Brüsselin Bakı kursu dəyişir: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     "UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" .....                     Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm .....                     Özümü Paşinyansız düşünə bilmirəm .....                     İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək .....                     Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq .....                     Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb .....                     Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb .....                     “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib .....                     Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi .....                     “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... .....                     Rusiya Xerson vilayətinə zərbə endirib, .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... .....                     Paşinyan Putindən qorxaraq geri çəkildi: .....                     Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi .....                     Putin Paşinyanın telefonunu niyə götürmədi? .....                     2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik .....                     Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək .....                     İsrail Müctəba Xameneini ölümə məhkum edib .....                     "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." .....                     ASTANA NƏ EDƏCƏK? .....                     Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu .....                     "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib .....                     Çatışmazlıqların acı dadı: .....                     Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? .....                     Azərbaycanda 786 min ailənin “evi yoxdur” .....                     Paşinyan Ursula Fon der Lyayenlə görüşüb .....                     "BAX, BU AYRI `LEVEL`DİR..." .....                     Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir .....                     Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər .....                     "Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." .....                     Azərbaycanda ət bahalaşa bilər... .....                     Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? .....                     Bloger “Space TV”də yeni veriliş aparacaq .....                     Avtomobil bazarında durğunluq var: .....                     Restoranda açıq geyimə görə QALMAQAL .....                     Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... .....                     Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... .....                     Atasını müdafiə etmək istəyən oğul həmkəndlisini bıçaqlayaraq öldürdü .....                 

"Elə faktlar deyərəm ki, Allahı tanıyan adam onu qəbul eləməz" - Şeyxə qarşı yeni ittihamlar
Tarix: 16-12-2015, 09:14 | Çap et
"Elə faktlar deyərəm ki, Allahı tanıyan adam onu qəbul eləməz"
ADP sədri Sərdar Cəlaloğlunun bir həftə öncə “Yeni Müsavat”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin ləğvinin vacibliyini bəyan etməsi cəmiyyətdə ciddi müzakirələrə yol açıb.

S.Cəlaloğlunu haqlı hesab eləyənlər də, QMİ-nin Azərbaycan dövlətinə lazım olduğunu, bu qurumun ləğvi tələbinin təxribatçı hərəkət olduğunu düşünənlər də var. Məsələn, hakim YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov QMİ-nin ləğvini istəyənləri təxribatçı adlandırıb.

Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, Şeyx Allahşükür Paşazadənin şəxsinə qarşı heç bir qərəzi və düşmənçiliyi yoxdur: “Təkcə prokurorluq QMİ-nin maliyyə işlərini yoxlasa ortaya çıxar ki, nələr var. Düşmənçiliyim olsa, o faktları mətbuata açıqlayaram və Azərbaycanda Allaha inanan heç kəs şeyxə inanmaz. Sadəcə, demişəm və deyirəm ki, bir adam ticarətlə məşğul olursa, dinlə məşğul olmamalıdır, dinlə, elmlə məşğul olursa ticarətlə məşğul olmamalıdır. Bu fikir niyə düşmənçilik və ya təxribat kimi qələmə verilməlidir? Şeyx öz çıxışlarının birində demişdi ki, mən 30 ildir vicdanın nə olduğunu bilmirəm. Vicdan özü din deməkdir, dində olmaq deməkdir. Deməli, şeyx özü etiraf edir ki, mən dində olmağın nə demək olduğunu bilmirəm. Bunu mən ona böhtan atmıram. Adam öz dili ilə deyir ki, mən 30 ildir bilmirəm vicdan nə olan şeydir. O, ümumiyyətlə, cümə namazı-filan da qılıb eləmir. Bir çox hallarda heç bayram namazlarına da gəlmir. Çox nadir hallarda namazda olur”.

S.Cəlaloğlu QMİ və şeyxlə bağlı mövqeyinə görə heç kimdən qorxmadığını da vurğuladı: “Allahdan qorxan adam heç nədən qorxmaz. Allahdan qorxmayan adam hər şeydən qorxar. Mən Allahdan qorxuram, ona görə də xalqım və dövlətim üçün xeyirli olan hər bir məsələnin üzərinə getməkdən qorxmuram. Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Konstitusiyasına ziddir. Azərbaycan Konstitusiyasına görə, Azərbaycanda yalnız Azərbaycan vətəndaşlarının üzvü olduğu təşkilatlar yaradıla və fəaliyyət göstərə bilər. Qafqaz Müsəlmanları İdarəsi isə adından da görünür ki, Azərbaycanın vətəndaşı olmayan digər Qafqaz xalqlarının da təşkilatıdır. Belə çıxır ki, məsələn, Dağıstanda olan çeçenlərin də hansısa dini sahədə hərəkətinə görə məsuliyyəti Allahşükür Paşazadə daşıyır. Halbuki Allahşükür Paşazadənin Rusiya vətəndaşları üzərində hər bir təsiri, hər hansı bir ideoloji iş aparması Rusiya qanunlarına görə də, Azərbaycanın qanunlarına görə də qadağandır. Qafqaz Müsəlmanları İdarəsi qeyri-hökumət təşkilatıdır.

Necə olur ki, Azərbaycanda heç bir QHT dövlət protokolunda yer tutmur, amma QMİ dövlət protokolunda rəsmi yer tutur, bir çox hallarda hətta parlament sədrindən də qabaqda durur? Bu vəziyyətin özü anormal durumdur. İslam dinində icma prinsipi var. 20-30 nəfər yığışıb bir məscid tikir və öz aralarında ən çox inandıqları adamı önə verirlər və həmin adam pişnamaz olur. İslamın ümumi məsələlərinə gəlincə, Quranda da deyilir ki, gərək sizin öz aranızdan alimlər çıxsın və Qurandakı mürəkkəb məsələləri xalqa izah eləsin. Həmin şəxslər isə Quranda şeyx adlanmır, alim adlanır. Həmin alimlər Quranla yanaşı, elmləri də bilməlidir. Mən hazırda Qurana 10 cildlik izah yazıram. Fəlsəfəni, fizikanı, kimyanı, astronomiyanı bilməsəm, Quranı izah eləyə bilmərəm.

İslam dini ədalətsizliyə müxalifət kimi yaradılıb. Quranda neçə yerdə buyurulur ki, nahaqqa, ədalətsizliyə müxalif olun. Hələ biz QMİ-nin nəyəsə müxalif olduğunu, hansısa ədalətsizliyə müxalif olduğunu görməmişik. Məscid bağlanır, QMİ susur, azana qadağalar qoyulur, QMİ susur, məktəbə hicabla getmək qadağan olunur, QMİ susur, müxtəlif zümrədən olan insanlara haqsız davranışlar baş verir, QMİ səsini çıxarmır. Bunun özü göstərir ki, QMİ heç Quranın əsas əmrlərini yerinə yetirmir”.

ADP sədri dedi ki, bu günə kimi ona şeyxdən heç bir mesaj, xəbərdarlıq, hədə-filan gəlməyib: “Çünki birincisi, mən qərəzli deyiləm. İkincisi, mən şeyxin özünün də xeyrinə danışıram”.

QMİ-nin ləğvini tələb edənlərin təxribatçı adlandırılmasına gəlincə, S.Cəlaloğlu bildirdi ki, Siyavuş Novruzovun dindən başı çıxmır, dini bilmir, ona görə də belə danışır: “Mən faktları, qanunları göstərərək QMİ və şeyx barədə məlum fikirlərimi ortaya qoymuşam. Siyavuş Novruzov buyursun, mənim arqumentlərimin yanlış olduğunu faktlarla, qanuna əsaslanmaqla desin. Görüm mənim arqumentlərimin əsassız olduğunu sübuta yetirə biləcəkmi? Yoxsa ki, indi mənim dediyim fikirlərə qarşı arqument tapa bilməyib, sadəcə, havaya ”bu fikirlər təxribatdır" sözünü söyləmək mənasızdır. Dünyada bir milyard yarım müsəlman var. Yalnız Azərbaycanda İslamın bu cür üsul-idarəçiliyi həyata keçirilir.

Nardaranda insan tələfatına səbəb olan yanlış hərəkət olub. Əgər QMİ din sahəsində indiyə qədər olan insidentlərə, xoşagəlməz hadisələrə görə cavabdehlik daşımayıb. Onda sual olunur ki, bu İdarə nəyə cavabdehlik daşıyır?! Nardaran hadisələrinə görə cinayət işi həm də QMİ-nin əleyhinə qaldırılmalıdır. Ona görə ki, dinə nəzarət QMİ-yə verilib. Bu ölkədə İŞİD özünə tərəfdar toplayır, nurçular tərəfdar toplayır, Yevangelistlər tərəfdar toplayır, Məhəbbət Kilsəsi gəlib tərəfdar toplayır, buddistlər gəlib tərəfdar toplayır və xalq getdikcə bu cür yad dini təsirlərin altına düşür, QMİ məsuliyyət daşımır. O zaman bəs bu QMİ nəyə lazımdır?! Bir insanın və qurumun heç bir belə məsələlərdə məsuliyyəti yoxdursa, səlahiyyətlər ona niyə verilir?! Məsələ bu qədər aydındır. Siyavuş Novruzov kimi adamlar isə hələ də keçmiş SSRİ nostalgiyasından ayrıla bilmirlər və sovetin qalıqlarını qoruyurlar".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Brüsselin Bakı kursu dəyişir: - “Əməkdaşlıq artıq təkcə qaz ixracı ilə məhdudlaşmır”
Bu gün, 16:13
Ucuz neft Azərbaycana problem yaradacaq? - AKTUAL
Bu gün, 14:01
"UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" - AÇIQLAMA
Bu gün, 13:55
Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm - Paşinyan
Bu gün, 13:50
Özümü Paşinyansız düşünə bilmirəm – Simonyandan ETİRAF
Bu gün, 13:49
İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək - Paşinyan
Bu gün, 13:45
Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq - Fon der Lyayen
Bu gün, 13:42
Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Bu gün, 13:11
Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Bu gün, 13:07
“Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:04
Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Bu gün, 13:02
“SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Bu gün, 13:01
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Bu gün, 12:59
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Bu gün, 12:57
Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Bu gün, 12:53
Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Bu gün, 12:50
Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Bu gün, 12:47
2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Bu gün, 12:46
Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Bu gün, 12:01
İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Bu gün, 11:59
"Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Bu gün, 11:57
ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Bu gün, 11:49
Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Bu gün, 11:45
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Bu gün, 11:30
Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Bu gün, 11:27
Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:20
Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Bu gün, 11:11
Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
Bu gün, 11:10
"BAX, BU AYRI `LEVEL`DİR..." - pərdəarxası...
Bu gün, 11:03
Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 10:57
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:55
"Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Bu gün, 10:52
Azərbaycanda ət bahalaşa bilər... – Heyvan idxalında yeni qaydalar
Bu gün, 10:45
Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? - "Hraparak"
Bu gün, 10:42
Bloger “Space TV”də yeni veriliş aparacaq
Bu gün, 10:38
Avtomobil bazarında durğunluq var: - Ekspertlər ucuzlaşma olduğunu iddia edir
Bu gün, 10:37
Restoranda açıq geyimə görə QALMAQAL – “Bizdə belə geyinməyin!”
Bu gün, 10:34
Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... - SƏDR KİMİ...
Bu gün, 10:12
Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... -FOTO
Bu gün, 10:09
Atasını müdafiə etmək istəyən oğul həmkəndlisini bıçaqlayaraq öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:05
Paşinyan Müdafiə Nazirliyinə də ƏL GƏZDİRİR - KİV
Bu gün, 10:01
"Yanan maşınlardan biri mənə məxsusdur" - FOTO
Bu gün, 09:52
Qadın evə gətirdiyi müştərisini bıçaqladı: - “İçkili idim, tam olaraq nə baş verdiyini xatırlamıram”
Bu gün, 09:43
İmtahanda toplanan ballar ÖNƏMLİ DEYİL... - İTTİHAM VAR...
Bu gün, 09:37
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb - DOSYE
Bu gün, 09:21
Hamı özünü korluğa və karlığa qoyub... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Qardaşların mübahisəsi faciəyə çevrildi: Ata güllələndi, oğul ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 09:00
GDU-da QANUNSUZLUQLAR SERİYASI... - Qanundankənar prorektor və daha nələr...
Bu gün, 08:51
DƏRMAN MAFİYASI... İŞ BAŞINDA! - NƏ ETMƏLİ?
Bu gün, 08:34
Naxçıvana kart sistemi gəlir: AMMA ƏSLİNDƏ... - Sakinlər deyir ki...
Bu gün, 08:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru