AXCP NTK sədrinin Əli Kərimli ilə davası böyüyür - “Mənə dedi ki, sən bitmisən”
Tarix: 7-05-2021, 09:34 | Çap et
 AXCP Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyevin partiya rəhbəri Əli Kərimli ilə davası davam edir. O, məhkəmə qərarı ilə bu il martın 4-də partiya sıralarına, qurumdakı vəzifəsinə bərpa olunsa da, Kərimli və onun çevrəsi A.Əliyevin fəaliyyətinə imkan vermir, hər vəchlə onu AXCP-dən çıxarmağa çalışırlar.
Bununla əlaqədar “Yeni Müsavat”a müraciət edən A.Əliyev 6 ildir mübarizə apardığını, sonda qalib gəldiyini qeyd etdi: “2015-ci il sentyabrın 27-də AXCP-nin qurultayında Nəzarət-Təftiş Komissiyasına üzv seçildim. 7 nəfər üzv olanların səsverməsi nəticəsində sədr oldum. Amma Əli Kərimli sədr olmağımı istəmirdi. Dolayısı yollarla fəaliyyətimə mane olurdu. 30 il bu partiyada fəaliyyəti olan, əziyyəti keçən bir şəxs kimi funksionerlərdən, rayon təşkilatının sədrlərindən nə baş verdiyini soruşurdum. Heç bir cavab almırdım. Bir dəfə Kərimlinin yanına getdim, Rəyasət Heyətinin iclası idi. Ən azından etika xatirinə soruşmadı ki, Aydın niyə gəlib. Azından komissiya sədri kimi məni təqdim etməli idi. Rəhmətlik Əbülfəz Elçibəyin ildönümündə Fəxri Xiyabana getdim. Ziyarətdən sonra Əli Kərimliyə yaxınlaşdım, mənimlə görüşmək istəmədi və mənə dedi ki, sən bitmisən. Maşınına əyləşib getdi. Fuad Qəhrəmanlıya da müraciət etdim. Son anda o da mənimlə görüşməkdən imtina etdi. Məhəmməd Talıblıya, Saqif Qurbanova, Nemət Əliyevə, rəhmətlik Gözəl Bayramlıya da müraciət etdim. Onların Kərimliyə söz deməyə cürətləri çatmadı. Sonda məcbur qalıb Əli Kərimlinin NTK sədri kimi fəaliyyətimə mane olması ilə əlaqədar Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. 4-5 məhkəmə iclasına heç kim gəlmədi. Nəhayət, 2019-cu ilin yanvarında Kərimlinin vəkili Fəxrəddin Mehdiyev məhkəməyə gəlib etiraz məktubu təqdim etdi. Həmin məktubda qeyd edilirdi ki, mən partiya sıralarından və komissiya sədrliyindən 2019-cu ilin iyunundan azad olunmuşam. Mən iddia ərizəsi ilə çıxış etdim. Bu da partiya sıralarına və NTK sədrliyinə bərpa olunmağımla bağlı idi.
Məndə səs yazısı var. Orada Kərimlinin tələm-tələsik Rəyasət Heyətinin üzvü İradə Nərimana partiyadan çıxarılmağımla əlaqədar çıxarış hazırlamağımı tapşırdığı məlum olur. İradə xanım bildirir ki, axı protokol yoxdur, məzmunu olsun. Kərimli deyir ki, bizə protokol lazım deyil, protokoldan çıxarış lazımdır. Ona təlimatlar verir. Mənə hətta böhtan belə atır. Guya hökumətə işləyirəm. İradə xanıma deyir ki, sədr kimi Nurəddin Məmmədlini, katib kimi də özünü yaz. Eldar Quliyev var, onun da bu işə münasib olmadığını söyləyir. Köhnə tarix yazılır və həmin çıxarış məhkəməyə təqdim olunur. Rəhmətlik Gözəl xanıma yazıram ki, partiyadan çıxarılmışam, xəbəriniz varmı? Almaniyada müalicə alırdı, dedi, yox. Məhkəmədə hər şeyi sübut etdim. Nəticədə 2020-ci ilin iyununda partiya sıralarına və NTK sədrliyinə məhkəmə qərarı ilə bərpa olundum. Eyni zamanda partiyanın Rəyasət Heyətinin qərarı ləğv edildi, məhkəmə qətnamə çıxardı. Amma indiyə qədər heç bir araşdırma aparılmayıb. 2021-ci ilin yanvarında İcra Şöbəsi qərarın icra olunması ilə bağlı məktub göndərib. Həmin ilin 25 fevralında məcburi icra etmək qərarı göndərilib. Nəticədə 4 martda partiya sıralarına və NTK sədrliyinə bərpa olunmağımla bağlı AXCP Ali Məclisi qərar verir. Sədr kimi iclas keçirmək istədim. Əvvəlcədən komissiya üzvləri ilə danışdım. Amma sonradan Əli Kərimli tərəfindən göstəriş verilib ki, iclasda heç kim iştirak etməsin. Əlimdə sübut kimi səs və votsap yazıları var”.
A.Əliyev bu gün də AXCP sədrinin onu partiyada görməyə gözünün olmadığını söylədi: “Bu gün də fəaliyyətimə maneələr olur. Partiya üçün bu qədər əziyyətlər çəkmişəm. 30 il ömrümü qoyduğum partiyada sədr məni hakimiyyətə işləməkdə ittiham edir. Heç bir fakt ortaya qoya bilmədilər. Demokratiya və insan haqlarından danışan Əli Kərimlinin nə düşündüklərini ortaya qoydum. Bununla cəmiyyətə, gəncliyə hər şeyi göstərdim. Siz gəncsiniz, yaşlı biri olaraq deyə bilərəm ki, 30 ildir Azərbaycanda müxalifətin heç bir uğur qazanmamasının əsl səbəbkarı Əli Kərimlidir. Onun iş-gücü ancaq Müsavatın əleyhinə iş aparmaq olub. 1995-ci ildə bu şəxs hakimiyyətin əlaltısı kimi parlamentdə otuzduruldu. Bunları hər kəs bilir. Sona qədər onunla vuruşacam. Ortada məhkəmə qərarı var. Haqqımı tələb edirəm”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR
Bu gün, 07:08 |
|
|
|
| • Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər - ARAŞDIRMA
Bu gün, 07:04 |
|
|
|
| • "Əsl ustad elə Arif Babayevdir" - Xalq artisti
Bu gün, 06:58 |
|
|
|
| • TRİPP "3+3"-ü arxa plana atdı - Görünəni odur ki...
Bu gün, 06:44 |
|
|
|
| • Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:42 |
|
|
|
| • "Son zəng" üçün hər şagirddən 1800 MANAT! - BU NƏDİ BELƏ?
Bu gün, 06:40 |
|
|
|
| • Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 06:33 |
|
|
|
| • Kremlin Paşinyanı devirmək planı yoxdur - ŞƏRH
Bu gün, 06:31 |
|
|
|
| • Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır - DETALLAR
Bu gün, 06:29 |
|
|
|
| • Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə - NƏ BAŞ VERİR?
Bu gün, 06:27 |
|
|
|
| • 1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 06:24 |
|
|
|
| • Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? - AKTUAL
Bu gün, 05:32 |
|
|
|
| • Paşinyana qarşı SƏFƏRBƏRLİK... - KREML HƏRƏKƏTDƏ...
Bu gün, 05:24 |
|
|
|
| • "Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" - Bennet deyir ki...
Bu gün, 05:19 |
|
|
|
| • Hökumətin icra qolu problemləri etiraf edirsə... - AKTUAL
Bu gün, 05:07 |
|
|
|
| • Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:03 |
|
|
|
| • "Fəhləni ixtisar etməyin, maaşını artırın..." - ÇAĞIRIŞ
Bu gün, 04:53 |
|
|
|
| • Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... - Ekspert deyir ki...
Bu gün, 04:09 |
|
|
|
| • Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
Bu gün, 03:59 |
|
|
|
| • Ronaldo üçün hələ hər şey indi başlayır... - Çünki indi-indi ipə-sapa yatır...
Bu gün, 03:34 |
|
|
|
| • Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... - Pulu boşuna sərf etməsinlər...
Bu gün, 03:30 |
|
|
|
| • Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... - REPLİKA
Bu gün, 03:27 |
|
|
|
| • Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi və qəribə kart bloklama alqoritmi
Bu gün, 03:23 |
|
|
|
| • Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... - ONA GÖRƏ DƏ...
Bu gün, 03:12 |
|
|
|
| • Başı getmiş Rusiya sülhə məcbur edilir... - GƏLİŞMƏ
Bu gün, 03:10 |
|
|
|
| • 5 gündür susuz qalan jurnalistdən QARĞIŞ - "...mənə verilən su qədər ömür arzu edirəm"
Bu gün, 03:02 |
|
|
|
| • Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı - BUNDAN SONRA...
Bu gün, 02:47 |
|
|
|
| • 18 milyon kapitallı 26 illik şirkət ləğv edilir – 8,5 MİLYON VERGİ BORCU VAR
Dünən, 18:02 |
|
|
|
| • Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb
Dünən, 17:57 |
|
|
|
| • Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Dünən, 17:52 |
|
|
|
| • Ölkədə anti-Ukrayna ab-havası hökm sürür - Polşa Baş naziri
Dünən, 17:50 |
|
|
|
| • Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... - "Bütün qurumlar bir birinin üstünə atır..."
Dünən, 17:44 |
|
|
|
| • Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur - ÇÜNKİ...
Dünən, 17:35 |
|
|
|
| • Zelenski Polşaya səfərdən imtina etdi - KİV
Dünən, 17:31 |
|
|
|
| • “Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:28 |
|
|
|
| • Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR - AÇIQLAMA
Dünən, 17:25 |
|
|
|
| • İranda banklara növbəti kiberhücum olub
Dünən, 17:23 |
|
|
|
| • BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır
Dünən, 17:03 |
|
|
|
| • 11 milyonluq daha bir şirkət MMC-yə çevrilir
Dünən, 17:01 |
|
|
|
| • Mourinyo Ardaya mesaj yazıb, deyib ki...
Dünən, 16:59 |
|
|
|
| • Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib - Dövlət Agentliyi
Dünən, 16:44 |
|
|
|
| • “Təhsil haqları həddən artıq yüksəkdir” – Ekspertdən nazirə sərt etiraz
Dünən, 16:37 |
|
|
|
| • Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
Dünən, 16:35 |
|
|
|
| • Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI - TƏFƏRRÜAT
Dünən, 16:29 |
|
|
|
| • Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
Dünən, 16:25 |
|
|
|
| • Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
Dünən, 16:22 |
|
|
|
| • “Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb - DETALLAR
Dünən, 16:20 |
|
|
|
| • Kəmaləddin Heydərov rəisi işdən çıxardı - BUNDNA SONRA...
Dünən, 16:17 |
|
|
|
| • Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi - BelTA
Dünən, 16:15 |
|
|
|
| • Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
Dünən, 16:04 |
|
|
|
|