"Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." .....                     Azərbaycanda ət bahalaşa bilər... .....                     Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? .....                     Bloger “Space TV”də yeni veriliş aparacaq .....                     Avtomobil bazarında durğunluq var: .....                     Restoranda açıq geyimə görə QALMAQAL .....                     Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... .....                     Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... .....                     Atasını müdafiə etmək istəyən oğul həmkəndlisini bıçaqlayaraq öldürdü .....                     Paşinyan Müdafiə Nazirliyinə də ƏL GƏZDİRİR .....                     "Yanan maşınlardan biri mənə məxsusdur" .....                     Qadın evə gətirdiyi müştərisini bıçaqladı: .....                     İmtahanda toplanan ballar ÖNƏMLİ DEYİL... .....                     BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb .....                     Hamı özünü korluğa və karlığa qoyub... .....                     Qardaşların mübahisəsi faciəyə çevrildi: Ata güllələndi, oğul ittihamları qəbul etmir .....                     GDU-da QANUNSUZLUQLAR SERİYASI... .....                     DƏRMAN MAFİYASI... İŞ BAŞINDA! .....                     Naxçıvana kart sistemi gəlir: AMMA ƏSLİNDƏ... .....                     Bu, Putin üçün çox böyük biabırçılıqdır .....                     "Brent" markalı neftin qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb .....                     Anar Əliyevin ABSURD "qənaəti" .....                     AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var? .....                     Müəllimlərin kütləvi etirazı... .....                     Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir .....                     Nazirin axtardığı günahkar: Məktəbdə, yoxsa evdə? .....                     Tofiq Heydərovun "AAAF İnşaat" şirkətinin 5.6 milyondan çox borcu var! .....                     Azərbaycanın qələbəsini gizlədən sözçüyə yüksək vəzifə verildi .....                     İspaniya NATO-da ABŞ üçün yaxşı müttəfiq deyil .....                     Dövlətin dəstəyi... KİMLƏRİN OYUNCAĞIDIR? .....                     Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı .....                     Tehran küçələri... savaşdan sonra... .....                     Tenderi keçirən də, udan da eyni adamdırsa... .....                     Rusiya benzin dilənməyə başlayıb .....                     "Niyə əlavə 20 manat ödəməliyəm ki..." .....                     Nazilə Səfərli qollarını çırmalayıb... .....                     Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ .....                     Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: .....                     İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb .....                     Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır .....                 

Əli İnsanov özünü Nelson Mandela görürmüş...
Tarix: 10-02-2016, 08:35 | Çap et
Əli İnsanov özünü Nelson Mandela görürmüş...
Sabiq səhiyyə naziri Əli İnsanovun həbs müddətinin başa çatmasına 8 ay qalır. Vaxt azaldıqca, sabiq nazirin azadlığa çıxandan sonra hakimiyyətə qarşı çox ciddi müxalif qüvvəyə çevriləcəyi məsələsi ətrafında müzakirələr çoxalır.

Əli İnsanov həbsə düşdükdən indiyə qədər iqtidara qarşı barışmaz mövqeyi ilə müxalifət düşərgəsində özünə qarşı vaxtilə mövcud olmuş mənfi münasibəti 180 dərəcə müsbətə doğru dəyişə bilib. Hər halda, bunu müxalifət partiyalarının onu açıq şəkildə müdafiə etməsi, hətta şəklini qərargahlarında başlarının üstünə vurmaları da göstərir.

Müxalifət düşərgəsinin sabiq nazirdən gözləntiləri, onun müxalifətin lideri olacağı barədə də fikirlərin yayılmasına səbəb olub. İllərdir müxtəlif səbəblərdən uğursuzluq girdabına düşmüş müxalif elektoratın özünə daha effektli, daha güclü, əlaqələri geniş olan, sirli qaynaqlardan güc götürdüyünü düşündüyü liderlər axtarması yeni deyil. 2013-cü ildə prezident seçkiləri öncəsi Milli Şura avantürası ilə irəli çıxan dramaturq Rüstəm İbrahimbəyov müxalifət elektoratının əhval-ruhiyyəsinə bariz nümunədir. Bu düşərgə onu dərhal bağrına basdı, özünə lider etdi.

Lakin İbrahimbəyov hamını məyus etdi, on minlərlə insanın inamı ilə oynayıb, bir kənara çəkildi. Bəs Əli İnsanov faktoru ilə Rüstən İbrahimbəyovu müqayisə etdikdə hansı oxşar və fərqli məqamlar ortaya çıxır? Ümumiyyətlə, onların müqayisəsi mümkündürmü?

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Rüstəm İbrahimbəyovla Əli İnsanovu müqayisə etsək, bir sıra fərqli cəhətlər ortaya çıxır. Rüstəm İbrahimbəyovun arxasında Rusiya dururdu. Onun siyasətə gəlişi, müxalifət düşərgəsinin başına keçmək cəhdi Moskvanın proyekti idi. Məqsəd Azərbaycan iqtidarına təzyiq eləmək və Rusiyanın buradakı maraqlarını təmin etmək idi: “Rusiya həmin proyekti işə salmaqla öz maraqlarını təmin elədi. Əli İnsanov isə arxasında hansısa xarici güc durmadan şəxsən özü bu hakimiyyətə qarşı məhkəmədə və həbsxanada olduğu müddətdə sərt mövqe ortaya qoyub. Ona görə də onu Rüstəm İbrahimbəyovla müqayisə eləmək olmaz. Əli İnsanov 10 ildən artıqdır həbs cəzası çəkir, hakimiyyətdən əfv diləməyib, həbs olunmamaq üçün ölkədən qaçmayıb. Rüstəm İbrahimbəyov isə bir saat da olsun həbsdə olmayıb, həbs olunub-olunmayacağı dəqiq bəlli deyil, lakin ölkəyə qayıtmağa risk etmir”.

ADP sədri onu da qeyd etdi ki, Əli İnsanov həbsdən çıxdıqdan sonra ciddi müxalifətçilik etsə, müəyyən qədər irəliləyə bilər: “Haqq üçün deyək ki, Əli İnsanov indiyə qədər hakimiyyətdən kənarlaşdırılmış və cəzalandırılmış adamlar içərisində özünü ən prinsipial və ləyaqətli aparanlardan biridir. Lakin Əli İnsanovun Azərbaycan demokratiyası ilə heç bir əlaqəsi yoxdur. O, nə xalq hərəkatında, nə Elçibəy hakimiyyətində iştirak edib, nə də sonrakı dövrdə Azərbaycanın demokratikləşməsi üçün nə isə edib. Əli İnsanov demokratiya uğrunda mübarizə aparıb həbs olunmayıb. Sadəcə, hakimiyyətin başında dayanan şəxslə münasibətlərinə görə həbs olunub. Əli İnsanovdan da başqa cəzalanan məşhur məmurlar olub və bəzi adamlar onların müxalifətə keçəcəyini, müxalifətə çox böyük xidmətlər göstərəcəklərini deyiblər. Amma təcrübə göstərdi ki, o adamlar müxalifət mövqeyinə keçsə də böyük gözləntiləri doğrultmayıb. Lalə Şövkət, Rəsul Quliyev, Eldar Namazov hakimiyyətdən istefa verib müxalifətə keçdilər. Lakin zaman göstərdi ki, onlar xalq hərəkatından çıxmış müxalifət liderlərindən heç də artıq hansısa bir uğura imza ata bilmədilər. O baxımdan Əli İnsanovun müxalifət düşərgəsinə keçsə də, demokratik dəyişikliklərə nail ola biləcəyinə inanmıram”.

S.Cəlaloğlunun fikrincə, Azərbaycan xalqının faciəsi ondan ibarətdir ki, o liderlər ki, demokratik liderlərdir, xalq onları lider kimi görə bilmir. Çünki demokratik lider xalqın içində olur, bütün günü xalqın gözü qarşısında olur və adiləşir: “Azərbaycan xalqı hələ keçmiş sovet şüurundan uzaqlaşmadığı üçün liderləri özündən yuxarıda, hökmə, sərvətə malik bir adam kimi təsəvvür edir. Əli İnsanovda insanlar bunu gördükləri üçün onun lider olacağını, böyük dəyişikliklərə məhz onun nail olacağını düşünür. Müxalifət sıralarında bu cür düşünən insanlar da bu kateqoriyaya uyğun lider axtarışındadır. Ona görə Əli İnsanovun adı hallanır. Halbuki bu gün ənənəvi müxalifət partiyalarının liderləri arasında ən zəif hesab elədiyimiz bir adamla Əli İnsanovu tərəziyə qoysaq, həmin adamın əslində daha böyük demokratik lider olduğu ortaya çıxacaq. Demokratik lider olmaq elə də asan deyil. Bunu hər adam bacarmır. Əli İnsanov demokratik müxalifətə lider gələcəksə, o, Azərbaycanda ən böyük demokratik dəyərlərə malik bir adam, demokratik dəyərləri bölüşən adam olmalıdır. Əli İnsanov belə ola biləcəkmi? Yəqin ki, bu suala heç kim əminliklə ”ola biləcək" cavabını verə bilməz. Təkcə uzun müddət həbsxanada olmaq və hakimiyyətə əyilməməklə demokratik təfəkkür formalaşmır. Mən Əli İnsanovun bugünkü müxalifət liderlərindən daha böyük, dəyişikliklərə gətirəcək işlər görə biləcəyinə inanmıram. Rəsul Quliyevlə Lalə Şövkət müxalifətə keçdikdən sonra müxalifətə, demokratiyaya nə veribsə, Əli İnsanov gəlişi ondan artığını verə bilməz".

Siyasi şərhçi Elxan Şahinoğlu da bildirdi ki, Rüstəm İbrahimbəyovun 2013-cü ildə demokratik müxalifətin liderinə çevrilməsi prosesi Rusiya faktoru ilə bağlı idi. Bu prosesdə Rusiyanın planları dayanırdı: “Rüstəm İbrahimbəyov və onun rəhbərlik etdiyi Ziyalılar Forumu öncə müxalifəti birliyə çağırdı, sonra elə bir təbliğat aparıldı ki, özü müxalifətin liderinə çevrildi. Axırda da müxalifəti yarı yolda buraxaraq Azərbaycandan getdi və hələ də gəlməyib. Əli İnsanov bu gün müəyyən qədər şanslı görünür. Çünki bütün yuxarıda qeyd etdiyim məhrumiyyətləri, mərhələləri o keçdi və bu günədək mövqeyindən geri çəkilməyib. Həbsdə ola-ola açıq elan edib ki, radikal müxalifət funksiyasını daşıyacaq. Əli İnsanov Müsavat və AXCP ilə ortaq məxrəcə gələ bilməyəcəksə, ola bilsin ətrafdan kimlərləsə ittifaq yaratmaq işinə girişsin. Bu, Rəsul Quliyev də, Eldar Namazov da ola bilər. Tamamilə fərqli adamlar da ola bilər. Hər bir halda yəqin ki, Əli İnsanov həbsdən çıxandan sonra özünə tərəfdar toplamağa çalışacaq.
Əli İnsanov bir qədər fərqli fiqurdur. Onunla bərabər Fərhad Əliyev də həbs olundu. Amma Fərhad Əliyev sanki sındı. Əli İnsanov isə həbs olunduqdan indiyədək hakimiyyətə meydan oxuyur. Əli İnsanov məhkəmələrində hətta Nelson Mandeladan misal gətirirdi ki, eybi yox, mən də həbsdə yatıb çıxaram və dövlətin də başına keçərəm. Bu fərqlilik də onun hakimiyyətə müxalif olan qüvvələr və protest elektoratı arasında nüfuzunu artırır. Müxalifət partiyaları bəllidir ki, müxtəlif səbəblərdən zəifləyiblər və güclü liderə də ehtiyacları var. Amma mən inanmıram ki, bütün müxalifət Əli İnsanovun liderliyini qəbul edəcək. Əli İnsanov həbsdən çıxandan sonra özü ayrıca olaraq yeni müxalifət hərəkatı yaratmaq və gücə çevrilmək iddiasını ortaya qoya bilər. Uğur qazanıb-qazanmayacağı gələcəkdə bəlli olacaq. Hakimiyyətin də əlində Əli İnsanova təsir etmək, onu cəmiyyətin gözündən salmaq üçün müəyyən alətlər var. Nazir olduğu dövrü, səhiyyənin zamankı vəziyyətini onu nüfuzdan salmaq üçün gündəmə gətirəcəklər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Bu gün, 10:52
Azərbaycanda ət bahalaşa bilər... – Heyvan idxalında yeni qaydalar
Bu gün, 10:45
Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? - "Hraparak"
Bu gün, 10:42
Bloger “Space TV”də yeni veriliş aparacaq
Bu gün, 10:38
Avtomobil bazarında durğunluq var: - Ekspertlər ucuzlaşma olduğunu iddia edir
Bu gün, 10:37
Restoranda açıq geyimə görə QALMAQAL – “Bizdə belə geyinməyin!”
Bu gün, 10:34
Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... - SƏDR KİMİ...
Bu gün, 10:12
Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... -FOTO
Bu gün, 10:09
Atasını müdafiə etmək istəyən oğul həmkəndlisini bıçaqlayaraq öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:05
Paşinyan Müdafiə Nazirliyinə də ƏL GƏZDİRİR - KİV
Bu gün, 10:01
"Yanan maşınlardan biri mənə məxsusdur" - FOTO
Bu gün, 09:52
Qadın evə gətirdiyi müştərisini bıçaqladı: - “İçkili idim, tam olaraq nə baş verdiyini xatırlamıram”
Bu gün, 09:43
İmtahanda toplanan ballar ÖNƏMLİ DEYİL... - İTTİHAM VAR...
Bu gün, 09:37
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb - DOSYE
Bu gün, 09:21
Hamı özünü korluğa və karlığa qoyub... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Qardaşların mübahisəsi faciəyə çevrildi: Ata güllələndi, oğul ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 09:00
GDU-da QANUNSUZLUQLAR SERİYASI... - Qanundankənar prorektor və daha nələr...
Bu gün, 08:51
DƏRMAN MAFİYASI... İŞ BAŞINDA! - NƏ ETMƏLİ?
Bu gün, 08:34
Naxçıvana kart sistemi gəlir: AMMA ƏSLİNDƏ... - Sakinlər deyir ki...
Bu gün, 08:29
Bu, Putin üçün çox böyük biabırçılıqdır - Dikinson
Bu gün, 07:17
"Brent" markalı neftin qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb
Bu gün, 07:16
Anar Əliyevin ABSURD "qənaəti" - Şöbə müdirinin müavininə də stol və paltar dolabı alır
Bu gün, 07:14
AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
Müəllimlərin kütləvi etirazı... - Araz Paşayev isə...
Bu gün, 07:04
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - GƏLİŞMƏ
Bu gün, 06:46
Nazirin axtardığı günahkar: Məktəbdə, yoxsa evdə? - Görünəni odur ki...
Bu gün, 06:44
Tofiq Heydərovun "AAAF İnşaat" şirkətinin 5.6 milyondan çox borcu var! - TƏFƏRRÜAT
Bu gün, 06:41
Azərbaycanın qələbəsini gizlədən sözçüyə yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 06:37
İspaniya NATO-da ABŞ üçün yaxşı müttəfiq deyil - Tramp belə deyir...
Bu gün, 06:35
Dövlətin dəstəyi... KİMLƏRİN OYUNCAĞIDIR? - İLGİNC FAKTLAR
Bu gün, 06:32
Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı - AKTUAL
Bu gün, 06:26
Tehran küçələri... savaşdan sonra... - artıq hicab patrullarına...
Bu gün, 02:59
Tenderi keçirən də, udan da eyni adamdırsa... - HANSI MƏMUR CƏZALANIB?
Bu gün, 02:46
Rusiya benzin dilənməyə başlayıb - "Reuters"
Bu gün, 02:34
"Niyə əlavə 20 manat ödəməliyəm ki..." - ETİRAZ VAR!
Bu gün, 02:29
Nazilə Səfərli qollarını çırmalayıb... - maləsəf xınayaxdı üçün yox....
Bu gün, 02:19
Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ - Başçının xəbəri olsa da...
Bu gün, 02:15
Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: - hər şey Türkiyə ilə...
Dünən, 22:21
İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb - Polis araşdırma aparır
Dünən, 22:14
Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır
Dünən, 18:12
"Avroviziya"dan kuryerliyə - Fərid Məmmədovun sonrakı həyatı
Dünən, 17:46
Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu - BUNDAN SONRA...
Dünən, 17:45
Ermənistanın Türkiyə ilə sərhəd planı: - Görün ilk kimlər keçəcək
Dünən, 17:43
“TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs - 3 il 6 ay həbs
Dünən, 17:41
“Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” - aktrisadan ETİRAF
Dünən, 17:38
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 17:36
SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…?
Dünən, 17:34
İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: - Bu şayiəni kim yayıb?
Dünən, 17:30
Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir – Dəhşətli ssenari
Dünən, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru