Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı .....                     Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi .....                     Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? .....                     Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir .....                     5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir .....                     Deputatın professor olan qudası ittihamları qəbul etmir .....                     Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var .....                     Moskvanın yenə Qarabağ “sancısı tutdu” .....                     Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb .....                     Müharibə veteranına verilən söz yerinə yetirilməyib... .....                     "Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." .....                     Vətəndaşın hesabını bloklayıblar ki... .....                     "AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb .....                     Putin Köçəryanın həbsini bağışlamayacaq .....                     Peşə təhsilinin görünməyən üzü... .....                     Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır .....                     Pensiyalarda artım oldu: 594 manat nədir? .....                     Elnur Əliyevin layihə imperiyası... .....                     Rusiyada MİQRANT OVU... .....                     Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ .....                     'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT .....                     TƏBİB və AAYDA-da kadr təyinatı bitmir .....                     Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı .....                     AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... .....                     730 gün “Veysəloğlu”da... .....                     Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... .....                     Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR .....                     “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...” .....                     “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən .....                     “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” .....                     UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi .....                     Uşağı döyən psixoloq haqlı çıxa bilər .....                     Azərbaycanın lombard şirkəti “BQ” ASC .....                     “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır .....                     Rektor yeni şöbə müdiri təyin etdi .....                     KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı .....                     "Niyə mən borclanmalıyam?" .....                     "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin" .....                     Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi .....                     Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ .....                 

Deputatın professor olan qudası ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Tarix: Bu gün, 08:34 | Çap et

Ali Məhkəmədə Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədr müavini professor Raya Nəcəfovanın barəsindəki qərardan verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi çıxış edib.

Kassasiya şikayətində qeyd olunub ki, iş üzrə zərərçəkmiş şəxslərin əksəriyyəti Raya Nəcəfovanı əvvəlcədən tanımayıb və onunla birbaşa əlaqə saxlamayıb. Həmin şəxslər pul vəsaitlərini birbaşa Nəcəfovaya deyil, zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) veriblər.

Müdafiə tərəfinin mövqeyinə görə, həmin vəsaitlərin sonradan Raya Nəcəfovaya çatdırılması barədə nəticə əsasən zərərçəkmiş şəxsin ifadələrinə əsaslanıb.

Şikayətdə vurğulanıb ki, S.S.-in ifadələri digər sübutlarla tam uzlaşmır. Həmçinin ayrı-ayrı epizodlarda zərərçəkmiş şəxslərin bildirdikləri məbləğlərlə Raya Nəcəfovaya çatdırıldığı iddia olunan pul vəsaitləri arasında fərqlər mövcuddur.

Müdafiə tərəfi bu ziddiyyətlərin xüsusilə digər zərərçəkmiş şəxslər bağlı epizodlarda özünü göstərdiyini bildirib.

Kassasiya şikayətində həmçinin qeyd olunub ki, Raya Nəcəfova ayrı-ayrı şəxslərdən pul alarkən məqsədi özgənin əmlakını ələ keçirmək olmayıb. Təqsirləndirilən şəxs həmin şəxslərin işə düzəlməsinə kömək etmək niyyəti ilə hərəkət edib, lakin sonradan onların işə düzəldilməsi mümkün olmayıb.

Müdafiəçi vurğulayıb ki, verilmiş vədin sonradan yerinə yetirilməməsi özlüyündə pul vəsaitinin alındığı anda dələduzluq niyyətinin mövcudluğunu təsdiq etmir.

Bu səbəbdən müdafiə tərəfi məhkəmələrin Raya Nəcəfovanın özgənin əmlakını əvvəlcədən cinayət yolu ilə ələ keçirmək niyyətində olması barədə nəticəsinin mötəbər sübutlarla təsdiqlənmədiyini bildirib.

Kassasiya şikayətində təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinməsi də əsassız hesab edilib.

Müdafiə tərəfi zərərçəkmiş şəxslə bağlı epizod üzrə Raya Nəcəfovanın özünü Ekologiya və Təbii Sərvətlər Nazirliyində müavin işləmiş Firdovsi müəllimin köməkçisi kimi təqdim etməsinin vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi kimi qiymətləndirilməsinə etiraz edib.

Şikayətdə qeyd olunub ki, Raya Nəcəfova faktiki olaraq hər hansı vəzifəli şəxsin səlahiyyətlərini həyata keçirməyib, hüquqi əhəmiyyətli nəticə doğuran konkret səlahiyyət icra etməyib. Bu baxımdan müdafiə tərəfi CM-nin 310-cu maddəsi ilə irəli sürülmüş ittihamın da mötəbər sübutlarla təsdiq olunmadığını deyib.

Müdafiəçi bir sıra zərərçəkmiş şəxslərə dəymiş ziyanın sonradan ödənildiyini və həmin şəxslərin Raya Nəcəfovaya qarşı hər hansı şikayət və tələblərinin olmadığını da qeyd edib.

Bundan əlavə, bəzi zərərçəkmiş şəxslərin Raya Nəcəfova tərəfindən onların işə düzəldilməsi barədə hər hansı vəd verildiyini təsdiqləmədikləri bildirilib.

Müdafiə tərəfi hesab edib ki, bu hallar da məhkəmələr tərəfindən lazımi qaydada nəzərə alınmayıb.

Raya Nəcəfova müdafiəçisi kassasiya şikayətində göstərilən dəlillərə əsasən Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunmasını xahiş edib.

İttihama görə, R.Nəcəfova dələduzluqda və vəzifəli şəxsin səlahiyyətini mənimsəməkdə ittiham olunur. O, zərərçəkmişləri Mədəniyyət Nazirliyi, Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və digər qurumlara işə düzəltmək adı ilə aldadıb, onların pullarını ələ keçirib.

İş üzrə 11 nəfər - Niftəliyeva Aynur, Allahverdiyeva Natəvan, Fəttahova Arzu, Hacıməmmədov Əmin, İsayeva Ceyran, Yusifov Tural, Musayeva Gülər, Qayıbova Sevinc, Nəcəfova Pərvanə, Qurbanova Lətafət, Səfərov Vəli zərərçəkmiş qismində tanınıb.

Məlumat üçün deyək ki, 1960-cı il təvəllüdlü R.Nəcəfova həm də Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi olub.

İttihamda deyilir ki, R.Nəcəfova zərərçəkmişlərdən bəziləri ilə ekologiya və təbii sərvətlər nazirinin sabiq müavini Firdovsi Əliyevin adından danışıb. Söhbət zamanı özünü onun köməkçisi kimi təqdim edib.

Xanım müttəhim özü isə ittihamları qəbul etmir, təqsirsiz olduğunu deyir. O, ifadəsində bildirib ki, zərərçəkmiş Sevinc Qayıbovanın aldadılmasında onun deyil, Xanlar Nəsirovun günahı var. Onun sözlərinə görə, əvvəllər Azərbaycan Beynəlxalq Universitetinin prorektoru olmuş X.Nəsirov tanışları vasitəsilə S.Qayıbovanı nazirliklərdən birinə işə düzəldəcəyini deyib. Ondan alınmış pul da Nəsirova çatıb. X.Nəsirov özü isə R.Nəcəfovanın yalan danışdığını bildirib.

R.Nəcəfova qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3 (qulluq mövqeyindən istifadə etməkdə təkrar dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmə istintaqı dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Həmin qərardan R.Nəcəfova kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək qadın məhkəməyə yazılı ərizə təqdim edərək kassasiya şikayətini geri götürdüyünü bildirib. Sonradan Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.

Qeyd: Raya Nəcəfova Azərbaycan Karate Federasiyasının prezidenti, deputat Ülvi Quliyevin qudasıdır. O, əvvəllər Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının direktoru olub.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57
Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50
Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39
5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir - AXI NİYƏ?..
Bu gün, 08:37
Deputatın professor olan qudası ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 08:34
Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 08:31
Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Bu gün, 08:28
Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Bu gün, 08:25
Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14
"Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06
Vətəndaşın hesabını bloklayıblar ki... bəs PULU HARDAN ALMISAN...
Bu gün, 08:00
"AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb - FOTO
Bu gün, 07:53
Putin Köçəryanın həbsini bağışlamayacaq – Kremlin “ağır top”u hər şeyi açıqladı
Bu gün, 07:51
Peşə təhsilinin görünməyən üzü... - Pul xərclənir, bəs nəticə haradadır?
Bu gün, 07:48
Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır - İLGİNC
Bu gün, 07:45
Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
Bu gün, 07:43
Elnur Əliyevin layihə imperiyası... - Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
Bu gün, 07:38
Rusiyada MİQRANT OVU... - 140-a yaxın əcnəbi saxlanılıb...
Bu gün, 07:35
Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ - "Harayına çatan yoxdur..."
Bu gün, 07:06
'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
Bu gün, 06:56
TƏBİB və AAYDA-da kadr təyinatı bitmir - Problemlərin bəxti nə zaman açıqlacaq?
Bu gün, 06:46
Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı - "Başa düşə bilmirəm..."
Bu gün, 06:38
AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
730 gün “Veysəloğlu”da... - Məhəmmədəli Qəribli hesabat verdi
Bu gün, 06:21
Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
Bu gün, 06:17
Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR - "Səni dəlixanaya qoyduracağıq..."
Bu gün, 06:11
“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27
“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19
UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14
Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12
Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05
Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00
KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54
"Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43
"Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39
Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33
Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28
Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25
Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Dünən, 16:19
Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Dünən, 16:14
Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Dünən, 16:12
Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Dünən, 16:08
Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Dünən, 16:06
İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Dünən, 15:56
Paşinyan tələsməlidir... - AKTUAL
Dünən, 15:53
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Dünən, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru