Eşitmə məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirildi
Tarix: 5-12-2022, 14:54 |
Çap et
DİA.AZ: - 3 Dekabr Beynəlxalq Əlillər günü münasibətilə eşitmə məhdudiyyətli uşaqlar üçün inkluziv
kukla teatrı tamaşası təşkil olundu.
DİA.AZ xəbər verir ki, nağılçı və bloqqer Aytac Qəmbərovanın səhnələşdirdiyi
tamaşa həm eşitmə və nitq məhdudiyyətli uşaqlar, həm də tədbirə qoşulan digər uşaqlar
tərəfindən böyük maraqla izlənilib. Jest dili pedaqoqunun iştirakı ilə baş tutan tədbirdə 50-dən
çox uşaq yer alıb. Tədbirin əsas məqsədi əyləncə və sosiallaşma yolu ilə uşaqlara qarşılıqlı
qayğı hissini aşılamaq olub. Tamaşa “Libraff” kitab mağazasının uşaq oxu zalında keçirilib.
Qeyd edək ki, eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası “Nar”ın
korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətidir. “Bu Dünyanı Nağıl
Edək” layihəsi çərçivəsində baş tutan tamaşanın video çarxı bütün uşaqların izləməsi üçün
jestdili.az saytında yerləşdiriləcək.