Netanyahu ilə aramızda fikir ayrılıqları olur .....                     ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? .....                     İranla Ermənistan eyni layihədə... .....                     Son sutkada azı 10 ticarət gəmisi Hörmüz boğazından keçib .....                     Səhiyyə Nazirliyi mebel və peyvənd alır .....                     Səfər ayı bitir: Toy mövsümü yeni qiymətlərlə başlayacaq? .....                     Rusiya şirkəti Azərbaycandakı fəaliyyətinə xitam verir .....                     Putin yeni cəbhə qurur .....                     İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? .....                     Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... .....                     “Badamlı” zavodunda oğurluq .....                     "Modenis" MMC "MPAY" MMC-yə qoşulur .....                     Mərkəzi Bank "Mpay"ın lisenziyasını ləğv etdi .....                     Azərbaycana Paşinyan yox, sülh lazımdır .....                     Azərbaycan və Qazaxıstan Transxəzər fiber-optik kabel xəttinin çəkilişini başa çatdırdı .....                     Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti .....                     Erməni millətçiliyi kartı yenidən işə salınır .....                     Halal qida şirkətinin borcu 1,6 milyon manatı ötdü .....                     “Banklar və Fintex Assosiasiyaları kimdir ki, bizim bank sirrimizi bilsin?” .....                     Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil .....                     FHN Üzeyir Mehdizadənin obyektinin istismarına icazə verdi .....                     Bir milyonluq “Kəpəz Mehmanxanası” ləğv ediləcək .....                     “Utanın, ay Şamaxı camaatı!” cümləsini kim yazıb? .....                     Nigar Fərhadın əri HƏBS EDİLDİ .....                     Abbas Əraqçi Pakistana səfər edəcək .....                     Pezeşkian HAMAS-ın yeni liderinə İranın dəstəyini açıqlayıb: .....                     Ukrayna ilə Latviya arasında müdafiə və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub .....                     General rəisi vəzifəsindən azad etdi .....                     TƏBİB-dən səs yazısı yayılan həkimlə bağlı .....                     Dövlət Agentliyinin Kommunikasiya şöbəsinə rəhbər təyin olunub .....                     Qatarla hər gün orta hesabla 141 azərbaycanlı turist Gürcüstana gedib .....                     Pandemiyadan sonra biletlərin qiymətini qaldırdıq .....                     Məhəmməd Salah "Trabzonspor" formasını geyindi .....                     Ermənistanda 8 hərbçi ÖLDÜ .....                     Veysəloğlu MMC-nin "Dost Əllər" layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirildi .....                     Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib .....                     "Mənə bu yolla əlavə borc yazıla bilər" .....                     Vüsal Aslanovdan yeni rəis təyinatları .....                     Ali Məhkəmənin hakimi Şahin Yusifov təqaüdə yola salınıb .....                     "Açıq şəkildə 80 manat istədilər..." .....                 

“Bundan sonra Tramp Zelenskiyə deyil, Putinə təzyiq etməlidir” - ÇÜNKİ...
Tarix: 3-05-2025, 00:02 | Çap et
“Bundan sonra Tramp Zelenskiyə deyil, Putinə təzyiq etməlidir”
Mayın 1-nə keçən gecə ABŞ və Ukrayna arasında yeraltı sərvətlərə dair saziş imzalanıb. Saziş çərçivəsində investisiya fondu yaradılacaq. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. “Bloomberg”in məlumatına görə, saziş imzalandıqdan sonra Vaşinqton Ukraynanın təbii ehtiyatlarının, o cümlədən alüminium, qrafit, neft və təbii qazın inkişafı üçün investisiya layihələrinə çıxış əldə edəcək.

“Prezident Donald Trampın davamlı sülhü təmin etmək üçün yorulmaz səyləri sayəsində mən bu gün Birləşmiş Ştatlar və Ukrayna arasında ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondunun yaradılması haqqında tarixi iqtisadi tərəfdaşlıq sazişinin imzalandığını elan etməkdən məmnunam” deyə ABŞ maliyyə naziri Skott Bessent bildirib.

Sazişə əsasən, ABŞ Maliyyə Nazirliyi və Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası tərəfdaşlığın inkişafı üçün Ukrayna hökuməti ilə işləyəcək.

Həmçinin ABŞ Prezidenti Donald Tramp Kiyevlə yerin təki sazişinə münasibət bildirib və bəyan edib ki, Amerika mədən sənayesinin Ukrayna ərazisində olması ölkənin təhlükəsizliyini təmin edəcək.

Ukrayna ABŞ ilə resurs sazişinin təfərrüatlarını açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna və ABŞ arasında faydalı qazıntılar üzrə saziş bir neçə elementdən ibarətdir: “İki texniki saziş var: dövlət qurumları arasında suveren fondun yaradılması və fond daxilində vəzifələrin bu şəkildə bölüşdürülməsi haqqında”.

“The Financial Times” qəzetinin mənbələri Ukraynanın son anda resurs müqaviləsinin şərtlərini dəyişməyə çalışacağını iddia edib. Həmçinin, jurnalistlərlə söhbətində Ukrayna rəsmiləri qeyd ediblər ki, onlar hələ də sövdələşmənin taleyindən narahatdırlar. Onlar ABŞ-ın hərəkətlərindən məyus olduqlarını bildiriblər.

Sözügedən sazişlə bağlı fikirlərini bildirən azərbaycanlı politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, qısa adı “resurs anlaşması” olan sənədə müxtəlif şərhlər verilir: “Bir qism bu anlaşmanın Ukraynanın zərərinə, digərləri xeyrinə olduğunu vurğulayır. Fikrimcə, həqiqət hardasa bu iki yanaşmanın ortasındadır. Hər halda yeni anlaşmanın şərtləri ilə tanış olduqda, bu sazişin əvvəlkindən Ukrayna üçün daha münasib olduğu qənaətinə gəlmək olar. Tramp administrasiyasının əvvəl təklif etdiyi sazişdə Ukraynanın resurslarının tamamı Amerikanın nəzarətinə keçirdi və resursların istifadəsindən Amerikaya borcun qaytarılması nəzərdə tutulurdu. Yeni sazişin mətnində Ukrayna üçün bu ağır bəndlər yoxdur”.

“Tramp Ukraynanın Amerikaya 500 milyard dollar borcunun olduğunu iddia edirdi. Halbuki, bu rəqəm xeyli şişirdilib. Buna görə də Ukrayna Prezidenti Zelenki havadan götürülən borcla razılaşmadı və Vaşinqtonun təzyiqinə baxmayaraq, saziş üzərində işin davam etdirilməsini lazım bildi və ortaya yeni saziş sənədi çıxdı”, - Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, yeni sazişin praktik necə həyata keçiriləcəyi də sual altındadır: “Birincisi, Ukraynanın böyük yeraltı resurslara malik olması barədə səhih məlumat yoxdur. İkincisi, Ukraynanın əsas yeraltı resursları işğal altındakı ərazilərdədir. Bu halda ABŞ-la Ukrayna həmin resursları necə istismar edəcəklər? Üçüncüsü, resursların istismarı üçün müharibə ya başa çatmalı, ya da uzun müddətli atəşkəs elan edilməlidir. Rusiya isə istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır”.

“Buna baxmayaraq, yeni razılaşmanın Ukrayna üçün müsbət tərəfləri də var. Bu saziş ABŞ-ın Ukraynanın işğal edilməyən ərazisinə təhlükəsizlik təminatı verməsi anlamına gəlir. Çünki ABŞ bundan sonra Ukraynanın yeraltı resurslarını öz resursları kimi qorumalıdır. Bundan başqa, Tramp sazişdən çıxış edərək Ukraynaya hərbi yardımı davam etdirmək məcburiyyətindədir. Kiyevə elə bu lazımdır ki, Vaşinqton Ukraynaya hərbi yardımı dayandırmasın”, - analitik qeyd edib.

Mərkəz rəhbəri hesab edir ki, indi top Rusiyanın meydanındadır: “Bundan sonra Tramp Zelenskiyə deyil, Rusiya Prezidenti Vladimir Putinə təzyiq etməlidir. Çünki, müharibə dayanmadan ABŞ şirkətlərinin Ukraynada çalışması çətindir. Ancaq müharibə bitmədən ABŞ-ın bir neçə şirkəti Ukrayna ərazisində fəaliyyətə başlayarsa, bu dəfə Putinin işi çətinləşəcək. Çünki Rusiya Ukraynadakı hədəflərini vurarkən, raketlərdən hər hansı biri ABŞ-ın çalışmağa başladığı məntəqəyə dəyərsə, Moskva artıq qarşısında ABŞ-ı görəcək”.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Netanyahu ilə aramızda fikir ayrılıqları olur - Vens
Bu gün, 06:05
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
Bu gün, 06:02
İranla Ermənistan eyni layihədə... - GƏLİŞMƏ
Bu gün, 05:59
Son sutkada azı 10 ticarət gəmisi Hörmüz boğazından keçib - KİV
Bu gün, 05:57
Səhiyyə Nazirliyi mebel və peyvənd alır – 2.7 milyon xərclənəcək
Dünən, 18:03
Səfər ayı bitir: Toy mövsümü yeni qiymətlərlə başlayacaq? - AKTUAL
Dünən, 18:02
Rusiya şirkəti Azərbaycandakı fəaliyyətinə xitam verir
Dünən, 17:55
Putin yeni cəbhə qurur - Azərbaycanın adı...
Dünən, 17:40
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
Dünən, 17:34
Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
Dünən, 17:23
“Badamlı” zavodunda oğurluq - Pulları götürən öz əməkdaşı imiş
Dünən, 17:19
"Modenis" MMC "MPAY" MMC-yə qoşulur
Dünən, 17:12
Mərkəzi Bank "Mpay"ın lisenziyasını ləğv etdi
Dünən, 17:11
Azərbaycana Paşinyan yox, sülh lazımdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
Azərbaycan və Qazaxıstan Transxəzər fiber-optik kabel xəttinin çəkilişini başa çatdırdı
Dünən, 17:02
Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti - Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu...
Dünən, 16:59
Erməni millətçiliyi kartı yenidən işə salınır - Politoloq
Dünən, 16:48
Halal qida şirkətinin borcu 1,6 milyon manatı ötdü - dövlətlə HALALLAŞMAQ yoxdur?
Dünən, 16:45
“Banklar və Fintex Assosiasiyaları kimdir ki, bizim bank sirrimizi bilsin?” - ETİRAZ VAR...
Dünən, 16:41
Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - VİDEO
Dünən, 16:40
FHN Üzeyir Mehdizadənin obyektinin istismarına icazə verdi - DETALLAR
Dünən, 16:37
Bir milyonluq “Kəpəz Mehmanxanası” ləğv ediləcək - YIĞINCAQ
Dünən, 16:35
“Utanın, ay Şamaxı camaatı!” cümləsini kim yazıb? - Xalq artistindən cavab
Dünən, 16:32
Nigar Fərhadın əri HƏBS EDİLDİ - FOTO
Dünən, 16:29
Abbas Əraqçi Pakistana səfər edəcək - “The Nations”
Dünən, 16:22
Pezeşkian HAMAS-ın yeni liderinə İranın dəstəyini açıqlayıb: - Fələstin Tehranın gündəmində qalır
Dünən, 15:30
Ukrayna ilə Latviya arasında müdafiə və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub
Dünən, 15:09
General rəisi vəzifəsindən azad etdi - BUNDAN SONRA...
Dünən, 15:08
TƏBİB-dən səs yazısı yayılan həkimlə bağlı - REAKSİYA
Dünən, 13:09
Dövlət Agentliyinin Kommunikasiya şöbəsinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Dünən, 13:05
Qatarla hər gün orta hesabla 141 azərbaycanlı turist Gürcüstana gedib
Dünən, 13:02
Pandemiyadan sonra biletlərin qiymətini qaldırdıq - İlqar Mustafayevin MƏHKƏMƏSİ
Dünən, 13:00
Məhəmməd Salah "Trabzonspor" formasını geyindi - FOTO
Dünən, 12:57
Ermənistanda 8 hərbçi ÖLDÜ - Paşinyan onu İSTEFAYA GÖNDƏRİR
Dünən, 12:53
Veysəloğlu MMC-nin "Dost Əllər" layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirildi
Dünən, 12:48
Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib
Dünən, 12:46
"Mənə bu yolla əlavə borc yazıla bilər" - Vətəndaş "Azəriqaz"dan narazıdır
Dünən, 12:42
Vüsal Aslanovdan yeni rəis təyinatları - ƏMR
Dünən, 12:31
Ali Məhkəmənin hakimi Şahin Yusifov təqaüdə yola salınıb - FOTO
Dünən, 12:29
"Açıq şəkildə 80 manat istədilər..." - GİLEY
Dünən, 12:25
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
Dünən, 11:59
Ülvi Qılınca qarşı HAQSIZLIQ: - "Qorxaqdırlar deyə bu işi görüblər"
Dünən, 11:51
Direktorun və şöbə müdirlərinin apellyasiya şikayətinə baxılacaq - TƏFƏRRÜAT
Dünən, 11:46
Putin təsdiqlədi: - Azərbaycanlılar bu hallarda Rusiyadan çıxarılacaqlar
Dünən, 11:42
Erməni diasporu tur paketi “qazandı” - Bakıdakı “Marriott” otellərinə təhlükə nədir?
Dünən, 11:38
Azərbaycan-Ermənistan Sülh Sazişi Rusiyanı istənilən sanksiya paketindən daha çox zəiflədə bilər... - EPŞTEYN
Dünən, 11:34
MİDA-da mənzil vədi ilə 27 min manatlıq dələduzluq – CƏZA
Dünən, 11:31
Universitetlərin akademik azadlığı açıqlandı – Azərbaycan son sıralarda
Dünən, 11:29
"Ermənistanda baş verən hadisələr insanların əsl simasını üzə çıxarıb” - Arman Abovyan
Dünən, 11:28
Separatçılarla dost olan biri niyə Azərbaycana dəvət edilib? - Deputatdan sual
Dünən, 11:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru