"M10 4 gündür mənim hesabımı içində pul ola-ola bloklayıb. Məndən vəsaitin hardan əldə olunması ilə bağlı sənəd istəyirlər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Araz Əsgərli adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra bildirir: "Amma mən rəsmi olaraq işsizəm və əlavə olaraq heç bir şəxsi biznesim yoxdur. Bu sadaladıqlarımı da bunlara izah etməyə çalışıram.. başa düşmürlər, ya da özlərini başa düşməməzliyə vururlar..."









