Ağ Ev “Moody's”in ABŞ-nin reytinqini aşağı salmasını şərh edib .....                     Peşə Təhsilində səssiz, imtahansız təyinat? .....                     Separatçıların ofisi də bağlanacaqmı... .....                     BDU-nun Faydalı qazıntılar muzeyinin BP və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmirdən sonra açılış mərasimi .....                     Memiş Bakıda, Qriqoryan Tehranda: Səhnə arxasında Zəngəzur? .....                     "Belə qaniçən olmaq lazım deyil..." .....                     "İşçilər buna niyə nəzarət etmir?!" .....                     Rusiyanın işğalı rəsmiləşdirəcək ABSURD SÜLH ŞƏRTLƏRİ .....                     Xaricdəki müxalifəti Fuad Muradov HİMAYƏ EDİR? .....                     "Real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?" .....                     Paşinyanın SÜLH FIRLATMASI .....                     “İbrahim anlaşması”nın imzalanması məsələsi elə də çətin bir məsələ deyil .....                     Güney Qafqazda sülh: Nə qədər REALDIR? .....                     Nazir bu dövlət qurumuna YOXLAMA TÖKÜB .....                     Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? .....                     Vətən uğrunda savaşa qatılsa da... .....                     Səhiyyə adına BİABIRÇILIQ .....                     "Deyirlər ki, bizim sizin təşkilata ödəniş etmək kimi bir öhdəliyimiz yoxdur" .....                     İcra başçılarının 'JEK' BAZARI nəhayət ki BAĞLANIR .....                     Konstitusiyalı anarxiya .....                     Bilmirəm ki, bu havadan, sudan, qidadan və ya zəmanədəndir? .....                     Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə icazə verib .....                     İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     “Dedim, qoy məni elə öldü bilsinlər” .....                     Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... .....                     Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur .....                     İrəvanda məyusluq: arzular puça çıxır .....                     "Bakı-Pivə" səhmdarlarına .....                     Kollec məzunları üçün YOL BAĞLANIR .....                     “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi .....                     “İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” .....                     AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb .....                     AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... .....                     Putin “Zəngəzur döyüşü”nə hazırlaşır .....                     “Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” .....                     3 şirkət daha bazarı tərk etdi .....                     İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi .....                     Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir .....                     Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir .....                     “Araz Supermarket”də yeni təyinat olub .....                 

Paşinyan anklavları geri qaytarmaq istəmir – İlyas İsmayılovdan İrəvana beynəlxalq hüquq şapalağı
Tarix: 12-06-2021, 10:29 | Çap et
Paşinyan anklavları geri qaytarmaq istəmir
Ötən gün Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş vilayətində seçki kampaniyasında çıxış edən ölkənin baş nazir əvəzi Nikol Paşinyan erməni işğalı altında qalan eksklavlarımızı geri qaytarmayacaqlarını açıqlayıb.

Ovqat.com-un məlumatına görə, Paşinyan 10 noyabr Bəyanatında anklavların geri qaytarılmasından bəhs olunmadığını vurğulayıb.

“Bu gün belə bir şayiə çox yayılır ki, guya mən anklavların geri qaytarılması barədə sənədi imzalamağa hazır olmuşam, amma bəzi adamlar bunun qarşısını alıblar. Əslində isə vəziyyət tamamilə əksinə olub. Hansı səbəblərə görə belə olub, mən bu barədə sonra danışaram. Elə adamlar var idi ki, sənədin bu şəkildə imzalanmalı olduğunu deyirdilər. Amma biz qəti mövqeyimizi bildirdik və bu bənd Bəyanatdan ümumiyyətlə çıxarıldı”, - Paşinyan belə deyib.

O, çıxışında bildirib ki, 1999-cu ildə hazırlanmış sülh sazişi layihəsində anklavlarla yanaşı Mehri dəhlizinin də Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Məhz bu səbəbdən də erməni millətçiləri silahlı qiyam qaldırıb Vazgen Sarkisyanla Karen Dəmirçiyanı öldürüblər. Başqa sözlə desək, Paşinyan anklav məsələsinin münaqişənin ilk günündən Ermənistanın “qırmızı cizgiləri” olduğunu bildirib.

Ermənistanın Baş naziri əvəzi onu da gizlətməyib ki, anklavlar mövzusu həmişə danışıqların gündəliyində olub və Azərbaycan “bu məsələni vaxtaşırı qaldırır”.

Onun bu məsələnin həlli ilə bağlı öz baxışları var: “Beynəlxalq təcrübəyə və hüquqa əsaslanan ümumi həll məntiqimiz belədir: Vəziyyət indi necədirsə, elə də qalmalıdır. Niyə? Çünki bizim də Azərbaycanın nəzarətində Artsvaşen (Başkənd, Gədəbəy rayonu – red) eksklavımız var. Bizim məntiqimizə əsasən, anklav anklava dəyişdirilməlidir və onların nəzarətində olan onlarda, bizim nəzarətimizdə olanlar bizdə qalmalıdır”.

Paşinyan xatırladıb ki, “bugün Ermənistanın onlarla kvadrat kilometr ərazisi Azərbaycanın nəzarəti altındadır” və bu ərazilərin qaytarılması da Azərbaycanın qarşısında qoyula bilər:

“Biz demişik ki, bu məsələlərə ümumi kontekstdən baxılmalıdır və bu kontekstdə də biz irəliyə doğru hərəkət etməliyik”.

Sual oluna bilər: Göründüyü kimi, Paşinyan anklavları anklavlarla dəyişdirməyi beynəlxalq hüququnun tələbi hesab edir. Bəs, doğrudanmı belədir?

Suallarımızı cavablandıran Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun fikrincə, beynəlxalq hüquq olduqca geniş anlayışdır: “Paşinyan bunu deyərkən hansı sənədə əsaslanır, ilk növbədə onu açıqlamalı idi. Bu zaman onun iddialarına daha dolğun cavab vermək olardı. İndiki vəziyyətdə yalnız onu deyə bilərəm ki, beynəlxalq hüququn əsas prinsipi dövlətlərin ərazi toxunulmazlığıdır. Həmin anklavlar isə Azərbaycanın ərazisi kimi bütün beynəlxalq qurumlar tərəfindən tanınıb. Dolaysıyla onların dəyişdirilməsi ancaq dövlətlərarası müqavilələrlə mümkündür. Azərbaycan isə strateji əhəmiyyətə malik olan bu eksklavlarından vaz keçməz”.

İlyas İsmayılov xatırladıb ki, Beynəlxalq Ədalət Məhkəməsi Əsasnaməsinin 38-ci Maddəsinin 1. Bəndində beynəlxalq hüququn 3 əsasının olduğu bildirilir:

“a. Beynəlxalq müqavilələr
b. Davamlılıq (Ənənə)
c. Qanunun ümumi prinsipləri.

Göründüyü kimi, burada 1 nömrəli əsas - beynəlxalq müqavilələrdir. Digər əsaslar isə həmin müqavilələrin beynəlxalq prinsiplərə uyğun imzalanmasını tələb edir”.

Partiya sədri bildirib ki, 1969-cu il Müqavilələr Qanunu haqqında Vyana Konvensiyasına görə, müqavilələr dövlətlər arasında ancaq yazılı şəkildə bağlanır: “Paşinyana kimin nəsə söz verib-verməməsindən asılı olmayaraq, Azərbaycanla Ermənistanın indiki sərhədlərini müəyyənləşdirən 2 müqavilə var. Onlardan biri Türkiyə ilə Rusiya arasında 16 Mart 1921 tarixində bağlanan Moskva, digəri isə ondan 7 ay sonra 13 oktyabr 1921-ci ildə Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan arasında imzalanan Qars müqaviləsidir. Böyük Atatürk Moskvada Rusiya ilə bağladığı müqavilənin Cənubi Qafqaz ölkələrinin də tanımasını təmin etmək üçün Qars müqaviləsinin bağlanmasını vacib bilmiş və bununla da onun davamlılığını qarantiya altına almışdı. Əks halda, sonradan ermənilər və gürcülər Moskva müqaviləsini tanımadıqlarını bildirib öz ərazi iddialarını yenidən qaldıra bilərdilər və məlum müqaviləyə imza atmalarına baxmayaraq, zaman-zaman bu məsələni qaldırdılar da. Atatürükün uzaqgörənliyi nəticəsində imzalanmış bu müqavilə sərhədlərimizi müəyyənləşdirən əsas beynəlxalq sənəddir və sovet hakimiyyəti illərində dəfələrlə Ermənistanın xeyrinə pozulub. Odur ki, Paşinyanın beynəlxalq hüquqa istinad etməsi İrəvanın daha böyük itkiləri ilə nəticələnə bilər. Ermənistan lideri bu mövzunu gündəmə gətirib vəziyyəti öz əleyhlərinə daha çox tündləşdirmədən işğal etdikləri ərazilərimizi geri qaytarsın”.

O ki qaldı beynəlxalq təcrübəyə, İlyas İsmayılovun fikrincə, anklav məsələsi yüz illər boyu beynəlxalq münasibətlərin əsas mövzusu olub və bu gün də elədir: “Anklav konsepsiyasından bəhs edən ilk beynəlxalq sənəd 1526-cı il Madrid müqaviləsidir. Fransa ilə İtaliya arasında 4 illik müharibədən sonra bağlanan Madrid müqaviləsinə əsasən, Vatikana İtaliyanın içərisində anklav dövlət statusu verildi və bu status-kvo indiyədək özünü qoruyur. Daha sonrakı illərdə bir çox dövlətlər müxtəlif ərazilərdə eksklavlarını yaradaraq geostrateji nöqtələrdə mövqelərini gücləndirdilər. Anklavları özünün qalasına çevirmək strategiyasından xüsusilə Rusiyanın istifadə etdiyi məlumdur. Bu gün həmin ölkənin Avropanın şimalında Kalininqrad vilayəti kimi mühüm eksklavı var və Rusiya həmin ərazini nəyin bahasına olursa olsun qorumağa çalışır və ondan əsla vaz keçməz.

Eynilə Orta Asiyanı əlində saxlamaq üçün Sovet Rusiyası bölgədə onlarla anklavlar yaradıb. Əslində Ermənistanla bizim aramızdakı anklavlar da heç bir beynəlxalq müqavilələrə əsaslanmadan, Azərbaycan ərazisinin müəyyən hissələrini qarşı tərəfə verməklə meydana gətirilib. Odur ki, Paşinyanın beynəlxalq təcrübə və hüquqa istinad etməsi həmin ərazilərin bizə qaytarılması ilə nəticələnə bilər. Bu da növbəti beynəlxalq skandallara yol açar. Görünür, Azərbaycan rəhbərliyi buna getməyi gözə almadığı üçün sadəcə eksklavlarımızda suverenliyimizin təmin olunması kimi olduqca məsum prinsipləri gündəmə gətirir”.

İlyas İsmayılovun fikrincə, İrəvan Azərbaycan ordusunun səbrini çox sınağa çəkmədən 10 noyabr bəyanatının tələblərinə əməl etməlidir: “Əks halda Azərbaycanın nəinki həmin eksklavları azad etmək, həmçinin beynəlxalq müqavilələrin verdiyi haqlara əsaslanaraq, itirdiyi bütün əraziləri geri qaytarmaq hüququ doğa bilər. Beynəlxalq Ədalət Məhkəməsinin Nizamnaməsi də bu məsələdə Azərbaycanın tərəfindədir”.

İlyas İsmayılov həmçinin Azərbaycan hakimiyyətini Paşinyanın iddialarına münasibət bildirməyə çağırıb: “Onun (Paşinyanın) sözlərindən belə çıxır ki, imzaladığı 10 noyabr Bəyanatında anklavların geri qaytarılması məsələsi qeyd olunmayıb. Halbuki sənədin 2-ci maddəsində belə deyilir: “Ağdam bölgəsi və Ermənistan tərəfinin Azərbaycanın Qazax rayonu istiqamətdə nəzarətdə saxladığı ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarılır”. Paşinyanın iddiasından ortaya belə bir sual çıxır: o və Prezident İlham Əliyev başqa-başqa mətnəmi imza atıb? Tərəflər əgər eyni bəyanatı imzalayıbsa, 20 noyabr 2020-ci il tarixinə qədər eksklavlarımız nə üçün bizə qaytarılmır və rəsmi Bakı indiyədək bu məsələni niyə gündəmə gətirmir? Faktiki olaraq, İrəvanın bu zamanadək anklavları geri qaytarmaması və Paşinyanın dünənki çıxışı 10 noyabr Bəyanatının pozulması deməkdir. Bu isə atəşkəs razılaşmasına əməl olunmaması anlamına gəlir və Azərbaycan Silahlı Qüvvələrinin ərazilərimizi qaytarmaq üçün hərbi əməliyyatlara başlamasını tələb edir. Ordumuz niyə indiyədək bu istiqamətdə lazımi addımları atmır?” – İlyas İsmayılov bu sualla fikrini yekunlaşdırıb.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağ Ev “Moody's”in ABŞ-nin reytinqini aşağı salmasını şərh edib - "Politico"
Bu gün, 08:57
Peşə Təhsilində səssiz, imtahansız təyinat? – Direktor postuna “sürpriz” adam
Bu gün, 08:56
Separatçıların ofisi də bağlanacaqmı...
Bu gün, 08:46
BDU-nun Faydalı qazıntılar muzeyinin BP və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmirdən sonra açılış mərasimi - FOTO
Bu gün, 08:42
Memiş Bakıda, Qriqoryan Tehranda: Səhnə arxasında Zəngəzur? - NƏ BAŞ VERİR?
Bu gün, 08:36
"Belə qaniçən olmaq lazım deyil..." - NARAZILIQ!
Bu gün, 08:30
"İşçilər buna niyə nəzarət etmir?!" - ETİRAZ VAR...
Bu gün, 08:17
Rusiyanın işğalı rəsmiləşdirəcək ABSURD SÜLH ŞƏRTLƏRİ - SİYAHI
Bu gün, 08:07
Xaricdəki müxalifəti Fuad Muradov HİMAYƏ EDİR? - BU DA FAKT...
Bu gün, 06:48
"Real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?" - deputat
Bu gün, 06:40
Paşinyanın SÜLH FIRLATMASI - İNCƏLƏMƏ
Bu gün, 06:36
“İbrahim anlaşması”nın imzalanması məsələsi elə də çətin bir məsələ deyil - ÇÜNKİ...
Bu gün, 05:45
Güney Qafqazda sülh: Nə qədər REALDIR? - AKTUAL
Bu gün, 05:41
Nazir bu dövlət qurumuna YOXLAMA TÖKÜB - İDDİA
Bu gün, 05:32
Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
Bu gün, 05:25
Vətən uğrunda savaşa qatılsa da... - GİLEY
Bu gün, 05:21
Səhiyyə adına BİABIRÇILIQ
Bu gün, 05:17
"Deyirlər ki, bizim sizin təşkilata ödəniş etmək kimi bir öhdəliyimiz yoxdur" - AXI NİYƏ?..
Bu gün, 05:00
İcra başçılarının 'JEK' BAZARI nəhayət ki BAĞLANIR - GƏLİŞMƏ
Bu gün, 04:55
Konstitusiyalı anarxiya - FAKT BUDUR!
Bu gün, 04:48
Bilmirəm ki, bu havadan, sudan, qidadan və ya zəmanədəndir? - ETİRAZ
Bu gün, 04:41
Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə icazə verib - “Fox News”
Bu gün, 04:36
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - NƏ BAŞ VERİR?
Bu gün, 00:14
“Dedim, qoy məni elə öldü bilsinlər” - 9 ay sonra tapılan Kənan
Bu gün, 00:08
Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur - FAKT BUDUR!
Dünən, 19:02
İrəvanda məyusluq: arzular puça çıxır - GƏLİŞMƏ
Dünən, 19:00
"Bakı-Pivə" səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 18:58
Kollec məzunları üçün YOL BAĞLANIR - Bitirənlər müəllim işləyə BİLMƏYƏCƏK
Dünən, 18:31
“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi - FOTO
Dünən, 18:26
“İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 18:16
AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb - FOTO
Dünən, 18:09
AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
Dünən, 18:07
Putin “Zəngəzur döyüşü”nə hazırlaşır - AKTUAL
Dünən, 18:00
“Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” - RSF
Dünən, 17:56
3 şirkət daha bazarı tərk etdi
Dünən, 17:51
İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Dünən, 17:47
Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Dünən, 17:45
Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Dünən, 17:44
“Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Dünən, 17:42
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Dünən, 17:40
STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:38
Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Dünən, 17:32
"Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:28
"Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Dünən, 17:22
Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Dünən, 17:20
Ermənistanın təhlükəli diplomatik oyunu
Dünən, 17:15
İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Dünən, 17:12
Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Dünən, 17:08
Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Dünən, 17:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru