Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı .....                     AMEA-da 200 minlik cari təmir: .....                     Neft 4 aydan sonra yenidən .....                     Tramp Ukrayna üçün hazırdır .....                     DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... .....                     "Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" .....                     Putin artıq xalqı aldada bilmir .....                     Maaş və sosial ödənişlərdə artım olacaq? .....                     Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? .....                     İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? .....                     Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! .....                     Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? .....                     Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər .....                     "Əsl ustad elə Arif Babayevdir" .....                     TRİPP "3+3"-ü arxa plana atdı .....                     Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR .....                     "Son zəng" üçün hər şagirddən 1800 MANAT! .....                     Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir .....                     Kremlin Paşinyanı devirmək planı yoxdur .....                     Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır .....                     Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə .....                     1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR .....                     Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? .....                     Paşinyana qarşı SƏFƏRBƏRLİK... .....                     "Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" .....                     Hökumətin icra qolu problemləri etiraf edirsə... .....                     Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR .....                     "Fəhləni ixtisar etməyin, maaşını artırın..." .....                     Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... .....                     Push30'un biabırçı müştəri xidməti .....                     Ronaldo üçün hələ hər şey indi başlayır... .....                     Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... .....                     Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... .....                     Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi .....                     Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... .....                     Başı getmiş Rusiya sülhə məcbur edilir... .....                     5 gündür susuz qalan jurnalistdən QARĞIŞ .....                     Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı .....                     18 milyon kapitallı 26 illik şirkət ləğv edilir .....                     Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb .....                 

"Müxalifət olmaq bunların alınyazısı deyil ki..." - Partiya sədri
Tarix: 30-04-2021, 08:18 | Çap et
"Müxalifət olmaq bunların alınyazısı deyil ki..."
Ölkə gündəmində baş verən ictimai-siyasi dəyişikliklər siyasi partiyalarda müəyyən yenilənmələri ilə diqqət çəkir. Yeni partiyalar yaranır və hökumətlə siyasi partiyaların əməkdaşlığı iqtidar-müxalifət dialoqunun daha da inkişafına yol açır. Siyasi partiyaların ölkədə və regionda baş verən yenilənmələrə reaksiyası hansı aspektlərdə özünü göstərə bilir? Siyasi arenada meydana gələn partiyalar hansı üstünlüyü ilə digərlərindən seçilir?

Yeni Yol Partiyasının sədri Ramil Hüseynov “Həftə içi”nə müsahibəsində bir sıra maraqlı məsələlərə diqqət çəkib.

- Ruslan bəy, bu yaxınlarda Yeni Yol Partiyasının (YYP) təsis qurultayı keçirilib və siz sədr seçilmisiniz. Bu qədər partiya çoxluğunda daha bir siyasi təşkilatın təsis edilməsi hansı zərurətdən yaranıb və partiya olaraq məqsədiniz nədir?

- Əgər partiyaların fəaliyyəti cəmiyyətdə hiss olunsaydı və biz onun normal nəticələrini görsəydik, güman edirəm ki, heç bir partiya yaratmağa ehtiyac qalmayacaqdı. Bununla bağlı sosial sifarişə də ehtiyac yox idi. İlləruzunu görürük ki, siyasi partiyalar arasında gedən bu münaqişə, ziddiyyətlər və digər məsələlər bütövlükdə cəmiyyətimizdə mənfi təsiretmə mexanizminə çevrilib. Biz bütün bu səhvləri görə-görə gəlmişik. Ona görə də vəziyyəti analiz edib siyasi partiya yaratmaq qərarına gəldim. Ümid edirəm, digər partiyalar tərəfindən yol verilən səhvləri təkrarlamayacağıq. Hər bir işdə nöqsan olur. Əgər bu gün onları düşünərək yeni siyasi partiya yaratmaq haqqında addım atıramsa, deməli, qəbul etmədiyimiz səhvlərə yol verməyəcəyik.

Ölkədə siyasi münasibətlərin yeni mərhələyə qədəm qoyduğu hazırkı vaxtda fərqli düşüncə və enerji ilə meydana çıxan siyasi təşkilata rəhbərlik etmək böyük məsuliyyətdir. Biz var gücümüzlə partiyanın parlament partiyasına çevirilməsinə səy göstərəcəyik. Hazırkı pandemiya şərtlərində ölkənin 30-dan çox regionunda təşkilatlanmağı həyata keçirmək və 2500-dən çox şəxsi sıralarında birləşdirmək hesab edirəm ki, YYP üçün böyük uğurdur. Potensialımızı real dəyərləndiririk və buna görə də cəmiyyətin bütün kəsimləri ilə sıx surətdə işləyəcəyik. Liberal bazar iqtisadiyyatının inkişafı üçün effektiv proqramların qəbulunun və icrasının, milli dəyərlərin ciddi şəkildə qorunmasının, korrupsiyaya qarşı ardıcıl mübarizə aparılmasının və vətəndaşların rifah halının yüksəldilməsinin dövlətin ali məqsədi kimi daim diqqətdə saxlanılmasının vacib olduğunu bildiririk. Azərbaycan cəmiyyəti yalnız müasir sivil dünyaya inteqrasiya etməklə, intellektual inkişafa nail olmaqla, insan kapitalının gücləndirilməsinə çalışmaqla yeni dövrün çağırışlarına cavab verə bilər. Yeni Yol Partiyası olaraq qanunvericiliyin məqbul saydığı fəaliyyət formaları çərçivəsində çalışaraq cəmiyyətin, xalqın etimadını qazanmağı başlıca vəzifəmiz hesab edirik. Siyasi munasibətlər sistemini yalnız dövlətimizin və xalqımızın maraqları çərçivəsində inkişaf etdirməli və Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirməliyik.

- Partiyaların fəaliyyətinin nəticəsizliyini qeyd etdiniz. Bu qədər siyasi partiyaların nəticəsizliyinin içərisində yeni bir partiyanı yaratmaq özü də bir məsuliyyətdir. Bu kontekstdə əsas hansı səhvlərin, nöqsanların, xüsusilə təkrarlanmamasını düşünürsünüz?

- Heç bir partiyanı tənqid eləmək fikrimiz yoxdur. Hər biri özlərinə görə siyasi partiya liderləridir və hər birinə hörmətim var. Nəhayət bunu qəbul etməliyik ki, indiyə qədər cəmiyyətdə bu cür gərginliyin yaranmasından narazıydıqsa və iqtidarın üstünə bu cür kütləvi şəkildə gedirdiksə, deməli biz nəticəsizliyin dənizində üzürük. Bu nəticəsizlik dənizini də yaradanlar kimlərdir, siyasi proseslərdə aktivlik göstərən insanlar. Düşünürəm ki, müxalifətin bütün liderlərinin potensialı var. Təəssüf olsun ki, o potensial düzgün istiqamətə yönəlmədi, ondan doğru istifadə edə, strategiyanı düzgün qura bilmədilər. O da müəyyən insanların hisslərlə çıxış etməsi ilə bağlı idi. Nəticəni əldə etmək üçün də gərək o nöqsanları aradan qaldıraq.

Tutaq ki, biri bir təklif irəli sürürdü, o biri başlayırdı ki, mən bunu birinci demişəm. Sonra başlayırdılar onun üzərində bir polemika aparmağa. Əgər o təklif xalqın xeyri üçündürsə, əlbəttə ki, kimin irəli sürməsindən asılı olmayaraq, hamı onu müdafiə edib həyata keçirilməsinə çalışmalıdır.

- Bəs niyə həmin partiyalar dediyiniz o ideya ətrafında birləşə bilmədilər?

- Ümumiyyətlə, Azərbaycanda ideologiya ətrafında birləşmə ənənəsi yoxdur. Azərbaycanda şəxslər ətrafında birləşmə var, bu da yanlış siyasətdir. Əslinə baxsan, əgər bir ideoloji xətt varsa və onun ətrafında millətimizi birləşdirə biliriksə, onda biz nəyisə əldə edə bilərik.

- Vətəndaş və İnkişaf Partiyasından niyə ayrıldınız?

- O vaxt partiya yaratmaq fikrim yox idi. Siyasi baxışlarda fikir ayrılığı var idi. Onlardan ayrıldım, təxminən bir neçə ay sonra partiya yaratdıq. Siyasi partiyanın sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmişik. Siyasi islahatlar çərçivəsində ümid edirəm ki, qeydiyyata alınıb fəaliyyətimizi davam etdirərik.

- Köhnə siyasi partiyaların liderlərinin sizə münasibəti nədir, nələri müşahidə edirsiniz?

- Mənim əvvəldən əksər partiya liderləri ilə münasibətlərim var. Hər bir partiya sədri ilə görüşmüşəm, bundan sonra da davam etdirəcəm. Yeni bir təşkilat yarananda müxalifəti monipoliyaya alanlar ona qısqanclıq hissi ilə yanaşırlar. Bu da doğru deyil. Müxalifət olmaq bunların alınyazısı deyil ki. İndiyə qədər oynanılan gizlənqaçları yığışdırmalıyıq. Ölkədə bir sıra kadr və digər islahatlar baş verir. Bunu doğru hesab etsək də, etməsək də, hər halda bu proses başlayıb və buna təkan vermək üçün bizim də müəyyən atacaq addımlarımız var. Səhvlərin etirafı mədəniyyət nümunəsidir.

- Mövcud hökumətin siyasi təşkilatlarla əməkdaşlığı, siyasi partiyaların ofislə təminatı iqtidar-müxalifət dialoquna doğru hansı addımdır və bunun müstəqil siyasi fəaliyyətə hansı təsirləri ola bilər?

- Nəticəsizliyin səbəblərindən biri də bəzi partiyaların yanlış düşüncə tərzidir. Bir çoxları hansı partiyaya ofis verilirsə, onu sərt tənqid edir, hökumətə işləməkdə ittihamlayır. İqtidar-müxalifət münasibətlərinin tənzimlənməsində normal addımlarımızı atmalıyıq. Hesab etmirəm ki, iqtidarla hər hansı münasibətlərin qurulması zərərimizə olar. Düşmənçilik münasibətlərindən artıq vaz keçmək lazımdır. Qarabağda 44 günlük müharibədə qələbəmiz göstərdi ki, millətimizin ümumilikdə siyasi partiyaların, insanların birliyi nəticəsində biz o qələbəni qazanmışıq. Birlik olanda, düşüncə tərzi eyni olanda bir çox məsələlərdə uğur əldə etmək olur. Ona görə də bu prosesdə iqtidarla dialoqa başqa don geyindirmək lazım deyil. Biz iqtidarla milli məsələlərdə bir masada oturmağa hazırıq. Bu gün Qarabağ məsələsində hərbi qələbə qazansaq da, bu o demək deyil ki, tam qələbə qazanmışıq. Proses davam edir. Qarabağı tam azad etməyimiz bir neçə mərhələdən ibarət olacaq. Biz bundan sonra daha çox həmrəy olmalıyıq.

- Partiyalar həqqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında nə dərəcədə aktivdirlər?

- Əslində müəyyən addımlar atılır, amma onları tam dolğun hesab eləmirəm. Bundan da geniş spektrdə fəaliyyət göstərmək olar. Siyasi patiyalar 44 günlük müharibədə birləşib bir bəyanat verdilər, bir də bu yaxınlarda Baydenin “soyqırımı” ifadəsinə qarşı.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 08:10
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
Bu gün, 08:08
Neft 4 aydan sonra yenidən BU QİYMƏTƏ OLDU
Bu gün, 08:06
Tramp Ukrayna üçün hazırdır - Detallar razılaşdırılacaq
Bu gün, 08:04
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
Bu gün, 07:45
"Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" - Zaur GİZLİNLƏRİ AÇDI
Bu gün, 07:38
Putin artıq xalqı aldada bilmir - Britaniyalı polkovnik
Bu gün, 07:31
Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…
Bu gün, 07:30
Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? - Belə deyirlər...
Bu gün, 07:28
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
Bu gün, 07:25
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
Bu gün, 07:15
Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR
Bu gün, 07:08
Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər - ARAŞDIRMA
Bu gün, 07:04
"Əsl ustad elə Arif Babayevdir" - Xalq artisti
Bu gün, 06:58
TRİPP "3+3"-ü arxa plana atdı - Görünəni odur ki...
Bu gün, 06:44
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:42
"Son zəng" üçün hər şagirddən 1800 MANAT! - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 06:33
Kremlin Paşinyanı devirmək planı yoxdur - ŞƏRH
Bu gün, 06:31
Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır - DETALLAR
Bu gün, 06:29
Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə - NƏ BAŞ VERİR?
Bu gün, 06:27
1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 06:24
Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? - AKTUAL
Bu gün, 05:32
Paşinyana qarşı SƏFƏRBƏRLİK... - KREML HƏRƏKƏTDƏ...
Bu gün, 05:24
"Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" - Bennet deyir ki...
Bu gün, 05:19
Hökumətin icra qolu problemləri etiraf edirsə... - AKTUAL
Bu gün, 05:07
Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:03
"Fəhləni ixtisar etməyin, maaşını artırın..." - ÇAĞIRIŞ
Bu gün, 04:53
Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... - Ekspert deyir ki...
Bu gün, 04:09
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
Bu gün, 03:59
Ronaldo üçün hələ hər şey indi başlayır... - Çünki indi-indi ipə-sapa yatır...
Bu gün, 03:34
Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... - Pulu boşuna sərf etməsinlər...
Bu gün, 03:30
Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... - REPLİKA
Bu gün, 03:27
Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi və qəribə kart bloklama alqoritmi
Bu gün, 03:23
Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... - ONA GÖRƏ DƏ...
Bu gün, 03:12
Başı getmiş Rusiya sülhə məcbur edilir... - GƏLİŞMƏ
Bu gün, 03:10
5 gündür susuz qalan jurnalistdən QARĞIŞ - "...mənə verilən su qədər ömür arzu edirəm"
Bu gün, 03:02
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı - BUNDAN SONRA...
Bu gün, 02:47
18 milyon kapitallı 26 illik şirkət ləğv edilir – 8,5 MİLYON VERGİ BORCU VAR
Dünən, 18:02
Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb
Dünən, 17:57
Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Dünən, 17:52
Ölkədə anti-Ukrayna ab-havası hökm sürür - Polşa Baş naziri
Dünən, 17:50
Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... - "Bütün qurumlar bir birinin üstünə atır..."
Dünən, 17:44
Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur - ÇÜNKİ...
Dünən, 17:35
Zelenski Polşaya səfərdən imtina etdi - KİV
Dünən, 17:31
“Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:28
Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR - AÇIQLAMA
Dünən, 17:25
İranda banklara növbəti kiberhücum olub
Dünən, 17:23
BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır
Dünən, 17:03
11 milyonluq daha bir şirkət MMC-yə çevrilir
Dünən, 17:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru