Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... .....                     Fazil Mustafa deyir, görüşdən qaçmayıb .....                     DGK aparat rəhbəri QANUNLARI BİLMİR? .....                     Kartla ödəniş etmək mümkün deyil .....                     Bərdənin baş həkimi haqda şok iddialar .....                     "Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı .....                     “Çevik” azadlığa çıxdı .....                     Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb .....                     Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, .....                     Paşinyan qırmızı xətti keçdi .....                     Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir .....                     Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi .....                     İrəvan Moskvanı şantaj etməyə çalışır .....                     Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir .....                     Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? .....                     Çarukyana qarşı yeni ittiham irəli sürüldü .....                     "Ölkədə meydan hələ də ortababların əlindədir" .....                     Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... .....                     David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? .....                     Vaşinqton sammitinin bir ili .....                     "Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb .....                     Peşə məktəblərində direktorların "qara siyahısı" .....                     Səyyad Əlizadənin oğlu: .....                     Professor Səfəvi müzakirəsinə son qoydu: .....                     Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur .....                     Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb .....                     AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR .....                     Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı .....                     "Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib .....                     Elman Abdullayev UNESCO-dan geri çağırılıb, .....                     Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb .....                     Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib .....                     Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı .....                     "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" .....                     Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? .....                     Vardanyan ətrafında şou yaradanların məqsədi .....                     Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində .....                     “Unibank”ın səhmdarları sentyabrda toplanır .....                     “Azərbaycan Evro-Kredit” BOKT .....                     Jurnalistin dənizdə batan qardaşı tələbə imiş .....                 

Tramp gəldi: nə, necə dəyişəcək? -RƏYLƏR
Tarix: 8-11-2024, 10:17 | Çap et
Tramp gəldi: nə, necə dəyişəcək?
ABŞ-də keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Hələ rəsmi elan olunmasa da, ilkin nəticələrə əsasən Donald Tramp prezident seçilib. Donald Tramp prezident seçkilərində siyasi qələbəsini elan edərək, özünü ABŞ-nin 47-ci prezidenti adlandırıb.

Donald Tramp “Amerikanın qızıl dövrünü” açacağına və seçkilərdə bütün ABŞ xalqının mənafeyinə xidmət edəcək “heyrətamiz bir qələbə” qazandığına inandığını bildirib.

“Amerikanın həqiqi qızıl dövrü başlayacaq”, – deyə Tramp qeyd edib. Onun sözlərinə görə, prezident seçkilərində ABŞ xalqının xeyrinə “heyrətamiz bir qələbə” əldə edib ki, bu da “Amerikanı yenidən böyük etmək” imkanı yaradacaq.

Aydındır ki, Trampın tək məqsədi “ABŞ-ni yenidən böyük etmək” olamaycaq. Onun qolları istəsə də, istəməsə də hdünyanın hər yerinə çatacaq - Yaxın Şərqə, Cənubi Qafqaza, Çinə, Okeaniyaya, Afrikaya, Rusiyaya, Ukraynaya... Çünki Trampın hər kəs önündə verdiyi vədlər də o qədər kiçik deyil…

Belə olduğu təqdirdə, Trampın qələbəsi dünyada və bizim regionda gedən proseslərə öz təsirini necə göstərəcək?

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Donald Trampın prezident seçkisindəki qələbəsinin bütün dünyada, o cümlədən bizim regionda ciddi təsirləri olacağı ehtimalı böyükdür: “Çünki Trampın Çinə qarşı müəyyən edəcəyi siyasətin ən çox təsir göstərəcəyi bölgələrdən biri də bizim bölgədir. Tramp vəd etdiyi kimi Çinə qarşı ticarət müharibəsinə başlasa, bu, son illər ərzində yaranmış münasibətlər sistemini ciddi şəkildə sınağa çəkəcək. Çinə qarşı ticarət müharibəsinin başlanması ehtimalı son günlər daha da artıb. Məlum olduğu kimi, İlon Maskın “Tesla” elektromobil layihəsinin əsas rəqibi Çin şirkətləridir. İlon Maskın Trampın seçki kampaniyasında oynadığı rolu nəzərə alanda, Çinə qarşı ticarət müharibəsi qaçılmaz görünür”.

Politoloq deyir ki, Trampın dövründə ABŞ-nin Rusiya ilə münasibəti də Moskvanın Çinlə münasibətlərindən asılı olacaq. Rusiya Çinə qarşı Trampın siyasətini dəstəkləməsə, Rusiyaya qarşı daha sərt siyasət tətbiq oluna bilər. Digər tərəfdən, Respublikaçılar Partiyasının Konqresdəki əsas simaları Ukraynanı birmənalı dəstəkləyirlər. Tramp isə onların münasibətini nəzərə almaya bilməz. Rusiyaya qarşı münasibəti müəyyən edən məqamlardan biri də Moskvanın Tehranla münasibətləri olacaq. İsrailin İrana qarşı siyasətinin sərtləşəcəyi ehtimalı artdığı üçün, Rusiyanın daha bir sınaq qarşısında qalacağını da gözləmək olar.

Ekspert hesab edir ki, Azərbaycana yönəlik siyasət də daha çox Trampın Çin, Rusiya, İranla bağlı siyasətindən asılı olacaq: “Trampın prezident seçilməsi ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının da yolu açılmış hesab oluna bilər. Hətta Trampın ilk diplomatik uğurlarından birincisi məhz Vaşinqtonda imzalanacaq sülh müqaviləsi ola bilər. Bütün bunlarla yanaşı, Trampın Çin, İran və Rusiyaya münasibətdə yürüdəcəyi siyasətin təsirləri ən çox ölkəmizin yerləşdiyi Cənubi Qafqaz olacaq.

Trampın prezidentliyi beynəlxalq münasibətləri ciddi şəkildə sirkələyəcək və son illər formalaşmış münasibətlər sistemini sınağa çəkəcək. Bu, bütün ölkələr üçün risklər doğurduğu kimi, imkanlar da yaradacaq. Yeni dövrdən yararlanmaq isə əsasən dövlətlərin özündən asılıdır”.

Digər müsahibimiz – hərbi-siyasi ekspert Azad İsazadə isə deyir ki, Kamala Harris prezident seçilsəydi, hər şey aydın idi. O, Baydenin faktiki siyasətini davam etdirəcəkdi və heç bir konfliktin həlli tapılmayacaqdı. Məsələn, ABŞ Ukraynaya silah verməyə davam edəcəkdi, amma silah sayı məsələni həll edəcək qədər olmayacaqdı. Yaxın Şərqdə isə demokratlar İsrailə təsir edə bilmir. Cənubi Qafqazda da heç bir problem həll olunmayacaqdı: “Çünki Cənubi Qafqazdakı tək problem Azərbaycan-Ermənistan məsələsi deyil. Gürcüstanda da vəziyyət qeyri-sabitdir. İnsan haqları və söz azadlığı ilə bağlı Azərbaycana təzyiqlər olacaqdı, demokratlar isə Ermənistana “altdan-altdan” yardım göstərəcəkdilər. Amma bütün alovlanan konfliktlər hansısa formada güclənəcəkdi. Demokratların strategiyası Rusiyanı tədricən zəiflətmək idi. Tramp isə bəyan etmişdi ki, prezident seçilsəm, bütün konfliktlər həllini tapacaq. İlk növbədə də Rusiya və Ukrayna müharibəsi...”

Ekspert qeyd edir ki, bunu kimin xeyrinə və necə həll edəcəyini hələ heç kim bilmir. Aydındır ki, ABŞ Yaxın Şərqdə İsrailin tərəfini saxlayacaq, İrana qarşı daha ciddi təzyiqlər edəcək. Belə olduqda isə Cənubi Qafqaza çox da fikir verməyəcəklər, maksimum Gürcüstanın indiki seçki nəticələri yoxlanılacaq ki, hansısa formada Rusiyanın təsir dairəsinə düşməsin. Azərbaycan-Ermənistan məsələsinə gəldikdə isə ABŞ iki ölkəni də sülh müqaviləsinə imza atmağa məcbur edəcək: “Azərbaycan öz torpaqlarını işğaldan azad edib. ABŞ reallıqla razılaşsa, bu, Azərbaycanın xeyrinə olacaq. Ona görə də Ermənistan çalışırdı ki, demokratlar hakimiyyətdə olana qədər sülh müqaviləsi imzalansın. Sual altında isə Zəngəzur dəhlizi məsələsi qalır. Bu dəhliz ABŞ-nin iqtisadi maraqlarına cavab versə, o zaman dəhliz açılacaq. Yox, hesab eləsə ki, Çinin marağındadır, o zaman Tramp buna qarşı çıxa bilər. Çünki o, ilk iqtisadi zərbəni Çinə qarşı hazırlayacaq”, - deyə A.İsazadə bildirib.

“Tramp beynəlxalq siyasətdə addımları çətin hesablanacaq şəxsiyyətdir”.

Bu sözləri saytımıza açıqlamasında hüquqşünas Fuad Ağayev deyib.

Onun fikrincə, Tramp bu mənsəbə peşəkar siyasətçi olaraq yüksəlməyib. O, bir sahibkar kimi, tanınmış media xadimi və ulduzu kimi işə başlayıb, sonra isə prezident seçkilərində iştirak edib: “O ki qaldı Rusiyaya münasibətinə, düşünürəm ki, Trampın Putinin buyruqlarına əməl edəcəyini deyənlər yanılırlar. Seçki kampaniyası dövründəki ritorikasından da aydın olurdu ki, o, Ukraynadakı müharibəni dayandırmağa çalışacaq. Həm də mümkün qədər qısa müddətdə”.

Ağayev xatırladır ki, Tramp Putin ilə olan söhbətini jurnalistlərlə bölüşmüşdü. Həmin söhbətdən məlum olmuşdu ki, o, Putini konkret olaraq təhdid edib. Belə bir halın təkrarlanacağı mümkündür. Hər halda, demokratların dövründəki mənzərədən daha fərqli mənzərə ilə qarşılaşacağıq. Baydenin dövründə ABŞ Ukraynaya hərbi-texniki yardım etsə də, bunu məhdudiyyətlə edib, o səbəbdən Ukrayna ordusunun vəziyyəti indi çox böhranlıdır və xoşagələn deyil.

“Azərbaycan-Ermənistan münasibətlərinə gəlincə, Tramp bu proseslərə elə də ciddi müdaxilə etməyəcək. Necə ki, 2020-ci ildə Azərbaycan öz ərazisini silah gücünə azad edəndə bu məsələyə müdaxilə olmamışdı, indi də o münasibət davam edəcək. İstənilən halda, Trampın çıxışları sülhə doğru istiqamətlənib. Hətta Yaxın Şərqdəki məsələ bağlı sülh çağırışları edir” – Ağayev deyir.

Hüquqşünasın sözlərinə görə, Trampın İsrailə münasibətləri ilə bağlı müəyyən narahatlıqlar var. Onun İsrailə İranla münaqişədə daha ciddi yardım etməsi ehtimalı var: “Ümid edək ki, bu məsələdə də Tramp ciddi düşünəcək və İsraillə birgə ABŞ-nin İranla müharibəyə səbəb olacaq addımlar atmayacaq”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54
Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40
DGK aparat rəhbəri QANUNLARI BİLMİR? - NARAZILIQ VAR...
Bu gün, 06:13
Kartla ödəniş etmək mümkün deyil - "Leobank"da PROBLEM
Bu gün, 06:04
Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın!
Bu gün, 05:57
"Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı - FOTO
Bu gün, 05:49
“Çevik” azadlığa çıxdı
Bu gün, 05:48
Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb - KİV
Bu gün, 05:44
Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Dünən, 18:01
Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Dünən, 17:59
Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir - Rusiya XİN
Dünən, 17:50
Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi - TƏFƏRRÜAT
Dünən, 17:29
İrəvan Moskvanı şantaj etməyə çalışır – Fadeev
Dünən, 17:23
Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir - Siyahısında Azərbaycan da var
Dünən, 17:21
Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? -“Mövqeyini dəyiçəcək”
Dünən, 17:19
Çarukyana qarşı yeni ittiham irəli sürüldü
Dünən, 17:16
"Ölkədə meydan hələ də ortababların əlindədir" - Aqşin Yenisey
Dünən, 17:14
Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... - BU NƏDİ BELƏ?
Dünən, 16:57
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
Dünən, 16:52
Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan...
Dünən, 16:50
"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Dünən, 16:47
Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Dünən, 15:26
Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Dünən, 15:22
Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Dünən, 15:10
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
Dünən, 15:06
Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb - SİYAHI
Dünən, 14:53
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Dünən, 14:52
Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı - TƏFƏRRÜAT
Dünən, 14:41
"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Dünən, 14:36
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Dünən, 14:10
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Dünən, 14:07
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 14:05
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Dünən, 13:07
"Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Dünən, 13:03
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Dünən, 13:00
Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Dünən, 12:57
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Dünən, 12:35
“Unibank”ın səhmdarları sentyabrda toplanır
Dünən, 12:29
“Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Dünən, 12:25
Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO
Dünən, 12:22
Bakıda kişi binadan yıxılaraq ölüb
Dünən, 12:19
"Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Dünən, 12:12
"Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"
Dünən, 12:01
Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər – Zəngəzur, yoxsa...
Dünən, 11:57
İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib - DETALLAR
Dünən, 11:55
Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. - Sonra da deyirlər ki...
Dünən, 11:49
Güney Qafqaz YOL ARAYIŞINDA... - İNCƏLƏMƏ
Dünən, 11:40
“Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” - deputat
Dünən, 11:33
Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... - SİYAHI
Dünən, 11:24
Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya MÜRACİƏT
Dünən, 11:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru