Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır .....                     Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir .....                     İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                     Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: .....                     737 nümayəndədən 729-u Orbana səs verdi: .....                     Putin Kiyevdə dinc sakinləri bombalayarkən .....                     Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb .....                     Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb .....                     Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                     Mahsun Bakıda kimin toyuna gəlib? .....                     “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” .....                     Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq .....                     Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi .....                     "Azenco"nun mənfəəti bölüşdürüləcək .....                     Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Flora Kərimovanın səhhəti normaldır .....                     “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” .....                     Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? .....                     Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: .....                     Xudavəng Monastır Kompleksi... .....                     Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı .....                     Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. .....                     Putinlə Tramp nə barədə razılığa gəliblər? .....                     Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq .....                     DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... .....                 

“Rusiyanın Azərbaycan xalqına və dövlətinə qarşı heç vaxt xoşməramlı niyyəti olmayıb, olmayacaq da” - Sərdar Cəlaloğlu
Tarix: 12-06-2024, 15:30 | Çap et
“Rusiyanın Azərbaycan xalqına və dövlətinə qarşı heç vaxt xoşməramlı niyyəti olmayıb, olmayacaq da”
Rusiya Azərbaycanın Qarabağ bölgəsində, Xankəndi şəhərində baş konsulluq açmaq niyyətini bəyan etdikdən sonra məsələ ətrafında müzakirə səngimir. Azərbaycanın əksər siyasiləri, təhlükəsizlik üzrə mütəxəssislər bunun indiki məqamda ölkəmiz üçün xeyirli olmadığı, əksinə, təhlükə vəd etdiyi fikrini bölüşürlər. Amma Rusiyanın Qarabağda konsulluq açmasının çox da təhlükəli olmadığını dilə gətirənlər də var.

Qeyd edək ki, Rusiya Parlamentinin yuxarı palatasının - Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin ötən ayın sonlarında Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bu barədə fikir səsləndirib.

“Rusiya Xankəndidə yaxın vaxtlarda başlayacaq Rusiya Baş Konsulluğunun açılışına hazırlıq işlərində Azərbaycanın dəstəyinə ümid edir. Biz yaxın vaxtlarda bunun üçün hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, – deyə rusiyalı deputat bildirib.

Onun sözlərinə görə, Baş Konsulluğun 2024-cü ildə açılması ideal olardı: “Bu, bizə qarşılıqlı konsulluqdakı fərqi aradan qaldırmağa imkan verəcək”.

Siyasətçi, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AYNA-ya müsahibəsində deyib ki, bu, Rusiyanın xoş olmayan planıdır:

- 200 il əvvəl Azərbaycan parçalanandan, işğal olunandan sonra Rusiyanın birinci işi Qarabağda rus hərbi qarnizonunu yaratmaq oldu. Sonradan erməniləri bölgəyə gətirdilər. SSRİ dövrü aydındır, erməni mövcudluğu ilə Qarabağı nəzarətdə saxladılar. SSRİ-nin süqutunun başlanğıcı illərində isə Qarabağda xüsusi rejim yaratdılar, separatizmi alovlandırdılar və s. Rusiyanın Qarabağla bağlı siyasətinin tarixinə baxanda dəhşətə gəlməmək mümkün deyil. Rusiya dövlətinin Qarabağı nəzarət altında saxlamaq barədə 200 illik zəncirvari planı var. İndiki dövrdə həmin planın bir hissəsi Rusiya hərbçilərinin sülhməramlı adı altında bölgəyə gətirilməsi idi. 44 günlük müharibədən sonra Qarabağa yerləşdirilən Rusiya hərbi kontingenti dəyişən şərait, geosiyasi dəyişikliklər, atılan addımlar nəticəsində bu il bölgədən çıxdı. Daha doğrusu, çıxmağa məcbur oldu. Hərbçiləri çıxan Rusiya Qarabağda varlığını saxlamaq üçün konsulluq adı altında bölgədə mərkəz yaratmaq istəyir. Hesab edirəm ki, buna yol vermək, icazə vermək olmaz. Çünki konsulluğun fəaliyyət göstərməsi Qarabağdan çıxan sülhməramlılardan daha təhlükəlidir.

- Bunda hansı təhlükələr var?

- Birincisi, bu konsulluğun açılması ilə bağlı fikirlərin deyilməsi qaydasına baxın. Milli Məclisin komitə sədri Səməd Seyidovla görüşdə Qaluzin deyib ki, 2024-cü ildə Rusiya Qarabağda konsulluq açacaq, Azərbaycandan da buna kömək istəyib. Adam demir ki, icazə istəyirik, deyir kömək istəyirik. Qaluzinin dediyi odur ki, onsuz da Qarabağda Rusiya konsulluq açacaq. Qaluzin kimdir ki, Azərbaycan dövlətinin razılığı olmadan, siyasi iradə olmadan Rusiyanın Qarabağda konsulluq açacağını desin?! İkincisi, niyə Rusiya məhz 2024-cü ildə konsulluq açmaq istəyir? Çünki rus əsgərləri bu il Qarabağdan çıxdılar və proses davam edir. Deməli, Rusiya əsgərinin çıxması ilə paralel olaraq, Rusiya diplomatiyası bölgəyə yerləşmək istəyir. Məlumdur ki, konsulluq təkcə diplomatik xidmətlə məşğul olmur, konsulluq adı altında kəşfiyyat işləri həyata keçirirlər. Bu mənada, konsulluğun fəaliyyəti sülhməramlıların fəaliyyətindən daha təhlükəli sayılmalıdır.

- Yeri gəlmişkən, Qarabağda Rusiya vətəndaşları yoxdursa, diplomatik yardım kimlərə göstəriləcək?

- Əsas məsələ də budur. Qaluzinə demək lazımdır ki, sizin konsulluq Qarabağda kimə diplomatik xidmət göstərəcək, diplomatik yardım edəcək?! Məsələ budur ki, Rusiya Qarabağa “diplomatik nəzarət” imkanı əldə etmək istəyir. Rusiya 44 günlük müharibədən sonra gah bəyan etdi ki, Qarabağda slavyan icması var, gah dedilər ki, Qarabağda Rusiya vətəndaşı olan ermənilər var və s. İndi burada məqsəd odur ki, Rusiya vətəndaşı olduğunu iddia etdiyi erməniləri Qarabağa qaytarsın, onlara konsulluq xidməti göstərsin. İkinci məqsəd Azərbaycanın Qarabağ bölgəsində casus şəbəkəsi yaratmaqdır.

Yenə deyirəm, məlumdur ki, konsulluqların böyük əksəriyyəti casusluq fəaliyyəti ilə məşğul olur. Bu, sirr deyil və dünyada dəfələrlə konsulluqlardakı casus şəbəkələri ilə bağlı qalmaqallar yaşanıb. Ən önəmlisi odur ki, Azərbaycanın icazəsi olmadan Rusiya Xankəndidə konsulluq açırsa, bu, o deməkdir ki, Azərbaycanın maraqlarına və iradəsinə zidd istənilən addımları atacaqlar. Ermənilərin Qarabağa qaytarılması, yaxud Azərbaycanın nəzarətindən kənar şəkildə ermənilərlə müxtəlif əlaqələrin yaradılmasını bu konsulluq vasitəsilə həyata keçirə bilərlər.

- Amma bəzi ekspertlər, partiya sədrləri Qarabağda Rusiya konsulluğunun açılmasının elə də təhlükəli olmadığını deyirlər...

- Bu, absurd yanaşmadır. Azərbaycanda elə politoloqlar, partiya sədrləri var ki, Azərbaycan dövlətinin və millətinin əleyhinə hansısa xəyanətə haqq qazandırmaq tapşırılsa, çıxıb buna haqq qazandıracaqlar. Həm də tamamilə “elmi” şəkildə “arqumentlərlə” çıxış edəcək, deyəcək ki, bu, Azərbaycan xalqının xeyirinədir. Yəni o potensialda siyasilərimiz təəssüf ki, var. Necə ki, Rusiya 44 günlük müharibədən sonra qoşunlarını sülhməramlı adı altında Qarabağa yeridərkən, bunun Azərbaycanın xeyirinə olduğunu deyirdilər. Halbuki son 4 ildə sülhməramlılar Azərbaycana nə qədər ziyan vurdular, təxribatlar törətdilər, separatçılara yardımlar etdilər.

Təsəvvür edin ki, Qarabağa, Xankəndiyə hələ nə qayıdış var, nə köç var, amma Rusiya bizdən qabaq oraya getmək, konsulluq açmaq istəyir. Sual olunur: Rusiyanın Qarabağla bağlı həyəcanının səbəbi nədir? Səbəb bəllidir – təxribat, ərazilərimizə nəzarət, casusluq. Bir sözlə, xoş niyyət yoxdur.

Düşünürəm ki, nəinki indi, bundan sonra 50 il Qarabağda Azərbaycan dövlətindən başqa hər hansı dövlətin hər hansı şəkildə mövcudluğu olmamalıdır. Bu mövcudluq olacaqsa, o zaman konflikt bitməyəcək. Anlamaq lazımdır ki, Qarabağ problemi hələ bitməyib. Bunu həll edilmiş problem kimi qəbul etmək olmaz. Əgər Rusiyanın Qarabağda konsulluğu varsa, o zaman Moskva orada istədiyi oyunu oynayacaq. Çünki Rusiyanın Qafqazla bağlı siyasətinin əsas mərkəzlərindən biri elə Xankəndidir. Rusiyaya orada hansısa istinad nöqtəsi lazımdır. Ya Qarabağda ermənilər olmalıdır ki, Moskva onları ayağa qaldırsın, separatizmi körükləsin, konflikt yaratsın və toqquşmalar baş versin. Ya hərbi varlığı olmalıdır ki, təzyiq göstərsin. Ya da diplomatik mövcudluğu olmalıdır ki, bu pərdə arxasında Azərbaycana qarşı düşmənçilik etsin.

İndi Qarabağda erməni yoxdur, sülhməramlı adı altında da hərbçiləri çıxıb. Yerdə qalıb diplomatik mövcudluq ki, bunu təmin etmək istəyirlər. Ona görə də buna qətiyyən yol vermək olmaz. Bir şeyi bilmək lazımdır, Rusiyanın Azərbaycan xalqına və dövlətinə qarşı heç vaxt xoşməramlı niyyəti olmayıb, olmayacaq da.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Bu gün, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Bu gün, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Bu gün, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Bu gün, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Bu gün, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Bu gün, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Bu gün, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Bu gün, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Bu gün, 16:18
Sabah Məhərrəm ayı başlayır
Bu gün, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Bu gün, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Bu gün, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Bu gün, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Bu gün, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Bu gün, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Bu gün, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Bu gün, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Bu gün, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35
Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13
Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31
Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27
Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24
Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02
5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56
Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35
Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33
Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31
ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22
ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20
"Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57
Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46
Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru