Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                     Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır .....                     Azərbaycanda bu deputatlara mənzil verildi .....                     DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... .....                     Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? .....                     "Səni 12 ildir mən gözəlləşdirmişəm" .....                     İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil .....                     Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... .....                     Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək .....                     Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? .....                     Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib .....                     AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək .....                 

“Proporsional seçki sistemi bərpa olunmalıdır” - ÇAĞIRIŞ
Tarix: 25-05-2024, 12:27 | Çap et
“Proporsional seçki sistemi bərpa olunmalıdır”
Parlament seçkilərinin vaxtının irəli çəkiləcəyi ilə bağlı xəbərlər xeyli vaxtdır siyasi dairələrin, partiyaların gündəminə çevrilib. Qanunvericiliyin tələbinə uyğun olaraq, növbəti parlament seçkiləri noyabrın 3-də keçirilməlidir. Lakin noyabrda COP29-un Azərbaycanda böyük tədbiri nəzərdə tutulduğu üçün parlament seçkilərinin vaxtının irəli çəkilməsi gündəmə gəlib. Söylənilənlərə görə, seçki sentyabr ayının əvvələrində baş tuta bilər. Bu səbəbdən siyasi partiyalarda da seçkilərlə bağlı müzakirələr və hazırlıqlar başladığını söyləmək olar.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev “Reyting.az”-a müsahibəsində əvvəlcə parlament seçkiləri, bu seçkilərdən gözləntilərindən danışıb:

- Seçki hətta Konstitusiyada nəzərdə tutulmuş müddətdə keçirilsə belə, sözsüz ki, siyasi partiyalar hazırlaşmalıdırlar. Bildiyiniz kimi, fevral ayında ölkəmizdə prezident seçkiləri keçirilib, partiyamız seçkilərdə öz namizədi ilə iştirak edib. Partiyamız indi demək olar ki, seçkilərə hazır vəziyyətdədir. Həm müşahidəçilərimiz, həm də dairə və məntəqə seçki komissiyalarında üzvlərimiz var. Bu baxımdan bizim işimiz başqaları ilə müqayisədə daha asandır.

Mətbuatda çox müzakirə olunur ki, seçkinin vaxtı bir-iki ay qabağa çəkilə bilər. Bu məsələdə də heç bir problem yoxdur. Seçkilərin nə zaman keçirilməsi onsuz da heç nəyi dəyişmir. Yəni heç kim “niyə seçki qabağa çəkildi, biz hazır deyildik”, - kimi bəhanə gətirə bilməz. Çünki söhbət cəmi iki aydan gedir.

- Siz müsahibələrinizin birində demisiniz ki, parlament seçkiləri sentyabrın 10-dək keçiriləcək...

- Mən belə proqnozlaşdırırdım ki, senyabrın 13-15-də “Formula-1” yarışları keçiriləcək. Noyabr ayının iki həftəsində COP29 tədbirləri nəzərdə tutulub. Bu tədbirlərdə iştirak etmək üçün ölkəmizə on minlərlə qonaq gələcək. Ona görə də seçkinin sentyabrın əvvəlləri, yaxud avqust ayında keçirilmə ehtimalı var. Amma bu məsələ prezidentin iradəsindən asılıdır.

- Qüdrət bəy, hətta seçkilərin sentyabrın 1-nə təyin olunacağı da söylənilir...

- Bu haqda heç bir məlumatım yoxdur. Bunlar ehtimallardır.

- Namizədliyinizi irəli sürəcəyiniz seçki dairəsini müəyyənləşdirmisiz?

- Çox böyük ehtimalla namizədliyimi bundan əvvəl seçildiyim dairədən irəli sürəcəyəm. Amma seçkilərin vaxtı elan olunandan sonra partiyada bu məsələlər ciddi müzakirə olunacaq. Bilirsiniz ki, seçki dairələrinin dislokasiyası ilə bağlı dəyişiklik edilib. Ona görə də seçki dairəsinin nömrəsində dəyişiklik ola bilər. Mən keçən seçkilərdə 36 saylı Xətai Seçki Dairəsindən namizədliyimi irəli sürmüşdüm. Amma İqbal Ağazadə deyib ki, həmin dairədən namizədliyini irəli sürəcək. Dəyişiklik nəticəsində mənim keçən dəfə namizəd olduğum dairə onun vaxtilə daha çox deputat seçildiyi dairənin ərazisinə düşür. Bu səbəbdən dairə seçki komissiyasının nömrəsində fərq ola bilər.

Partiya sədriyəm və prezident seçkilərində də iştirak etmişəm. Hesab edirəm ki, Azərbaycan miqyasında məni kifayət qədər tanıyırlar. Bu baxımdan, mənim hansı dairədən namizədliyimi irəli sürməyim problem deyil. Sözsüz ki, qalib gəlmək ehtimalının çox yüksək olduğu dairədən namizədliyimi irəli sürəcəyəm. Onu da qeyd edim ki, təkcə parlamentdəki bir yerimizi qorumaq istiqamətində mübarizə aparmayacağıq.

- Növbəti sual elə bununla bağlıdır. Partiya olaraq seçkidə təxminən neçə namizədlə iştirak etməyi nəzərdə tutursunuz?

- Biz parlamentdə daha çox yer qazanmaq uğrunda mübarizə aparmaq niyyətindəyik. Neçə namizədlə iştirakla bağlı hələ ki İdarə Heyətində ilkin müzakirələr aparılmayıb. Amma iki fikir var: birincisi bundan ibarətdir ki, biz 60-dan artıq dairədə namizəd irəli sürsək, pulsuz efir vaxtı ala biləcəyik.

İkincisi, bildiyiniz kimi, 60 namizəd üçün imzatoplama, təşviqat materiallarının çap edilməsi üçün partiyaya böyük vəsait lazımdır. Bu məsələni də götür-qoy etməliyik. Pulsuz efir vaxtı almaq üçün bu qədər xərçə dəyərmi?

Başqa variant isə budur ki, daha az sayda dairədən namizədlərimizi irəli sürüb resurslarımızı onların qalib gəlməsinə yönəldək. Bu baxımdan iki fikir var. Ona görə düşünüb, 60-dan çox dairədən namizəd irəli sürmək, yoxsa az sayda dairədən namizədlə iştirak etməklə bütün resurslarımızı onların seçilməyinə səfərbər etməklə bağlı qərar verəcəyik. Qərarımız seçkilərin vaxtı elan olunan ərəfədə bilinəcək.

- Parlamentdə təxminən neçə yerə iddialısınız?

- Mən vaxtilə təşəbbüslə çıxış etmişəm, demişəm ki, parlamentdə deputat fraksiyasının yaradılması üçün tələb olunan say 25-dən 10-na endirilsin. Biz də çalışacağıq ki, parlamentdə özümüzün deputat fraksiyamız olsun. Bu məsələ ilə bağlı başqa partiyalarla da danışa bilərik. Hər halda, biz o istiqamətdə mübarizə aparacağıq. Azərbaycan Cənubi Qafqazda, ümumiyyətlə, ATƏT məkanında yeganə ölkədir ki, bizim parlamentdə deputat fraksiyaları yoxdur. Ona görə başqa partiyalarla ən azı bir fraksiyanın formalaşmasına çalışacağıq.

- Yeni formalaşdırılacaq parlamentin tərkibində hansı dəyişiklik gözlənilir?

- Parlamentdə xalqı çox hazırlıqlı insanlar təmsil etməlidirlər. Məsələn, çox istəyərdim ki, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində bu sahəni dərindən bilən keçmiş prokurorlar, ehtiyatdakı generallar olsun. Dünyanın hər yerində belədir. Mən 15 il NATO Parlament Assambleyasında olmuşam, burada Müdafiə və təhlükəsizlik komitəsi üzvlərinin mütləq əksəriyyəti ehtiyatda olan generallardan ibarət idi. Amma bizim parlamentdə bir nəfər də ehtiyatda olan general yoxdur. Halbuki, onlar müdafiə və təhlükəsizliklə bağlı məsələləri dərindən bilirlər.

İstərdim ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində həm nəzəri, həm də praktik bilikləri olan insanlar olsunlar. Amma indi bu komitədə də yetrəli sayda o sahənin təmsilçisi yoxdur.

Siyasətçiyə qarşı tələblər yüksək olmalıdır, həm də siyasətlə məşğul olmalıdırlar. Onun təkcə mütəxəssis olması yetərli deyil, siyasi proseslərdən baş çıxaran, siyasi dünyagörüşü olan adamlara üstünlük verilməlidir. Məsələn, istərdim ki, mənim də təmsil olunduğum Hüquq siyasəti və dövlət quruculuğu komitəsində yenə də nəzəri və praktik bilikləri olan, həm də siyasi baxımdan formalaşmış hüquqşünaslar daha çox təmsil olunsunlar.

- Nəzərdə tutduğunuz belə adamlar var?

- Əlbəttə. Ümumiyyətlə, hazırda siyasi partiyaların kadr potensialı o qədər də güclü deyil. Bizdə çoxpartiyalı sistemdir, ancaq səmimi deyək ki, 26 partiya dövlət qeydiyyatından keçsə də, rəqabət qabiliyyəti yoxdur.

İkincisi, dövlətin siyası həyatında partiyaların, heç hakim partiyanın da əhəmiyyətli rolu yoxdur.

Gördüyünüz kimi, indi kadrlar Yeni Azərbaycan Partiyasından yox, ayrı-ayrı holdinqlərdən, şirkətlərdən, mərkəzlərdən gətirilir. Çox istrədim ki - bunu jurnalist dostlarıma görə demirəm - bizim mətbuatda çox hazırlıqlı, faktiki jurnalistdən daha çox politoloq, siyası ekspert kimi formalaşmış, kütləvi informasiya vasitələrində mütəmadi çıxış edən jurnalistlərimiz də parlamentdə təmsil olunsunlar. Siyasi jurnalistikanı siyasətdən qətiyyən ayırmıram. Qeyri-hökumət təşkilatlarında, yaxşı mənada özünü göstərən, hazırlıqlı və öz sahələrini dərindən bilənlərin də parlamentə düşməsini istərdim. Fikrimcə, parlament seçkilərində kiməsə, kiminsə kürəkəni və qohumu olduğu, kiminsə şirkətində işlədiyi üçün dəstək verilməməlidir.

Müsahibələrimin birində demişdim, partiyalar arasında cenlimen saziş imzalana bilər ki, heç bir partiya 83-dən artıq dairədən namizədini irəli sürməsin. Bu daha çox Yeni Azərbaycan Partiyasından asılı olan məsələdir. Eyni zamanda partiyalar qarşılıqlı öhdəlik götürsünlər ki, onlar bitərəfləri öz namizədlərini irəli sürmədikləri digər dairələrdə müdafiə etməyəcəklər. Bitərəflərin də namizədliyi ancaq siyasi partiyalar tərəfindən irəli sürülə bilər. Məsələn, hesab edirəm ki, siz parlamentə seçilsəniz yaxşı ola bilər, ona görə təklif edirəm ki, əgər arzu etsəniz, namizədliyinizi hansısa dairədən verərdik. Yəni həmin şəxsin namizədliyi partiya tərəfindən irəli sürüləcək. Birincisi, onun təşkilatı yoxdur, ikincisi, maliyyə xərclərini partiya öz üzərinə götürə bilər.

Yaxınlarda Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevlə görüş keçirildi. Orada söylədim ki, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu ilə çoxpartiyalı sistemin inkişafına, partiyaların güclənməsinə nə töhvə mümkündürsə, artıq verilib. Bu nədən ibarət idi? Məsələn, partiyalar ildə bir dəfə reyestrlərinə baxmalıdırlar və bu barədə müvafiq icra hakimiyyəti orqanına hər il yanvarın 15-nə qədər partiyaya kim gəldi, kim getdi, kim dünyasını dəyişdi, bu haqda məlumat verməlidirlər. Bu, bir növ partiyanı gündəmdə saxlayır. İkincisi, məsələn, partiyalar şəffaflığı artırmaq üçün maliyyə hesabatları təqdim edirlər.

Partiyalar yeni qanunun tələbinə uyğun olaraq yenidən qeydiyyatdan keçmək üçün minimum 5 min imza topladılar, həmin şəxslərin anket məlumatları da qeyd olundu. Bu da partiyaların güclənməsinə, yenidən öz sıralarına baxış keçirməsinə müsbət təsirini göstərib. Amma “Siyasi partiyalar haqqında” qanun bundan artığına heç bir töhvə verə bilməz. Bunun üçün mütləq Konstitusiya islahatları aparılmalı və proporsional seçki sistemi bərpa olunmalıdır. Hər zaman söyləyirəm, mojaritar seçki sistemi çox qüsurludur. Birincisi, bu sistem imkan verə bilər ki, ayrı-ayrı oliqarxlar, şirkətlər çoxlu pul buraxmaqla birmandatlı dairələrdən öz adamlarını parlamentə seçdirsinlər və həmin şəxslər də orada onların lobbiçiliyə ilə məşğul olsunlar.

Digər bir məsələ də var. Məsələn, bizim partiya Azərbaycandakı 125 dairənin hamısından namizəd irəli sürür. Bizim indiki seçki sisteminə görə, səsverməyə gələnlərin daha çox səsini toplamış namizəd həmin dairə üzrə deputat seçilmiş sayılır. Ola bilər ki, bütün Azərbaycan üzrə bütün dairələrdə səsverməyə gələnlərin 49 faizinin səsini toplayırsan, amma namizədlərin uduzur. Bu halda parlamentdə bir nəfərlə belə təmsil olunmursan. Mojaritar seçki sisteminin qüsuru bundan ibarətdir. Ona görə də hesab edirəm ki, artıq vaxt yoxdur, Konstitusiyaya görə ölkədə növbədənkənar seçki keçirilibsə, həmin Milli Məclisin səlahiyyət müddətinin başa çatmasına bir il qalmış, axırıncı beşinci ilin noyabr ayında seçki keçirilməlidir. Bu da bu ilin noyabr ayına düşür. Ona görə də indi Konstitusiya islahatları aparmağa vaxt çatmayacaq. Amma hesab edirəm ki, gələcəkdə, 2025-ci ildə ölkədə Konstitusiya islahatları keçirilə bilər. Bundan sonra yeni seçkilərə də getmək mümkündür.

Bir dəfə də demişdim ki, bu dəfə seçiləcək parlamentin 5 il fəaliyyət göstərməyəcəyi ehtimal olunur. Düzdür, Konstitusiyada yazıla bilər ki, parlament seçkiləri ilə bağlı dəyişikliklər növbəti seçkilərə şamil olunur. Amma Konstitusiya dəyişəcəksə, bu məsələlər orada başqa formada öz həllini tapacaqsa, hesab edirəm ki, yeni seçkilərin keçirilməsi zəruri ola bilər.

- Parlamentdə indi təmsil olunan deputatların bəzilərinin siyahısı yayılmışdı. Orada qeyd edilirdi ki, yaşları 70-i keçən həmin şəxslər yenidən deputat seçilməyə bilərlər. Belə bir hal mümkündürmü? Sizcə, indiki parlamentin tərkibi yeni seçkidən sonra nə qədər dəyişəcək?

- Parlamentin ən təcrübəli deputatlarından biri mənəm. Müşahidələrimə görə, həmişə hər seçkidə parlamentin tərkibi 25-30 nəfər dəyişib. Bu dəfə də böyük dəyişikliyin olacağını gözləmirəm. Amma istəyərdim ki, ciddi dəyişiklik olsun. Bir az əvvəl parlamentdə kimləri görmək istədiyimi də söylədim.

Yaş məhdudiyyətinə gəldikdə, bu, ilk növbədə Konstitusiyaya ziddir. Bu məsələni həmin insanların sağlamlıq vəziyyətinə buraxmaq lazımdır. Əgər onun fiziki imkanları sağlamlıqla bağlı problem yaratmırsa, niyə də deputat seçilməsin? Məsələn, mən NATO Parlament Assambleyasında görmüşdüm, Böyük Britaniya, ABŞ kimi ölkələrdən yaşı 80-dən yuxarı xeyli millət vəkili vardı. Onlar müzakirələrdə kifayət qədər aktiv iştirak edirdilər, çox təcrübəli idilər.

Ümumiyyətlə, dünyanın hər yerində parlamentin az bir hissəsi yeni seçkilərdə dəyişir. Kimlərin parlamentə seçilməsi daha çox hansısa partiyanın nə qədər səs alması ilə həll olunur. Partiyalar da çox vaxt təcrübəli insanlara üstünlük verirlər. Əlbəttə, parlamentdə gənclər də olmalıdır. Amma gənclər parlamentə gələnə qədər siyasətdə, partiyaların tərkibində, ictimai-siyasi həyatda özlərini təsdiq etməlidirlər.

Düzdür, insanlar təcrübədən də nəsə öyrənir. Amma parlament öyrənmək yeri deyil. Parlamentə hazırlıqlı adam gəlməlidir ki, mükəmməl qanunların qəbul edilməsində fəal olsunlar, ölkənin həyatı ilə bağlı ciddi qərarların qəbulunda çıxışlar etsinlər. Bu baxımdan parlamentə hazırlıqlı adamlar gəlməlidir.

- Siz dəfələrlə parlamentli respublika modelinə keçilməsini təklif etmisiniz. Bu modelə keçilməsinə nə mane olur?

- Əlbəttə, bu, çox arzuolunandır. Bu modelə Gürcüstan da, Ermənistan da keçib. Əvvəllər, bunun qarşısını alan əsas səbəb bizim müharibə vəziyyətində olmağımız idi. Bildiyiniz kimi, keçid dövrlərində mərkəzləşdirilmiş hakimiyyətə ehtiyac olur. Amma şükür Allaha ki, ölkənin ən ağır problemini həll etmişik. Düşünürəm ki, bundan sonra ölkədə, demirəm birdən-birə radikal islahatlara, amma islahatlara getmək lazımdır. Həmişə deyirəm ki, həm də regiondakı geosiyasi reallıqların nəticəsi olaraq bu islahalatlar xarici dairələrin Azərbaycana müdaxilə etməsinə, ölkədə sabitliyi pozmasına, vətəndaş qarşıdurması yaratmasına səbəb olmayacaq ki... Həm də bizim kimi kiçik ölkələrdə islahatlar elə aparılmalıdır ki, bura təsir imkanları olan ölkələrdə qıcıq doğurmasın, onlar ölkəmizdə sabitliyin pozulmasında maraqlı olmasınlar. Bu baxımdan tədrici islahalatlar aparılmalıdır. Xüsusilə də ilk növbədə iqtisadi sferada islahalatlar vacibdir. Açıq-aşkar görürük ki, ölkə iqtisadiyyatı neftdən tam asılı vəziyyətdədir və bunu əhəmiyyətli səviyyədə azalda da bilmirik. Ona görə bu sahədə ciddi islahatlara başlamaq lazımdır. Qanunun aliliyi ilə bağlı məhkəmə-hüquq sistemində islahatlar aparılmalıdır. Paralel olaraq, hesab edirəm ki, müəyyən siyasi islahatlar da aparmaq olar və zəruridir.

Azərbaycan xalqının islahatların aparılmasını siyasi gündəmə gətirmək və bunu bir zərurətə çevirmək üçün potensialı yoxdur. Bu halda iqtidarın özünün prosesləri təhlil edib yuxarıdan islahatlar yolu ilə ölkəni yeni bir inkişaf mərhələsinə keçirməsinə ümid qalır. İqtidar da bir çox amilləri nəzərə alır, amma islahalatlara gedib-getməyəcəyini deyə bilmərəm. Bununla belə, daxilən əminəm ki, qeyd etdiyim hansı amillər nəzərə alınır: xalq özü bu dəyişikliklərə hazırdırmı, geosiyasi vəziyyət və region ölkələrinin bu islahatlardan sonra Azərbaycana hansı müsbət və mənfi təsirləri olacaq, biz ölkədə sabitliyi qoruyub saxlaya biləcəyikmi, ölkə dinc inkişaf yolu ilə gedə biləcəkmi?

Bizdə indiki sabitlik dəyişməzdir, dinamik deyil. Dinamik sabitlik ölkəni inkişafa aparır. Yəni sabitliksiz ölkədə heç bir perspektiv ola bilməz. Statistik sabitlik isə o deməkdir ki, bütün təşəbbüslər boğulur, əlverişli biznes mühiti yaradılmır, ölkənin qapıları açılmır, hər şey ciddi nəzarətə götürülür, sahibkarlar ciddi nəzarət altında saxlanılır, onlar vergidən çox digər dövlət orqanlarına vəsait ödəyirlər, korrupsiyaya qarşı effektli mübarizə təşkil olunmur və s. və i. Bu yolla sabitlik təmin edilirsə, sözsüz ki, ölkəni inkişafdan saxlayır.

- Sizcə, icra hakimiyyətlərinin ləğv edilib səlahiyyətlərinin bələdiyyələrə verilməsinin vaxtı çatıbmı, bu nə qədər zəruridir?

- Bir daha qeyd edirəm: xalqın özünün bu proseslərdə iştirakını görmürəm. Xalq hesab edir ki, dövlət həyatının, idarəetmənin ona çox az aidiyyatı var. Acı həqiqət olsa da, belədir. Bilirəm ki, dediyim çox adamın xoşuna gəlməyəcək. Amma reallıq budur.

Prezident seçkilərində bizim platformamızın əsasını o təşkil edirdi ki, Azərbaycanda indiki kimi az qala 100-ə yaxın inzibati ərazi vahidi var: rayonlar, şəhərlər, qəsəbələr, şəhərlərin daxilində rayonlar. Bizim dövlətin idarəetmə xərclərini azaltmaq lazımdır, dövlət aparatını üçdə bir qədər ixtisar etmək zəruridir. Hətta Özbəkistan da buna gedib. Prezident bəyan etdi ki, dövlət aparatı üçdə bir qədər ixtisar olunur. Görün bizdə nə qədər bir-birini təkrarlayan, ehtiyac olmadığı halda dövlət strukturları geniş ştat vahidi ilə yaradılıb.

Düşünürəm ki, nazirliklərin, komitələrin, xidmətlərin sayını xeyli azaltmaq, publik hüquqi şəxslərin sayını minimuma endirmək olar. Dövlət müəssisələri, ümumiyyətlə, özəlləşdirilməlidir, dövlət bizneslə məşğul olmamalıdır. Konstitusiyada yazılıb ki, dövlət biznes fəaliyyəti ilə məşğul olmamalıdır, onun bu sahədə işi yalnız tənzimləyici xarakter daşımalıdır. Ona görə Azərbaycan maksimum 15 inzibati ərazi vahidinə bölünməlidir. Həmin ərazi vahidlərinin 20-25 nəfərlik ali kollegial orqanları formalaşmalıdır. Regionun rəhbərləri də həmin kollegial orqanda seçilməlidir. Bununla yanaşı, həmin regionlardakı bütün yaşayış məntəqələrinin özünün həm də bələdiyyələri olmalıdır. Prezidentin səlahiyyətli nümayəndəsinin də olacağı regionlara geniş özünüidaretmə səlahiyyəti verilməlidir. Səlahiyyətli nümayəndələr yalnız Konstitusiyaya əməl olunmasına nəzarət etməlidirlər ki, dövlətin unitarlığı qorunub saxlanılsın, Konstitusiyaya əməl olunsun, ölkədə hər hansı formada separatizm meylləri baş qaldırmasın və s. Amma qalan geniş səlahiyyətləri vermək lazımdır. İndi, məsələn, Yardımlıda kimsə tövlə tikmək istəyirsə, gəlib Bakıdan icazə almalıdır. Bu icazələrin hamısını yerli hakimiyyət orqanları verməlidir. O zaman həm də yerli rəhbərlər birbaşa xalq qarşısında hesabatlı olacaqlar. Çünki birbaşa onlar seçəcəklər. İndi Bakıdan təyin olunan icra hakimiyyəti başçısının isə camaata heç bir hesabatlılığı yoxdur. Xalq seçəcəksə, o zaman şəffaflıq daha çox olacaq. Vəsaitlər də mərkəzləşmiş qaydada xərclənməyəcək. Bu, ölkənin inkişafına da həqiqi təkan vermiş olacaq.

Bundan başqa, böyük regionlara investisiya qoyuluşu asanlaşacaq. İndi prezident icra başçılarına deyir ki, investisiya cəlb edin. Rayon icra hakimiyyəti başçısının hansı səlahiyyəti var ki, investisiya cəlb edə bilsin?

Bütün mərkəzi icra hakimiyyəti orqanları özlərinin regional mərkəzlərini yaradıblar, bütün səlahiyyətlər də həmin regional mərkəzlərə verilib. Bizdə hakimiyyət həddən çox mərkəzləşib. İndiyə qədər ölkənin vəziyyətinə görə bunu başa düşmək olardı, amma bundan sonra vəziyyətin saxlanılması, doğrudan da qəbuledilməz olar. Mütləq ciddi mərkəzləşmədən müəyyən mənada imtina olunmalıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58
Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27
Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21
"The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17
"Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14
BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10
"Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07
Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05
Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00
Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru