Peşə məktəblərində direktorların "qara siyahısı" .....                     Səyyad Əlizadənin oğlu: .....                     Professor Səfəvi müzakirəsinə son qoydu: .....                     Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur .....                     Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb .....                     AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR .....                     Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı .....                     "Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib .....                     Elman Abdullayev UNESCO-dan geri çağırılıb, .....                     Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb .....                     Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib .....                     Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı .....                     "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" .....                     Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? .....                     Vardanyan ətrafında şou yaradanların məqsədi .....                     Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində .....                     “Unibank”ın səhmdarları sentyabrda toplanır .....                     “Azərbaycan Evro-Kredit” BOKT .....                     Jurnalistin dənizdə batan qardaşı tələbə imiş .....                     Bakıda kişi binadan yıxılaraq ölüb .....                     "Bəs bu artırılan vaqonlar HARDADIR?" .....                     "Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm" .....                     Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər .....                     İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib .....                     Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. .....                     Güney Qafqaz YOL ARAYIŞINDA... .....                     “Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” .....                     Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... .....                     Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya .....                     DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat .....                     Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? .....                     Çingiz Qənizadə Fransada QALİB GƏLDİ .....                     Yorğun ayaqlarla marketinq: .....                     Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı kassasiya şikayəti verildi .....                     Nazir ona yüksək vəzifə verdi .....                     ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı .....                     Ermənistanın yeni təsdiqlənmiş xanım daxili işlər naziri Zəngəzurdakı postlara baş çəkdi... .....                     Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı .....                     Maaşı 300 manat olan kitabxanaçıya qənaət, qanunsuz gəlir dövriyyəsinə şərait? .....                     Paşinyan Qırğızıstana gedib .....                 

ÇƏTİRALTI SÖZ... - NƏ BAŞ VERİR?
Tarix: 20-02-2025, 10:42 | Çap et
ÇƏTİRALTI SÖZ...
Fevralın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib. Görüşün əsas mövzusu iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi və Ukraynanın ərazi bütövlüyü məsələsi olub. Zelenski görüşdə dəfələrlə Türkiyənin Ukraynaya verdiyi dəstəyin vacibliyini vurğulayıb və bu dəstəyin həm regionda, həm də beynəlxalq aləmdə sabitlik və təhlükəsizliyin qorunmasında mühüm rol oynadığını qeyd edib.

“Türkiyə Ukrayna böhranının sülh yolu ilə həllinə dair Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə mümkün danışıqlar üçün ideal məkandır”. Bu sözləri isə Türkiyə lideri səsləndirib.

"Türkiyə qarşıdakı dövrdə Rusiya, Ukrayna və ABŞ arasında mümkün danışıqlar üçün ideal yerdir", - Ərdoğan xüsusilə qeyd edib.

Dövlət başçısı bildirib ki, Zelenski ilə görüşdə o, Türkiyənin danışıqlar prosesini davamlı sülhlə başa çatdırmaq üçün hərtərəfli yardım göstərməyə hazır olduğunu vurğulayıb. Ərdoğan Rusiya ilə Ukrayna arasında “çox sayda günahsız insanın ölümünə və böyük dağıntılara səbəb olan” müharibənin dərhal dayandırılmasının zəruriliyini bəyan edib: “Sülhün əldə edilməsində uduzan yoxdur, indi bütün dünya birliyi Rusiya ilə Ukrayna arasındakı müharibədə sülhün əldə olunmasını gözləyir”.

Eyni zamanda Ərdoğan Ukraynanın ərazi bütövlüyü və suverenliyinin Türkiyə üçün əvəzsiz şərtlər olduğunu vurğulayıb.

Yerli və beynəlxalq analitiklər hesab edirlər ki, Zelenskinin Türkiyə səfəri ABŞ və Rusiya arasında gedən danışıqlara olan narahatlıqdan irəli gəlir. Bildirilir ki, ABŞ və Rusiya arasında aparılan danışıqların Ukraynasız baş tutması Zelenskinin narahatlığını artıran əsas faktor olub. Ekspertlərin qənaətincə, Ukrayna bu sövdələşmələrdən kənarda qaldıqca ölkə üzərindəki təzyiqlər daha da artacaq. Zelenski Ərdoğanın ABŞ Prezidenti Donald Trampla olan münasibətini göz önündə tutaraq, Türkiyə ilə əlaqələri gücləndirmək istəyir.

Mövzu ətrafında AYNA-nın suallarını cavablandıran Kahramanmaraş Sütçü İmam Üniversitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor, azərbaycanlı analitik Toğrul İsmayıl deyib ki, məsələni 2022-ci ildən sonraya yox, müharibənin əslində başladığı 2014-cü ildən sonraya baxaraq şərh etmək lazımdır:

- Həmin dövrdə əslində Qərb dövlətləri Krım və Donetsk bölgəsinin Rusiya işğalında olmasına o qədər də ciddi yanaşmırdılar. Hesab edirəm ki, Rusiyanın ən böyük səhvi 2022-ci ildə hücuma keçməsi və Kiyevi də ələ keçirmək istəyi oldu. Bu, əslində Moskva üçün oyun idi və bu oyuna gəldi. Son üç ildə gedən müharibə Ukraynanın və Rusiyanın hərbi gücünün nə qədər olduğu, xüsusilə də rusların, müharibəyə nə qədər hazır olduğu suallarına aydınlıq gətirdi. Eyni zamanda, Qərbin də yanaşmasının nə olduğu açıq şəkildə bilindi. 2014-cü ildən 2022-ci ilədək Ukrayna istər ABŞ-ın, istərsə də Avropanın dəstəyi ilə müharibəyə hazırlaşdırıldı. Təbii ki, Ukrayna Rusiya qədər hərbi gücə sahib deyil. Lakin unutmaq olmaz ki, Rusiyanın 11 ildə Ukraynanın 20 faiz ərazisini işğal etməsi o qədər də Moskva üçün uğurlu deyil. Söhbət Ukrayna və Rusiyanın hərbi gücünü müqayisə etdikdə gəlinən nəticədən gedir. Rusiyanın hazırkı vəziyyəti də göz qabağındadır. Şimali Koreya ilə hərbi müttəfiqlik yaratdı, koreyalıları orduya cəlb etdi. Eyni zamanda, İranla hərbi müttəfiqliyə can atır, Tehrandan dronlar alır və s. Bəli, Rusiya üçün qazanc az olsa da, bu, Ukrayna üçün böyük itkidir. Həmçinin müharibə Ukrayna ərazisində getdiyi üçün çox böyük itkiləri var. Lakin demək istədiyim odur ki, Rusiya da çöküş astanasındadır. Bu gün Rusiyaya atəşkəs vacibdir. Bunun üçün müəyyən güzəştlərə də getməyə hazırdır. Belə vəziyyətdə ABŞ isə, daha doğrusu, Donald Tramp adminstrasiyası iqtisadi oyun oynayır. Vaşinqton indi Ukraynasız danışıqlara getməklə Rusiyadan nə qopara biləcəyini dəyərləndirir. Tramp məsələni alver predmetinə çevirir. Qarşıdakı müddətdə isə daşlar yerinə oturacaq. Məsələ heç də sadə deyil. Zelenskinin Türkiyəyə səfəri və verilən bəyanatlar isə əslində ABŞ və Rusiyaya bir mesajdır.

- Türkiyə mesajı budur ki, alverə imkan verməyəcək?

- Məsələ ABŞ-Rusiya alverinə imkan verməməkdə deyil. Avropanın göbəyində olan bir münaqişə ilə bağlı Türkiyə olmadan, ümumilikdə Avropa olmadan müzakirə aparmaq, hansısa razılaşmalar əldə etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, Türkiyə də bir Avropa ölkəsidir. Eyni zamanda, Ukrayna Türkiyənin dəniz qonşusudur, eyni region ölkələridirlər.Eyni zamanda, söhbət Ukraynadakı münaqişədən gedirsə, Ukraynasız bu münaqişəni həll etmək mümkün deyil. Bilirsiniz, Qara dəniz bölgəsindəki problemi Türkiyəsiz həll etmək mümkündürmü? Əlbəttə, mümkün deyil. Türkiyənin də, Ukraynanın da mesajı məhz budur. Zelenski bunu yaxşı başa düşür və ABŞ-Rusiya danışıqları gedən vaxt gəldiyi yer Ankara oldu.

- Zelenski Ankaradan bu dəstəyi aldımı?

- Türkiyənin, liderinin mövqeyi konkretdir: Ukraynanın ərazi bütövlüyü təmin olunmalıdır, suverenliyi saxlanılmalıdır. Yəni Ankaranın münaqişənin ilk başından tutduğu mövqe dəyişməyib. Ərdoğanın Zelenski ilə görüşündə Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin Ankara tərəfindən dəstəkləndiyini bəyan etməsi hesab edirəm ki, ABŞ-dan çox Rusiyaya verilən mesaj idi. Çünki Amerikanın bu məsələlər çox da marağında deyil. Vaşinqton üçün önəmli olan Donetsk bölgəsi də daxil olmaqla, sərbəst ticarət ərazisinin yaradılması, Ukraynanın da təbii sərvətlərini öz istəklərinə uyğun istifadə etməkdir.

- Bundan sonrakı prosesləri necə proqnozlaşdırmaq olar?

- Hesab edirəm ki, ABŞ-Rusiya, Avropa-Rusiya münasibətlərində yeni dönəmin başlanğıcıdır. Bu, müharibənin bitməsi anlamına gəlmir. Bəlkə də ilkin olaraq, keçici atəşkəs əldə olunsun. Yəni tərəflər bəlli bir nöqtədə qalırlar və atəşkəs əldə edilir. Bir növ, münaqişə dondurulur. Atəşkəs isə müharibənin bitməsi demək deyil. Baxın, 2014-cü ildə də atəşkəs oldu, münaqişə donduruldu, lakin 2022-ci ildə yenidən alovlandı. Ola bilər ki, yenə də atəşkəs olacaq və sülh sazişi üçün uzunmüddətli danışıqlar başlayacaq. Sülhü əldə etmək isə elə də sadə deyil.

- Rusiya-Ukrayna müharibəsində atəşkəs əldə edilməsi üçün ilk danışıqlar İstanbulda olmuşdu. Ərdoğan Zelenski ilə görüşündə bir daha bəyan etdi ki, Türkiyə ideal ev sahibidir. Ola bilərmi ki, yenidən Kiyev-Moskva görüşü və danışıqları Türkiyədə baş tutsun?

- Əslində Türkiyədə görüş, müzakirələr daha səmərəlidir. Məsələn, əvvəl Antaliyada forumda, daha sonra İstanbulda Kiyev-Moskva müzakirələri oldu. Hətta İstanbuldakı görüş daha uğurlu olmuşdu. “Taxıl sazişi”nə nail olunmuşdu. Düzdür, sonra Qərb dövlətlərinin təhriki ilə müəyyən razılaşmalar vardısa da, sonradan gündəmdən düşdü və müharibənin qaynar fazası davam etdi. Demək istəyirəm ki, doğrudan da Türkiyə danışıqlar üçün ideal yerdir. Bura həm Rusiyanın, həm də Ukraynanın qəbul edəcəyi meydandır. Amma Tramp yenə də iqtisadi zehniyyətlə müzakirə platforması kimi Səudiyyə Ərəbistanını seçib. Bunun səbəbi də oldur ki, ABŞ-la Səudiyyə arasındakı yaxşı münasibətlərdir. Eyni zamanda, Səudiyyənin neft ticarəti baxımından Rusiya ilə də münasibətləri normaldır. Lakin Zelenski Səudiyyədə danışıqlardan imtina etdi. Belə olan halda, Türkiyədə danışıqlar aparılması mümkündür. Yenə təkrar edirəm, Avropadakı münaqişəni Avropasız müzakirə etmək, nəticə əldə etmək mümkün deyil.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Bu gün, 15:26
Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Bu gün, 15:22
Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Bu gün, 15:10
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
Bu gün, 15:06
Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb - SİYAHI
Bu gün, 14:53
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Bu gün, 14:52
Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı - TƏFƏRRÜAT
Bu gün, 14:41
"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Bu gün, 14:36
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Bu gün, 14:10
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 14:07
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 14:05
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Bu gün, 13:07
"Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Bu gün, 13:03
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Bu gün, 13:00
Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Bu gün, 12:57
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Bu gün, 12:35
“Unibank”ın səhmdarları sentyabrda toplanır
Bu gün, 12:29
“Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Bu gün, 12:25
Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO
Bu gün, 12:22
Bakıda kişi binadan yıxılaraq ölüb
Bu gün, 12:19
"Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Bu gün, 12:12
"Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"
Bu gün, 12:01
Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər – Zəngəzur, yoxsa...
Bu gün, 11:57
İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib - DETALLAR
Bu gün, 11:55
Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. - Sonra da deyirlər ki...
Bu gün, 11:49
Güney Qafqaz YOL ARAYIŞINDA... - İNCƏLƏMƏ
Bu gün, 11:40
“Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” - deputat
Bu gün, 11:33
Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... - SİYAHI
Bu gün, 11:24
Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya MÜRACİƏT
Bu gün, 11:20
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat - ƏMR
Bu gün, 11:15
Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 11:12
Çingiz Qənizadə Fransada QALİB GƏLDİ - Qənimət Zahid dəymiş ziyanı qəpiyinə kimi ÖDƏDİ
Bu gün, 11:02
Yorğun ayaqlarla marketinq: - ticarət mərkəzlərinin etikanı yada salmasının vaxtıdır
Bu gün, 11:01
Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı kassasiya şikayəti verildi - TƏFƏRRÜAT
Bu gün, 10:59
Nazir ona yüksək vəzifə verdi - BUNDAN SONRA...
Bu gün, 10:58
ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı - “The Guardian” qəzeti
Bu gün, 10:56
Ermənistanın yeni təsdiqlənmiş xanım daxili işlər naziri Zəngəzurdakı postlara baş çəkdi... - FOTO, VİDEO
Bu gün, 10:51
Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 10:46
Maaşı 300 manat olan kitabxanaçıya qənaət, qanunsuz gəlir dövriyyəsinə şərait? - BU NƏDİ BELƏ?
Bu gün, 10:43
Paşinyan Qırğızıstana gedib - Ermənistan mediası
Bu gün, 10:40
30-40 ilin hərbçiləri Prezidentdən KÖMƏK İSTƏYİRLƏR... - MÜRACİƏT
Bu gün, 10:36
"Bahar Energy Operating Company"də NƏ İŞLƏR ÇEVRİLİR... - Öz kadrlarımıza NƏ OLUB Kİ?
Bu gün, 10:29
Ermənistan suriyalı ermənilərə pasport verir – 81 min dollar ayırıb
Bu gün, 10:16
Azyaşlıların müdafiəsi üçün sərt nəzarət başlayır - ŞƏRH
Bu gün, 10:15
Kulevi sanksiyaları və Azərbaycan maraqlarına təsir - İNCƏLƏMƏ
Bu gün, 10:11
Sabiq nazirin müsadirə olunan mənzillərindən biri hərracda 463 minə satılıb - DETALLAR
Bu gün, 10:10
“Qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxsə AĞIR CƏZA
Bu gün, 10:09
Azərbaycan İnvestisiya Holdinqini audit edəcək şirkət – MƏLUM OLDU
Bu gün, 10:07
Borc üstündə yaranan mübahisə qanlı insidentlə nəticələndi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Bu gün, 09:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru