İndi isə vəziyyət yenidən gərginləşib. Elə bunu Səxavət Kəlbəcərlinin son paylaşımından da duymaq olar.
Tanınmış yazar özünün sosial şəbəkə hesabında belə yazır:
"Cavid Qurbanovun yaxın adamlarından biri mənə belə deyir: “Şef haqqında yazma, səni dəlixanaya qoyduracağıq, orada da bir iynə vurduracağıq, ömrün boyu key qalacaqsan.”
Bu hədənin səs yazısı da məndə var.
Mən buradan Möhtərəm Prezidentimiz, Hörmətli İlham Əliyev cənablarına müraciət edirəm.
Çox xahiş edirəm, mənə qarşı edilən haqsızlıqlara və təhdidlərə hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara göstəriş verəsiniz..."






