“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                 

"Erməni vəhşiliyindən özün deyib, özün eşitsən, heç nəyə nail ola bilməzsən"
Tarix: 14-06-2021, 02:00 | Çap et
"Erməni vəhşiliyindən özün deyib, özün eşitsən, heç nəyə nail ola bilməzsən"
Regionun güclü dövlətinə çevrilən, Türk dünyasının qapısı olan Azərbaycan müharibədən sonra da xarici maneələrlə üz-üzə dayanıb. Torpaqlarını işğaldan azad edərək ədaləti bərpa edən dövlətin zəfərini həzm edə bilməyən güclər, bu gün diplomatik sahədə bizə təzyiqlər güstərməyə çalışır. Görünən oldur ki, hələ ölkəmiz haqqı olan suverenliyinin bərpası istiqamətində çox savaşlar etməlidir. Mövcud vəziyyət irəlidə çox işlərin olduğunu göstərir. Bunun üçün hansı maneələri aşmalıyıq və bizə nə lazımdır? Bu və ya digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Türkiyənin Erciyes Universitetinin professoru, İrəvan Türk Cümhuriyyətinin sədri Qafar Çaxmaqlı çox ciddi nüanslara diqqət çəkib.

- Qafar müəllim, bu gün Azərbaycanın Vətən Müharibəsindən sonrakı geosiyasi, diplomatik nüfuzu nə dərəcədə Ermənistana diqtə etmək gücünə malikdir?

- 44 günlük savaşdan sonra Azərbaycanın beynəlxalq nüfuzu önəmli dərəcədə artdı. Eyni zamanda bizə qarşı olan qüvvələrin - bu sıraya qonşu İranın və Fransanın başını çəkdiyi ölkələri də əlavə etsək, diplomatik basqılarını dəf etmək çətinliyi yaranmış oldu. Baxın, Fransa iki gündən bir Azərbaycana iftiralar atır. İran da bəzi məsələlər gün kimi aydın olduğu halda, basqılarını yönəldir. Belə geosiyasi durumda Azərbaycan diplomatik manevrlər etmək qabiliyyətini ortaya qoyur. Şübhəsiz ki, daha qərarlı addımlar atması üçün Azərbaycana dəstək verilməlidir. Biz hələ ki, tək dəstəyi Türkiyədən görürük. Bölgədə marağı olan Rusiya Azərbaycanın haqlı mövqeyindən deyil, məsələlərə öz maraqları prizmasından baxır. Bölgədə siyasi durulma prosesi getmir. Həlli an məsələsi olan problemlər gələcəyə, ya da sonrakı mərhələyə saxlanılır. Bir sözlə, Azərbaycan meydanda qazandığı qələbəni diplomatik meydanda da əldə etmək üçün çətin proseslərin içərisinə sürüklənir. Bu isə rəqibə toparlanmaq və özünə gəlib müqavimət göstərmək imkanı verir. Ermənistanda revanşist qüvvələrin fəallaşması və seçki ərəfəsində bəzilərinin bizi hədələməsi ilə nəticələnir...

- Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri kimi necə hesab edirsiniz: düşmənin bütün mənalarda dilini nə dərəcədə öyrənə bilmişik?

- Hər hansı rəqiblə mübarizə etmək üçün onun bütün xüsusiyyətlərini, dili ilə birlikdə psixologiyasını, əxlaqını və potensialını öyrənmək vacibdir. Erməni elə bir düşməndir ki, ideoloji olaraq uzun illər silahlanıb və hər səviyyədə bizə qarşı mübarizələrinə bir gün də ara verməyib. Bundan sonra daha da azğınlaşacaq. Bunu dərk etməliyik. Heç kəs inanmasın ki, aldığı zərbədən sonra mütiləşəcək və tabe olacaq. Biz qarşıdakı illərdə onların çox böyük xəyanətləri ilə rastlaşacağıq. Ermənilərin beynəlxalq təxribatlarının qarşısını almaq üçün onların istifadə etdiyi metodları mənimsəməliyik. İndiyə qədər nə Ermənistanın öyrənilməsində, nə mübarizə üsullarının tətbiqində, nə də ideoloji bir sistem yaradılmasında yetərli addımlar atılmayıb. Bu, tək Azərbaycana aid deyil, Türkiyədə də ermənilərin apardıqları fəaliyyətlərə ciddi baxılmayıb. Ona görə də artıq qondarma olduğunu hər kəsin bildiyi "erməni soyqırımı" provakasiyası 30-dan artıq ölkədə qəbul edilib. Düşmənə qalib gəlmək üçün hər mənada güclü olmalısan. Erməni vəhşiliyindən özün deyib, özün eşitsən, heç nəyə nail ola bilməzsən. Başımıza bu qədər fəlakət gətirilib, torpaqlarımız işğal altında saxlanılıb, sərvətlərimiz talan edilib və sair. Ermənilərə qarşı indiyə kimi hansı dava açmışıq, hansı məhkəməni udmuşuq? Bizim olan fəaliyyətimiz də təbliğatdan o yana keçməyib. Siz məni Erməni Araşdırmaları Mərkəzinin rəhbəri kimi təqdim etdiniz, elədir, amma bu işi etmək üçün belə imkanlarımız məhdud olub və indi müdafiədən hücuma doğru önəmli addım atmışıq. İrəvan, artıq Türk Cümhuriyyəti elan olunub və onun gördüyü işlər Ermənistanda müzakirə edilir. Biz indiki Ermənistanı tanımırıq və bu ərazidə erməni dövlətinin qurulmasını ədalətsiz bir tarixi yanlışlıq olaraq görürük. Nə qədər ki, Cənubi Qafqazda süni surətdə yaradılmış bu qurum (ona dövlət demək olmaz) aradan qalxmayıb, rahatlıq olmayacaq. Bölgəmizə bütün bəlalar bunlardan gəlib...

- Qafar müəllim, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın xaricdə toparlanıb Azərbaycan həqiqətlərinin dünyada təbliği məsələsindən danışılanda həmişə bir şikayəti eşidirik: azərbaycanlılar toparlana bilmir, bir-birinə dəstək olmur. Necə hesab edirsiniz, müasir Azərbaycan bizdən ölkəmiz naminə hansı addımların atılmasını tələb edir?

- Həmişə bu fikirdə olmuşam ki, xarici ölkələrdə fəaliyyətimizi Türkiyənin dərnəkləri ilə əlaqələndirərək birlikdə mübarizə etməliyik. İki gücsüz qurumdansa iki gücün birləşməsi əlavə güc verərdi. Burada olan bəzi problemləri də həll etmək mümkündür. Mübarizə üçün bir sistem və aydın ideoloji xətt olmalıdır. Bunların dövlətlərimizlə heç bir bağlılığı olmamalıdır. Dövlət tərəfindən edilən işləri dünyada qəbul etmirlər. Adicə dövlət nəşriyyatlarında çap olunan kitablar belə ciddiyə alınmır... Dünyanın belə standartları var. O standartlara uyğun fəaliyyət lazımdır. Bunları öyrənməyə məcburuq. Qarşımızda çox güclü, ideoloji cəhətdən silahlanmış və təcrübəli bir düşmən var - arxalarında da heç bir beynəlxalq normaları tanımayan güclər.

- Bu gün Qarabağda hərbi zəfərdən sonra diplomatik müstəvidə müharibə davam edir. Həm də sərhəddə erməni diversantlara, daxilimizdə qalan silahlı ermənilərə qarşı mübarizə aparmalıyıq. Bu prosesdə Rusiya sülhməramlılarının sərgilədiyi mövqeni necə dəyərləndirirsiniz?

- Buna diplomatik mübarizə yox, erməni həyasızlığı deyərdim. Hər gün erməni cəmiyyətində gedən prosesləri izləyirəm və onların hədəflərinin dəyişmədiyinin şahidi oluram. Onlar bu məğlubiyyəti qəbul etmirlər. Nə vaxtsa qisas alacaqları barədə planlar qururlar. İndi gücləri yoxdur, xarici qüvvələrə bel bağlayırlar. Ermənistanda elə bir qüvvə və insan topluluğu yoxdur ki, məsələlərə praqmatik gözlə baxsın, gerçəkləri dəyərləndirə bilsin. Bu, bəlkə də həmin millətin bədbəxtçiliyidir. Belə olduqlarını biz də bilməliyik və hətta onlara nəfəslik verməyin belə tərəfdarı deyiləm.

Baxın, Zəngəzur dəhlizinin açılması ən çox bunlara xeyir gətirəcəyini bütün ağlı başının üstündə olanlar söyləyir, arqumentlər gətirir, amma onlar 10 noyabrda gəlinən razılığı pozmağa çalışırlar. Zəngəzurdan dəhliz açılmasına mane olmaq üçün min oyundan çıxırlar, hər gün Paşinyanın və digərlərinin dilindən bir sərsəm bəyanat səsləndirilir. Onlar bizim burada yol əldə edib Türk dünyasını birləşdirməyimizi həzm edə bilmirlər.

- Rusiya sülhməramlıları ərazidə keçirdiyi əməliyyatlarla nəyə nail olmağa çalışır?

- Rusiya münaqişənin bütün dövrlərində çalışmışdır ki, hər hansı şəkildə buraya hərbi müdaxilə etsin və Cənubi Qafqazda təsir imkanlarını genişləndirsin. Məqam yetişən kimi bunu edə bildi. Təbii ki, Qarabağda Azərbaycanın tam suveren haqlarının bərpası üçün rus sülhməramlıları maneədir. Onlarla biz əməkdaşlıq səviyyəsində işlər aparmırıq, amma onlarla işləyə bilərik. Reallıq budur ki, artıq onlar 4 il yarım burada olacaqlar. Rusiya sülhməramlılarının missiyası yalnız o deyildir ki, erməniləri Xankəndinə daşıyıb gətirsinlər və onların qayğısına qalsınlar. Bəs keçmiş DQMV-dən qovulmuş 50 minə yaxın azərbaycanlının geri qaytarılması niyə təmin olunmur? Onların həmin missiyasına bu geridönüş məsələsini daxil edə bilirikmi? Bunu edə bilsək, suveren haqlarımızın bərpası istiqamətində önəmli addımlar atmalı olarıq. Rusların nəzarətində olan ərazidə nələr baş verdiyini bilirikmi? Bu proseslərə müdaxilə imkanlarımız nə qədərdir? Bunlar suallar doğuracaq məsələlərdir və ona görə deyirəm ki, diplomatik müstəvi dediyimiz həmin sferada hələ heç nə edə bilməmişik. Bizim üçün indi ən ümdə məsələ Ermənistanla sərhədlərin müəyyənləşməsi olmalıdır. Ermənistanın bununla bağlı hay-küyü və Fransa kimi havadarını da bu prosesə qoşması göstərir ki, onların qorxusu budur. Amerika da bu işdə texniki yardım edəcəyini bildirir. Qoy bütün beynəlxalq təşkilatlar bu işə cəlb olunsun. Sərhədlər müəyyənləşəndən sonra, Dağlıq Qarabağla bağlı bu gün səsləndirdikləri fikirlər, onların iddiaları da mənasızlaşacaq, ciddiyə alınmayacaq. Mənim qənaətimcə, Azərbaycan sülh sazişinin hazırlanması istiqamətində diplomatik fəallığını artırmalıdır. Bu nə verəcək? Ermənistan faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur ediləcək. Türkiyənin Ermənistanla bağlı saxladığı sərhədlərin açılması və diplomatik nizamlanmaya gedilincə onların 100 ildən bəri apardıqları ideoloji müharibə, "erməni soyqırımı" provakasiyası bir anın içində yox olacaq. Ermənilər terror aktları törədə bilərlərmi? Bəli, mümkündür. Bu dövlətin özü terroru hər zaman dəstəkləyib, erməni terrorçular bu ölkədə qəhrəmanlaşdırılıb, onlara heykəllər qoyulub. Onlara bənzəməyə çalışan bir sürü erməni gənci yetişib. Terrorun qarşısını almaq üçün ona terrorla cavab veriləndə məsələ bitir. ASALA terrorunun durdurulmasının səbəblərindən danışsaq, uzun hekayə alınar...

- Ermənistanın Azərbaycanda törətdiyi dağıntılara, cinayətlərə, soyqırımlara görə təzminat davasına başlayarıqsa, tarixi torpaqlarımızı geri almaq şansı nə qədərdir?

- Azərbaycanın görəcəyi işlərin başında Dağlıq Qarabağ və ətrafında ermənilərin 30 ilə yaxın bir dövrdə dövlətimizə vurduğu zərərin hesablanmasıdır. Dünyada belə praktikalar var. Bu işlə məşğul olan şirkətlər var, pulunu verirsən, gəlib hesablayır. Bildiyimə görə, bu sahədə işlər gedir. Ermənistanı təzminata məhkum etmək lazımdır. Yüzlərlə milyard dollar belinə qoysan, o daha ayağa qalxa bilməyəcək. Pulu yoxdur axı versin. O zaman biz təzminatın əvəzinə Qərbi Azərbaycanın bir zamanlar ədalətsizcəsinə, qanusuz verilmiş torpaqlarımızı istəməliyik. Beləcə, bir güllə atmadan İrəvana, Zəngəzura, Göyçəyə, Dərələyəzə və digər ərazilərimizə yenidən qovuşa bilərik. Rəhbəri olduğum İrəvan Türk Cümhuriyyətinin də bu doğrultuda hədəfləri var.

- Azərbaycanın “Zəngəzur dəhlizi” iddiasının yerinə yetirilməsi region üçün hansı yeniliyi gətirə bilər? Ümumilikdə, o dəhlizin Türk dünyası üçün aça biləcəyi yolun əhəmiyyəti nədir?

- Zəngəzur dəhlizi mütləq açılmalıdır. Tarix bizə ikinci dəfə belə fürsəti verməyə bilər. Bu, bütün Türk dünyasını bir-birinə qovuşacağı bir bayram olacaq. Ermənistanın buna mane olacaq gücü yoxdur. Rusiya və digər region ölkələri də bu məsələdən özləri üçün müəyyən ranq əldə etmək istəyirlər. Olsun, onların maraqlarının olması təbii qəbul edilməlidir, amma bu dəhliz açılacaq. Lazım gəlsə, bu iş üçün bəlkə yeni bir 44 gün lazım oldu. Ona da getməliyik. Türk millətinin birliyi və Turan naminə buna da gediləcəkdir.

- Türk Şurası formalaşır, bu qurumun Azərbaycanın haqq işinin dünyada tanıdılmasında rolu nədir?

- Türk Şurası Turan görüşünün, böyük türk aydınlarının arzularının çin olduğu bir fəaliyyətdir. Mən istərdim ki, bu, kağız üzərində qalmasın. Türk Şurasına yalnız mövcud türk dövlətləri deyil, həm də türk topluluqları daxil edilməlidir. Rusiyada subyektlərin hamısı buraya daxil edilməlidir. Əhalisi olan və dövləti olmayan əhali qrupları, ərazisi olmayan və dövlətini elan etmiş dövlətlər də buraya daxil edilməlidir. İrəvan Türk Cümhuriyyəti də bu şuraya daxil olmaq üçün müraciət edəcəkdir.

- Türkiyənin cümhur başqanı Rəcəb Tayyib Ərdoğan gələn həftə Bakıya, sonra Şuşaya səfər edəcək. Gözləntiləriniz nədir və dünya türkün hansı mesajlarına hazır olmalıdır?

- Türkiyə Prezidentinin Azərbaycana səfəri nəzərdə tutulan səfər idi və Şuşaya getməsinin də ayrıca mənası var. Türkiyə Prezidenti sayın Ərdoğanın Azərbaycana səfəri hər şeydən əvvəl bütün dünyaya mesajdır. Son zamanlar Azərbaycana qarşı bəzi ölkələrin aqressiv münasibəti görünməkdədir. Məncə, bu səfərlə Azərbaycan cəmiyyətini narahat edən bir sıra məsələlərə aydınlıq gətiriləcəkdir. Bu suallar hər zaman bəhs etdiyimiz və Türkiyənin diplomatik cəbhədə daha aktiv rol almasını istədiyimiz suallardır. Onların bəziləri daha prinsipial məsələlərdir ki, Türkiyənin dəstəyi olmadan həll edilə bilməz. Baxın, 44 günlük qələbəmizdən 7 ay keçir, amma hələ də Dağlıq Qarabağda Azərbaycan tam suverenliyini bərpa edə bilməyib. Buna mane olan nələrdir? Bu səfər zamanı iki qardaş ölkənin aydın siyasi xəttinin müəyyənləşəcəyinə ümid edirəm. Hər şeydən əvvəl açıq deməliyik ki, Dağlıq Qarabağın işğaldan azad olunmamış hissəsində hansısa "beynəlxalq fəaliyyət”in işarələrini görürük, bəzi ermənipərəst ölkələr buraya burunlarını soxmağa çalışırlar. Müxtəlif bəhanələrlə işin içinə daxil olub bizi hədəflərimizdən uzaqlaşdırmağa çalışırlar. Dağlıq Qarabağın Rusiyanın köçürüb gətirdiyi ermənilər üçün heç bir müstəqillik verilməyəcəyi açıq dildə səsləndirilsə də, basqılar olacağı istisna deyil. Bizə yenə Minsk qrupu donunda beynəlxalq hücumun olacağını gözləməliyik. Amerika sərhədlərin müəyyənləşməsində öz texniki təklifini verməklə bölgəyə girmə nöqtəsinə gəlmişdir. Rusiya zatən buradadır və yaxın vaxtlarda regionda böyük güclərin mövqe əldəetmə davasının şahidi olacağıq. Azərbaycana basqıları azaltmaq istiqamətində Ərdoğanın səfəri çox önəmlidir. Ərdoğanın səfərinin bir önəmi də Zəngəzur dəhlizi ilə bağlı hələ də mübahisələrə səbəb olan gəlişmələrə yeni bir irəliləyiş verməkdir. 10 Noyabr razılaşmasından qaçmağa çalışan Ermənistanı yerində oturtmaq üçün Ərdoğandan kəskin mövqe gözləyirəm. Bu dəhliz açılmalıdır. Ermənilərin bundan manipulyasiya aləti kimi istifadə etməsinə son verilməlidir. Həm də Zəngəzur məsələsində düşmən dövləti açıq dəstəkləyən İranı, sürüşkən siyasət sərgiləyən Rusiyanı və hətta Gürcüstanı da açıq dillə xəbərdar etməyin vaxtı çatıb. Ərdoğanın səfəri Türkiyənin Azərbaycanın yanında olacağının göstəricisi, güc nümayişi olacaqdır. Şuşaya səfər əslində rəmzi xarakter daşıyır. Şuşanın, bu zəfərin Türkiyə üçün də nə qədər əhəmiyyətli olduğunu bir daha ortaya qoyacaqdır. Demək istəyəcəyik ki, əlimizdən alınmış bütün torpaqlarımızı qaytarmağa qadirik və həm də dünyaya belə bir mesaj veriləcək ki, Türkiyənin qarşısında indi elə bir güc yoxdur ki, onu hədəflərindən sapdırsın. Rusiyaya gəlincə, bu ölkə ilə hələlik əməkdaşılıq etmək deyil, işləmək lazımdır. Türkiyənin indi tarixdə heç zaman olmadığı təsir imkanları var və o, artıq bölgəmizdədir. Türkün belə bir xarakterindən qorxa-qorxa həmişə yazırlar. Türk girdiyi yerdən geri çıxmaz...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Dünən, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Dünən, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Dünən, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Dünən, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Dünən, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Dünən, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Dünən, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Dünən, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Dünən, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Dünən, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Dünən, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Dünən, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Dünən, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Dünən, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünən, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Dünən, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Dünən, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Dünən, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Dünən, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Dünən, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Dünən, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Dünən, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Dünən, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Dünən, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Dünən, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Dünən, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Dünən, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Dünən, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Dünən, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Dünən, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Dünən, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Dünən, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Dünən, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Dünən, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru