Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı .....                     AMEA-da 200 minlik cari təmir: .....                     Neft 4 aydan sonra yenidən .....                     Tramp Ukrayna üçün hazırdır .....                     DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... .....                     "Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" .....                     Putin artıq xalqı aldada bilmir .....                     Maaş və sosial ödənişlərdə artım olacaq? .....                     Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? .....                     İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? .....                     Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! .....                     Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? .....                     Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər .....                     "Əsl ustad elə Arif Babayevdir" .....                     TRİPP "3+3"-ü arxa plana atdı .....                     Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR .....                     "Son zəng" üçün hər şagirddən 1800 MANAT! .....                     Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir .....                     Kremlin Paşinyanı devirmək planı yoxdur .....                     Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır .....                     Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə .....                     1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR .....                     Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? .....                     Paşinyana qarşı SƏFƏRBƏRLİK... .....                     "Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" .....                     Hökumətin icra qolu problemləri etiraf edirsə... .....                     Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR .....                     "Fəhləni ixtisar etməyin, maaşını artırın..." .....                     Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... .....                     Push30'un biabırçı müştəri xidməti .....                     Ronaldo üçün hələ hər şey indi başlayır... .....                     Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... .....                     Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... .....                     Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi .....                     Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... .....                     Başı getmiş Rusiya sülhə məcbur edilir... .....                     5 gündür susuz qalan jurnalistdən QARĞIŞ .....                     Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı .....                     18 milyon kapitallı 26 illik şirkət ləğv edilir .....                     Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb .....                 

"Ana necə müqəddəsdirsə, şəhid də o cür müqəddəsdir" - deputat
Tarix: 1-05-2021, 08:54 | Çap et
"Ana necə müqəddəsdirsə, şəhid də o cür müqəddəsdir"
44 günlük vətən müharibəsinin simvolun çevrilən, xalqımız üçün xatirəsi doğma övlad, qardaş qədər əziz olan, “Vətən yaxşıdır” mahnısı ilə adını qəlblərə yazdıran Xudayar Yusifzadə ilə bağlı baş verənlər cəmiyyəti qəzəbləndirib, vətəndaşlar şəhidlik məqamı ilə bağlı xoşagəlməz hallara qarşı qanuni şəkildə cavab verilməsini tələb edir.

Belə ki, Fuad Rəsulzadə adlı şəxsin sosial şəbəkədə Xudayar Yusifzadə ilə bağlı ironik paylaşımı şəhidin ailə üzvlərinin də hiddətlənməsinə səbəb olub, nəticədə bu hərəkətə yol verən şəxs döyülüb. Döyülmə videosunun sosial şəbəkələrdə yayılmasının ardından Daxili İşlər Nazirliyi hərəkətə keçib. Şəhidin qohumları baş verənlərlə bağlı saxlanılıb. Şəhidimiz Xudayar Yusifzadənin anası Fuad Rəsulzadənin döyülməsi tapşırığını özünün verdiyini bildirib, şəhidin qardaşı dayısı və xalası oğlu hazırda istintaqa cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.

Bu hadisə cəmiyyəti iki yerə bölüb, böyük əksəriyyət şəhidin toxunulmazlığını öndə tutaraq, döyülmə hadisəsinə haqq qazandırıb. Bu cür insanların cəzası qalmasının qəbahət olduğunu və əslində bu cəzanın qanunda nəzərdə tutulmalı olduğunu bildiriblər. İkinci qisim isə daha çox özünüifadə azadlığını əsas tutaraq döyülənin hüquqlarının müdafiəsinə qalxıblar.

Cəmiyyətin hazırki tələbi şəhidlərimizin toxunulmazlığını təmin edən, onları bir dövlət atributu, milli dəyər kimi qoruyan qanun layihəsinin olması, Cinayət Məcəlləsinə bu haqda məsuliyyət müəyyən edən maddələrin əlavə edilməsidir.

Bu haqda “Yeni Müsavat”a danışan Qarabağ qazisi Rey Kərimoğlu da vurğuladı ki, bu dövlət təhlükəsizliyi məsələsidir və planlı olması istisna deyil: “Biz bunu illərdir deyirik, sadəcə olaraq bu işlə məşğul olan adamlar çox səhlənkardırlar. Şəhid və qazi Türkiyədə dövlət atributu sayılır. Bizim məmləkətdə də elədir, biz hesab edirik ki, bayraq və gerb nədirsə, şəhid də odur. Əgər dövlət bayrağını təhqir edən ən sərt cəzaya layiq olduğu kimi, şəhidə, qaziyə dil uzadanlar, onlar lağ obyektinə çevirənlər də qanunla cəzalandırılmalıdır. Parlamentdə 4-5 ildir bu məsələnin müzakirəsi gedir. Biz uzun illər bu işi nizamlamışıq, şəhid ailəsinə, qazilərə qarşı xoşagəlməz davrananları başa salmışıq, gedib üzr istəyiblər. Ancaq bizim də, qazilərin də səbrinin bir hüdudu var. Bir gün də kimisə vurub öldürə bilərlər. Onda bu sosial şəbəkədə hüquq müdafiəçisinə çevrilənlər, məsələyə laqeyd yanaşan siyasətçilər başa düşəcək ki, bu nə deməkdir. İnsan balasını vətən uğrunda qurban verib. Demirdinizmi bütün şəhidlər bizim balamızdır. Sizin balanızı təhqir edirlər, niyə susursunuz? Cəmiyyət bu cəzanı kəsənə qədər, dövlət məsələni həll etməlidir. Bu məsələyə laqeyd yanaşıldı. O gənc tapılıb DTX-ya çağrılmalı idi, bu birbaşa dövlətin təhlükəsizlik məsələsidir. Bəlkə də həmin gənc bilmədən edib. Ancaq ölkəmizdə bu fakt da var ki, bəzi gənclər müəyyən ünsürlərin, erməniyə qardaş deyən, onlara düşmən kimi yanaşmayan loyal şəxslərin təsiri altındadırlar. Bu çox böyük təhlükə yarada bilər. O uşağı vurub öldürsəydilər, necə olacaqdı?

Mən döyülmə hadisəsini pisləmirəm, düz ediblər. Şəhid anasını da haqlı sayıram, şəhidin anası həmişə haqlıdır. Bu məsələdə günahkar dövlətin bu məsələni həll etməli olan məmurlarıdır, Milli Məclis, DİN, Baş Prokurorluq buna ciddi yanaşmalıdır. Hər məsələdə dövlət başçısının tapşırığını gözləmək olmaz. Xudayar 44 günlük vətən müharibəsinin simvoludur. Onu lağ obyektinə çevirmək nə deməkdir, kim deyə bilər ki, bu planlı deyil? Bəlkə də həmin gənci yönəldirlər. DTX bu işlə məşğul olmalıdır”.

Milli Məclisin deputatı Vahid Əhmədov da vurğuladı ki, müvafiq qanunlara şəhidlərin toxunulmazlığı ilə bağlı əlavələr edilməlidir: “Şəhidlərimizlə bağlı məsələlərdə qanuna müəyyən dəyişikliklər edilməsi mümkündür. Son hadisələr göstərdi ki, bəzi insanlar hələ də şəhidlik zirvəsinin nə demək olduğunu başa düşmək istəmirlər. Onlar toxunulmazdır, onlar haqqında yalnız xoş sözlər demək olar. Xudayar Yusifzadəyə qarşı edilən hərəkət yolverilməzdir, heç bir şəhidə qarşı bu cür davranışa yol verilməməlidir. Qanun layihələrinə baxmaq lazımdır ki, görək hansı qanuna əlavə etmək mümkündür. Şəhidlər də bayraq kimi, himn kimi toxunulmaz olmalıdır”.

Deputat Məlahət İbrahimqızı isə qanunvericilikdə müvafiq əlavələri mümkün saysa da, cəmiyyətdə bütövlükdə şəhidlərə və qazilərə qarşı hörmətin yüksək səviyyədə olduğunu, baş verənlərin isə nadir hadisə olduğunu bildirib: “Azərbaycan xalqının müqəddəs dəyərləri içində şəhid və qazilərimiz də yer alır, ana necə müqəddəsdirsə, şəhid də o cür müqəddəsdir. Bizim uzun əsrlik tariximizdə, mədəniyyətimizdə, dinimizdə şəhidlik müqəddəsdir. Qurani-Kərimdə şəhidə Allah-Təala yüksək qiymət verirsə, bu haqda başqa nə demək olar. Anaya hörmət qanunla tənzimlənmədiyi kimi, bu məsələdə də qanun ikinci dərəcəlidir. Xalqımızın mədəniyyətində elə yazılmamış qanunlar var ki, parlament qanunlarından daha gözəl işləyir. Lakin bu da faktdır ki, müəyyən insanlar, bəzən məmurlar şəhidlərimizin ailələrinə, analarına qarşı laqeyd davanışlara, kobud hərəkətlərə yol verirlər. Bu heç cür qəbul olunmamalıdır, bu böyük qüsurdur. Şəhidin xanımına, anasına, övladına qarşı kobud davranın insan əxlaqi cəhətdən əlildir. Ancaq ilk növbədə təhlil etmək lazımdır ki, bu faktlar nə qədər çoxdur ki, qanunla tənzimlənməlidir. Bəzən hansısa məsələ ilə bağlı qanun qəbul olunur, işləmə mexanizmi də qurulur, lakin qanun işləmir. Aliment məsələsi ilə bağlı bunu demək olar. Şəhidə qarşı hörmətsizliklə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilsə, onsuz da həmin şəxs məsuliyyətə cəlb olunacaq. Şəhidlik məqamına, onların ailəsinə qarşı hörmətsizlik bütövlükdə Azərbaycan xalqına qarşı hörmətsizlikdir. Qanunvericiliyə bu istiqamətdə əlavə və dəyişikliklərə ehtiyac var. Qətiyyən bu hallara yol verməməliyik. Belə hərəkətlərin cəzası elə sərt olmalıdır ki, bu haqda düşünmək heç kimin ağlına gəlməsin. Necə ki, Türkiyədə Atatürkün toxunulmazlığı o cür qanunla qorunur. Xudayar artıq bizim xalq qəhrəmanımızdır, azərbaycanlı olan şəxs ona qarşı belə hərəkət edə bilməz”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 08:10
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
Bu gün, 08:08
Neft 4 aydan sonra yenidən BU QİYMƏTƏ OLDU
Bu gün, 08:06
Tramp Ukrayna üçün hazırdır - Detallar razılaşdırılacaq
Bu gün, 08:04
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
Bu gün, 07:45
"Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" - Zaur GİZLİNLƏRİ AÇDI
Bu gün, 07:38
Putin artıq xalqı aldada bilmir - Britaniyalı polkovnik
Bu gün, 07:31
Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…
Bu gün, 07:30
Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? - Belə deyirlər...
Bu gün, 07:28
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
Bu gün, 07:25
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
Bu gün, 07:15
Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR
Bu gün, 07:08
Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər - ARAŞDIRMA
Bu gün, 07:04
"Əsl ustad elə Arif Babayevdir" - Xalq artisti
Bu gün, 06:58
TRİPP "3+3"-ü arxa plana atdı - Görünəni odur ki...
Bu gün, 06:44
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:42
"Son zəng" üçün hər şagirddən 1800 MANAT! - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 06:33
Kremlin Paşinyanı devirmək planı yoxdur - ŞƏRH
Bu gün, 06:31
Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır - DETALLAR
Bu gün, 06:29
Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə - NƏ BAŞ VERİR?
Bu gün, 06:27
1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 06:24
Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? - AKTUAL
Bu gün, 05:32
Paşinyana qarşı SƏFƏRBƏRLİK... - KREML HƏRƏKƏTDƏ...
Bu gün, 05:24
"Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" - Bennet deyir ki...
Bu gün, 05:19
Hökumətin icra qolu problemləri etiraf edirsə... - AKTUAL
Bu gün, 05:07
Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:03
"Fəhləni ixtisar etməyin, maaşını artırın..." - ÇAĞIRIŞ
Bu gün, 04:53
Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... - Ekspert deyir ki...
Bu gün, 04:09
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
Bu gün, 03:59
Ronaldo üçün hələ hər şey indi başlayır... - Çünki indi-indi ipə-sapa yatır...
Bu gün, 03:34
Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... - Pulu boşuna sərf etməsinlər...
Bu gün, 03:30
Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... - REPLİKA
Bu gün, 03:27
Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi və qəribə kart bloklama alqoritmi
Bu gün, 03:23
Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... - ONA GÖRƏ DƏ...
Bu gün, 03:12
Başı getmiş Rusiya sülhə məcbur edilir... - GƏLİŞMƏ
Bu gün, 03:10
5 gündür susuz qalan jurnalistdən QARĞIŞ - "...mənə verilən su qədər ömür arzu edirəm"
Bu gün, 03:02
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı - BUNDAN SONRA...
Bu gün, 02:47
18 milyon kapitallı 26 illik şirkət ləğv edilir – 8,5 MİLYON VERGİ BORCU VAR
Dünən, 18:02
Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb
Dünən, 17:57
Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Dünən, 17:52
Ölkədə anti-Ukrayna ab-havası hökm sürür - Polşa Baş naziri
Dünən, 17:50
Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... - "Bütün qurumlar bir birinin üstünə atır..."
Dünən, 17:44
Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur - ÇÜNKİ...
Dünən, 17:35
Zelenski Polşaya səfərdən imtina etdi - KİV
Dünən, 17:31
“Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:28
Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR - AÇIQLAMA
Dünən, 17:25
İranda banklara növbəti kiberhücum olub
Dünən, 17:23
BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır
Dünən, 17:03
11 milyonluq daha bir şirkət MMC-yə çevrilir
Dünən, 17:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru