... - BU FAKTLAR... araşdırılmalıdır...
Bu gün, 12:51
Samirə Əfəndidən partiya sədrinə sərt cavab - "Məhkəməyə verəcəyəm"
Bu gün, 12:46
Mehdiyevin imtina etdiyi vəkilin xanımı yüksək vəzifədə imiş - FOTO
Bu gün, 12:42
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Bu gün, 12:40
Onu Vəkillər Kollegiyasından qovdular
Bu gün, 12:37
İpoteka Fondu sabiq nazirdən 360 min manata 4 avtomobil alır - İLGİNC
Bu gün, 12:20
Hansı “yerli istehsal” üçün vergini artırırlar? - AKTUAL
Bu gün, 12:19
Moskva Ukrayna ilə bağlı yenilənmiş 19 maddəlik sülh planını almayıb - Peskov
Bu gün, 12:17
“Max Group” dələduzluqda ittiham olunur - ödədiyi 6 800 manatın geri qaytarılmasını istəyir...
Bu gün, 12:16
AFB Bank Marketinq Departamentinə yeni direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 12:07
"Rabitəbank" və onun likvidlik problemi - TƏFƏRRÜAT
Bu gün, 12:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru