Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? .....                     Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: .....                     Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: .....                     İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu .....                     Ermənilər Naxçıvanın statusunu qəbul etmir .....                     Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü .....                     Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: .....                     “Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu .....                     Rusiyanın qərarına İrəvandan şərh: .....                     “PASHA Bank Georgia”nın rəhbərliyində iki mühüm təyinat olub .....                     “Azenco”nun sabiq rəhbəri həbs edilib .....                     Talıstanda meşə torpaqları SATIŞA ÇIXARILIB... .....                     Eldar Əzizov onu rəis təyin etdi .....                     İranın azərbaycanlı generalından Bakıya ikibaşlı REVERANS .....                     Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir .....                     Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... .....                     Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? .....                     Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası .....                     Dövlət torpaqlarını qanunsuz satanların .....                     “Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi .....                     Tək RUS BAZARINA ümidli olsaq... .....                     Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi .....                     Hüquqları pozulan sakinləır FHN şefindən MƏDƏT UMUR... .....                     Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material .....                     Özü bir yana, köməkçisi də SÜLALƏ HAKİMİYYƏTİ qurub... .....                     Çay evində bakalla müştərinin başına zərbə vuran şəxs .....                     “Rusiya rəhbərliyi işğalçıdır, o, ölkəni məhz bu üsullarla idarə edir” .....                     İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu .....                     Qazaxda POLİS GÜNÜ qeyd olundu .....                     Taksi sürücüsü qısqanclıq zəminində onunla mübahisə edən müştərini bıçaqladı .....                     “Araz”dan oğurladığı 14 manatlıq malı geri qaytarsa da, həbs olundu .....                     Paşinyan ən sadiq adamına - Simonyana qarşı niyə amansız davrandı? .....                     İdmançı qardaşının qisasını alan şəxs: .....                     İrəvan bilməlidir ki, "havayı pendir" tələdə olur .....                     “Azəristiliktəchizat”da 115 milyon manata yaxın zərər yığılıb .....                     Məktəb direktoru dövlətin 71 min manatını necə mənimsəyib? .....                     İşdən qovulanın da doğru-dürüst pulunu vermirlər... .....                     Ermənistan bu gün qarışacaq .....                     Paşinyan Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün İrana yola düşüb .....                     Tiktoker İlduzə Hacıyevaya verilən həbs hökmünün əsasları açıqlandı .....                 

Gəncədə kimlərin həbs olunma ehtimalı daha çoxdur? - İLGİNC İDDİALAR...
Tarix: 19-03-2024, 10:39 | Çap et
Gəncədə kimlərin həbs olunma ehtimalı daha çoxdur?
Martın 4-də elektron mediada Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi barədə xəbərlər yayılmışdı. İlkin məlumatlarda əməliyyat zamanı Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomiyev və digər müavinlərin də saxlanıldığı qeyd olunurdu. Lakin sonradan bu məlumatlar İcra Hakimiyyəti tərəfindən təkzib olundu. Daha sonra isə Baş prokurluq İcra Hakimiyyətində əməliyyatın keçirilməsini təsdiqlədi və əlavə məlumatların veriləcəyini açıqladı. Lakin üstündən artıq neçə gün keçməsinə baxmayaraq sözügedən əməliyyatın hansı səbəbdən keçirilməsi ilə bağlı Baş prokurluqdan hələ heç bir məlumat açıqlanmayıb.

Buna baxmayaraq missiya.az Gəncə şəhər İcra Hakimiyyətindəki mənbələrinə əsaslanıb olduqca ilginc məlumatlar yaydı. Məlumatda əməliyyat nəticəsində şəhərin baş memarı Elxan Məmmədovun saxlanıldığı iddia olunur və qeyd edilir ki, keçirilmiş əməliyyat adi şikayət əsasında deyil, ciddi faktlar əsasında aparılıb və bu məsələnin arxasında çox dərin mətləblər dayanır. Məlumata görə, hətta 1-ci müavinin saxlanılması barədə xəbərin dövriyyəyə buraxılması və sonradan təkzib olunmasının arxasında belə məkrli oyun dayanıb. Bu oyunu kim qurub və hansı məqsədlə? https://missiya.az/64834-gencede-hebsler-davam-edecek.html

Aktualinfo.org Gəncə şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı yayılan xəbərlərdən sonra yaydığı məqalədə Baş Prokurorluğun verəcəyi açıqlamadan asılı olmayaraq Niyazi Bayramovun öz əməllərinə kimisə qurban edəcəyini göstərmişdi. Bəzi əlavələrə ehtiyac olduğundan mövzuya bir daha qayıtmalı olduq. Təbii ki, burada ibtidai istintaqa maneəçilik, yaxud da gedişata mənfi təsir göstərə biləcək hər hansı bir hala yol verməmək şərti ilə.

Qeyd etdiyimiz kimi missiya.az-ın Gəncə şəhər İcra Hakimiyyətindəki mənbələrdən aldığı məlumatlarda şəhərin baş memarı Elxan Məmmədovun saxlanıldığı iddia olunur. Bəs baş memarın Gəncə şəhər İcra Hakimiyyətinin bulaşdığı korrupsiya işlərində nə kimi iştirakı ola bilər? Məlum olduğu kimi İcra Hakimiyyətinin baş memarı daha çox şəhər ərazisində yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçir, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınmasını təmin edir. Yəni, baş memarın hər hansı bir obyektin, evin tikintisinə icazə verməkdən başqa o qədər də güclü səlahiyyəti yoxdur və bu işləri də İcra başçısının göstərişləri ilə həyata keçirir. Buradan da o, ancaq rüşvət ala, müəyyən pay götürə bilər. O, da Niyazi Bayramovdan xəbərsiz ola bilməz. Yəni Elxan Məmmədov yalnız rüşvətlə var-dövlət yığırsa, Niyazi Bayramov rüşvətlə bərabər, büdcədən ayrılan pullardan da paya sahibdir.

Elektron medianın yaydığı bəzi məlumatlardan başqa bu gün Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Gəncə şəhər İcra Hakimiyyətində qəfil keçirdiyi əməliyyatın təfərrüatı heç kimə məlum deyil. Çox böyük ehtimalla sözügedən qurumun keçirdiyi əməliyyat Gəncə şəhər İcra Hakimiyyətində yol verilən dövlət vəsaitlərinin mənimsənilməsi, korrupsiya halları ilə bağlıdır.

Məlum olduğu kimi Gəncə şəhərində təmir-bərpa, abadlıq-quruculuq işlərinin, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Bu vəsaitlərin böyük əksəriyyəti Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalibi seçdikləri şirkətlər vasitəsi ilə mənimsənilib.

Son vaxtlar sosial şəbəkələrdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyasının olması barədə yayılan məlumatlar bu yöndə şübhələri bir az da artırmış oldu. Bu da ictimaiyyət arasında bir məmur oğlunun hansı vəsaitlə bahalı maşınlar aldığına dair haqlı suallar doğurur. https://anaxeber.info/54346-gencenin-icra-bascisi-ogluna-6-bahali-masin-alib-arasdirma-video.html

Aşağıda Niyazi Bayramovun Gəncə İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra şəhərin təmir-bərpa, abadlıq-quruculuq işlərinə ayrılmış dövlət vəsaitlərinin kiçik bir qısmini diqqətinizə çatdırırıq. Onda Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyasına pulu haradan aldığını təxmin etmək olar. Bununla da Gəncədə kimlərin həbs olunma ehtimalının daha çox olduğunu müəyyən etmək olar.

Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2020-2023-cü illərdə “ƏRDAGI” MMC ilə küçə və prospektlərdə abadlıq işlərinin abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 12 220 277 manat olan 5 satınalma müqaviləsi bağlayıb.

Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-2023-cü illərdə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC MMC ilə küçə və prospektlərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin, abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 45 054 591 manat olan 9 satınalma müqaviləsi bağlayıb.

Bunlardan başqa Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan İstehsalat Birliyi tərəfindən 2018-2023-cü illərdə Gəncə şəhərində çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və təmiri işləri üzrə Ximekspress-2000 firması 6.173.373,55 manat, “OASA” MMC ilə 2.435.000 manat, “Gəncə Avtomobil zavodu” İstehsalat Birliy ilə 5.985.000 manat, “ATLAS ES” MMC ilə birbaşa müqavilə 3.301.261,44 manat, Gəncə şəhərində qəza vəziyyətində olan yataqxana və yaşayış binalarının tikintisinin davam etdirilməsi üzrə “ALİANS”MMC ilə 8.506.646,26 manat, istirahət parklarında əsaslı təmir və abadlıq işləri, işıqlandırılma sistemlərinin əsaslı təmiri işləri üzrə “ELVİ.M.M. SERVİCES GROUP” MMC ilə 1.623.552,89 manat və 897.824 manat, “VEDİ CONSTRUCTİON” MMC ilə 897.240,78 manat və abadlıq işlərinin satınalınmsı üzrə 1.225.288 manat məbləğində ümumi dəyəri 31 045 214 manat olan 9 satınalma müqaviləsi bağlanılıb.

Biz buraya Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə ayrılan vəsaitləri əlavə etməmişik. Bu məqsədlə Gəncə şəhər İcra Hakimiyyəti ilə “Rövşən Oğuz Qrup” MMC arasında ümumi dəyəri 78 644 630 manat olan 9 satınalma müqaviləsinin bağlanıldığı barədə məlumat dövlət satınalmalarının vahid elektron portalı vasitəsi ilə açıqlanıb. Bununla da Gəncə şəhər İcra Hakimiyyəti 2019-2023-cü illərdə, yəni son 4 ildə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsinə tam 100 milyon manata yaxın dövlət vəsait ayrılıb, amma işlər hələ də yekunlaşmayıb.

Qeyd edək ki, bu məlumatlar dəyəri milyon manatdan yuxarı olan satınalmalar üzrə hesablanıb. Gəncə şəhərində hər il küçə və prospektlərdə abadlıq, yolların əsaslı təmiri, abadlıq-quruculuq işlərinin satın alınması məqsədi ilə ayrılan yüz minlərlə manat dövlət vəsaitləri də var ki, müəmmalı MMC-lər vasitəsi ilə təyinatından kənarlaşdırılıb.

Onu xüsusilə vurğulamaq istərdik ki,Niyazi Bayramov bütün bu kimi işləri Gəncədə təkbaşına görmür. Ona bu işlərdə yaxından köməklik göstərənlərin biri İcra Hakimiyyətinin tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nurəhməd Əhmədovdur. O, 1999-2016-cı illərdə Vergilər Nazirliyində baş müfəttiş, şöbə rəisi vəzifələrində çalışıb. 2017-2018-ci illərdə biznes fəaliyyəti ilə məşğul olub. Niyazi Bayramov 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra Nurəhməd Əhmədov da MKTİB-də rəis müavini vəzifəsinə gətirilib.O, 2022-ci ilin yanvar ayından isə Birliyin rəisi vəzifəsində çalışır.

Maraqlıdır, Bakıda anadan olmuş, uzun müddət Vergilər Nazirliyi kimi bir qurumda müxtəlif vəzifələrdə çalışmış Nurəhməd Əhmədovu Gəncə şəhərində “JEK” müdiri işləməyə nə vadar edib? Avtobioqrafiyasından da göründüyü kimi Vergilər Nazirliyində işləyib, maliyyə işini yaxşı bilir, biznes fəaliyyəti ilə də məşğul olub, geniş əlaqələri var. Niyazi Bayramova da Gəncə şəhərinə ayrılan pulları talan etməyə məhz Nurəhməd Əhmədov kimi peşəkar lazımdı.

Niyazi Bayramovun Gəncədə talançılıq işlərinin başında başqa bir neçə şəxslər də var. Əldə etdiyimiz məlimatlara görə onlardan biri Gəncə şəhər Maliyyə İdarəsinin rəisi Rəşid Yusifovdu. O, da Niyazi Bayramov 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən dərhal sonra bu vəzifənin başına gətirilib. Gəncədə İdman Sarayının da, Dram Teatrının da yeni binasının tikintilərinə və digər abadlıq-quruculuq işlərinə ayrılan pulların dəqiq hesabını, Niyazi Bayramovun bu yollarla nələrin əldə etdiyini hamıdan yaxşı Rəşid Yusifov bilir. Onunla bağlı əldə etdiyimiz məlimatlara ayrıca qayıdacağıq.

Həmçinin İcra başçısının yaxın dostu, adını hələlik hallandırmaq istəmədiyimiz başqa bir nəfərin Niyazi Bayramovla olan işbirliyinə də ayrıca toxunacağıq. Əldə etdiyimiz ən səhih məlumatlara görə Niyazi Bayramov həmin dostuna məxsus (əslində isə şərik olduğu) bir neçə şirkəti də işğaldan azad edilmiş Qarabağ torpaqlarında aparılan yenidənqurma işlərinə qoşub külli miqdarda pullar qazanır. Oğluna da milyonlarla manat dəyəri olan dəbdəbəli avtomobillər alır.

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? - KİV
Bu gün, 12:17
Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: - "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram"
Bu gün, 12:15
Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: - Niyə ağlayıb, Köçəryandan nə xahiş edib?
Bu gün, 12:06
İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:58
Ermənilər Naxçıvanın statusunu qəbul etmir - yeni oyun
Bu gün, 11:52
Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü - 57 minlik dələduzluq
Bu gün, 11:50
Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: - "Lazım gələrsə, ürəyimi ona verəcəyimi dedim"
Bu gün, 11:46
“Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu
Bu gün, 11:41
Rusiyanın qərarına İrəvandan şərh: - Təsəvvür edə bilməzsiniz, necə sevindik
Bu gün, 11:37
“PASHA Bank Georgia”nın rəhbərliyində iki mühüm təyinat olub - ADLAR
Bu gün, 11:35
“Azenco”nun sabiq rəhbəri həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:28
Talıstanda meşə torpaqları SATIŞA ÇIXARILIB... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 11:19
Eldar Əzizov onu rəis təyin etdi - ƏMR
Bu gün, 11:10
İranın azərbaycanlı generalından Bakıya ikibaşlı REVERANS - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir - DETALLAR
Bu gün, 11:07
Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:03
Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? - AKTUAL
Bu gün, 10:55
Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 10:52
Dövlət torpaqlarını qanunsuz satanların MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 10:50
“Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:49
Tək RUS BAZARINA ümidli olsaq... - BATARIQ!
Bu gün, 10:44
Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi - Digər generala yüksək vəzifə verdi
Bu gün, 10:32
Hüquqları pozulan sakinləır FHN şefindən MƏDƏT UMUR... - Aksiya keçirdilər və...
Bu gün, 10:27
Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib
Bu gün, 10:23
Özü bir yana, köməkçisi də SÜLALƏ HAKİMİYYƏTİ qurub... - BU NƏDİ BELƏ...
Bu gün, 10:17
Çay evində bakalla müştərinin başına zərbə vuran şəxs məhkəmə zalında HƏBS EDİLDİ
Bu gün, 09:59
“Rusiya rəhbərliyi işğalçıdır, o, ölkəni məhz bu üsullarla idarə edir” - Beqlaryan
Bu gün, 09:54
İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu – İnanılmaz detallar
Bu gün, 09:53
Qazaxda POLİS GÜNÜ qeyd olundu - FOTO
Bu gün, 09:49
Taksi sürücüsü qısqanclıq zəminində onunla mübahisə edən müştərini bıçaqladı - HÖKM
Bu gün, 09:43
“Araz”dan oğurladığı 14 manatlıq malı geri qaytarsa da, həbs olundu - Biri uşaq qolbağıdır
Bu gün, 09:42
Paşinyan ən sadiq adamına - Simonyana qarşı niyə amansız davrandı? - “Joqovurd”
Bu gün, 09:41
İdmançı qardaşının qisasını alan şəxs: - “Heç bir kişi qardaşının ünvanına yazılan söyüşlərə dözməz”
Bu gün, 09:39
İrəvan bilməlidir ki, "havayı pendir" tələdə olur - Slutski
Bu gün, 09:38
“Azəristiliktəchizat”da 115 milyon manata yaxın zərər yığılıb - TƏFƏRRÜAT
Bu gün, 09:36
Məktəb direktoru dövlətin 71 min manatını necə mənimsəyib? – İTTİHAM AKTI
Bu gün, 09:33
İşdən qovulanın da doğru-dürüst pulunu vermirlər... - GİLEY
Bu gün, 09:25
Ermənistan bu gün qarışacaq - hamı bu qərarı gözləyir
Bu gün, 09:06
Paşinyan Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün İrana yola düşüb
Bu gün, 09:05
Tiktoker İlduzə Hacıyevaya verilən həbs hökmünün əsasları açıqlandı - AKTUAL
Bu gün, 09:03
Beynəlxalq silahlı qruplaşma yaradılıb Ukraynaya yeridilsin - TƏKLİF VAR...
Bu gün, 07:39
Qusarda Əmrullayevin HESABI belə ödənib - ŞOK İDDİA
Bu gün, 07:13
Ukraynada hakimiyyət dəyişikliyinə gedilir? - KİV
Bu gün, 07:01
Nəyi hardan nə qədər qazanırıq... HƏLƏ BİLİNMİR Kİ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:57
Özbaşına qalan GDU rektoru görün, KİMLƏRƏ GÜVƏNİR... - qardaşı vəzifədə olmasa da...
Bu gün, 06:48
Ədalət onları qətiyyən maraqlandırmır... - REPLİKA
Bu gün, 06:41
Burdan bir məhsul alan bir də almır - GİLEY
Bu gün, 01:51
Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? - Görünəni odur ki...
Bu gün, 01:35
QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... - ədalət mühakiməsinin milli standartları...
Bu gün, 01:25
"Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" - ETİRAZ VAR!
Bu gün, 01:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru