Burdan bir məhsul alan bir də almır .....                     Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? .....                     QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... .....                     "Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" .....                     Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? .....                     Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır .....                     Erməni generallar barədə fərmanlar verildi .....                     Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə .....                     Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi .....                     Məhərrəmlikdə toy etmək olarmı? .....                     ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir .....                     AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi .....                     Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? .....                     Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... .....                     Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ .....                     Azərbaycanda 3,5 milyona yeni film çəkilir .....                     35 min manatlıq həkim, yalnız morqda işləyə bilər .....                     Bu klinika təzminat ödəyəcək .....                     Brüsselin Bakı kursu dəyişir: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     "UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" .....                     Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm .....                     Özümü Paşinyansız düşünə bilmirəm .....                     İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək .....                     Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq .....                     Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb .....                     Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb .....                     “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib .....                     Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi .....                     “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... .....                     Rusiya Xerson vilayətinə zərbə endirib, .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... .....                     Paşinyan Putindən qorxaraq geri çəkildi: .....                     Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi .....                     Putin Paşinyanın telefonunu niyə götürmədi? .....                     2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik .....                     Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək .....                     İsrail Müctəba Xameneini ölümə məhkum edib .....                     "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." .....                     ASTANA NƏ EDƏCƏK? .....                 

Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? - Görünəni odur ki...
Tarix: Bu gün, 01:35 | Çap et

Qış kampaniyasından sonra Rusiya–Ukrayna müharibəsi "sürünən" mərhələsindən çıxaraq daha şiddətli xarakter alıb. İndi tərəflər təkcə cəbhədə üstünlük qazanmağa çalışmır, həm də bir-birinin iqtisadi və kritik infrastrukturunu tamamilə iflic etmək niyyəti ilə ağır zərbələr endirirlər.
Daha çox gündəmdə olduğu üçün öncə tərəflərin bir-birini tükətmək məqsədilə atdığı addımlara nəzər salaq. Ukrayna birbaşa cəbhə xəttində Rusiyanın zirehli texnika və canlı qüvvə üstünlüyünü tam kompensasiya edə bilmədiyi üçün zərbəni Rusiyanın daxilinə — neft emalı zavodlarına (NEZ) vurur. Bu taktikaya yönəlməyin əsas səbəbi odur ki, sözügedən zərbələr Rusiyada benzin və dizel istehsalını müəyyən dövrlərdə 10-15% civarında azaldır, daxili bazarda qiymət artımına və ixrac qadağalarına yol açır. Ən əsası isə cəbhəni təchiz edən logistik zəncirdə (yanacaq qatarları və anbarlarında) ciddi gecikmələr yaradır. Hər bir hücumun, hər bir addımın nəticələri öncədən hesablanır. Hesab edirəm ki, Ukraynanın əsas hədəfi yanacaq çatışmazlığı və qiymət artımı fonunda Rusiya daxilində əhalinin etirazlarına nail olmaq, ən mühümü isə logistikanı iflic etməklə Rusiyanın artan hücumlarının qarşısını almaqdır. Ukrayna tərəfinin bu zərbələri Rusiyanı çətin vəziyyətə salsa da, hələlik rəqibi tamamilə çökdürmək gücündə deyil.
Rusiya isə Ukraynanın cəbhə arxasını tamamilə sıradan çıxarmaq üçün kütləvi raket, FAB (idarəolunan aviabomba) və "Şahid" zərbələri ilə elektrik stansiyalarını (İES və SES-ləri) hədəf alır. Rusiya ballistik və qanadlı raketlərin dağıdıcı gücü sayəsində Ukraynanın nəhəng enerji obyektlərini (məsələn, Trypilska İES və ya DniproHES kimi strateji mərkəzləri) bütövlükdə sıradan çıxarır.
Nəticədə Ukrayna artıq öz enerji sisteminin 50%-dən çoxunu itirib. Bu, sadəcə mülki əhalinin qaranlıqda qalması demək deyil; bu, hərbi zavodların, dron istehsal edən sexlərin, dəmiryolu logistikasının və xəstəxanaların işinin dayanması və ya bahalı generator asılılığına düşməsi deməkdir. Enerji böhranı Ukrayna iqtisadiyyatını və daxili sabitliyini birbaşa sarsıdır.
Ukrayna Rusiyanın bu addımlarının fəsadlarından qismən yayına bilir. Belə ki, rəsmi Kiyev Avropa İttifaqından elektrik enerjisi idxal etməklə və daxili şəbəkəni qəza rejimləri ilə manevr etməklə sistemi tam sönməkdən (blackout) qoruyur. Nüvə elektrik stansiyaları (AES) hələlik birbaşa hədəf alınmadığı üçün sistemin əsas baza strukturu olaraq qalmaqdadır.
Uzaq mənzilli dron hücumları Rusiyaya maliyyə və logistik diskomfort yaradır, onu müdafiəyə əlavə resurslar ayırmağa məcbur edir. Ancaq Rusiyanın Ukraynanın enerji sisteminə vurduğu zərbələr Ukrayna üçün varlıqsal təhdiddir. Rusiya iqtisadiyyatı və coğrafiyası bu miqyaslı zərbələrə qarşı, Rusiya zərbələrinə məruz qalan Ukrayna ilə müqayisədə daha dözümlüdür. Əgər Qərb tərəfdaşları Ukraynanı qısa zamanda güclü hava hücumundan müdafiə (HHM) qalxanı ilə təmin etməsələr və ya Ukrayna Rusiyanın raket atan aerodromlarını tamamilə iflic edə bilməsə, bu "tükətmə duelində" zaman keçdikcə infrastruktur baxımından Ukraynanın itkiləri daha kritik həddə çatacaq.
Rusiya–Ukrayna müharibəsi döyüş meydanında da şiddətli dönəminə qədəm qoyub. Rusiya ordusu eyni vaxtda bir neçə istiqamətdə hücumlarını davam etdirir. Rusiya tərəfi Slavyansk və Kramatorsk istiqamətində irəliləmək üçün çox vacib iki məntəqəni — Yurivka (Yurbovka) və Ray-Oleksandrivkanı işğal edib. Bu iki məntəqənin ələ keçirilməsi rus qoşunlarını Slavyansk–Kramatorsk xəttinə cəmi 12–15 kilometrliyə qədər yaxınlaşdırıb. Rusiya mənbələri artıq şəhərlərin 5 kilometrliyində, Qərb mənbələri isə təxminən 15-16 km məsafədə olduqlarını qeyd edirlər. Slavyansk, Kramatorsk, Drujkivka və Kostyantynivka şəhərləri Ukraynanın Donbasda qalan sonuncu ən böyük müdafiə xəttidir. Rusiya hərbçiləri faktiki olaraq şəhərləri bir-birindən izolyasiya etmək, cinahlardan sızmalar həyata keçirməklə Donetsk vilayətinin işğalını tamamlamaq niyyətindədir. Rusiyanın əsas məqsədi Ukrayna ordusunu tək bir nöqtədə deyil, geniş cəbhə boyu (Xarkovdan tutmuş Zaporojyeyə qədər) eyni vaxtda döyüşə cəlb etməkdir. Bu taktika Ukraynanın onsuz da məhdud olan canlı qüvvə və sursat ehtiyatlarını parçalamağa hesablanıb. Son dönəmlər Rusiya ordusunun irəliləyişini təmin edən əsas amillərdən biri isə aviabombalardır (KAB/FAB). Ukrayna tərəfində hava hücumundan müdafiə sistemlərinin azlığı və sursat çatışmazlığı Rusiyanın cəbhədəki bu dağıdıcı taktikasına şərait yaradır.
Son hesablamalar göstərir ki, Rusiya ordusu cəbhə xəttinə daha çox canlı qüvvə cəmləşdirib. Təsadüfi deyil ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski Rusiyanın Çernihiv vilayətinə də hücuma hazırlaşdığını bəyan edib. Bundan əlavə, Dnipropetrovsk vilayətinin 23 yaşayış məntəqəsindən uşaqlı ailələrin məcburi təxliyəsinə başlanılıb. Bu, tamamilə mülki təhlükəsizliyin qorunmasına yönəlmiş bir tədbirdir. Bütün bunları nəzərə aldıqda, Ukrayna tərəfinin təkcə Rusiyanın neft infrastrukturunu yox, həm də onun böyük şəhərlərindəki strateji məntəqələri hədəf alması tamamilə başa düşüləndir. Qeyd etmək lazımdır ki, Rusiyanın bu irəliləyişləri cəbhədə çox ciddi canlı qüvvə və texnika itkisi hesabına başa gəlir.
Rusiya–Ukrayna cəbhəsi ilə yanaşı, Avropada da ciddi hərbi-siyasi hərəkətlilik müşahidə olunur. İlk növbədə qeyd etmək lazımdır ki, Rusiyanın Baltikyanı ölkələr hücum ehtimalı da var. Ancaq NATO daxilində bu təhdid hissi və müdafiə hazırlıqları pik həddə çatıb. Əlavə olaraq da qeyd edim ki, Rusiyanın Ukrayna bataqlığında bu qədər canlı qüvvə tükətdiyi bir vaxtda birbaşa NATO üzvünə (Baltikyanı ölkələrə) hücum etməsi qısamüddətli perspektivdə hərbi baxımdan o qədər də asan görünmür. Finlandiyadan sonra Baltikyanı ölkələrin də öz ərazilərində nüvə silahı yerləşdirməklə bağlı qanunvericilik daxilində dəyişikliklərə getməsi real təhlükədən xəbər verir. Bundan əlavə, Belarusun da proseslərə qoşulma ehtimalı Rusiya tərəfindən daimi təzyiq rıçaqı və hədə qorxu olaraq saxlanılır. Ukrayna ordusunun qüvvələrini parçalayan əsas məqamlardan biri də Belarusa etibar edilməməsidir. Düzdür, Belarusla sərhəddə Ukrayna tərəfi çox güclü müdafiə xətti qurub. Ancaq Ukrayna ordusunun eyni zamanda həm Rusiya, həm də Belarusla genişmiqyaslı müharibə apararaq uğur qazanması inandırıcı görünmür. Ukrayna tərəfinin Belarusu hədəf alan kəskin bəyanatları sanki Avropanı hərəkətə keçirməyə hesablanıb. Belarusa gəldikdə isə, Lukaşenko maksimum çalışır ki, müharibədən uzaq dursun. Ancaq nəzərə almaq lazımdır ki, Rusiya Belarusa "Oreşnik" və digər strateji raketləri sadəcə bəzək üçün verməyib. Burada əsas məsələ rəsmi Minskin Kremldən gələn təzyiqlərə nə qədər dirəniş göstərə biləcəyidir. Hesab edirəm ki, Rusiya üçün Belarus Ukrayna cəbhəsindən daha çox Baltikyanı ölkələr, xüsusilə də NATO-nun "ən zəif bəndi" sayılan Suvalki dəhlizi üzərində təzyiq rıçaqı kimi lazımdır.
Digər tərəfdən, Rusiya ilə Avropanın toqquşma ehtimalı regional proseslərin təbii axarı ilə də baş verə bilər. Misal üçün, Rumıniya ilə Moldova birləşmək niyyətindədir. Hətta bu məsələ artıq bəyanat səviyyəsindən parlament müzakirələrinə keçib. Belə bir birləşmə baş tutarsa, Dnestryanı bölgə NATO və Rusiyanın birbaşa toqquşması üçün hər an partlamağa hazır olan bomba effekti verə bilər.
Bir çoxları düşünür ki, Rusiyanın işğal siyasətinin arxasında birbaşa Putin dayanır. Ölkə rəhbəri olduğu üçün bu yanaşma məntiqli görünə bilər. Ancaq İsveç hərbi kəşfiyyatının rəhbəri Tomas Nilsson açıq şəkildə bəyan etdi ki, Vladimir Putin hakimiyyətdən getsə belə, Rusiya qonşuları Avropa üçün təhlükə olaraq qalacaq. O bildirib ki, Rusiyanın atdığı addımlar Kremldəki liderin şəxsi ambisiyaları ilə bağlı deyil, Rusiya dövlət və sistem olaraq bu strateji yolu seçib. Tomas Nilssonun hesabatında ən diqqətçəkən məqamlardan biri rus cəmiyyətinin rəyinə yönəlib. Kəşfiyyat rəhbəri bildirir ki, rəy sorğuları rus xalqının əhəmiyyətli bir hissəsinin müharibənin özünü olmasa da, Rusiyanın "böyük dövlət" (imperiya) ambisiyalarını ürəkdən dəstəklədiyini göstərir. Bu səbəbdən Kremldə hakimiyyət dəyişsə belə, xarici siyasətdəki aqressiv xəttin kəskin dəyişməsi gözlənilmir. Rusiya hazırda Ukraynadakı müharibəyə fokuslansa da, Finlandiya sərhədindən cənuba doğru, NATO-nun şərq cinahında öz hərbi infrastrukturunu genişləndirdiyi barədə də ciddi iddialar və peyk məlumatları mövcuddur.
Nəticə etibarilə, Rusiyanın Ukrayna müharibəsində qalib gələcəyi təqdirdə Avropaya qarşı daha aqressiv addımlar atacağı ehtimalı var. Yox, əgər Ukrayna cəbhəsində istədiyinə tam nail ola bilməyəcəksə, Rusiyanın sadəcə dayanacağı da inandırıcı deyil. Belə bir ssenaridə Kremlin növbəti təzyiq hədəfi kimi Mərkəzi Asiya ölkələri və Cənubi Qafqaz istiqaməti ön plana çıxa bilər.
Müəllif: Səxavət Məmməd - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Burdan bir məhsul alan bir də almır - GİLEY
Bu gün, 01:51
Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? - Görünəni odur ki...
Bu gün, 01:35
QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... - ədalət mühakiməsinin milli standartları...
Bu gün, 01:25
"Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" - ETİRAZ VAR!
Bu gün, 01:19
Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? - AÇIQLAMA
Dünən, 18:05
Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır - Paşinyan
Dünən, 18:03
Erməni generallar barədə fərmanlar verildi - KİV
Dünən, 17:00
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Dünən, 16:57
Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi - FOTO
Dünən, 16:55
Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
Dünən, 16:50
ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir - Tramp
Dünən, 16:43
AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi - SİYAHI
Dünən, 16:39
Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? - GƏLİŞMƏ
Dünən, 16:37
Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... – YENİDƏN TƏŞKİL EDİLİR
Dünən, 16:33
Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 16:33
Azərbaycanda 3,5 milyona yeni film çəkilir
Dünən, 16:28
35 min manatlıq həkim, yalnız morqda işləyə bilər – REPLİKA
Dünən, 16:26
Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib
Dünən, 16:21
Brüsselin Bakı kursu dəyişir: - “Əməkdaşlıq artıq təkcə qaz ixracı ilə məhdudlaşmır”
Dünən, 16:13
Ucuz neft Azərbaycana problem yaradacaq? - AKTUAL
Dünən, 14:01
"UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" - AÇIQLAMA
Dünən, 13:55
Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm - Paşinyan
Dünən, 13:50
Özümü Paşinyansız düşünə bilmirəm – Simonyandan ETİRAF
Dünən, 13:49
İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək - Paşinyan
Dünən, 13:45
Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq - Fon der Lyayen
Dünən, 13:42
Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Dünən, 13:11
Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Dünən, 13:07
“Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Dünən, 13:04
Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Dünən, 13:02
“SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Dünən, 13:01
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Dünən, 12:59
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Dünən, 12:57
Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Dünən, 12:53
Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Dünən, 12:50
Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Dünən, 12:47
2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Dünən, 12:46
Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Dünən, 12:01
İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Dünən, 11:59
"Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Dünən, 11:57
ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Dünən, 11:49
Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Dünən, 11:45
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Dünən, 11:30
Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Dünən, 11:27
Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:20
Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Dünən, 11:11
Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
Dünən, 11:10
"BAX, BU AYRI `LEVEL`DİR..." - pərdəarxası...
Dünən, 11:03
Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir - MƏQALƏ
Dünən, 10:57
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər - İsrafil Kərimovun yazısı...
Dünən, 10:55
"Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Dünən, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru