“İnsanlar yas mərasimlərinə daha həssasdır, nəinki toylara” - Partiya sədri
Tarix: 30-06-2021, 08:21 | Çap et
 İyulun 1-dən etibarən Azərbaycanda toy və nişan məclislərinin keçirilməsinə icazə veriləcək. Lakin yas məclisləri ilə bağlı məsələ müzakirə olunmur və hələ də açıq qalmaqdadır.
Məlum məsələdir ki, yası düşənlərə başsağlığına getmək də tarixi ənənəmizdir. Yası da toylar kimi, çoxluq olmadan, problem yaratmadan, bəlli qaydalarla bərpa etmək olarmı?
AĞ Partiya sədri Tural Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“El arasında belə bir söz var - ”Xeyirlə şər qardaşdır". Ümumiyyətlə, Azərbaycan mədəniyyətinə, mental dəyərlərinə əsasən toyla yas heç vaxt ayrılmır. Hətta bayramlar öncəsi “qara bayram” deyə bir adət də var, hansı ki, vəfat edənlər həmin gün xatırlanır və sairə. Operativ Qərargahın yaslarla bağlı qərar qəbul etməməsi absurddur, qəbuledilməzdir. Çünki insanlar yas mərasimlərinə daha həssasdır, nəinki toylara. Məsələn, ola bilər ki, toy mərasimində iştirak edə bilməyəsən, amma bir neçə gün sonra da gedib təbrik etmək olur. Amma yaxınının ən çətin günündə, yas-dəfn mərasimləri zamanı onun yanında olub, dərdini bölüşməlisən. Buna görə də hesab edirəm ki, toylarla bağlı çıxarılan şərtlərdən daha yüngül şərtlərlə yas mərasimlərinin də keçirilməsinə icazə verilməlidir.
Toy mərasimlərində kütləvi rəqslər və sairə edilir. Amma yasda bu cür kütləvilik yaşanmır. İnsanlar sadəcə əyləşib bir stəkan çay içib, başsağlığı verib, gedir. Burada əsas prosedur yas sahibinə, yaxını rəhmətə gedən adama təskinlik, başsağlığı verib, onun dərdinə şərik olduğunu nümayiş etdirməkdən ibarətdir. Düşünürəm ki, burada xüsusi icazəyə də ehtiyac yoxdur.
Məlum olduğu kimi, yas mərasimlərinin müəyyən ritualları var. Məsələn, xanımlar ağlaşma mərasimi keçirir. Bu zaman qadınlar daha çox salamlaşıb, öpüşürlər. Amma artıq maska rejiminə riayət edilir və bunu ətrafımızdan da görə bilirik.
Virus ortaya çıxıb deyə biz bütün həyat tərzimizi dəyişə, yeni adət-ənənələr yarada bilmərik. Ümumiyyətlə, toy və yas mərasimlərinin ləngidilməsi insanlar arasında psixoloji gərginlik, stress, yüklənmə yaradır. Bütün bunların yığılıb qalması sonradan sosial partlayışa səbəb ola bilər.
Bu baxımdan xəbərdarlıqlar edib, təlimatlar verməklə yas mərasilmərinin də keçirilməsinə icazə verilməlidir".
Sosioloq Əhməd Qəşəmoğlu isə mövzuya bu cür şərh bildirdi:
“Yas mərasimlərinin də keçirilməsinə icazə verilməlidir. Lakin burada diqqət etmək lazımdır ki, qadınlar daha çox yas mərasimlərində bir yerə toplaşır və daha yaxından təmasda olurlar. Burada tələblər kifayət qədər ciddi olmalıdır.
Məlum olduğu kimi, hazırda bir çox ölkələrdə koronavirusla bağlı vəziyyət gərginləşməyə başlayır. Bu baxımdan arxayın olmayaq ki, bizdə virusla bağlı vəziyyət səngiyir. Ona görə də yas mərasimlərinin keçirilməsinə icazə verilərsə, tələblər, məhdudiyyətlər daha ciddi olmalıdır. Və biz bu işə yerli icra hakimiyyətinin nümayəndələrini cəlb etməliyik. Onlar yas mərasimlərinin qaydalara uyğun keçirilməsindən məsul olmalıdırlar. Hər bir kənddə icra nümayəndəsi var, həmin nümayəndələr məsələyə nəzarət etməlidirlər.
Hesab edirəm ki, daha çox açıq havada yas mərasimlərinin keçirilməsinə üstünlük verilməlidir, nəinki örtülü yerlərdə. Hələlik hava şəraiti buna imkan verir.
Qışda isə tələblər sərtləşə bilər. Amma indiki vaxtda qeyd etdiyim kimi, şəhər və kənd yerlərində icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə yas mərasimlərini keçirmək olar.
Bu məsələdə əsas 3 amilə diqqət etmək lazımdır. Birincisi - maarifləndirmədir. Biz bu amilə daha çox diqqət ayırmalıyıq. İkincisi - stimullaşdırma. Biz yaxşı nümunələri təbliğ etməliyik. Üçüncüsü isə tələblərə riayət edilməlidir. Bu üçündən biri olmadıqda uğur əldə edə bilməyəcəyik".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • 18 milyon kapitallı 26 illik şirkət ləğv edilir – 8,5 MİLYON VERGİ BORCU VAR
Bu gün, 18:02 |
|
|
|
| • Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb
Bu gün, 17:57 |
|
|
|
| • Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Bu gün, 17:52 |
|
|
|
| • Ölkədə anti-Ukrayna ab-havası hökm sürür - Polşa Baş naziri
Bu gün, 17:50 |
|
|
|
| • Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... - "Bütün qurumlar bir birinin üstünə atır..."
Bu gün, 17:44 |
|
|
|
| • Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur - ÇÜNKİ...
Bu gün, 17:35 |
|
|
|
| • Zelenski Polşaya səfərdən imtina etdi - KİV
Bu gün, 17:31 |
|
|
|
| • “Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:28 |
|
|
|
| • Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR - AÇIQLAMA
Bu gün, 17:25 |
|
|
|
| • İranda banklara növbəti kiberhücum olub
Bu gün, 17:23 |
|
|
|
| • BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır
Bu gün, 17:03 |
|
|
|
| • 11 milyonluq daha bir şirkət MMC-yə çevrilir
Bu gün, 17:01 |
|
|
|
| • Mourinyo Ardaya mesaj yazıb, deyib ki...
Bu gün, 16:59 |
|
|
|
| • Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib - Dövlət Agentliyi
Bu gün, 16:44 |
|
|
|
| • “Təhsil haqları həddən artıq yüksəkdir” – Ekspertdən nazirə sərt etiraz
Bu gün, 16:37 |
|
|
|
| • Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
Bu gün, 16:35 |
|
|
|
| • Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI - TƏFƏRRÜAT
Bu gün, 16:29 |
|
|
|
| • Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
Bu gün, 16:25 |
|
|
|
| • Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
Bu gün, 16:22 |
|
|
|
| • “Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb - DETALLAR
Bu gün, 16:20 |
|
|
|
| • Kəmaləddin Heydərov rəisi işdən çıxardı - BUNDNA SONRA...
Bu gün, 16:17 |
|
|
|
| • Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi - BelTA
Bu gün, 16:15 |
|
|
|
| • Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
Bu gün, 16:04 |
|
|
|
| • Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi - RƏSMİ
Bu gün, 15:54 |
|
|
|
| • Narkoloji Mərkəzin sabiq baş direktoru və müavininin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 15:52 |
|
|
|
| • “Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN - ÇAĞIRIŞ
Bu gün, 15:50 |
|
|
|
| • Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır - AÇIQLAMA
Bu gün, 15:48 |
|
|
|
| • Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: - Tur şirkətlərinə satılır?
Bu gün, 15:44 |
|
|
|
| • Putin hədələdi – “Nəticələrini bilsəydilər, etməzdilər”
Bu gün, 15:42 |
|
|
|
| • Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Bu gün, 15:37 |
|
|
|
| • Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi – İqtisadçıdan reaksiya
Bu gün, 15:25 |
|
|
|
| • AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb
Bu gün, 15:17 |
|
|
|
| • Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi - LƏĞV EDİLDİ
Bu gün, 15:15 |
|
|
|
| • Ucuz satılan yumurtalar köhnədir? - "Sahibkarlar insanlara görə qiymət endirməyə qorxurlar"
Bu gün, 15:02 |
|
|
|
| • Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? - Professor ELƏ AÇIQLAMALAR VERDİ Kİ...
Bu gün, 14:54 |
|
|
|
| • Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” - TƏFƏRRÜAT
Bu gün, 14:51 |
|
|
|
| • Azərbaycanda yeni BOKT yaradılıb
Bu gün, 14:50 |
|
|
|
| • Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq - İranlı diplomat
Bu gün, 14:01 |
|
|
|
| • Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
| • Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı
Bu gün, 13:56 |
|
|
|
| • Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! - Rəhbər heyət artır... işçilər isə ixtisara salınır...
Bu gün, 13:53 |
|
|
|
| • İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub - TƏFƏRRÜAT
Bu gün, 13:16 |
|
|
|
| • ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair KONFRANS KEÇİRİLƏCƏK
Bu gün, 13:14 |
|
|
|
| • Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib - ƏMR
Bu gün, 13:13 |
|
|
|
| • Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib - TOTAL NARAZILIQ...
Bu gün, 13:10 |
|
|
|
| • “Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, sonradan Mehriban Xanlarova çəkildi”
Bu gün, 13:04 |
|
|
|
| • Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
Bu gün, 12:58 |
|
|
|
| • İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər - "RİA Novosti"
Bu gün, 12:55 |
|
|
|
| • “Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia - 6000 manat ödədi, universitet tanınmadı
Bu gün, 12:54 |
|
|
|
| • “Zirə Sera”nın istixanasında ölüm işi - Üç il həbs verildi
Bu gün, 12:52 |
|
|
|
|