Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır .....                     Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir .....                     İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                     Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: .....                     737 nümayəndədən 729-u Orbana səs verdi: .....                     Putin Kiyevdə dinc sakinləri bombalayarkən .....                     Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb .....                     Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb .....                     Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                     Mahsun Bakıda kimin toyuna gəlib? .....                     “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” .....                     Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq .....                     Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi .....                     "Azenco"nun mənfəəti bölüşdürüləcək .....                     Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Flora Kərimovanın səhhəti normaldır .....                     “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” .....                     Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? .....                     Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: .....                     Xudavəng Monastır Kompleksi... .....                     Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı .....                     Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. .....                     Putinlə Tramp nə barədə razılığa gəliblər? .....                     Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq .....                     DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... .....                 

"Başçının müavini məni aldadıb qız nömrəsi verib, sonra mənə gülür" - çarəsiz Neftçala sakini canlı yayımda ağladı
Tarix: 11-08-2023, 15:48 | Çap et
"Başçının müavini məni aldadıb qız nömrəsi verib, sonra mənə gülür"
Mustafayev Murad Əlizadə oğlu.

Bu şəxs Neftçala rayon Mirzəqurbanlı kənd sakinidir.

1989 təvəllüdlüdür. Cəmi 34 yaşı var. Amma, təəssüflər olsun ki, artıq ömrünün qalan hissəsini ciddi fiziki qüsurlu olaraq yaşamaq məcburiyyətindədir. Səbəb isə 2007-,çi ildə Naxçıvan Muxtar Respublikasında - ön cəbhədə xidmət edərkən, özü də xidmətinin 14-15-ci aylarında dediyinə görə özünün də xatırlamadığı hər hansı bir səbəbdən ciddi beyin travması almasıdır ki, artıq o təqribən 15-16 ildir ki, iflic vəziyyətdə yaşayır.

Ailəlidir. 3 azyaşlı övladı var. Böyük övladı da anadangəlmə görmə qüsurludur, müalicəyə ehtiyacı var. Ailədə nə xanımı, nə özü işləmir.

Dərdini götürüb, "DogruXeber.az" informasiya agentliyinə üz tutan Murad Mustafayev agentliyin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı yayımında bildirdi ki, o, 2021-ci ilə qədər ikinci qrup əlil olaraq pensiya alıb və ailəsini yarıac, yarıtox o pensiya ilə saxlayırmış. Lakin, 2021-ci ildə onun əlilliyi ləğv olunub və pensiyası dayandırılıb.

Bildirir ki, aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də ona əlilliyinin bərpa edilməsinə imtina cavabı gəlib.

Nə edəcəyini bilməyən Murad Mustafayev təbii olaraq və hüququ olaraq, üz tutub Neftçala Rayon İcra Hakimiyyətinə ki, hər hansı münasib bir işlə təmin olunmasını istəsin, yaxud da əlilliyinin bərpası üçün aidiyyatı qurumlara müraciət etməsində İcra Hakimiyyəti ona köməkçi olsun.

Təbii ki, vətəndaş əgər hüquqlarını bilmirsə yerli icra orqanları, eləcə də ərazi üzrə millət vəkili onun problemi barəsində aidiyyatı qurumlar qarşısında məsələ qaldırmalı və hüquqlarının bərpası üçün lazımi köməkliklər göstərməlidir. Amma, Murad Mustafayevin danışdıqlarını eşidəndə, el demişkən, "ayağımızın altından yer qaçdı".



Murad Mustafayev bildirir ki, millət vəkilini ümumiyyətlə tanımır, kim olduğunu bilmir, çünki heç vaxt onu görməyib, nəinki kimlərinsə işinə yaradığını eşitmiş ola.

Sosial mediada əməllicə "təmizlik işi aparan" millət vəkili, eyni zamanda partiya sədri Sabir Rüstəmxanlı görünür Milli Məclisdə güya təmsil etdiyi Neftçala rayon sakinlərinin yadından da tərtəmiz çıxıb. Onun varlığını belə xatırlamırlar.

"Dostcanlı saytlar"da yalnız şeirləri barəsində dərc edilən materiallar qalan Rüstəmxanlının təmsil etdiyi rayonun sakinləri ilə hər hansı bir görüş keçirməsinə dair yeni məlumatlara rast gəlmədik.

Düşündük ki, bunu da burdan sayt rəhbəri olan bəzi partiya fəallarının yadına salaq ki, sonuncu belə yazınız 2020-ci ildə dərc olunub. Hansı ki, o zamanlar bütün deputatlığa namizədlər seçilmək üçün az qala qapı-qapı düşüb, boğazdan yuxarı vəd verməklə məşğul idilər. İndi o, görüşlərin də, oradakı pafoslu çıxışların da, o, "3-5 manatlıq yazılar"ın da zərrə qədər əhəmiyyəti qalmayıb. Arabir heçolmasa tarixi yeniləyin.

İcra Hakimiyyətinə gəldikdə isə vətəndaşın hüquqlarını bərpa, yaxud müdafiə etmək yerinə, Murad bəyin həmyaşıdı olan İcra başçısı Mirhəsən Seyidovun müavini Burcəlı Ağayev onu ələ salıb. Hər halda, Murad Mustafayev belə deyir.

Bildirir ki, - " Qəbuluna düşüb, iş yaxud pensiyamla bağlı hər hansı bir köməklik göstərməsini xahiş etmək üçün Neftçala rayon İcra Hakimiyyətinə getdim. Başçı özü qəbul etmir. Vətəndaşları müavinləri qəbul edir

Məni də başçının müavini Burcəlı Ağayev qəbul etdi, dinlədi, sonra mənə kağıza yazılmış telefon nömrəsi verdi ki, "bu nömrə ilə əlaqə saxla, sənə kömək edəcək".

Telefonum olmadığı üçün elə qapıdan çıxan kimi İcra Hakimiyyəti binasının mühafizəçisinə yaxınlaşıb, kağızdakı nömrəni yığmasını xahiş etdim. Telefona bir xanım cavab verdi və "narahat etdiyimə görə" məni söydü, təhqir etdi və telefonu söndürdü. Yenidən qayıtdım Burcalının yanına və soruşdum ki, "bu nə nömrədir vermisiniz. Bir qadın açdı telefonu və məni söydü.
Burcalı Ağayev və oradakı digər şəxslər gülməyə başladı ki, "hə yəqin nömrəni səhv vermişəm". . Anladım ki, bunlar məni ələ salıblar".

Yeri gəlmişkən, fotoya diqqət !

"Başçının müavini məni aldadıb qız nömrəsi verib, sonra mənə gülür"

Gördüyünüz bu şəxs sakinlərlə görüşü zamanı rəhbərinin "təsirli çıxışından feyziyab olub", dərin yuxuya gedən həmin müavin - vətəndaşı ələ salan "zarafatcıl" Burcalı Ağayevdir.

P.S: Qeyd edək ki, Murad Mustafayevin iddiaları ilə bağlı qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə dəfələrlə Neftçala rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsindəki əlaqə nömrələrini - "qaynar xətt"ini, Başçını birinci müavini Şaiq Məmmədovu, eləcə də Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri (hansı ki, məsələdə adı keçir) - ən nəhayət, Murad Mustafayevə qız nömrəsi verən Burcəlı Ağayevin mobil telefon nömrəsinə belə zəng etdik. Lakin, hər zamankı kimi dəstəyi qaldıran olmadı. Mobil nömrəsinə isə bir müddət zəng çatmadı, sonunda nəhayət telefon çağırdıqda isə "işgüzar" müavin telefonu məşğula aldı.

Demək olar ki, bir həftə, həftənin hər günü sadaladığımız nömrələrə zəng etdik, lakin heç bir zəngimizdə "alo" səsini eşitmədik.

Qeyd edək ki, dəfələrlə Neftçala rayon sakinləri tərəfindən - hətta şəhid anası, müharibə veteranları tərəfindən redaksiyamıza narazılıq ifadə edən müraciətlər daxil olub və hər dəfə də icra hakimiyyətindən mövqe öyrənmək cəhdlərimiz nəticəsiz qalıb.
Amma, sosial mediada dərc olunan məlumatlara nəzər saldıqda görürük ki, bir çox müstəqil mətbuat nümayəndələri də bizim kimi buvaxta qədər Neftçala rayon İcra Hakimiyyətinin idarə telefonlarından "alo" səsi eşitməyiblər.

Ölkə başçısı qarşısında balığın adını belə bilmədiyi üçün yalan danışıb, vəziyyətdən çıxmaq istərkən, özünü gülünc vəziyyətə salan, ölkə başçısı ilə ilk görüşü zamanı yerini bilməyən, adı avtomobil qəzasından hallanan - kəndlinin özünə və heyvanlarına xəsarət yetirdiyi deyilən və sonra "sudan quru çıxan", biznesmen atası və digər qohumları barəsində məlumatları sosial media və şəbəkələrdən tərtəmiz "üfürüb təmizləyən" bu cavan oğlanın - Mirhəsən Seyidovun vikipediyasına nəzər saldıqda hətta məktəbli olduğu illərdən (2005-ci ildən) ictimai işlərdə, orta məktəbi bitirər-bitirməz (2006-cı ildən) isə rəhbər vəzifələrdə çalışdığı barəsində məlumatlar görürük.

Maraqlıdır ki, taa "uşaq vaxtından rəhbər vəzifələrdə böyüyən" 34 yaşlı bu cavan oğlan nəinki İcra Hakimiyyəti başçısı olduğu 86 min nəfərlik bir rayona, heç tabeliyində fəaliyyət göstərən bir neçə işçisinə belə rəhbərlik edə bilmir. Elə bunun nəticəsidir ki, hətta müavini fiziki qüsurlu vətəndaşları ələ salıb, əylənir.

Gözləyək görək tez-tez barəsində mətbuatda qalmaqallı məlumatlar yer alan və hər dəfəsində də ”çulunu sudan quru çıxarmağı " bacaran rayon rəhbərliyi telefona cavab verməsə də, ələ saldığı fiziki qüsurlu rayon sakini Murad Mustafayev üçün hansı addımları atacaq. Ümumiyyətlə artacaqmı?!.

Sonda bunu xüsusi vurğulamaq istəyirik ki, əgər Murad Mustafayevin özü yaxud xanımı Neftçala rayon İcra Hakimiyyəti tərəfindən işlə təmin olunarsa, yaxud ümumiyyətlə onların yaşayışının qismən də olsa yaxşılaşdırılması üçün hər hansı bir addım atılarsa, məmnuniyyətlə biz həmin məlumatları da hər zaman doğruları əks etdirən "DogruXeber.az" olaraq dərc edəcəyik.

Mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Bu gün, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Bu gün, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Bu gün, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Bu gün, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Bu gün, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Bu gün, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Bu gün, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Bu gün, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Bu gün, 16:18
Sabah Məhərrəm ayı başlayır
Bu gün, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Bu gün, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Bu gün, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Bu gün, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Bu gün, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Bu gün, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Bu gün, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Bu gün, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Bu gün, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35
Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13
Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31
Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27
Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24
Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02
5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56
Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35
Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33
Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31
ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22
ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20
"Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57
Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46
Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru