CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                     Peşə Təhsilində gizlədilən vakansiyalar .....                     "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... .....                     Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi .....                     Ukrayna hərbçiləri açıqladı: .....                     Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi .....                     Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                     Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür .....                     Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR .....                     Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər .....                     Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                 

Qərbi Azərbaycan Qaçqınları Mehriban xanım Əliyevaya müraciət etdilər - MƏTN
Tarix: 19-02-2019, 10:33 | Çap et
Qərbi Azərbaycan Qaçqınları Mehriban xanım Əliyevaya müraciət etdilər
Azərbaycan Qaçqınlar Cəmiyyəti Mətbuat Xidmətinin verdiyi məlumata görə, AQC-nin İdarə Heyəti adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Müraciət edilmişdir. Müraciətdə M.Əliyevanın Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın mədəni irsinin qorunması və dünya səviyyəsində təbliği sahəsində illərdən bəri gördüyü işlər yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti seçiləndən dərhal sonra qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli məsələsini xüsusi nəzarətə götürməsinin isə bu sahədə böyük bir dönüşə səbəb olduğu qeyd olunmuşdur.

Daha sonra Müraciətdə deyilir: “Lakin təəssüf ki, Azərbaycanda sanki hamı yaddan çıxarıb ki, Qarabağ münaqişəsinin ilk mərhələsində (1988-1991-ci illərdə) ən böyük itkimiz Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası ərazisində) min illərdən bəri yaşayan 250 min nəfər soydaşımızın ata-baba yurdlarından həmişəlik qovulması və həmin torpaqlardakı mədəni irsimizin məhv edilməsi oldu. O vaxt Azərbaycanda hakimiyyət başında olan anti milli və anti Heydər Əliyevçi qüvvələrin “xidməti” sayəsində o insanlar bir çox sıxıntılar yaşadılar, onlara nə vətənlərində qala bilmək üçün Azərbaycandan dövlət səviyyəsində dəstək verildi, nə də Azərbaycanda dövlət səviyyəsində maddi-mənəvi yardım göstərildi. Səbəb isə yalnız və yalnız o idi ki, həmin qüvvələr Qərbi Azərbaycandan gələnlərin Heydər Əliyevi dəstəkləyəcəklərini bilirdilər və bundan qorxurdular”.

Müraciətdə Qərbi Azərbaycan qaçqınlarına qarşı həmin biganəliyin dövlət qurumları tərəfindən bu gün də davam etdiyi təəssüflə qeyd olunur: “Bütün rəsmi dövlət sənədlərində 1988-1991-ci illərdə Ermənistandan 250 min qaçqın gəldiyi və bu gün onların sayının artıb 350 min nəfərə çatdığı qeyd olunsa da, Azərbaycanda heç bir dövlət qurumu həmin qaçqınların problemləri ilə məşğul olmur. Bütün bunlar bizi belə düşünməyə vadar edir ki, o vaxtkı həmin anti milli, anti Heydər Əliyevçi qüvvələr və ya onların oxşarları bu gün də Azərbaycan hakimiyyətinin müəyyən strukturlarında əyləşiblər. Belə insanlar qaçqınlara belə münasibətlə ya bilərəkdən düşmən ideologiyasına xidmət edirlər, ya da Azərbaycan xalqının böyük bir kəsiminə mənfi münasibətlərinin əsiridirlər”.

Müraciətdə bu yaxınlarda qərbi azərbaycanlıların 1988-ci il soyqırımının 30 illiyinin və 1948-1953-cü illər deportasiyasının 70 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Cəmiyyətin etdiyi müraciətlərin dövlət tərəfindən cavabsız qalması da təəssüflə xatırlanır. “Biz bununla dünyaya mesaj vermək istəyirdik ki, Ermənistanın Qarabağı işğalı, özlərinin iddia etdiyi kimi, heç də buradakı erməni əhalinin sosial-iqtisadi maraqlarını müdafiə etməklə bağlı deyildi, ermənilər eyni soyqırımını Xocalıdan, Kərkicahandan qabaq Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində türk-müsəlman əhaliyə qarşı törətmişlər. Bu gün prezidentimiz ən yüksək kürsülərdən deyirsə ki, indiki Ermənistan Azərbaycanın tarixi torpaqlarında yaradılıb, bizim bu faktın əyani sübutu kimi, 250 min qaçqının tarixi faciəsinin 30 illiyini dünyaya təqdim etməyimiz kimləri və niyə qorxudur?” – deyə Müraciətdə bildirilir.

Qərbi Azərbaycan Qaçqınları Mehriban xanım Əliyevaya müraciət etdilər

Daha sonra Müraciətdə deyilir: “Biz Qərbi Azərbaycan qaçqınları vətənini, millətini, dövlətini sevən insanlarıq. 30 ildir vətən itirmişik, o vətənin dağını, daşını, çayını, suyunu, havasını, torpağını itirmişik, ata-baba ocaqlarımızı, ata-babalarımızın məzarlarını itirmişik. Lakin 30 ildir Azərbaycanda Qərbi Azərbaycan adına bir muzey, bir xatirə kompleksi, bir xatirə parkı, bir abidə yoxdur. Sanki bu insanlar vətən qoyub gəlməyiblər. Dövlət bir yazıçının, bir sənətkarın yubileyini ən yüksək səviyyədə qeyd edir, bu, çox yaxşı! Dövlət qurumları işğal altında olan rayonlarımızın işğal gününü hər il yad edir, bu da çox yaxşı! Lazımdır, vacibdir! Bəs bizim işğal altında qalan İrəvan, Zəngəzur, Dərə-ləyəz, Göyçə, Dərəçiçək, Qaraqoyunlu, Şəmşəddil, Vedibasar, Zəngibasar, Gərnibasar, Loru, Pəmbək, Ağbaba, Şörəyel və s. yurdlarımızın millətimiz və dövlətimiz üçün heç bir önəmi yoxdur? Doğrudanmı bəzi insanlar o yurdları bizim yaddaşımızdan, sonra balalarımızın, ən sonda isə bütün millətin yaddaşından silə biləcəklərini güman edirlər?”

Müraciətin sonunda Qərbi Azərbaycan qaçqınları adından Qərbi Azərbaycanla bağlı mədəni irsə sahib çıxılmasında, Qərbi Azərbaycan torpaqlarının unudulmaması üçün ardıcıl və məqsədyönlü iş aparılmasında yardımçı olması xahişi ilə Birinci vitse-prezidentə müraciət olunur.

Müraciəti Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyəti adından Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli imzalamışdı
\\moderator.az\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru