"Biləvçay" MMC fəaliyyətini DAYANDIRDI: Dövlətə 24 min manatdan çox ÖHDƏLİYİ QALDI .....                     Səhiyyə Nazirliyinin həbsdə olan keçmiş idarə rəisi .....                     Xalq artisti qalmaqallı şirkətlə əlaqələrini kəsib .....                     İran atom bombasından güclü silah tapıb .....                     "Lənkəran-Çay-5" ASC bağlandı .....                     “Ermənistanın İrana ərazi iddiası… Necə olacaq?” .....                     ABŞ Ermənistandakı TRIPP+ fondunun maliyyəsini ikiqat artırdı! .....                     NATO-nun Ukraynaya silah tədarükünü əlaqələndirən komandanlığı ABŞ-da qalıb .....                     Zülfəli İsmayılov bu QÜDRƏTİ kimdən alır? .....                     "Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!" .....                     Ruslar Özbəkistan vətəndaşını deportasiya edəcək... .....                     İrəvanda qadınlar hakimiyyəti ələ keçirib... .....                     "Evdə iydən otura bilmirik" .....                     "“Sorry”, Nolan qardaş, bu səfər o döyül qaqa..." .....                     Kartdan karta köçürməyə QADAĞA gəlirsə... .....                     Prezidentə müraciət olundu .....                     Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək .....                     Xurafat fanatizmi necə qidalandırır? .....                     Kəndlini kənddə saxlamaq üçün: .....                     Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib .....                     Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi .....                     "Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" .....                     Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU .....                     İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir .....                     ​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses .....                     Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib .....                     Azərbaycanda 2 gəmiçilik şirkəti .....                     Onlar vəzifədən azad olundu .....                     “Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib .....                     "Unibank"da yeni sədr təyinatı olub .....                     Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək .....                     Nəriman Axundzadə Türkiyə klubuna keçir .....                     Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: .....                     Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? .....                     Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır .....                     Ordumuzun polkovnikinə vəzifə veriləcək .....                     “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” .....                     İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb .....                     Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır .....                     SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni .....                 

3 il əsirlikdə: "Pəncələrimizə vururdular ki, gəzə bilməyək" - DƏHŞƏTLİ FAKTLAR...
Tarix: 30-09-2025, 02:31 | Çap et

Ukraynanın Xerson şəhərinin keçmiş meri Volodimir Mikolayenko üç il Rusiya əsirliyində qalıb. O, işgəncələrdən, aclıqdan necə sağ çıxdığını nəql edir.

Rusiya qüvvələri Mikolayenkonu 2022-ci ilin aprelində, genişmiqyaslı işğalın ilk həftələrində oğurlayıblar. O, uzun müddət itkin sayılıb. Bu il avqustun 24-də – Ukraynanın Müstəqillik Günündə əsir mübadiləsi çərçivəsində azad olunub.

65 yaşlı Mikolayenko xeyli arıqlayıb, zəif və cüssəsiz görünür. Amma ruhu möhkəmdir və azadlığa alışmağa çalışır.

“İllərlə yalnız barmaqlıqlar və beton gördüm. Azadlığa çıxanda ilk gördüyüm yaşıllıq, çiçəkləyən ağaclarımız oldu. Bu hədiyyəyə görə minnətdaram”, – azadlığa çıxdıqdan bir neçə həftə sonra o, Kiyevdə AzadlıqRadiosunun Krım.Reallii layihəsinə danışıb.

Mikolayenko əsirlikdə 25 kiloqram arıqlayıb.

Amma artıq işləməkdən danışır – ya Xersonun bərpasına, ya da əsirlikdə olan ukraynalıların azad olunması səylərinə kömək etmək istəyir.

Merdən müdafiəçiyə

2022-ci il fevralın 24-də Rusiya genişmiqyaslı işğala başlayanda Volodimir Mikolayenkonun 62 yaşı vardı. O, Xerson şəhər şurasının üzvü, 2014–2020-ci illərdə şəhərin meri olmuşdu. Müharibə başlayınca Könüllü Ərazi Müdafiə qüvvələrinə qoşulur.

Naddnipryanske keçidi, Xersonu Dnepr çayının şərq sahili ilə birləşdirən Antonivski körpüsü yaxınlığında silah əldə etdiyini xatırlayır. Onda Rusiya artilleriyası şəhərə gedən yolları atəşə tuturdu.

Ukrayna qüvvələri cavab zərbələri ilə keçidi dağıtmağa, bəlkə də körpünü sıradan çıxarmağa çalışırdı. “Xerson vilayətində bir dənə də olsun körpünün partladılmadığına təəccübləndim”, – Mykolayenko xatırlayır.

Şərqdə isə istisna baş verdi – 23 yaşlı əsgər Vitali Skakun Heniçesk körpüsünü öz həyatı bahasına partlatdı və Rusiya kolonunun irəliləməsini ləngitdi.

Ukraynalıların müqavimətinə baxmayaraq, Rusiya zirehli texnikası Xersona çox sürətlə yaxınlaşdı.

“Çox tez gəldilər. Elə bil yolları təmizlənmişdi, bircə qırmızı xalça çatışmırdı”, – deyən Mykolayenko bu gün də inanır ki, işğalçıların irəliləməsində yerli satqınların rolu olub.

Az keçməmiş Xerson sakinləri işğalçılara silahsız, kütləvi etirazlarla müqavimət göstərdilər.

2022-ci il martın əvvəlində minlərlə insan silahlı əsgərlərin qarşısına çıxaraq “Slava Ukraini!” (Ukraynaya eşq olsun!) və “Ar olsun!” şüarları səsləndirdi.

Ən böyük mitinq martın 13-də keçirilib.

“Sovet dövründə belə bu qədər adam görməmişdim. Xersonun təslim olmayacağına inanırdım. O izdiham, on min, bəlkə də daha çox idilər, məni heyrətləndirdi”, – Mykolayenko danışır.

“Silahlılar məni baqaja atdı”

Xerson apreldə Rusiya qoşunlarının nəzarətində idi. Mikolayenko “tələ” adlandırdığı bir duruma düşməsindən danışır.

Ərazi Müdafiəsindən olduğunu iddia edən bir şəxs Mikolayenkoya deyib ki, həssas məlumatı Ukrayna hakimiyyətinə çatdırmalıdır. Onlar görüşməyə razılaşıblar:

“Bir maşın sürətlə gəldi. Silahlı kişilər məni baqaja atdı və işgəncə kamerasına çevrilmiş polis bölməsinə apardılar”.

Bundan sonra Mikolayenkonu Rusiyanın işğal etdiyi Krımın Sevastopol şəhərinə, oradan isə Rusiyanın Voronejdəki Borisoqlebsk şəhərinə aparılıb, orada beş ay saxlanılıb.

2022-ci ilin oktyabrında Moskvadan təxminən 200 kilometr şərqdə yerləşən Vladimir bölgəsindəki Pakino cəza koloniyasına göndərilib. Ötən ay azad olunanacan orada qalıb.

Mikolayenko koloniyadakı amansız şəraitdən, gördüyü davamlı fiziki və psixoloji işgəncələrdən söz açır:

“Döyülmə, dindirmələr, alçaldılma 24 saat davam edirdi. Əlini divara qoyub dayanmağa məcbur edirdilər və rezin çubuqla vururdular ki, şişsin. Pəncələrinə vururdular ki, gəzə bilməyəsən”.

Aclıq içində

Mikolayenkonun həbsdə bu qədər çəki itirməsi təəccüblü deyil. Orada dustaqlar daim aclıq çəkiblər.

“Nahara bulanıq şorba verilirdi. Bir dəfə bəxtim gətirdi: mənə yeddi arpa dənəsi düşdü. ‘Çempionsan’, deyə zarafat edirdilər. Qaşığa ehtiyac yox idi, altı-yeddi qurtumla bitirdi. ‘İkinci yemək’ qaynadılmış kartof qabığından ibarət idi. Və bir parça çörək. Bunlar bizi acından ölməyə qoymurdu”, – o danışır.

Beton həyətə çıxmağa icazə veriləndə isə Mikolayenko digər məhbuslarla asfaltın çatlarından çıxan gicitkənləri toplayıblar:

“Vitamin ala bilmək üçün yeyirdik”.

Mikolayenko danışır ki, onu işgəncələr altında Moskvayla əməkdaşlığa məcbur etməyə çalışıblar. Amma bu zorakı təkliflərə müqavimət göstərə bilib.

Digərlərinin isə o qədər də bəxti gətirməyib:

“Bəziləri özünü asmağa, damarlarını, boğazını kəsməyə çalışırdı. Bəziləri döyülməkdən üst-başını batırırdı; dözə bilmirdilər”.

“Ana, səni çox sevirəm”

Mikolayenkonun adı 2022-ci ilin yazında əsir mübadiləsi siyahısında görünsə də, azad olunması üç ildən çox çəkib.

Danışır ki, bir dəfə azadlığa çıxmağına “bircə addım” qalıb, paltarını geyinibmiş, bu zaman gənc, ağır xəstə və ağılını itirmək üzrə olan bir məhbusu görüb.

Mikolayenko getməkdən imtina edib, nəzarətçilərə həmin gəncin buraxılması üçün yalvarıb:

“Ya o, ya mən. Dedim ki, ‘uşağı götürün. Onun sağalmaq şansı var idi”.

Üç ilə yaxın həbsdə olduqdan sonra azadlığa çıxanda ilk zəngini Ukrayna Silahlı Qüvvələrində xidmət edən qızına edib. Anasının hələ sağ olduğunu, bir gün sonra 91 yaşına girəcəyini öyrənir. Onunla danışanda “Ana, səni çox sevirəm” sözlərini dilə gətirir.

“Bu həyatda ailəmizə çox az mehriban sözlər deyirik. Yalnız orada [həbsdə] olarkən nə qədər dəyərli olduqlarını anlayırsan”, – Mikolayenko bildirir.

Doğma şəhəri Xerson 2022-ci ilin noyabrında azad edilib. Amma şəhər dağıntılar içindədir, anasının evi dağılıb, özünün mənzilinə ziyan dəyib.

Ailəsi isə şəhərdən heç çıxmayıbmış. Həbsdə ikən onlarla əlaqəsi olmayıb, sağ qalıb-qalmadıqlarını bilməyib.

Mikolayenko indi də dinc oturmur. Deyir, Xersona qayıdıb şəhərin bərpasına kömək etmək, yaxud digər məhbusların azadlığı üçün çalışmaq istəyir:

“Hər gün özümü narahat hiss edirəm – dostlar oradadır, mən isə azadlıqda. Baş nazir müavini İrina Vereşçuka demişəm ki, könüllü kimi də olsa, kömək etməyə hazıram”.

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Biləvçay" MMC fəaliyyətini DAYANDIRDI: Dövlətə 24 min manatdan çox ÖHDƏLİYİ QALDI - TƏFƏRRÜAT
Bu gün, 06:15
Səhiyyə Nazirliyinin həbsdə olan keçmiş idarə rəisi - : “Mənimkimilərin sayəsində...”
Bu gün, 06:14
Xalq artisti qalmaqallı şirkətlə əlaqələrini kəsib - “Kadrlarımı yayımlayıblar, bu doğru deyil”
Bu gün, 06:11
İran atom bombasından güclü silah tapıb - "Newsweek"
Bu gün, 06:08
"Lənkəran-Çay-5" ASC bağlandı - FOTO
Bu gün, 06:06
“Ermənistanın İrana ərazi iddiası… Necə olacaq?” – Yeqoyan
Bu gün, 06:02
ABŞ Ermənistandakı TRIPP+ fondunun maliyyəsini ikiqat artırdı! – 402 milyon
Bu gün, 06:01
NATO-nun Ukraynaya silah tədarükünü əlaqələndirən komandanlığı ABŞ-da qalıb
Bu gün, 05:58
Zülfəli İsmayılov bu QÜDRƏTİ kimdən alır? - NARAZILIQ VAR...
Bu gün, 03:28
"Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!" - keçmiş deputat
Bu gün, 03:12
Ruslar Özbəkistan vətəndaşını deportasiya edəcək... - SƏBƏB
Bu gün, 03:07
İrəvanda qadınlar hakimiyyəti ələ keçirib... - SİYAHI
Bu gün, 03:05
"Evdə iydən otura bilmirik" - GİLEY
Bu gün, 03:01
"“Sorry”, Nolan qardaş, bu səfər o döyül qaqa..." - Nura Suri
Bu gün, 02:54
Kartdan karta köçürməyə QADAĞA gəlirsə... - AKTUAL
Bu gün, 02:28
Prezidentə müraciət olundu - TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 02:23
Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək – 1.5 milyona
Dünən, 18:08
Xurafat fanatizmi necə qidalandırır? -TURAL İRFAN YAZIR
Dünən, 18:04
Kəndlini kənddə saxlamaq üçün: - İş, məktəb, pul, ev, əyləncə...
Dünən, 17:59
Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib - Tramp
Dünən, 17:54
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
Dünən, 17:53
"Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" - Qafar Çaxmaqlı
Dünən, 17:49
Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU - TƏFƏRRÜAT
Dünən, 17:47
İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir - Pezeşkian
Dünən, 17:44
​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
Dünən, 17:42
Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib - KİV
Dünən, 17:35
Azərbaycanda 2 gəmiçilik şirkəti – BAĞLANIR
Dünən, 17:30
Onlar vəzifədən azad olundu - BUNDAN SONRA...
Dünən, 17:27
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib - TƏFƏRRÜAT
Dünən, 17:21
"Unibank"da yeni sədr təyinatı olub - FOTO
Dünən, 17:19
Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək - Elməddin Cəfərovla MÜSAHİBƏ
Dünən, 17:17
Nəriman Axundzadə Türkiyə klubuna keçir
Dünən, 17:15
Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: - Rusiyaya “Ermənistandan dərhal çıx” mesajı verildi
Dünən, 17:12
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:14
Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır - GİLEY
Dünən, 16:05
Ordumuzun polkovnikinə vəzifə veriləcək - DETALLAR
Dünən, 16:00
“Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” - TƏFƏRRÜAT
Dünən, 15:51
İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb - MALƏSƏF...
Dünən, 15:46
Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
Dünən, 15:22
SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni AÇIQLAMA
Dünən, 15:20
Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib
Dünən, 15:12
“Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” - Sərxan Kərəmoğlu
Dünən, 13:28
"Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" - Şeyx Əbdül
Dünən, 13:25
Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 13:23
Tanınmış aktyor ADY-dan narazı qaldı: - “Yekə adamlarsız”
Dünən, 13:20
"Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... - BU NƏDİ BELƏ?
Dünən, 13:13
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib - BİRGƏ MƏLUMAT
Dünən, 13:00
Rusiyada ağır vəziyyətdəki azərbaycanlını Diaspor Komitəsi vətənə gətirdi
Dünən, 12:52
Melaniya Paşinyanın mətbuat katibi təyin edildi
Dünən, 12:44
10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar - AXI NİYƏ...
Dünən, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru