Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... .....                     Başı getmiş Rusiya sülhə məcbur edilir... .....                     5 gündür susuz qalan jurnalistdən QARĞIŞ .....                     Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı .....                     18 milyon kapitallı 26 illik şirkət ləğv edilir .....                     Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb .....                     Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi .....                     Ölkədə anti-Ukrayna ab-havası hökm sürür .....                     Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... .....                     Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur .....                     Zelenski Polşaya səfərdən imtina etdi .....                     “Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub .....                     Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR .....                     İranda banklara növbəti kiberhücum olub .....                     BƏƏ şirkəti 18 ildən sonra .....                     11 milyonluq daha bir şirkət MMC-yə çevrilir .....                     Mourinyo Ardaya mesaj yazıb, deyib ki... .....                     Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib .....                     “Təhsil haqları həddən artıq yüksəkdir” .....                     Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı .....                     Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI .....                     Məktəb direktoruna kabinetində xəsarət yetirdi .....                     Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı .....                     “Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb .....                     Kəmaləddin Heydərov rəisi işdən çıxardı .....                     Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi .....                     Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu .....                     Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi .....                     Narkoloji Mərkəzin sabiq baş direktoru və müavininin işi .....                     “Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN .....                     Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır .....                     Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: .....                     Putin hədələdi .....                     Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır .....                     Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi .....                     AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə .....                     Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi .....                     Ucuz satılan yumurtalar köhnədir? .....                     Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? .....                     Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” .....                 

"Bütün problemlərimizi heç kimin köməyi olmadan həll edə bilirik" - deputat
Tarix: 5-06-2021, 08:46 | Çap et
"Bütün problemlərimizi heç kimin köməyi olmadan həll edə bilirik"
Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürüb. Bu yarış paytaxtımızda artıq 5-ci dəfədir keçirilir. Lakin əhalinin yarışı sevinclə qarşıladığını söyləmək mümkün deyil. Çünki “Formula-1” hələ başlamamış şəhərin mərkəzi hissəsi qadağan olunmuş zonaya çevrilir, yollar və küçələr bağlanır, nəticədə Bakının digər yerlərində tıxaclar yaranır, insanlar əziyyət çəkir. Xüsusən Bayıl istiqamətində yaşayan əhalinin iş və digər məqsədlər üçün mərkəzə gəlib-getməsində böyük çətinliklər yaranır. Sosial mediadakı reaksiyalardan da aydın görmək olur ki, insanlar “Formula-1”i ciddi problem sayır, onun tez yekunlaşması və bir daha Bakıda keçirilməməsi üçün az qala dua edirlər.

Bəs, bu yarışın keçirilməsi ölkəyə nə verir? Bəlkə ölkənin reklamına və turist axınına ciddi töhfəsi var, əhali bunu bilmir? Əhalinin əksəriyyəti bu yarışın keçirilməsini arzu etmədiyi halda, hökumət niyə ictimai rəyi nəzərə alıb, “Formula-1” sevdasından vaz keçmir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Press Klub”a açıqlamasında “Formula 1” və onun kimi idman yarışlarının faydasından söhbət açdı:

“Bu cür yarışların keçirilməsi Azərbaycan üçün bir imic məsələsidir. Biz dünyada tanınmış bir ölkəyik. Dünya bizimlə hesablaşır. Bu, cənab Prezidentin praqmatik, strateji siyasətidir. Uğurlu müharibədən yeddi-səkkiz ay keçib, biz artıq “Formula 1” kimi dünya miqyaslı yarışlara ev sahibliyi edirik. Cənab Prezident deyir ki, mən istəyirəm, Azərbaycanı bütün dünyada bir daha tanıdaq. Qoy, hamı bizi tanısın və bilsin ki, Azərbaycan budur. Müharibədən, pandemiyadan, dünya iqtisadi böhranından uğurla çıxdıq. Biz bir daha təsdiq edirik ki, çox güclü, dayanıqlı, inkişaf etmiş bir ölkəyik. Bütün problemlərimizi heç kimin köməyi olmadan həll edə bilirik”.

İqtisadçı Nazim Bəydəmirli “Press Klub”a şərhində beynəlxalq tədbirlərin ölkənin tanıdılmasında rolu olduğunu söylədi:

“Ancaq təəssüf ki, “Formula 1” kimi layihələr onsuz da sıxlıq yaranmış şəhərin vəziyyətini daha da çətinləşdirir. Paytaxtın mərkəzi küçələrini bağlayıb, yarış dövründə əhaliyə əziyyət verməyə və kütləvi narazılıq yaratmağa adətkardırlar. Başqa ölkələrin təcrübəsində şəhərdən kənar yerlər hazırlanır və “Formula 1” yarışları orada keçirilir. Yalnız Monako burada istisnalıq (Monako Qran Prisi) təşkil edir. Orada yarış şəhərin daxilində keçirilir, həmin yerə də şəhərdaxili demək olmaz. Monako balaca bir yerdir“.

Ekspertin fikrincə, yarışın keçirilməsi üçün Azərbaycanda kifayət qədər yer tapıla bilərdi:

“Yarışın şəhərdə keçirilməsi ilə bağlı qərarın verilməsi ölkə ictimaiyyətinə qaranlıq qalıb. Bildiyimiz kimi, Azərbaycan hökuməti ictimai fikri heçə sayır. Bu isə çox mənfi haldır. Bildiyim qədərilə reklam şirkətləri “Formula 1” yarışları ilə əlaqədar Azərbaycana az reklam verirlər”.

N. Bəydəmirli bu cür yarışlar keçirilərkən gəlir və xərclərin araşdırılmasını təlkif edir:

“Niyə müqavilə məcburən 5 il bağlanmışdı və 5 il uzadılmaq şərtilə hər il keçirilir? Onsuz da dövlət büdcəsinin vəsaitləri səmərəsiz xərclənir. Vəsaitlər ora-bura xərcləndiyindən, Azərbaycan vətəndaşı da bu cür yarışlara yaxşı baxmır. Hökumət isə düşünür ki, nə olacaq, 8 milyard dollarlıq Avropa Oyunları keçirmişik, “Formula 1” nədir ki?..”

N.Bəydəmirli “Formula 1” üçün hazırlıq başlayarkən və küçələr daraldılarkən şəhərdən çıxdığını deyir:

“Saatlarla tıxaclarda qalmaq insanlara əziyyət verməkdən başqa bir şey deyil. Azərbaycan əhalisinin təqribən altmış faizindən çoxu şəhərdə yaşayır. Bütün bunları nəzərə almamaq, ictimai fikrə hörmət etməmək ondan xəbər verir ki, Azərbaycan hökuməti nə vətəndaşın vergisindən, nə də səsindən asılıdır. Hökumət o zaman insanları dinləyir və ictimai fikrə önəm verir ki, sadaladığım bu iki amil ortada olsun. Bunlar olmadıqda ictimai fikrə önəm verilmir. Bir məmur vəzifədən gedərkən, dünyasını dəyişərkən insanların onların arxasından yazdıqları və danışdıqlarını hamımız görürük. Məmurlar həmin sözlərdən nəticə çıxarmalıdır. Sosial şəbəkələrdə onlar barədə gedən müzakirələrə göz gəzdirsinlər. Başa düşməlidirlər ki, istənilən vəzifə müvəqqətidir. Bürokratlar, bizim xidmətimizdə duran insanlar vətəndaşları qul gözündə görməməlidirlər. Bu, çox təhlükəli tendensiyadır. Hesab edirəm ki, bu cür siyasətdən imtina edilməlidir”.

İqtisad Universitetinin professoru Elşad Məmmədov hesab edir ki, “Formula 1” kimi beynəlxalq, mötəbər idman yarışının Azərbaycanda keçirilməsi sözsüz ki, ölkəmizə müəyyən dividentlər gətirir:

“Amma eyni zamanda, bu tip yarışların təşkili prosesində mütləq şəkildə ölkədəki sosial-iqtisadi vəziyyəti, ictimai münasibətləri nəzərə almalıyıq. İctimaiyyətin bu tədbirlərə reaksiyasını öyrənməliyik. Çünki son nəticədə ölkədə keçirilən tədbirlər əhalinin sosial rifahının yüksəldilməsinə xidmət etməlidir”.

Ekspertin qənaətinə görə, iqtisadi nöqteyi-nəzərdən prioritetlər düzgün qurulmalıdır:

“Aydındır ki, bu tip yarışların keçirilməsinin müsbət nəticələri var. Amma ölkədə həllini gözləyən bir çox sosial-iqtisadi məsələlər var ki, onlara lazımı səviyyədə diqqət verilməsinə ehtiyac duyulur. Hesab edirəm ki, Azərbaycanda bundan sonra keçirilən tədbirlərin planlaşdırılmasında mütləq şəkildə ölkədəki sosial-iqtisadi vəziyyət nəzərə alınmalı, bu tədbirlərin müsbət və mənfi nəticələri barədə gözləntilər planlaşdırma ilə bağlı olan tədqiqatlarda öz əksini tapmalıdır”.

E.Məmmədovun fikrincə, əgər prioritet hesab olunan sosial-iqtisadi layihələr öz həllini tapıbsa, bu tip yarışların keçirilməsi ölkənin beynəlxalq arenada tanınmasında müsbət təsir göstərə bilər:

“Amma sosial yönümlü, iqtisadi inkişafla bağlı layihələrin icrasına bu gün ehtiyac var ki, mütləq şəkildə onlar qəbul olunan qərarlarda öz əksini tapmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... - ONA GÖRƏ DƏ...
Bu gün, 03:12
Başı getmiş Rusiya sülhə məcbur edilir... - GƏLİŞMƏ
Bu gün, 03:10
5 gündür susuz qalan jurnalistdən QARĞIŞ - "...mənə verilən su qədər ömür arzu edirəm"
Bu gün, 03:02
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı - BUNDAN SONRA...
Bu gün, 02:47
18 milyon kapitallı 26 illik şirkət ləğv edilir – 8,5 MİLYON VERGİ BORCU VAR
Dünən, 18:02
Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb
Dünən, 17:57
Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Dünən, 17:52
Ölkədə anti-Ukrayna ab-havası hökm sürür - Polşa Baş naziri
Dünən, 17:50
Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... - "Bütün qurumlar bir birinin üstünə atır..."
Dünən, 17:44
Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur - ÇÜNKİ...
Dünən, 17:35
Zelenski Polşaya səfərdən imtina etdi - KİV
Dünən, 17:31
“Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:28
Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR - AÇIQLAMA
Dünən, 17:25
İranda banklara növbəti kiberhücum olub
Dünən, 17:23
BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır
Dünən, 17:03
11 milyonluq daha bir şirkət MMC-yə çevrilir
Dünən, 17:01
Mourinyo Ardaya mesaj yazıb, deyib ki...
Dünən, 16:59
Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib - Dövlət Agentliyi
Dünən, 16:44
“Təhsil haqları həddən artıq yüksəkdir” – Ekspertdən nazirə sərt etiraz
Dünən, 16:37
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
Dünən, 16:35
Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI - TƏFƏRRÜAT
Dünən, 16:29
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
Dünən, 16:25
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
Dünən, 16:22
“Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb - DETALLAR
Dünən, 16:20
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - BUNDNA SONRA...
Dünən, 16:17
Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi - BelTA
Dünən, 16:15
Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
Dünən, 16:04
Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi - RƏSMİ
Dünən, 15:54
Narkoloji Mərkəzin sabiq baş direktoru və müavininin işi ALİ MƏHKƏMƏDƏ
Dünən, 15:52
“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN - ÇAĞIRIŞ
Dünən, 15:50
Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır - AÇIQLAMA
Dünən, 15:48
Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: - Tur şirkətlərinə satılır?
Dünən, 15:44
Putin hədələdi – “Nəticələrini bilsəydilər, etməzdilər”
Dünən, 15:42
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Dünən, 15:37
Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi – İqtisadçıdan reaksiya
Dünən, 15:25
AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb
Dünən, 15:17
Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi - LƏĞV EDİLDİ
Dünən, 15:15
Ucuz satılan yumurtalar köhnədir? - "Sahibkarlar insanlara görə qiymət endirməyə qorxurlar"
Dünən, 15:02
Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? - Professor ELƏ AÇIQLAMALAR VERDİ Kİ...
Dünən, 14:54
Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” - TƏFƏRRÜAT
Dünən, 14:51
Azərbaycanda yeni BOKT yaradılıb
Dünən, 14:50
Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq - İranlı diplomat
Dünən, 14:01
Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb - TƏFƏRRÜAT
Dünən, 13:58
Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı
Dünən, 13:56
Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! - Rəhbər heyət artır... işçilər isə ixtisara salınır...
Dünən, 13:53
İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub - TƏFƏRRÜAT
Dünən, 13:16
ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair KONFRANS KEÇİRİLƏCƏK
Dünən, 13:14
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib - ƏMR
Dünən, 13:13
Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib - TOTAL NARAZILIQ...
Dünən, 13:10
“Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, sonradan Mehriban Xanlarova çəkildi”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru