Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır .....                     Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir .....                     İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                     Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: .....                     737 nümayəndədən 729-u Orbana səs verdi: .....                     Putin Kiyevdə dinc sakinləri bombalayarkən .....                     Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb .....                     Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb .....                     Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                     Mahsun Bakıda kimin toyuna gəlib? .....                     “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” .....                     Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq .....                     Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi .....                     "Azenco"nun mənfəəti bölüşdürüləcək .....                     Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Flora Kərimovanın səhhəti normaldır .....                     “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” .....                     Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? .....                     Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: .....                     Xudavəng Monastır Kompleksi... .....                     Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı .....                     Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. .....                     Putinlə Tramp nə barədə razılığa gəliblər? .....                     Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq .....                     DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... .....                 

"Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonra Vaqif Hüseynov azad edildi" - Pənah Hüseyn
Tarix: 7-06-2024, 09:35 | Çap et
"Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonra Vaqif Hüseynov azad edildi"
Xəbər verildiyi kimi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş (1989-1991) Vaqif Hüseynov vəfat edib. Vaqif Hüseynov ömrünün 82-ci ilində Rusiyada dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Hüseynov 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olub.

Orta təhsilini başa vurduqdan sonra 1961-1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda - "Sport", “Molodyoj Azerbaydjana”, “Olimpiyskaya Panorama” qəzetlərində, o cümlədən Azərbaycan televiziyasında fəaliyyət göstərib.

Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi, Kommunist Partiyasının Bakı şəhər üzrə birinci katibi, Azərbaycan SSRİ Olimpiya Komitəsinin sədri, DTK sədri və digər vəzifələrdə çalışıb. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində isə Rusiyanın geosiyasi analitiki və “Sistema” şirkətinin rəhbərlərindən biri kimi fəaliyyət göstərib.

Vaqif Hüseynovun ölümü onun adını yenidən diqqət mərkəzinə gətirib.

Sabiq baş nazir Pənah Hüseyn Vaqif Hüseynovla bağlı “Yeni Müsavat”a maraqlı açıqlamalar verib. Pənah Hüseyn bildirib ki, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vaqif Hüseynov tarix üçün ibrətamiz bir taledir: “Öz dövlətinə, xalqına yox, başqa bir dövlət, millətə xidmət eləmək, başqa bir antimilli ideologiyanın əsgəri olanların taleyi baxımından ibrətamizdir. Bizdə adət var ki, ölənin dalınca ya yaxşı danışırlar, ya da heç danışmırlar. Amma Vaqif Hüseynov əlbəttə ki, Azərbaycan tarixinin çox mühüm bir dönəmində əsas rollardan birini oynadığına görə, hər halda, ona münasibət bildirilməlidir. Mənə bu barədə bir neçə media orqanlarından zəng elədilər. Mən əksəriyyətinə "şərhim yoxdur" dedim. Amma indi düşünürəm ki, hər halda, müəyyən məsələlərə aydınlıq gətirilməsi lazımdır".

P.Hüseyn xatırladıb ki, Vaqif Hüseynov Əbülfəz Elçibəy prezident seçildikdən sonra 1990-cı ilin yanvar hadisələrinə görə təqsirləndirilərək həbs olunmuşdu: “Surət Hüseynovun 1993-cü ilin 4 iyun qiyamından sonra Vaqif Hüseynov azad olundu. Onun həbsdə olduğu müddətdə Ali Sovetin deputatı Arif Rəhimzadənin rəhbərliyi ilə Vaqif Hüseynovun hüquqlarını müdafiə komitəsi yaradılmışdı. Çox aqressiv bir iş aparılırdı. Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonra Vaqif Hüseynov azad edildi və bir müddət sonra Moskvaya getdi. Sonralar yazdığı memuarlarında bildirir ki, onun həbsdən azad olunması üçün birbaşa Surət Hüseynov əsas rol oynayıb”.

Sabiq baş nazir bildirib ki, Vaqif Hüseynov o dövrün partiya sovet nomenklaturasında kifayət qədər nüfuza malik fiqur idi. Eyni zamanda onun barəsində bir qədər şişirdilmiş təsəvvürlər yaradılmışdı: “Onun xüsusi təşkilatçılıq qabiliyyəti, intellektual səviyyəsi barədə, fikrimcə, olduğundan bir qədər şişirdilmiş, süni olan imic yaradılmışdı. 1980-ci illərin sonunda bütün aparılan fəaliyyətin məntiqi nəticəsi onun Azərbaycana rəhbər təyin olunması ilə nəticələnməli idi. Amma 1990-cı ilin yanvar ayında Azərbaycan SSRİ Kommunist Partiyasının birinci katibinin təyinatı məsələsi müzakirə edilərkən məhz Vaqif Hüseynovun təyin olunacağı gözlənilirdi. Ayaz Mütəllibovun təyin olunması gözlənilməz oldu. Vaqif Hüseynov özü bu məsələyə aydınlıq gətirərək bildirmişdi ki, onun birinci katib təyin olunmamasında SSRİ KQB-si və Baş Kəşfiyyat İdarəsi arasında ziddiyyət rol oynayıb. Baş Kəşfiyyat İdarəsinin generalı Viktor Polyaniçko Mütəllibovun birinci katib təyin olunmasına nail olub. Ola bilər ki, Vaqif Hüseynov bunu 1990-cı il yanvar hadisələrində özünün mənfi rolunu bir qədər pərdələmək üçün də bu cür yazıb. Çünki həm də yazıb ki, o hadisələrdə DTK deyil, daha çox SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin hərbi hissələri rol oynayırdı. Vaqif Hüseynovun bu iddiaları sonradan araşdıramalar nəticəsində müəyyən mənada təsdiqini tapmışdı ki, Baş Kəşfiyyat İdarəsinin Pirəkşüküldə və Badamdarda yerləşən 22-ci əlahiddə briqadası o hadisələrdə rol oynayıb və ruslara atəşi də onlar açıb”.

P.Hüseyn onu da qeyd etdi ki, istənilən halda Vaqif Hüseynov o dövrdə milli demokratik qüvvələrin, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin ideyalı düşmənlərindən biri kimi çıxış edirdi: “İndiki terminlə ifadə eləsək, Azərbaycandakı Rusiya "beşinci kolonu"nu səfərbər eləyən əsas fiqurlardan biri idi. Sonrakı illərdə isə hətta Moskvada Xocalı canisi Robert Köçəryanla birlikdə “Sistema” şirkətində işlədi. Vaqif Hüseynovun Robert Köçəryanla eyni şirkətdə işləməsi onu xarakterizə etmək üçün əyani dəlillərdən biridir. Hansı məqsədlə, motivlə olur-olsun bu, öz millətinə və dövlətinə qarşı çıxmaq, həm də özünə qarşı çıxmaqdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Bu gün, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Bu gün, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Bu gün, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Bu gün, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Bu gün, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Bu gün, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Bu gün, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Bu gün, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Bu gün, 16:18
Sabah Məhərrəm ayı başlayır
Bu gün, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Bu gün, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Bu gün, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Bu gün, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Bu gün, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Bu gün, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Bu gün, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Bu gün, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Bu gün, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35
Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13
Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31
Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27
Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24
Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02
5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56
Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35
Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33
Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31
ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22
ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20
"Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57
Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46
Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru