Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır .....                     Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir .....                     İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                     Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: .....                     737 nümayəndədən 729-u Orbana səs verdi: .....                     Putin Kiyevdə dinc sakinləri bombalayarkən .....                     Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb .....                     Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb .....                     Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                     Mahsun Bakıda kimin toyuna gəlib? .....                     “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” .....                     Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq .....                     Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi .....                     "Azenco"nun mənfəəti bölüşdürüləcək .....                     Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Flora Kərimovanın səhhəti normaldır .....                     “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” .....                     Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? .....                     Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: .....                     Xudavəng Monastır Kompleksi... .....                     Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı .....                     Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. .....                     Putinlə Tramp nə barədə razılığa gəliblər? .....                     Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq .....                     DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... .....                 

"Adam çəkilib dağlara, uzun müddət tənha yaşayıb və bu idmanı yaradıb" - deputat
Tarix: 15-06-2024, 09:21 | Çap et
"Adam çəkilib dağlara, uzun müddət tənha yaşayıb və bu idmanı yaradıb"
Millət vəkili Vüqar İsgəndərovun Kult.az-a müsahibəsi:

- Vüqar bəy, Azərbaycanda adətən, idmançılar tez-tez kobudluğu, zorbalıqları ilə gündəmə gəliblər və belə fikir formalaşıb ki, onların üstünlüyü ancaq güclərindədir, intellektual bazaları yaxşı deyil. Həm də bir idmançı olaraq necə düşünürsünüz?

- Bu, təkcə Azərbaycanla bağlı deyil. Dünyada, təəssüf ki, idmançılar elm, savad meydanında çox görünməyib. Hətta kariyeraları bitəndən sonra məşqçi, yaxud da bizneslə məşğul olublar. Barmaqla sayılacaq idmançı var ki, onlar həm də intellektualdırlar. Amma başqa bir məsələ də var. Onların təfəkkürünün böyük qismi humanizmə hesablanıb. Məsələn, imkanlı idmançıların ayrı-ayrı şəxslərə, cəmiyyətə töhfələri də çox olub. Mənfi hal isə onların kriminal aləmdə görünməsidir.

- Bunlar sizin də məşğul olduğunuz döyüş idmanlarında olur, adətən…

- Bəli, elədir. Amma bu da fərdi məsələdir. Kifayət qədər cinayətkar da var ki, idmançı deyil. İntellektual idmançılar adətən, Şərq döyüş növlərində olub. Məsələn, karatenin kiokşinkay növünün yaradıcısı olan Masutatsu Oyama eyni zamanda filosof idi, kitabları da var. Onun dünya elminə idman fəlsəfəsi ilə bağlı böyük töhfələri olub. Adam çəkilib dağlara, uzun müddət tənha yaşayıb və bu idmanı yaradıb. Yaxud da şotokanın, o cümlədən cüdonun da yaradıcısı... Bir sözlə, xeyli bu cür adamlar saymaq olar ki, həm də filosof olublar. Sadəcə, say nisbəti azdır.

- Vüqar bəy, konkret deyək: idman, yoxsa siyasət?

- Bir şüar var: Karate bizim həyat tərzimizdir. Mən bu idmanı da elə həyat tərzi üçün seçmişəm. Ölənədək də döyüşçü ruhunu saxlayacam. Bu gün idmanın mənə xeyri var. Bunu təbliğ də edirəm. Yorulmuram, sağlamam. Aydın məsələdir ki, idman sağlamlıqdır. Hətta indi təəssüf ki, vaxtın azlığı idmanla daha çox məşğul olmağa imkan vermir. Bir söz var, deyir, özünü tanı. Mən isə deyirəm, özünü yarat! İdman, onun fəlsəfəsi həm də budur. Çalışıram, özüm üçün daim yeni bacarıqlar kəşf edim. Məsələn, mən eyni anda iki əl ilə həm yazı yazaram, həm də sizinlə danışa bilərəm.

- İndi bu sizə verilən vergi, istedaddır, ya məşq, vərdiş?

- Vərdiş. Öyrənməkdən asılıdır. Ruhi söhbətlərdir, dərk etməlisən. Özümə sübut edirdim ki, eyni vaxtda nə edə bilərəm?!

- Vüqar bəy, sizin siyasi xəttinizə baxsaq, xüsusilə gənclər siyasətində görürük. Bunu necə anlayaq?

- Baxın, belə deyim, mən deputat olmazdan əvvəl uzun müddət gənclərlə işləmişəm. 15 il Gənclər və İdman İdarəsinin rəisi olmuşam. Ondan əvvəl də gənclərlə bağlı layihələrlə məşğul idim. Şəkidə olan zaman da belə idi, gənclər bir istəkləri olanda gəlib məsləhətləşirdilər, əlimdən gələni də edirdim. Bütün həyatım gənclərlə keçib və avtomatik olaraq siyasi xəttə çevrilib. Hətta iddialıyam ki, bu ölkədə gəncləri tanıyan, anlayan ən yaxşı mütəxəssislərdən biriyəm. Çünki bu məsələlər məndə praktika üzərindədir. Məsələn, belə deyək, yazıçı var, görürsən ki, yazdıqları əladır, niyyət gözəldir, amma şəxsiyyəti yoxdur, dediklərini özünə tətbiq edə bilməyib. Başqa bir misal. Biri kitab yazır ki, necə milyonçu olmaq olar? Baxırsan, özünün heç nəyi, heç avtomobili də yoxdur, avtobusla gəlir, deyir, sizi milyonçu edəcəm. İdeyanı yaxşı bilmək, düşünmək yetərli deyil, ideya, bilik praktikaya transformasiya edilməlidir. Üstəlik, burada pis nə var? Gənclərlə işləmək lazımdır da. Ölkələrin, dünyanın gələcəyi gənclikdir.

- Hazırda Azərbaycanda gənclər arasında narkotik, kriminala meyillilik daha çoxdur. Belə çıxır, yaxşı işlənilməyib?

- Təəssüf ki, doğru deyirsiniz, artıb. Bu, artıq bəşəri bəladır. Amma statistikada biz bu məsələdə də aşağıdayıq. Artıq dünya qloballaşıb, sərhədlər itib, bu məsələlər də qarşısıalınmaz hala gəlib. Fərqli cərəyanlar yaranır, gənclik də elə dövrdür ki, yolu sapmaq daha asan olur. Bu gün desək ki, mənfi halların kökünü tamamilə kəsəcəyik, yalandır. Türmədəki adamların sayını tam sıfra endirmək olarmı? Yox. Yaxud da elə narkotik. Mümkün deyil ki, tamamilə yığışılsın. İnsan öldürməyin cəzası bəllidir, amma yenə də ölümlər olur. Sadəcə, lazım olan təbliğatı dayandırmamaq lazımdır ki, nisbət azalsın.

- Vüqar bəy, parlament seçkilərində yenidən namizəd olacaqsınız?

- Mən YAP-dan təmsil olunan deputatam. Partiya mənsubiyyətimiz olduğu üçün bu, öz istəyimizlə olmur, müstəqil olaraq namizədliyimi verə bilmirəm. Düşünürəm ki, bu barədə partiya özü qərar verəcək. Sədrimiz, cənab Prezident siyahıya baxır, götür-qoy edilir və qərar verilir.

- Deputatlıq demişkən, Şəkinin sabiq deputatı Yaqub Mahmudovla danışmadığınızı, daha dəqiq, onun sizin zənglərinizə cavab vermədiyini demişdiniz…

- Doğrudur, belə bir hal olmuşdu, amma indi münasibətlərimiz çox yaxşıdır. Şəkidə görüşlər zamanı Yaqub müəllimlə bir yerdə çox olurduq, onun da mənə xoş münasibətini gördüm. Görməsəydim də hörmətini saxlayacaqdım. Bu mənim boynumun borcudur.

- Bəs səbəb nə idi? Bəlkə seçilməyinizi istəmirdi?

- Səbəbi bilmirəm, soruşmamışam da. Bütün hallarda mənim Yaqub müəllimə hörmətim böyükdür. O, akademikdir, ağsaqqaldır, bizim də bir borcumuz ona hörmət eləməkdir ki, öz növbəmdə bu hörməti saxlayıram.

- Vüqar bəy, müxalifət partiyalarına münasibətiniz necədir? Siz də bəzi həmkarlarınız kimi onları antimilli ünsür kimi qəbul etmirsiniz ki?

- Mənim belə məsələlərlə bağlı kəskin yazılarım olub. Hansı ki, tam əmin oluram, olmuşam, o haqda da yazmışam, çıxışlar etmişəm. Nəyəsə tam “qaradır” demirəm. Müxalifətlə debatlarda da oluram, polemikalar aparıram. Düşünürəm ki, bir dövlətdə inkişafdan danışırıqsa, orada yaxşı müxalifət də olmalıdır.

- Azərbaycanda müxalif fikirlərə görə kiməsə basqı varmı?

- Sizə bir söz deyim. Məsələn, hansısa müxalifətçi qanunu pozur, cinayət edir. Fikir verin, o dəqiqə hay-həşir qopur. Adını da qoyurlar, “siyasi məhbus”. Yaxşı, iqtidar nümayəndəsi cinayət edəndə həbs olunmur? Olunur, axı. Belə bir ayrımçılıq varmı? Kimsə “iqtidarçı cinayətkar” deyir? Düşünürəm, Azərbaycanda siyasi fikirlərinə görə sıxışdırılan adam yoxdur.

- Bu gün Azərbaycanda hansı partiyaları həqiqi müxalifət hesab edirsiniz?

- Milli Məclisdə təmsil olunan müxalif partiyalar, liderlər var. Məsələn, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı, Fazil Mustafa, Razi Nurullayev, Erkin Qədirli və sairə. Hansı ki, bu adamlar parlamentdə əks fikirlərini kəskin formada da söyləyirlər. Sözsüz ki, etik normada, obyektiv olaraq. Bu meyarları bilmək lazımdır. Tənqid naminə, “müxalif görünüm” deyə yox.

- Adlarını çəkdiyiniz müxalifət liderlərinin tənqidləri ilə razı olursunuzmu?

- Razı olduğum məqamlar da olur, olmadığım da.

- Vüqar bəy, bu gün Şəkinin deputatı olaraq oranın ən böyük problemləri kimi nələri deyə bilərsiniz?

- Problemlər, əlbəttə ki, var. Problem o vaxt olmayacaq ki, insan da olmayacaq. Təbii olaraq Şəkidə də bir neçə problemi sadalamaq olar. Bunların ən böyüyü su və kanalizasiya sistemlərinin yenidən qurulmasıdır. Əsaslı təmir getməlidir, böyük maliyyə ayrılmalıdır. Bu problemləri həm yazılı, həm də danışaraq parlamentdə də qaldırıram. 14 ildir ki, bu məsələ davam edir. Hansı şəkilini danışdırsanız, birinci bunu deyəcək. Bir də ən böyük arzum Pedoqoji Universitetin Şəki filialının müstəqil bir universitet olmasıdır. Bunun üçün hər şeyimiz hazırdır. Şəki intellektual insanların çox olduğu yerdir. Binasından tutmuş maddi bazasına, professor müəllim heyətinə qədər, hazırdır. Müraciət etmişik, üzərində çalışırıq. İnşallah bu da öz həllini tapacaq.

- Şəkililər zarafatcıl olur. Sizi bir qədər ciddi görürük. Yumorla aranız yoxdur?

- Əksinə, zarafatı sevən insanam, yumorla da aram çox yaxşıdır. Amma siyasətdə yumora üstünlük vermirəm, düz hiss eləmisiniz. Bu, ciddi məsələdir, hər şey yerli yerində olmalıdır, hətta yumorun özü də.

- İdmançı olduğunuzu nəzərə alsaq, fiziki gücünüz də çoxdur. Sonuncu dəfə nə vaxt dalaşmısınız?

- Deyim də. 21 il əvvəl. 2003-cü il idi, müqavilə ilə xaricdə işləyirdim. Baş məşqçi idim. Orada dostlarımızla bir klubun qarşısında dalaşası olmuşduq. O da məcburən…

- Yəqin ki, döymüşdünüz…

- Hə.

- Səbəb nə idi bəs?

- Orada bizim bir həmyerlimizə qarşı haqsızlıq olmuşdu, ədalətsiz bir yanaşma var idi. Vəziyyət elə gətirdi ki, dalaşmaqdan başqa çıxış yolu qalmadı. Bir neçə nəfər idilər, kütləvi davaya çevrildi. Biz onları ağır şəkildə döydük və bizə dedilər ki, gedin. Sonradan xəbərimiz oldu ki, əllərində balta-bıçaq ilə gəlib axtarırmışlar. Xüsusi ilə də məni axtarırdılar.

- Vüqar bəy, kitablarla aranız necədir?

- Əvvəllər daha yaxşı idi. Hansı ki, bir dövr var idi, o qədər kitab oxuyurdum, real həyatdan belə ayrılmışdım. Necə deyərlər, özümü başqa aləmə qapdırmışdım. Sözsüz, hər zaman eyni enerji, şövqlə oxumaq olmur. Hazırda məsələn, daha çox siyasi kitablar oxuyuram. Son oxuduqlarıma Corc Oruel də aiddir. Gördüyüm işə uyğun olaraq siyasi ədəbiyyat daha çox marağımı cəlb edir. Əvvəlki qədər olmasa da, yenə oxuyuram və bu, artıq vərdişdir. Çalışıram ki, müasir yazıçıları da oxuyum, onların kitab təqdimatlarına da qatılıram. Gün ərzində sosial şəbəkədən də maraqlı informasiya xarakterli yazılar oxuyuram.

- Səhvsiz insan yoxdur. Siyasətdə harada səhv etdiyinizi düşünürsünüz?

- Desəm ki, heç bir səhvim olmayıb, bu, müştəbehlik olar. Əlbəttə, hər çağın öz emosiyası da var. Özümə isə tənqidi yanaşa bilirəm. Məsələn, olub ki, illər əvvəl bir çıxış etmişəm, indi baxanda deyirəm, kaş bu cür deməzdim, danışmazdım. Tək siyasətdə yox, şəxsi həyatla, insanlara yanaşmaqla bağlı da olub. Amma ciddi bir səhv sözümün, əməlimin olmadığını da deməliyəm. Həyatdır, siz demiş, səhvsiz insan olmur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Bu gün, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Bu gün, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Bu gün, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Bu gün, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Bu gün, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Bu gün, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Bu gün, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Bu gün, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Bu gün, 16:18
Sabah Məhərrəm ayı başlayır
Bu gün, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Bu gün, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Bu gün, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Bu gün, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Bu gün, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Bu gün, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Bu gün, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Bu gün, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Bu gün, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35
Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13
Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31
Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27
Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24
Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02
5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56
Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35
Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33
Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31
ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22
ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20
"Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57
Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46
Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru