Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı .....                     AMEA-da 200 minlik cari təmir: .....                     Neft 4 aydan sonra yenidən .....                     Tramp Ukrayna üçün hazırdır .....                     DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... .....                     "Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" .....                     Putin artıq xalqı aldada bilmir .....                     Maaş və sosial ödənişlərdə artım olacaq? .....                     Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? .....                     İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? .....                     Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! .....                     Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? .....                     Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər .....                     "Əsl ustad elə Arif Babayevdir" .....                     TRİPP "3+3"-ü arxa plana atdı .....                     Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR .....                     "Son zəng" üçün hər şagirddən 1800 MANAT! .....                     Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir .....                     Kremlin Paşinyanı devirmək planı yoxdur .....                     Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır .....                     Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə .....                     1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR .....                     Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? .....                     Paşinyana qarşı SƏFƏRBƏRLİK... .....                     "Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" .....                     Hökumətin icra qolu problemləri etiraf edirsə... .....                     Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR .....                     "Fəhləni ixtisar etməyin, maaşını artırın..." .....                     Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... .....                     Push30'un biabırçı müştəri xidməti .....                     Ronaldo üçün hələ hər şey indi başlayır... .....                     Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... .....                     Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... .....                     Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi .....                     Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... .....                     Başı getmiş Rusiya sülhə məcbur edilir... .....                     5 gündür susuz qalan jurnalistdən QARĞIŞ .....                     Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı .....                     18 milyon kapitallı 26 illik şirkət ləğv edilir .....                     Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb .....                 

"Ədalətin bərqərar olması Azərbaycan dövləti 3 min şəhid verəndən sonramı yada düşdü?" - ETİRAZ
Tarix: 29-04-2021, 08:44 | Çap et
"Ədalətin bərqərar olması Azərbaycan dövləti 3 min şəhid verəndən sonramı yada düşdü?"
Azərbaycanın Vətən müharibəsində qələbəsinin simvollarından biri olan Hərbi Qənimətlər Parkı, orada işğalçı Ermənistan ordusunun məhv edilən hərbi texnikalarının, işğalçı erməni hərbçilərinin əşyalarının yerləşdirilməsi Avropa və Qərbdəki bir sıra ermənipərəst dairələrin yuxusuna haram qatıb. İndi də Azərbaycana qarşı bu məsələdən sui-istifadə cəhdləri müşahidə olunur. Belə hiyləgər bir iddia ortaya qoyurlar ki, Hərbi Qənimətlər Parkı Azərbaycanla Ermənistan arasında sülhə mane olur. Qərb indi də bu “arqumentlə” Azərbaycana təsir etməyə çalışır. Və buradakı agentura şəbəkəsini bu ideyanın üstünə salıb. Hətta Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dünya Miyatoviç Azərbaycanın Hərbi Qənimətlər Parkından narahatlığını dilə gətirib və deyib ki, bu məsələ sülhə zərər vurur.

Bəs o zaman bizim də verəcəyimiz suallar meydana gəlir. Niyə Avropa ölkələri eyni muzeylər yaradıblar? İllərdir torpağımızı işğalda saxlayanda ermənilər sülhə zərər vurmurdular?

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, Hərbi Qənimətlər Parkı Azərbaycanın daxili işidir, kənardan kimsənin buna irad bildirməsi, qarışması yolverilməzdir: “Ümumiyyətlə, Azərbaycan artıq Qarabağ məsələsini tamamilə öz daxili məsələsi elan eləməlidir. Burada beynəlxalq təşkilatların və hansısa digər dövlətlərin müdaxiləsi minimuma endirilməlidir. Bu məsələdə tərəflər Azərbaycan və Ermənistandır. Uzağı Rusiya və Türkiyə də proseslərdə hansısa formada iştirak edə bilərlər. Heç bir kənar dövlətin, beynəlxalq təşkilatın işi deyil ki, biz Hərbi Qənimətlər Parkını nə üçün yaratmışıq.

Bu məsələ bizim öz daxili işimizdir. O park bizim şəhidlərimizin qanı hesabına qazanılan qələbənin simvoludur. Kimsə bizə bu barədə ağıl verə bilməz. Bütün Avropa ölkələrində faşizm əleyhinə muzeylər var. Həmin muzeylər, oradakı eksponatlar Almaniya ilə Fransanın, Almaniya ilə Belçikanın, Almaniya ilə Hollandiyanın sülh içində yaşamağına mane olur? Olmur. Yəni Hərbi Qənimətlər Parkı və orada faşist ermənilərin sıradan çıxarılmış hərbi texnikalarının nümayişinin Ermənistanla sülhə mane olduğu barədə iddialar absurd, cəfəng iddialardır. Azərbaycan ona qarşı olan aqressiyanı, işğalı öz gücünə aradan qaldırıb və ordusunun qələbəsini simvolizə eləyən muzey-park açıb. Əgər kimsə bunu sülhə mane olan amil kimi görürsə, bu, onun problemidir”.

T.Abbbaslı qeyd etdi ki, bizə irad tutanlar özləri 30 ilə yaxın işğal dövründə işğala son qoyulması üçün Ermənistana hansısa təzyiqlər etməyiblər: “Onlar Ermənistanın işğalçılığının bölgədə sülhə zərbə vurduğunu bəyan ediblərmi?! Bütün bunları etməyənlərin xüsusilə heç bir haqqı yoxdur indi Azərbaycanın qələbəsinin simvollarından biri olan Hərbi Qənimətlər Parkının sülhə zərər vurduğu cəfəngiyyatını dilə gətirməyə. Azərbaycan sözügedən parkla bağlı kənardan irəli sürülən cəfəng iddialara fikir verməməlidir, bütün ərazisində öz suverenliyini təmin eləmək işində qətiyyətli, davamlı olmalıdır. Digər tərəfdən, Avropadan kimlərsə Azərbaycanın Hərbi Qənimətlər Parkının ləğvini istəyir, onda ilk növbədə bütün Avropa ölkələrindəki İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə aid bütün muzeyləri yığışdırsınlar”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə bildirdi ki, dünyada sözün həqiqi mənasında ikili standartlar hökm sürür. Qərbdən gələn “Hərbi Qənimətlər Parkı sülhə zərbə vurur” bəyanatları, Baydenin qondarma erməni soyqırımı ilə bağlı səsləndirdiyi fikirlər, istərsə də Araik Arutyunyanın Moskva səfəri göstərdi ki, Azərbaycan bu dövlətlərin həmsədir olduğu ATƏT-in Minsk Qrupuna boşuna zaman xərcləyib: “Belə ikili standartların hökm sürdüyü dövlətlərin iştirakı ilə nə torpaq qaytarmaq olar, nə də ədalət bərpa etmək. Hərbi Qənimətlər Parkı ilə bağlı sərsəm açıqlamaların əlbəttə ki, heç bir hüquqi, siyasi, həmçinin mənəvi dayağı yoxdur. Bu tip parklar Avropa dövlətlərindən tutmuş Rusiyaya qədər hər yerdə mövcuddur. Digər tərəfdən də sülhün bərpası, ədalətin bərqərar olması Azərbaycan dövləti 3 min şəhid verəndən sonramı yada düşdü? Olmazdımı ki, bu bəyanatı səsləndirənlər sülhün və ədalətin bərpa edilməsi üçün səslərini zamanında çıxarardılar, işğalçıya yerini göstərərdilər...

Hesab edirəm ki, bütün bunları nəzərə alaraq bu kimi bəyanatları Azərbaycan sözün həqiqi mənasında ciddiyə almamalı, önünə qoyduğu qətiyyətli və prinsipial yolu ilə getməyə davam etməlidir. Bu tip sərsəm, həqiqətdən uzaq bəyanatlara, çıxışlara əhəmiyyət verdik, nəticədə 30 il torpaqlarımız işğalda qaldı".

YAP deputatı Siyavuş Novruzov isə bildirib ki, Avropa Şurasının Komissarının paytaxt Bakıda Hərbi Qənimətlər Parkının açılışını “təəssüflə qarşılaması” absurddur. Ümumiyyətlə, Ermənistanın Azərbaycan ərazilərini uzun müddət işğal altında saxlamasına, bu terrorçu dövlətin dəhşətli müharibə cinayətlərinə göz yumanların ermənilərin acınacaqlı məğlubiyyətinin göstəricisi olan parkın yaradılmasını hüznlə, təəssüflə qarşılamaları riyakarlıqdır: “Bu, həm də işğalçılığa, təcavüzkar siyasətə, separatizmə dəstək ifadə etməkdir. Ayrıca, dünyanın bir sıra ölkələrində qələbə simvolu olan hərbi muzeylər və qənimətlər parkı mövcuddur. Məgər Dünya Miyatoviçin dünyadan xəbəri yoxdur? O, dünya təcrübəsi ilə tanış deyil?! Azərbaycanın qələbəsinin, tarixi ədaləti bərpa etməsinin simvolu olan Hərbi Qənimətlər Parkının yaradılmasından əsassız narahatlıq keçirən Avropa Şurasının Komissarı faşist Qaregin Njdeyə Ermənistanda Serj Sərkisyanın hakimiyyəti dövründə abidə ucadılmasına, terrorçu və cinayətkarın ”qəhrəmanlaşdırılması"na nə üçün hər hansı bir reaksiya verməyib?!

Görünən odur ki, Avropa Şurasının Komissarı 26 Bakı komissarı ilə eyni düşüncələri bölüşür. Şübhəsiz ki, onun qərəzli, ikili standartlara əsaslanan mövqeyi qəbuledilməzdir. Bu yanaşma Azərbaycan cəmiyyəti, o cümlədən haqq-ədalət tərəfdarları tərəfindən ikrah hissi ilə qarşılanır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 08:10
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
Bu gün, 08:08
Neft 4 aydan sonra yenidən BU QİYMƏTƏ OLDU
Bu gün, 08:06
Tramp Ukrayna üçün hazırdır - Detallar razılaşdırılacaq
Bu gün, 08:04
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
Bu gün, 07:45
"Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" - Zaur GİZLİNLƏRİ AÇDI
Bu gün, 07:38
Putin artıq xalqı aldada bilmir - Britaniyalı polkovnik
Bu gün, 07:31
Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…
Bu gün, 07:30
Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? - Belə deyirlər...
Bu gün, 07:28
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
Bu gün, 07:25
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
Bu gün, 07:15
Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR
Bu gün, 07:08
Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər - ARAŞDIRMA
Bu gün, 07:04
"Əsl ustad elə Arif Babayevdir" - Xalq artisti
Bu gün, 06:58
TRİPP "3+3"-ü arxa plana atdı - Görünəni odur ki...
Bu gün, 06:44
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:42
"Son zəng" üçün hər şagirddən 1800 MANAT! - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 06:33
Kremlin Paşinyanı devirmək planı yoxdur - ŞƏRH
Bu gün, 06:31
Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır - DETALLAR
Bu gün, 06:29
Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə - NƏ BAŞ VERİR?
Bu gün, 06:27
1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 06:24
Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? - AKTUAL
Bu gün, 05:32
Paşinyana qarşı SƏFƏRBƏRLİK... - KREML HƏRƏKƏTDƏ...
Bu gün, 05:24
"Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" - Bennet deyir ki...
Bu gün, 05:19
Hökumətin icra qolu problemləri etiraf edirsə... - AKTUAL
Bu gün, 05:07
Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:03
"Fəhləni ixtisar etməyin, maaşını artırın..." - ÇAĞIRIŞ
Bu gün, 04:53
Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... - Ekspert deyir ki...
Bu gün, 04:09
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
Bu gün, 03:59
Ronaldo üçün hələ hər şey indi başlayır... - Çünki indi-indi ipə-sapa yatır...
Bu gün, 03:34
Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... - Pulu boşuna sərf etməsinlər...
Bu gün, 03:30
Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... - REPLİKA
Bu gün, 03:27
Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi və qəribə kart bloklama alqoritmi
Bu gün, 03:23
Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... - ONA GÖRƏ DƏ...
Bu gün, 03:12
Başı getmiş Rusiya sülhə məcbur edilir... - GƏLİŞMƏ
Bu gün, 03:10
5 gündür susuz qalan jurnalistdən QARĞIŞ - "...mənə verilən su qədər ömür arzu edirəm"
Bu gün, 03:02
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı - BUNDAN SONRA...
Bu gün, 02:47
18 milyon kapitallı 26 illik şirkət ləğv edilir – 8,5 MİLYON VERGİ BORCU VAR
Dünən, 18:02
Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb
Dünən, 17:57
Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Dünən, 17:52
Ölkədə anti-Ukrayna ab-havası hökm sürür - Polşa Baş naziri
Dünən, 17:50
Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... - "Bütün qurumlar bir birinin üstünə atır..."
Dünən, 17:44
Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur - ÇÜNKİ...
Dünən, 17:35
Zelenski Polşaya səfərdən imtina etdi - KİV
Dünən, 17:31
“Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:28
Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR - AÇIQLAMA
Dünən, 17:25
İranda banklara növbəti kiberhücum olub
Dünən, 17:23
BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır
Dünən, 17:03
11 milyonluq daha bir şirkət MMC-yə çevrilir
Dünən, 17:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru