Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                 

“Türkiyənin düşmənlərinin sayı çoxalıb” - deputat
Tarix: 20-02-2016, 10:56 | Çap et
“Türkiyənin düşmənlərinin sayı çoxalıb”
Türkiyənin paytaxt şəhəri Ankarada fevralın 17-də törədilən terror aktı nəticəsində 28 həlak olub, 61 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Prezident Rəcəb Tayyib Ərdoğan partlayışı PKK terror təşkilatının Suriyadakı qanadı PYD-nin törətdiyini açıqlayıb. ABŞ-ın Dövlət Departamenti isə belə bir ərəfədə bəyanat yayaraq PYD-ni müttəfiqi adlandırıb. Departamentin rəsmi nümayəndəsi Con Kirbi qeyd edib ki, PYD İŞİD-lə mübarizədə ciddi rol oynayıb. Onun sözlərinə görə, NATO tərəfindən bu qruplaşmanın bütün əməliyyatı havadan dəstəklənir və gələcəkdə də PYD-yə hərbi yardımların davam edəcəyi gözləniləndir. Türkiyədəki terror hadisəsi, bu aktın arxasında dayanan siyasi maraqlar, açqın miqrantlar arasında terrorçuların olması, onlara qarşı mübarizə və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Milli Məclisin deputatı, politoloq Elman Nəsirov cavablandırır.

- Elman müəllim, Ankarada törədilən və çoxsaylı insan itkisi ilə müşayiət olunan terror aktının arxasında nə dayanır, terrorçuların məqsədi nədir?
- Paytaxt Ankarada törədilən terror aktının arxasında dayanan əsas amil Türkiyənin regionda son dərəcə ciddi fiqura çevrilməsidir. Baş nazir Əhməd Davudoğlu hələ xarici işlər naziri olarkən bildirmişdi ki, 20 il bundan öncə Türkiyə Yaxın Şərq regionunda baş verən hadisələrə müdaxilə etməz, bunu öz işi hesab etməzdi. Türkiyə ancaq öz problemləri ilə məşğul olurdu. Lakin bu gün Türkiyə regionda elə bir güclü oyunçuya çevrilib ki, ətrafında baş verən hadisələrə biganə qala bilməz və bilmir. Bu istiqamətdə Türkiyənin dövlət, milli maraqları nəzərə alınır və müvafiq addımlar atılır. Bu fikirlərlə Davudoğlu demək istəyirdi ki, beynəlxalq aləm Türkiyənin addımlarını, onun motivlərini başa düşsün. Nəzərə alaq ki, Ankarada terror aktını PKK-nın Suriya qanadının törətdiyi məlumdur. Belə şəraitdə, hadisənin motivlərini Türkiyənin Suriya siyasətində daha çox tapmaq mümkündür. Türkiyə Suriyada baş verən hadisələrə çox böyük həssaslıqla yanaşır və rəsmi Ankaranın bu mövqeyi başadüşüləndir. Suriyada müharibə başlayandan 4,5 milyona yaxın insan qaçqın, 7 milyondan artıq adam isə məcburi köçkün vəziyyətinə düşüb. Ümumilikdə götürsək, 11 milyona yaxın suriyalı öz evindən, vətənindən didərgin düşüb, bir çox ölkələrə səpələnib. Bu isə 22 milyonluq Suriya əhalisinin 50 faizi deməkdir. 4,5 milyona yaxın suriyalı qaçqının 1,2 milyonu Livana, 2 milyonu Türkiyəyə sığınıb. Bu da Türkiyə üçün çox ciddi problemə çevrilib. Böyük sayda suriyalı qaçqının Türkiyəyə sığınması bu dövlətin təhlükəsizliyi üçün təhdiddir. Çünki həmin qaçqınların içərisində terrorçu qruplaşmaların üzvlərinin də olması mümkündür. Onlar qaçqın kimi Türkiyə ərazisində daxil olur, sonradan terror aktlarında iştirakçıya çevrilirlər. Bununla yanaşı, indiki dönəmdə Türkiyənin düşmənlərinin sayı kifayət qədər çoxalıb. Bu düşmənlər sırasında PKK, İŞİD, Suriyadakı Bəşər Əsəd rejimi də var. Heç kimə sirr deyil ki, rəsmi Ankara Bəşər Əsəd rejiminin legitimliyini tanımır. Belə olan halda, həmin qüvvələr Türkiyəyə qarşı çıxış edir, bu dövləti hədəf seçirlər. Bir qədər əvvəl qeyd etdiyim kimi, Türkiyənin regionda çox güclü dövlətə çevrilməsi, Yaxın Şərqin fövqəldövləti statusuna iddia etməsi, milli maraqlara söykənən, olduqca fəal və çevik, müstəqil siyasət həyata keçirməsi terrorçu qruplaşmaların Türkiyəyə qarşı fəallığını artırır. Burada PKK-nın Suriyadakı qanadının özü də bir alətdir. Daha böyük qüvvələr həmin terrorçu qruplaşmalardan Türkiyə əleyhinə istifadə edə bilərlər.

- Hadisədən sonra Prezident R.T.Ərdoğan partlayışı PKK terror təşkilatının Suriyadakı qanadı PYD-nin YPG qruplaşmasının törətdiyini açıqladı. ABŞ Dövlət Departamenti isə bəyan etdi ki, PYD onun müttəfiqidir. Amerikanın Türkiyəyə, həmçinin terrorçu təşkilata qarşı belə münasibəti necə izah etmək olar?
- XXI əsrin vəbası sayılan beynəlxalq terrorizmə qarşı mübarizə imkanları hazırda ona görə məhdudlaşır ki, ortada “yaxşı” və “pis” terrorçu bölgüsü var. Misal üçün, “Əl-Qaida”, İŞİD pis, radikal terror təşkilatı kimi tanınır, qəbul edilir. Amma ASALA, Daşnaksutyun kimi terror təşkilatlarına belə münasibət göstərilmir. Hətta terror təşkilatı olan Daşnaksutyun siyasi partiya kimi Ermənistan parlamentində təmsil olunur. Amerikanın özündə də terrorizmə münasibətdə ikili yanaşmalar nəticə etibarilə terrorçuların mənafeyinə xidmət edir. Necə olur ki, PKK ABŞ-da terror təşkilatı kimi tanınır, amma onun Suriyada Bəşər Əsədə qarşı müxalifətdə olan bir qanadı terrorçu kimi qəbul edilmir? Deməli, terrorizmə yanaşmada da siyasi maraqlar ön plana keçir. Əgər sabah PKK-nın Suriya qanadı Bəşər Əsədə loyallıq göstərərsə, heç şübhəsiz ABŞ onu da terror təşkilatı kimi qəbul edəcək. Bu cür siyasi yanaşmalar, ikili standartlar beynəlxalq terrorizmə qarşı mübarizə imkanlarını məhdudlaşdırır. Bu da nəticə etibarilə ABŞ-Türkiyə münasibətlərində “soyuqluğun” yaranmasına səbəb olur. Prezident Ərdoğan açıq şəkildə Amerikaya bildirdi ki, ya biz müttəfiqinizi müdafiə edin, ya da terrorçu təşkilatı. Bununla ABŞ-ı seçim qarşısında qoydu. ABŞ Dövlət Departamenti isə buna cavab olaraq bildirdi ki, rəsmi Vaşinqton “yaxşı” qüvvələri silahlandırıb, ancaq bəzi təsadüfi hallar nəticəsində o silahlar “pis” qüvvələrin də əlinə keçib. Halbuki, departament rəsmisinin bəyanatında yer alan “yaxşı” və “pis” qüvvənin hər ikisi terror təşkilatıdır. Belə yanaşma qətiyyən qəbul edilməzdir. Nə qədər ki, “yaxşı” və “pis” terrorçu bölgüsü var, nə qədər ki, hər zaman və hər yerdə prinsipi ilə beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparılmır, bu bəlaya qalib gəlmək imkanları xeyli məhdudlaşır. Ankarada baş verən son terror aktı bu məntiqi bir daha təsdiq edir. Xatırlayırsınızsa, Parisdə baş verən terror hadisəsindən sonra Fransanın paytaxtında dünya ölkələrinin dövlət və hökumət başçıları, digər rəsmiləri beynəlxalq terrorizmə qarşı yürüş təşkil etdilər, xristian həmrəyliyi göstərdilər. Lakin Türkiyənin paytaxtında törədilən terror aktından sonra belə bir həmrəyliyi, yürüşü biz müşahidə etmədik. Bu faktın özü də ikili standartların bariz nümunəsidir.

- Siz bayaq qeyd etdiniz ki, böyük sayda suriyalı qaçqının Türkiyəyə sığınması bu dövlətin təhlükəsizliyi üçün təhdiddir. Bəs nə etməli? Bəlkə bəzi Avropa ölkələri kimi Türkiyə də sərhədi bağlasın, qaçqın miqrantları qəbul etməsin? Yaxud, Ankara terrorunu törədənin suriyalı qaçqın olduğu nəzərə alınıb, Çeçenistan prezidenti Ramzan Kadırovun etdiyi kimi terror iştirakçısı olan istənilən şəxsin bütün ailə üzvləri ölkədən deportasiya olunsun?
- Ümumiyyətlə, təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verilməlidir. Avropa İttifaqı belə bir mövqe bildirib ki, Türkiyə Avropaya miqrant-qaçqın axınının alınmasında ciddi səddir. Bunun üçün təxminən 3 milyard avro həcmində vəsaitin ayrılması qərarına gəlinib. Halbuki, həmin vəsait hələ də lazımi ünvanına çatmayıb. Miqrantları qəbul etmək bir məsələdir, onların tərkibində terrorçuların da ölkəyə soxulması ikinci məsələdir. Suriyadan Türkiyəyə sığınan insan özünü mülki əhali kimi təqdim edir, sərhədi keçir, sonra isə ölkə daxilində terror niyyətlərini reallaşdırır. Ona görə də təhlükəsizlik baxımından belə məsələlərdə Türkiyəyə dəstək verilməsi, hətta terrorçu olmasına şübhələr olduğu, dəqiqləşdirmələr aparıldığı halda şəxsin həbsi, ailəsinin deportasiyası da vacibdir. Təsəvvür edin, hansısa terrorçu tutulub saxlanılırsa, zərərsizləşdirilirsə, onun ailə üzvləri, qohum-əqrəbası potensial terrorçuya çevrilə bilərlər. Kim zəmanət verə bilər ki, həmin terrorçunun ailə üzvləri, o cümlədən həyat yoldaşı, yaxud da digər qohumları buna görə hüquq-mühafizə orqanlarından qisas almayacaq, haradasa terror aktı törədib bu həbsə etiraz etməyəcək? Ona görə də Suriyadan Türkiyəyə miqrant və ya qaçqın kimi daxil olan, lakin terrorizmi özünə fəaliyyət seçən insanların üzə çıxarılması, həmçinin onlara bağlı insanlar, ailə üzvləri ilə əlaqədar da müəyyən addımlar atılmalıdır. Çünki arxayın olmaq qeyri-mümkündür. Heç kim deyə bilməz ki, terrorçu həbs olunandan sonra onun ailə üzvləri, qohumları dinc yerində oturacaq, baş verənlərlə barışacaqlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru