18 milyon kapitallı 26 illik şirkət ləğv edilir .....                     Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb .....                     Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi .....                     Ölkədə anti-Ukrayna ab-havası hökm sürür .....                     Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... .....                     Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur .....                     Zelenski Polşaya səfərdən imtina etdi .....                     “Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub .....                     Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR .....                     İranda banklara növbəti kiberhücum olub .....                     BƏƏ şirkəti 18 ildən sonra .....                     11 milyonluq daha bir şirkət MMC-yə çevrilir .....                     Mourinyo Ardaya mesaj yazıb, deyib ki... .....                     Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib .....                     “Təhsil haqları həddən artıq yüksəkdir” .....                     Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı .....                     Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI .....                     Məktəb direktoruna kabinetində xəsarət yetirdi .....                     Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı .....                     “Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb .....                     Kəmaləddin Heydərov rəisi işdən çıxardı .....                     Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi .....                     Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu .....                     Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi .....                     Narkoloji Mərkəzin sabiq baş direktoru və müavininin işi .....                     “Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN .....                     Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır .....                     Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: .....                     Putin hədələdi .....                     Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır .....                     Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi .....                     AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə .....                     Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi .....                     Ucuz satılan yumurtalar köhnədir? .....                     Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? .....                     Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” .....                     Azərbaycanda yeni BOKT yaradılıb .....                     Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq .....                     Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb .....                     Yaxın günlərdə pomidor bahalaşacaq .....                 

“Cavab verməlidirlər ki, Azərbaycan xalqının, dövlətinin və dövlət rəhbərliyinin əleyhinə nəyə görə bu cür fikirlər tirajlanır” - deputat
Tarix: 3-08-2021, 08:06 | Çap et
“Cavab verməlidirlər ki, Azərbaycan xalqının, dövlətinin və dövlət rəhbərliyinin əleyhinə nəyə görə bu cür fikirlər tirajlanır”
Rusiya Liberal Demokrat Partiyasının sədri və Dövlət Dumasının üzvü Vladimir Jirinovski Azərbaycan iqtidarının ünvanına hədyanlar yağdırıb. Bundan öncə Azərbaycan xalqını və suvereneliyini hədəfə alan rusiyalı siyasətçinin açıqlaması ölkəmizdə sərt etirazla qarşılanıb.

Bir çox ekspertlər Jirinovskinin açıqlamasını özfəaliyyət adlandırsa da, onun Kremlin diqtəsi ilə belə fikirlər səsləndirdiyini iddia edənlər də var. Artıq rəsmi Bakı Rusiyaya etiraz notası da təqdim edib. Bəs, görəsən bu açıqlama Rusiya-Azərbaycan münasibətlərinə hansısa təsir göstərəcəkmi?

Milli Məclisin üzvü Vahid Əhmədov AYNA-ya açıqlamasında deyib ki, siyasi sistemdə hər zaman Jirnovski kimi şəxslər olub və onlardan bəlli məqsədlər üçün istifadə edilib: “Onlar özləri də bilirlər ki, heç zaman siyasi lider olmayacaqlar. Konkret olaraq öz missiyaları var və lazım olduğu hallarda onlardan istifadə olunur. Jirnovski çox tərbiyəsiz adamdır. Həm də qeyri-ciddi biridir. Rusiyada da onu belə qəbul edirlər. Bu şizofren siyasətçi bizə hədələyici tonda mesajlar verir”.

“O, bütün fəaliyyətini Sovet imperiyasının bərpasına həsr edib. Xəstə təfəkkürü ilə buna inanır. Lakin anlamır ki, bu, artıq mümkün deyil. Baxmayaraq ki, o, öz açıqlamaları ilə Rusiyanın nüfuzuna zərbə vurur, hələ də Rusiya Dövlət Dumasının üzvü və partiya sədridir”, - deyə deputat bildirib.

Həmsöhbətimizin sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi müəyyən dairələrdə ciddi qıcıq yaradıb: “Vaxtaşırı olaraq bunun təzahürləri ilə üz-üzə qalırıq. Uzun illər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, milyondan artıq soydaşımızın öz yurd-yuvasından didərgin salınmasına, Xocalıda insanlıq əleyhinə soyqırıma göz yuman qüvvələr Azərbaycanın tarixi qələbəsinə kölgə salmaq istəyirlər. Bu qələbə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qələbəsidir. Qarşıda bizi ağır və məsuliyyətli bir dövr gözləyir. Biz hərbi müstəvidə qələbə qazansaq da, informasiya müharibəsi davam edir. Bu mənada bu cür sərsəm fikirlər gözləniləndir”.

“Rusiya məsələyə aydınlıq gətirməlidir. Rəsmi Bakı bununla bağlı Moskvaya nota göndərib. Düzdür, bu notadan sonra Jirinovski geri addım atıb. Lakin bu adam Rusiya Dövlət Dumasının üzvüdür, partiya sədridir və onun açıqlaması siyasi açıqlamadır. Müəyyən ehtimallar var ki, o, bu fikirləri özbaşına demir. Bu mənada rəsmi Moskva məsələyə izah verməlidir ki, Azərbaycan xalqının, dövlətinin və dövlət rəhbərliyinin əleyhinə nəyə görə bu cür fikirlər tirajlanır? Əgər bu izahat olmayacaqsa, deməli, deyilənlərin həqiqət yükü var”, - deyə Əhmədov fikrini yekunlaşdırıb.

“İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı da AYNA-ya şərhində qeyd edib ki, Jirinovski Rusiya cəmiyyətində siyasi təlxək kimi qəbul olunur: “Biz dəfələrlə Jirinovskinin yalnız Azərbaycanın deyil, dünyanın bir çox dövlətlərinin və xalqlarının ünvanına sərsəm fikirlərinə şahidlik etmişik. Eyni zamanda, Jirinovksinin sonradan bu fikirləri təkzib etməsini və ağır sözlərlə təhqir etdiyi şəxslərə yaltaqlandığını müşahidə etmişik. Bu, Jirinovskinin ənənəvi obrazıdır. Onun Azərbaycan dövlətinin və rəhbərliyinin ünvanına səsləndirdiyi fikirlər reallıqdan tamamən uzaq, xəstə təfəkkürün məshsuludur”.

İGİB sədrinin bildirdiyinə görə, Azərbaycanın Qarabağ zəfəri, apardığı müstəqil xarici siyasət Rusiyada da bir çox dairələri narahat etməkdədir: “Onlar Jirinovskini hürdürməklə Azərbaycana hansısa mesajlar vermək istəyirlər. Ancaq onlar yeni dünya reallıqlarını qəbul etməli və Azərbaycanla bu ritorikayla danışmağın yolverilməz olduğunu anlamalıdırlar. Bu qüvvələr başa düşməlidir ki, Ermənistanın başına dəyən “Dəmir yumruq” bir gün onların da başlarına dəyə bilər. Heç bir qüvvə Azərbaycanın müstəqil və suveren siyasətini əngəlləmək gücündə deyil. Yaxı olar ki, bunu Rusiyadakı erməni lobbisinin təsiri altında olan qüvvvələr başa düşsünlər”.

Şahbazlı əlavə edib ki, Jirnovski təlxək siyasi fiqur olduğundan onun fikirləri Rusiyanın rəsmi mövqeyi kimi qiymətləndirilə bilməz: “Lakin bununla yanaşı, o, Rusiya Dövlət Dumasının üzvdür. Azərbaycan tərəfi nota verib və bütün hallarda Rusiya hökuməti belə axmaq fikirlərinə görə Jirinovskiyə yerini göstərməlidir. Çünki Jirinovskinin artıq təkrarlanan bu davranışları Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun deyil. Ölkəmiz bütün qonşuları, o cümlədən Rusiya ilə münasibətdə daim qarşılıqlı hörmət və etimad prinsiplərini əsas götürüb. Jirinovski kimi təlxəklərin sərsəmləmələri bu münasibətləri zədələyə bilər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
18 milyon kapitallı 26 illik şirkət ləğv edilir – 8,5 MİLYON VERGİ BORCU VAR
Bu gün, 18:02
Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb
Bu gün, 17:57
Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Bu gün, 17:52
Ölkədə anti-Ukrayna ab-havası hökm sürür - Polşa Baş naziri
Bu gün, 17:50
Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... - "Bütün qurumlar bir birinin üstünə atır..."
Bu gün, 17:44
Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur - ÇÜNKİ...
Bu gün, 17:35
Zelenski Polşaya səfərdən imtina etdi - KİV
Bu gün, 17:31
“Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:28
Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR - AÇIQLAMA
Bu gün, 17:25
İranda banklara növbəti kiberhücum olub
Bu gün, 17:23
BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır
Bu gün, 17:03
11 milyonluq daha bir şirkət MMC-yə çevrilir
Bu gün, 17:01
Mourinyo Ardaya mesaj yazıb, deyib ki...
Bu gün, 16:59
Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib - Dövlət Agentliyi
Bu gün, 16:44
“Təhsil haqları həddən artıq yüksəkdir” – Ekspertdən nazirə sərt etiraz
Bu gün, 16:37
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
Bu gün, 16:35
Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI - TƏFƏRRÜAT
Bu gün, 16:29
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
Bu gün, 16:25
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
Bu gün, 16:22
“Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb - DETALLAR
Bu gün, 16:20
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - BUNDNA SONRA...
Bu gün, 16:17
Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi - BelTA
Bu gün, 16:15
Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
Bu gün, 16:04
Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi - RƏSMİ
Bu gün, 15:54
Narkoloji Mərkəzin sabiq baş direktoru və müavininin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 15:52
“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN - ÇAĞIRIŞ
Bu gün, 15:50
Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır - AÇIQLAMA
Bu gün, 15:48
Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: - Tur şirkətlərinə satılır?
Bu gün, 15:44
Putin hədələdi – “Nəticələrini bilsəydilər, etməzdilər”
Bu gün, 15:42
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Bu gün, 15:37
Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi – İqtisadçıdan reaksiya
Bu gün, 15:25
AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb
Bu gün, 15:17
Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi - LƏĞV EDİLDİ
Bu gün, 15:15
Ucuz satılan yumurtalar köhnədir? - "Sahibkarlar insanlara görə qiymət endirməyə qorxurlar"
Bu gün, 15:02
Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? - Professor ELƏ AÇIQLAMALAR VERDİ Kİ...
Bu gün, 14:54
Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” - TƏFƏRRÜAT
Bu gün, 14:51
Azərbaycanda yeni BOKT yaradılıb
Bu gün, 14:50
Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq - İranlı diplomat
Bu gün, 14:01
Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb - TƏFƏRRÜAT
Bu gün, 13:58
Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı
Bu gün, 13:56
Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! - Rəhbər heyət artır... işçilər isə ixtisara salınır...
Bu gün, 13:53
İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub - TƏFƏRRÜAT
Bu gün, 13:16
ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair KONFRANS KEÇİRİLƏCƏK
Bu gün, 13:14
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib - ƏMR
Bu gün, 13:13
Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib - TOTAL NARAZILIQ...
Bu gün, 13:10
“Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, sonradan Mehriban Xanlarova çəkildi”
Bu gün, 13:04
Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
Bu gün, 12:58
İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər - "RİA Novosti"
Bu gün, 12:55
“Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia - 6000 manat ödədi, universitet tanınmadı
Bu gün, 12:54
“Zirə Sera”nın istixanasında ölüm işi - Üç il həbs verildi
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru