DİA.AZ: - Bakı yenə də qara təslim oldu. Bakı meriyasının, nəqliyyat nazirliyinin "qışa hazırıq" şəklində arxayınçılıq ifadələri özünü doğrultmadı.
DİA.AZ bildirir ki, bu gün sürücülərin yola çıxması heç də arzuolunan deyil. Xüsusən də şəhərin Bibiheybət qəsəbəsi istiqamətindən girişi acınacaqlıdır. Fırtına və çovğun səbəbindən yollar görünməz haldadır.
Artıq bir neçə qəza hadisəsi baş verib. Əməkdaşlarımız bildirir ki, yolların buz bağlaması qəzaların sayını artıracaq.
Bakı meriyasının qüvvələri isə yalnız metronun "İşərişəhər" stansiyası yaxınlığında və Milli Məclisin qarşısında tədbirlər görüblər. Əksər yollar isə hərəkət üçün uyğun hesab olunmur.