Dünya bazarlarında neft qiymətləri yüksəlib.
“APA-Economics” xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72% artaraq bir barel üçün 91,14 dollar təşkil edib.
Neftin bahalaşması ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən kəskinləşməsi və Hörmüz boğazından tədarükün pozula biləcəyi ilə bağlı narahatlıqların artması ilə əlaqələndirilir.









