18 milyon kapitallı 26 illik şirkət ləğv edilir .....                     Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb .....                     Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi .....                     Ölkədə anti-Ukrayna ab-havası hökm sürür .....                     Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... .....                     Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur .....                     Zelenski Polşaya səfərdən imtina etdi .....                     “Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub .....                     Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR .....                     İranda banklara növbəti kiberhücum olub .....                     BƏƏ şirkəti 18 ildən sonra .....                     11 milyonluq daha bir şirkət MMC-yə çevrilir .....                     Mourinyo Ardaya mesaj yazıb, deyib ki... .....                     Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib .....                     “Təhsil haqları həddən artıq yüksəkdir” .....                     Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı .....                     Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI .....                     Məktəb direktoruna kabinetində xəsarət yetirdi .....                     Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı .....                     “Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb .....                     Kəmaləddin Heydərov rəisi işdən çıxardı .....                     Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi .....                     Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu .....                     Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi .....                     Narkoloji Mərkəzin sabiq baş direktoru və müavininin işi .....                     “Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN .....                     Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır .....                     Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: .....                     Putin hədələdi .....                     Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır .....                     Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi .....                     AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə .....                     Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi .....                     Ucuz satılan yumurtalar köhnədir? .....                     Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? .....                     Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” .....                     Azərbaycanda yeni BOKT yaradılıb .....                     Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq .....                     Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb .....                     Yaxın günlərdə pomidor bahalaşacaq .....                 

"Şairi Ramiz Rövşən olan müxalifət inqilab edə bilməz"
Tarix: 26-06-2021, 08:20 | Çap et
"Şairi Ramiz Rövşən olan müxalifət inqilab edə bilməz"
Yafəs Türksəs yeni çapdan çıxmış şeirlər kitabını gətirmişdi redaksiyamıza. “Əllərimin sualı”. Doğrusu, şeir oxumağa heç həvəsli deyiləm. Söhbət etdik, Yafəs bəylə. Özü də bildi ki, yaradıcılığına bələd deyiləm. İncimədi. Yəqin belə düşünüb ki, “bu xanım da klassikadan kənara çıxa bilmir. Yeni düşüncəni qəbul etmir”. Bu qənaətə onunla həmsöhbət olandan sonra gəlmişəm. Sonda gəldiyim nəticəni əvvəldə yazıram. Bu da məndən “yenilik” olsun, yenilikçi, avanqard şairimiz Yafəs Türksəsə. Milli hərəkatçıların yaxşı tanıdığı Yafəs Türksəs haqqında qısaca bunu xatırladıram ki, hazırda Milli Düşüncə Mərkəzinin sədridir. Dünya Azərbaycanlıları Konqresinin MDB üzrə məsləhətçisidir. Söhbətə belə başladıq:

- Yafəs bəy, hazırda sizi narahat edən, fikrinizi daha çox məşğul edən nələrdir?

- Baxıram ki, insanların əksəriyyəti klassik düşünür. Sovet düşüncəsində qalıblar. Yeni fikrə az yer verirlər. Yeni düşüncəyə köklənən heç 200 adam yoxdur. Yeni düşüncələrə şübhə ilə yanaşırlar. Hamı standart düşünür. Fərqli fikirlərə dözüm yoxdu. Ədəbiyyatda şairlərimizin çoxu klassik yazır. Modernizmdən qaçırlar. Avanqard düşüncədən qaçırlar. Cəsarətdən qaçırlar.

- Yeni fikir deyəndə nəyi nəzərdə tutursunuz?

- Məsələn, mənim düşüncəmə görə, Yazıçılar Birliyi sovetdənqalma bir qurumdu. Olmamalıdı. Bir neçə qurum olmalıdır. Burda da bir neçə yanaşma var. Bir yanaşma budur ki, Yazıçılar Birliyi təkmilləşsin. Yeniləşsin. Dövrə uyğunlaşsın. Bir yanaşma da budur ki, məsələn, mənim də yanaşmam belədir ki, bir neçə birlik olsun, “PenKlub” kimi. Modernistlər bir yerə yığışsın, klassiklər bir yerə yığışsın. Dövlət də dəstək versin, yaxud yarış keçirsin, hansında daha çox şair, yazıçı ortaya çıxdı, dünya səviyyəsində tanındı, onlara daha çox vəsait ayrılsın, mükafatlar şəklində verilsin. AYB-nin 2000 üzvü varsa, bunun 200-ü normal yazıçı, şairdi.

- Təkcə bumu?

- Siyasi düşüncədə də. Fərqli düşünənlərə düşmən kimi baxırlar. Mədəni sahədə də elədir. Yeni fikri yaxına buraxmırlar. Televiziyalarda da mühafizəkar düşüncəliləri danışdırırlar. İncəsənətdə də. Hazırda bir dənə də normal mahnı mətni yoxdur. Hamısı toylara hesablanan mahnılardı. Müğənnilər televiziyalara maddi köməklik göstərir, onlar da kim gəldi efirə buraxırlar. Belə olmalı deyil. Baxırsan, Manafdı, Şəbnəm Tovuzludu, Mənzurədi... Çoxdular e. Yadıma düşənləri, söz gəlişi deyirəm. Bu, ciddi incəsənət, ciddi yaradıcılıq deyil axı.

- Bu dəqiqə fikrimə gəlmir, şairlərimizin adları... tutalım, Baba Vəziroğlu ciddi şeir yazmır, normal mahnı mətni yazmır?

- Sizinlə razıyam. Baba Vəziroğlu həddindən çox mahnı mətni yazıb, konveyer kimi. Amma Baba Vəziroğlunun ciddi şeirləri var. 5-6 normal mahnı mətni var. Amma hamı onun şeirlərinə yazılmış mahnıları oxumur ki. Müğənni çıxır efirə, deyir, şeir də özümündü, musiqi də, özüm də ifa edirəm. Belədisə, getsin çadır toyunda oxusun da. Daha bunu ictimailəşdirmək olmaz. Sonra musiqili meyxana. Musiqili meyxana meyxana deyil, şeirdi. Özü də çox zəif şeirlərdi. Musiqisi də bir notun üstündədi – taq-qa-taq, taq-qa-taq... Musiqimizi də məhv edirlər, şeirimizi də.

- Yafəs bəy, mən sosial şəbəkədə aktiv deyiləm...

- Mən çox aktivəm.

- Aktivsinizsə, şeirlərini sosial şəbəkə üzərindən paylaşan şairlərimiz var. Demək istədiyim bu idi ki, passiv olan mən hətta o paylaşımları görürəm və çox bəyənirəm. Məsələn, Ayaz Arabaçı şeirlərini paylaşır...

- Ayaz Arabaçı yaxşıdı. O da klassik üslubda yazır, pis yazmır.

- O da klassik üslubdadı?

- Ənənəvidi...

- Elçin Mirzəbəyli. Elçin müəllimin də gözəl şeirləri var. Feysbukda oxumuşam...

- Onunki də ənənəvi şeirlərdi. Yeni bir şey yoxdu.

- Yenilikçi şairlərimiz yoxdu?

- Var. Amma dediyiniz adamlar deyil.

- Kimlərdi?

- Aqşin Yeniseydi, Aqşin Evrendi, Eminquey Akifdi.... Cəlil Cavanşir, Rasim Qaraca... Sevinc Elsevərdi, Murad Köhnəqaladı, mənəm... Bunlar sərbəst şeirlər, modern şeirlər yazır. Qismət Rüstəmovdu... Onların da bir qismində texnika moderndi, düşüncə isə ənənəvidi.

- Demək istəyirsiz, üslub dəyişib, məzmun köhnədi?

- Hə də... Mahir Mehdi, Qismət Rüstəmov modern şeirlər yazırlar. Amma texnika moderndi, düşüncə yox. Şəhriyar del Gerani modern üslubda yazır, modern ifadələr işlədir, amma görürsən ki, Vaqif Bayatlını yamsılayır.

- Bu şeirləri oxuyanda kimin kimi yamsıladığını anlayırsınız?

- Mən Azərbaycanda 3-4 yaxşı şeir oxucusundan biriyəm. Güclü şeir oxucusuyam. Ramiz Rövşənin şeirlərini oxuyanda çoxunu bəyənmirəm.

- Hətta...

- Çünki çox ənənəvidi. Dilin danışıq qatında yazır. Vaqif Bayatlını bəyənirəm, çünki dilin yazılı qatına yaxındır. Vaqif Səmədoğlunu bəyənirəm. Mən şeirin üst zövqlü oxucusuyam.

- Danışıq qatı deyirsiniz, yazılı qatı deyirsiniz. Fərq nədi?

- Bunu mən kəşf eləmişəm. Danışıq qatı belədi ki, şeiri oxuyanda görürsən ki, orda yazılanı hansısa bir formada əmin, dayın, xalan, bibin deyib də. Ona görə güclü poetik rezonans doğurmur. Amma şeiri dilin yazılı qatında yazırsansa, zəif də olsa, rezonans doğurur. Məsələn, Vaqif Bayatlı deyir ki, “bahar ağaclardan çəkilən kimi çəkildi başımdan gənclik sevdası... Yaxud Vaqif Səmədoğlu yazır ki, “bir axşam taksidən düşdük payıza... Payıza düşmək xalq arasında deyilməyib axı. Maraqlı gəlir adama. Ramiz Rövşən isə deyir ki, qardaşımdan, bacımdan küsüb gedirəm... Bu deyilib də, min dəfə deyilib. Amma şeir gözəldi. (R.Rövşənin “Mən küsüb gedirəm... Qoy hamı qalsın, Mən küsüb gedirəm bu yer üzündən. Oğulam-qoy dərdim anama qalsın, Atayam-qoy balam küssün özündən...” şeirini nəzərdə tutur – M.R.) Bilmirəm, fikrim çatır sizə?

- Çatır, çatır... Sizin bu fikirləriniz haqqında danışdığınız şairlərə məlumdu? Necə reaksiya veririlər, maraqlıdır...

- Çatdırırlar da. Ramiz Rövşən 90-cı illərdən sonra şeir yazmayıb. (?! – M.R.) Öz dövrünə görə yeni bir mərhələ açan şairdi. Bəxti onda gətirdi ki, boz sovet poeziyasından sonra odu. Vaqif Bayatlıdı, çiçək kimi göründülər. Sovet şeirinin boz səhralığında göründülər, onların uğuru bunda oldu. Şansları gətirdi ki, o bozluğun içində fərqləndilər. Sovet vaxtı poeziya bom-boz idi də. Ən yaxşılarını götürək, Musa Yaqubdu, Nəriman Həsənzadədi, Məmməd İsmayıldı. Hamısı bir-birinə oxşayır da onların şeirləri. Onlar da bu bozluqda parıldadılar. Amma sonra gənclik gəldi, onlardan daha yaxşı yazdılar. Məsələn, Aqşin Evren, Aqşin Yeniseylə onlar bacara bilməzdilər. Yazsalar da, onların kölgəsində qaldılar. Düşüncə etibarilə köhnədilər e... Məsələn, mənim düşüncəmə görə, müasir şair şeirində bir ümid yeri qoymalıdır, bir etiraz qoymalıdır, 1 faiz, 2 faiz. Ramiz Rövşənin yaradıcılığı təslimçilikdi - “qardaşımdan küsüb gedirəm...”

- (Etiraz etmək istəyirəm) Niyə? Ramiz Rövşənin...

- (Sözümü kəsir) Şairi Ramiz Rövşən olan müxalifət inqilab edə bilməz axı! Şairi Yafəs Türksəs olan müxalifət inqilab edər.

- Niyə olmadınız bəs?

- Yaxın durmadılar...

- Niyə?

-İmic məsələsi var da. Deyirlər kasıb oğlandı. Ramiz Rövşən vaxtında imic qazanıb... Amma mənim elə şeirlərim var, Ramiz Rövşən yaza bilməz, Ramiz Rövşənin də elə şeirləri var, mən yaza bilmərəm. Amma mən onların gözündə Ramiz bəydən aşağıyam. Çünki o imici qazanmamışam.

- Əsas budur ki, özünüzə qiymət verə bilirsiniz.

- Sözsüz. Mənim elə şeirlərim var ki, Vaqif Bayatlı yaza bilməz, Rüstəm Behrudi yaza bilməz. Amma geniş kütlə bilmir, elita bilmir. Nə təhər deyim, fikrimi çatdırım?.. O dərəcədə özümü reklam eləməmişəm. Haqqımda yazmayıblar. Mənim haqqımda Nizami Cəfərov, Əsəd Cahangir, bir də Vaqif hərəsi 3-5 kəlmə yazıb. Geniş təbliğ olunmamışam. Nüsrət Kəsəmənlini hamı tanıyır. Çünki reklam olunurdu. Halbuki, ondan daha güclü şairlərimiz var.

- Nüsrət Kəsəmənlinin şeirlərinə nə qədər mahnı bəstələnib, mahnılar da onu tanıtdırırdı.

- Sizinlə razılaşmayacam. Sovet vaxtı bir televiziya vardı. Şairlər çıxırdı televiziyaya. Hamı onları tanıyırdı. Sonra televiziyalar çoxaldı. Bu dəqiqə kim baxır televiziyaya?

- Sözümü kəsdiniz bayaq, deyəcəkdim ki, Ramiz bəyin məşhur şeiri var: “Təpədən dırnağa hirs içindəyəm... Daş olub lap ulu Füzulinin də, Yanında durmağa yoxdu həvəsim. Mən sənin yanında dururam, Sənin... küçənin tinində dilənən qarı. Başından var-dövlət yağan ölkənin, Bəxtəvər günündə dilənən qarı...” Başdan-ayağa etiraz, üsyandı bu şeir...

- Etiraz var... Ümumiyyətlə, şeir yaradıcılığına bir şeirdən çıxış edərək baxmaq olmaz. Ramiz Rövşənin zəmanəyə etirazları var. Amma mübarizlik yoxdur. Bir var, deyəsən durum səni döyüm, bir də var sadəcə pisləyirsən, etiraz edirsən, amma hərəkət etmirsən. - Biz elə bayaqdan Ramiz Rövşəndən danışırıq. Amma deyirsiniz ki, bəyənmirəm.

- Yox, elə deyil. Klassiklərin rəhbəri odur da. Amma pessimistdir. Cavanlarda da var, pessimizm. Şair intihar edirsə, oxucu ondan qabaq intihar edəcək. Amma Vaqif Bayatlıda oxucunu həyata bağlamaq var. Vaqifin şeirlərində elə sıçrayışlı misralar var ki, Füzulidən sonra ən yüksək sıçrayışlı misralar Vaqif Bayatlıdadı. Ramiz Rövşəndə də var.

- Sizdə də var?

- Nə bilim, oxuyanda görərsiniz... Mən əvvəllər ənənəvi yazırdım...

- ...Özünüzün sıçrayışlı bir şeirinizi misal çəkin, mən gərək şeirlərinizi oxuyam, ona da vaxt yoxdu. Ədəbiyyatşünas da deyiləm... Bir nümunə gətirin.

- Qoy fikrimi deyim də. Mən ədəbiyyata bir az gec gəlmişəm. Ədəbiyyata gələndə mən də ənənəvi şeirlər yazmışam. Sonra yazı tərzim, düşüncələrim dəyişib, bunda da AYO-çuların böyük rolu olub. Baxmayaraq ki, mən yaşca onlardan böyüyəm, amma onları özümə müəllim hesab edirəm. Məsələn, mənim oğlum Şəhriyara şeirim var. Bir sevgi ... şeirlərin hamısı güclü olmur. Şeirin içində sıçrayışlı misralar olur. Məsələn, mən deyirəm, “nöqtəyə nə var, göz yaşı ilə də qoymaq olar”. Bu, sıçrayışlı misradı.

- İndi bu, tapıntıdı?

- Tapıntıdı... Yəni qıza deyirəm, sənə şeir yazmışam, nöqtəsi qoyulmayıb. Nöqtəni göz yaşı ilə də qoymaq olar... Belə misralar bütün şairlərdə var. Vaqif Bayatlıda daha yüksəkdi.

- Yafəs bəy, sovet illərində yazmış şairlərimizin yaradıcılığında sizi cəlb edən heç nə yoxdu? Məmməd İsmayıl, Məmməd Aslan, Nəbi Xəzri...

- Mən deyim. Oxucu qat-qatdı. Mən onları gəncliyimdə sevə-sevə oxumuşam. Sonrakı məndə modern ... Aqşin Yeniseyi, Qismət Rüstəmovu oxuyandan sonra əvvəlkilərin şeirləri mənə bəsit göründü. Orta statistik oxucu üçün onlar yaxşı şeirlərdi. Məmməd Araz, Nəriman Həsənzadə...

- Bəxtiyar Vahabzadə...

- Bəxtiyar Vahabzadə quru yazıb. Zəif şairdi. Amma Zəlimxan Yaqub təbli şair idi. Onda da zəiflik vardı, amma təbli idi. Sıçrayışlı misraları yoxdur. Musa Yaqubun “əlimi əlinə öyrətmə belə...” şeiri çox duyğuludu. Orta səviyyədən bir az yuxarıdı. Orta səviyyədən keçmir. Mənim estetikamda. Sovet dövrünün
ən yüksək şeiri budu: “mən də dərsdən qaçardım, sən dərsə gəlməyəndə...”

- Müasir poeziyamızdan gözləntiniz nədi?

- Ümumiyyətlə, Azərbaycan poeziyası modernizm mərhələsini keçməyib, formalaşmayıb. Bizim ən yaxşı şairlərimiz Ramiz Rövşən, Vaqif Bayatlıdı. Onlar da modernizmə qədərki dövrün şairləridi. Modernizm Rasim Qaracadan başladı, Həmid Herisçi də modernistdi. Onların ardınca 5-6 nəfər gəldi, sonra da qaçıb getdilər, yenə köhnələrə oxşadılar. Yenilik bunlara çatmadı. Ədəbi tənqidçilərimiz, ədəbi professorlarımız da bizim tərəfimizdə olmadılar. Neytral qaldılar. Susdular. Gəncliyi modernizmə kökləyə bilmədilər. Sərbəst şeirə kökləyə bilmədilər. İstəyirəm ədəbiyyatımız modernizmə keçsin, yeni düşüncə, yeni texnika ortaya qoysun. Bizim poeziyamız necədi? Gəncliyində bir qızı sevir. Ömrünün sonuna kimi ona şeir yazır. Elə bilirlər, insan ömründə bir dəfə sevə bilər. Elə deyil axı. Bizim şairlər sevgi axtarışı da aparmır. Sevgidə uduzmusan, keç o birisinə. Şair unutmağın da yollarını öyrətməlidir insanlara, mübarizənin yollarını, yaşamağın yollarını da. Yoxsa ki intihar təbliğ edir bizim şairlər. Olmaz axı. Şair mütəfəkkir olmalıdır. Yeni fikir, yeni düşüncə qoymalıdır ortaya. Yoxsa ki gül belə gəldi, çiçək belə getdi...

- Tutalım, poeziyamız modernləşdi, bunun cəmiyyətə nə xeyri olacaq?

- Çox gözəl sual verdiniz. İzah edim. Bütün fikirlər ədəbiyyatdan gəlir fəlsəfəyə, fəlsəfədən keçir siyasətə, siyasətdən cəmiyyətə. Fikirlərin cəmiyyətdə tətbiqi baş verir. Cəmiyyət bu halda inkişaf edir. Bizdə isə belə deyil. Həmin köhnə fikirlər, köhnə təfəkkür. Cəmiyyət də geri qalır, inkişaf etmir. Müasirləşmir. Məsələn, bizim ölkədə hələ də nişan mərasimi ilə toyu dəyişik salırlar. Nişan mərasimi edir, 250 nəfər dəvət edir. 30-40 nəfər dəvət elə, kiçik bir məclis olsun, qurtardı, getdi. Türkiyədə necədi, qonaqlar gəlir, meyvə şirəsi, şirniyyatdan dadır, evlənənləri təbrik edir, çıxıb gedir. Bizdə amma stola 50 cür yemək düzürlər. Gələn də məcburdu 100 manat nəmər salsın. 250 manat maaş alan adam onun 100-nü toya salsın, bəs sonra necə dolansın? Düz gəlmir axı, ay bacım... “Space” telekanalında Elçin Əlibəylinin verilişində toylar müzakirə edilirdi, əməkdar artist toylara tərəf çıxdı, soruşdum, nə qədər maaş alırsan, dedi, 250 manat. Dedim, bəs niyə toyları tərifləyirsən? Deyir, xalqın adət-ənənəsidi də. Bizimkilərin düşüncəsi budu. Mən şahid olmuşam ki, aktyorlar gedib idarə müdirlərindən pul istəyiblər ki, toya getməyə pulum yoxdur.

- Kim?

- Allah rəhmət eləsin, məsələn, Arif Quliyev.

- Hamı bilirdi ki, rəhmətlik imkansızdı.

-Tək o deyil e. Çox görmüşəm, belə aktyorları, axşam toya gedəsidi, pulu yoxdu. Amma efirdə böyük-böyük danışır ki, toylar yaxşıdı. Toy yaxşıdı, varlılar üçün. Kasıbın nəyinə lazımdı 500 nəfərlik toy mərasimi. Gedir şadlıq sarayına yer tutur, sonra da pulunu ödəyə bilmir, gəlinin qızılını soyub buraxırlar.

- Bizdə belə hallar olur?

- Oo... nə danışırsız?! O qədər... Qaraçuxurda dostumun şadlıq sarayı var, şəxsən görmüşəm ki, gəlinin qızıllarını alıb pul əvəzinə, üzünə tüpürmüşəm ki, ə bu da kişilikdi? Deyib, neyniyim bəs? Mən də borc almışam, mən də borcumu bağlamalıyam. Bunu misal olaraq çəkdim. İstər ədəbiyyatda, istər məişətimizdə yeni fikrə ehtiyac var, ay bacım!

- Yeni fikir deyirsiniz. Amma bu da var ki, yenilik gələndə də milli adət-ənənələrimizin sıradan çıxmaq, itirilmək təhlükəsi yaranır, yad elementlər gəlir məişətimizə, həyatımıza.

- Qəşəng sual verdin. Adət-ənənədən imtina etmək də olmur. Amma yaxşı olmayan, insanlara çətinlik yaradan adət-ənənəni dəyişmək lazımdır. Məsələn, elçiliyə vacib deyil ki, kəndin bütün ağsaqqallarını yığıb aparasan. Elçiliyə cavan bir dostunu da götürüb apara bilərsən. Adət-ənənəni tapdalamaq yox, yanından ötüb keçmək olar. Şəraitə uyğun davranmaq lazımdır. Yeri gəldikdə imtina etmək. Mentalitet belə bir şeydir ki, onunla sivil xalqlar yaşamır. Onu dəyişdirir, müasirliyə uyğunlaşdırırlar. Vacib deyil ki, 1000 il əvvəlki adət-ənənələrin hamısı qalsın. Adət-ənənə kitablarda yazılıb, qalır. Özü də bizdə kasıb nə vaxt toy eləyib? Toyu edirdi bəy, xan. Kasıbın birinə yazığı gələndə ona da toy çaldırırdı.

- Yafəs bəy, niyə etmirdilər? Əzim Əzimzadənin karikaturaları var: Varlı toyu, kasıb toyu. Hər kəs imkanına görə edirdi.

- Ay bacım, orta əsrlərdə ayağında çarıq kasıb toy eləyib? Kasıblar sovet vaxtı toy eləməyə başladı. Sovetlər hamını “bərabərləşdirmişdi”, ona görə. “Arşın mal alan”a baxın da. Faytonun arxasına minir qulluqçular.

- Onlar oynayırlar toyda.

- Tacir Əsgərin toyunda oynayırlar da. Öz toyları deyil ki! Hər şeydə belədi ey... Xanımlar var, kiloqramla qızıl taxır boynuna-boğazına. Sənin biliyin, etikan, estetikan yoxdursa, qızılın heç bir qiyməti yoxdur. Acun İlıcalını tanıyırsınız da? Görürsüz, bir qara “mayka” geyinir. Bir də cins şalvar. Amma milyonları var. Bizdə isə kasıb aparır maaşını verir bahalı telefona, qoyur cibinə. Yəni düşüncələr dəyişməlidir. Bütün sahələrdə.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
18 milyon kapitallı 26 illik şirkət ləğv edilir – 8,5 MİLYON VERGİ BORCU VAR
Dünən, 18:02
Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb
Dünən, 17:57
Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Dünən, 17:52
Ölkədə anti-Ukrayna ab-havası hökm sürür - Polşa Baş naziri
Dünən, 17:50
Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... - "Bütün qurumlar bir birinin üstünə atır..."
Dünən, 17:44
Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur - ÇÜNKİ...
Dünən, 17:35
Zelenski Polşaya səfərdən imtina etdi - KİV
Dünən, 17:31
“Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:28
Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR - AÇIQLAMA
Dünən, 17:25
İranda banklara növbəti kiberhücum olub
Dünən, 17:23
BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır
Dünən, 17:03
11 milyonluq daha bir şirkət MMC-yə çevrilir
Dünən, 17:01
Mourinyo Ardaya mesaj yazıb, deyib ki...
Dünən, 16:59
Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib - Dövlət Agentliyi
Dünən, 16:44
“Təhsil haqları həddən artıq yüksəkdir” – Ekspertdən nazirə sərt etiraz
Dünən, 16:37
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
Dünən, 16:35
Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI - TƏFƏRRÜAT
Dünən, 16:29
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
Dünən, 16:25
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
Dünən, 16:22
“Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb - DETALLAR
Dünən, 16:20
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - BUNDNA SONRA...
Dünən, 16:17
Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi - BelTA
Dünən, 16:15
Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
Dünən, 16:04
Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi - RƏSMİ
Dünən, 15:54
Narkoloji Mərkəzin sabiq baş direktoru və müavininin işi ALİ MƏHKƏMƏDƏ
Dünən, 15:52
“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN - ÇAĞIRIŞ
Dünən, 15:50
Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır - AÇIQLAMA
Dünən, 15:48
Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: - Tur şirkətlərinə satılır?
Dünən, 15:44
Putin hədələdi – “Nəticələrini bilsəydilər, etməzdilər”
Dünən, 15:42
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Dünən, 15:37
Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi – İqtisadçıdan reaksiya
Dünən, 15:25
AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb
Dünən, 15:17
Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi - LƏĞV EDİLDİ
Dünən, 15:15
Ucuz satılan yumurtalar köhnədir? - "Sahibkarlar insanlara görə qiymət endirməyə qorxurlar"
Dünən, 15:02
Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? - Professor ELƏ AÇIQLAMALAR VERDİ Kİ...
Dünən, 14:54
Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” - TƏFƏRRÜAT
Dünən, 14:51
Azərbaycanda yeni BOKT yaradılıb
Dünən, 14:50
Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq - İranlı diplomat
Dünən, 14:01
Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb - TƏFƏRRÜAT
Dünən, 13:58
Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı
Dünən, 13:56
Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! - Rəhbər heyət artır... işçilər isə ixtisara salınır...
Dünən, 13:53
İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub - TƏFƏRRÜAT
Dünən, 13:16
ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair KONFRANS KEÇİRİLƏCƏK
Dünən, 13:14
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib - ƏMR
Dünən, 13:13
Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib - TOTAL NARAZILIQ...
Dünən, 13:10
“Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, sonradan Mehriban Xanlarova çəkildi”
Dünən, 13:04
Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
Dünən, 12:58
İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər - "RİA Novosti"
Dünən, 12:55
“Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia - 6000 manat ödədi, universitet tanınmadı
Dünən, 12:54
“Zirə Sera”nın istixanasında ölüm işi - Üç il həbs verildi
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru