Dəməşq və Moskva arasındakı razılaşmanın detalları .....                     FHN Kəramət Böyükçölü niyə “yandırdı”? .....                     "Allah bilir nə oyun çevirirlər..." .....                     Suda boğulanlara QURU MÜNASİBƏT .....                     Neft bazarına HÖRMÜZ TƏSİRİ .....                     "İndi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik." .....                     XALQ ADAMI və ZƏMANƏ ADAMI... .....                     Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilir .....                     AHİK-in elektron yollayış sistemi əlilləri və veteranları hüquqlarından məhrum edir? .....                     Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını kim və niyə istəmir? .....                     "Online Tikinti Bazarı" fəaliyyətini dayandırdı .....                     Başdan-başa korrupsiyalaşmış GÖYGÖL... .....                     Ermənilərlə birləşib Paşinyanı devirmək üçün “qolları çırmaladılar” .....                     Bir uşaq bağçasından bu qədər yazılırsa... .....                     Ermənistan 70 min GPU ilə süni intellektə sıçrayır: “Azərbaycan ləngiyir” .....                     Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır? .....                     “Özü xəstəxanaya getdi, qəfil öldü, vəsiyyət də edə bilmədi; qəbrinə getməmişəm...” .....                     "Azurit Group" MMC-nin 3,7 milyonluq borcu üzə çıxdı .....                     ABŞ kəşfiyyatı Leypsiqdəki dron insidentini Rusiya ilə əlaqələndirir .....                     “Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” .....                     “7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” .....                     Hansı universitetlərdə təhsil haqqı azaldılıb? .....                     “Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” .....                     “Nizami” stansiyasının tuneli ləğv edilir .....                     “Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb .....                     Xamenei ilə yeddi saatlıq görüş keçirdim .....                     Məktəblərdə dərslər gec başlaya bilər .....                     VTB-nin səhmdarlarının növbədənkənar .....                     “Yığımcıl oldum, amma varlı olmadım” .....                     Prokuror "Okean" restoranında tanışını bıçaqlayana .....                     60 milyon avro... .....                     Yasəmənin ölümü yenidən araşdırılacaq .....                     "Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik" .....                     "‘Kasko’ nəyə lazımdır?" .....                     Daşnakların “tələb”ləri varmış: Saqatelyan Bakıyla sülhə necə baxır? .....                     “David Seliverstov”la deputatı nə birləşdirir? .....                     Mahmud Əhmədinejadın .....                     Paşinyanın bu sözündən sonra kim Ermənistandan məhsul alar? .....                     Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib .....                 

Erməni əsgərlərini tövlədə diri-diri yandıran korrupsiya: - “Hamı oğurluq edir”
Tarix: 21-01-2023, 09:01 | Çap et
Erməni əsgərlərini tövlədə diri-diri yandıran korrupsiya:
Yanvarın 19-na keçən gecə Ermənistanın Qeqarkunik rayonunun Azat kəndində hərbi mühəndis-istehkamçılar bölüyünün kazarmasında yanğın olub və nəticədə 15 erməni hərbçisi diri-diri yanıb. Bir neçə nəfər isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib ki, onlardan vəziyyəti ağır olanlar var. Erməni mediasının məlumatına görə, hadisə ehtiyyatsızlıqdan baş verib.

Hadisə ilə bağlı müxtəlif versiyalar var. Medianın yazdığına görə, həmin gün Ermənistan Prezidenti Vaaqn Xaçatryan 2-ci Ordu Korpusunun komandiri Vahram Qriqoryanı vəzifəsindən azad edib, daha bir neçə hərbi rəhbər isə Müdafiə Nazirliyi rəhbərinin əmri ilə vəzifəsindən azad edilib. İddia olunur ki, hadisə bu qərarlarla bağlıdır və qəsdlə törədilib.

Bildirilir ki, hadisə kazarmada olan benzin çəninin aşması nəticəsində baş verib. Bildirilir ki, əsgərlər kazarmanı isitmək üçün salyarka sobasına benzin tökürmüşlər. Ölən əsgərlərin tağım komandiri isə bunu “yalnız versiya” adlandırıb. Onun sözlərinə görə, əsgərlərə isinmək üçün odun və kömür verilib, həmin axşam otaqda benzin olmayıb.

Ermənistanın hərbi prokuroru Qriqor Elizbaryan isə onunla razılaşmayaraq qeyd edib ki, yanğın yerində içərisində benzin olan kiçik çənlər aşkar edilib. Prokuror hərbi hissəyə pilotsuz uçuş aparatı ilə zərbə endirilməsi versiyasını rədd edib.

Erməni cəmiyyəti hadisəyə görə hakimiyyəti və Müdafiə Nazirliyini günahlandırır. Sosial şəbəkələrin erməni seqmentində baş verən hadisə Ermənistan Müdafiə Nazirliyinin məsuliyyətsizliyi və nazirlikdəki korrupsiyanın tüğyan etməsi ilə əlaqələndirilib.

Ermənilər hakimiyyətin ünvanına sual ünvanlayırlar: “müdafiə sistemimiz niyə belə acınacaqlı vəziyyətdədir? Hərbçilərimizin yerləşdiyi yerlərdə niyə belə pis şərait var? Əsgərimiz niyə ötən əsrdən qalmış salyarka peçindən istifadə edərək qızınırlar?”.

DİA.AZ AYNA-ya istinadla xəbər verir ki, hadisə ilə bağlı danışan erməni analitik Tevos Arşakyan da hakimiyyəti tənqid edib və bildirib ki, ordu korrupsiya içərisindədir: “21-ci əsrdir, bizim əsgərlər otaqları salyarka sobası ilə qızdırırlar. Hərbi hissələrin bütün kazarmalarını, yaşayış məntəqələrini qaz sobası ilə deyil, heç olmasa, odun sobası ilə təchiz etməyə dövlətimizin vəsaiti yoxdurmu? Təbii ki, vəsait var. Məsələn, 2022-ci ildə müdafiə büdcəsinə 360 milyard dram vəsait ayrıldı ki, bunun da müəyyən hissəsi hərbi obyektlərdə təhlükəsizliyin təmininə, kazarmaların, döyüş mövqelərinin, sığınacaqların tikintisinə getməli idi. Bu pul hara getdi? Pulların həm Müdafiə Nazirliyinin rəhbərliyinin, həm də generalların cibinə girdiyi tamamilə açıq-aşkar görünür. Birbaşa hərbi hissələrə gələnləri də kiçik komandirlər, rəislər, arxa cəbhə rəisləri taladılar. Ona görə də hərbi hissələrdəki mövcud vəziyyət, Seyran Ohanyanın dövründə baş verənlərdən çox da fərqlənmir. Hansı ki, Ohanyanın zamanında irimiqyaslı korrupsiya Müdafiə Nazirliyinin, ordu korpuslarının və hərbi hissələrin bütün idarələrinə nüfuz etmişdi”.

“Bizim generallar 7-8 il əvvəlkinə baxanda bu gün yoxsullaşıblar? Onların lüks avtomobil parkları boşdur? Yoxsa Ermənistanda özlərinə villa tikməkdən, xaricdə villa almaqdan əl çəkiblər? Əlbəttə ki, yox - oğurluğun miqyası demək olar ki, eyni qalıb. Əks halda, keçmiş müdafiə naziri David Tonoyan indi müttəhimlər kürsüsündə oturmazdı”, - deyə Arşakyan əlavə edib.

Analitik həmçinin qeyd edib ki, baş verən hadisənin irimiqyaslı korrupsiya və mənimsəmələrdən başqa bir neçə başqa səbəbləri də var: “Bu hadisə həm də onu görstərdi ki, komanda heyətinin, yanğın təhlükəsizliyinə cavabdeh olan xidmətlərin qeyri-mütəşəkkilliyi, ləngliyi, səliqəsizliyi var. Onlar hərbçilərin bu soyuq havada binalarını nə və necə qızdırdıqlarını görmürdülər? Təbii ki, görürürlər, amma buna göz yumurlar. Çünki hamı oğurluq edir. Bəs baş verənlərə görə yalnız ordu korpusunun komandiri günahkardır? Təbii ki, yox, çünki o, sadəcə olaraq bu korrupsiya zəncirinin aralıq halqasıdır”.

“Normal demokratik ölkədə - və məlum olduğu kimi, Ermənistan 2018-ci ilin yazından özünü belə dövlət sayır - belə faciələr baş verərsə, Müdafiə Nazirliyinin bütün rəhbərliyi istefa verir. Amma bizim müdafiə nazirimiz Suren Papikyan ölənlər, onların yaxınları və nəhayət, ölkə qarşısında günahını yumaq üçün istefa ərizəsi yazmağı ağlına belə gətirmədi. Paşinyan isə hökumətin iclasında bu faciəyə görə naziri və Baş Qərargah rəisini günahlandırmadı”, - ekspert vurğulayıb.

Arşakyan deyib ki, ölkə rəhbərliyi erməni əsgərlərinə mal-qara kimi yanaşır: “Hökumətimiz, Müdafiə Nazirliyimiz, generallarımız ölkəni müdafiə edən hərbçilərə normal, təhlükəsiz qızdırıcı qurğunu yaraşdırmır, onlara mal-qara kimi yanaşırlar. Azat kəndindəki mühəndis-istehkamçıların yanan kazarması mal tövləsindən fərqlənmir. Hakimiyyət isə bizə yorulmadan nağıl danışır ki, hərbçilərimizin növbətçi olduğu döyüş mövqeləri səhra mətbəxi və hamamla təchiz olunub. Paşinyanın hərbi ilə bağlı reklam kampaniyasını xatırlayın. Deyirdi ki, hakimiyyət hərbi qulluqçuların qidasının keyfiyyətinin yaxşılaşdırılmasına böyük diqqət yetirir. Hətta guya əsgərlərə çiyələk də yedizdirirlər. Bəs korrupsiya sxemi? Yoxsa əsas odur ki, əsgərin çiyələk yediyini əks etdirən şəkillər var?”.

“Orduya çiyələk və quru şkaf almaqdansa, qızdırıcı avadanlıq alsalar, daha yaxşı olardı. 2020-ci ilin İkinci Qarabağ müharibəsində oğlunu itirən bir ananın sözləri yadıma düşür: “Oğullarımıza çiyələk yedizdirdilər, sonra da öldürdülər”. Təəssüf ki, bu gün də heç nə dəyişməyib. Hərbçilərin döyüşdə həlak olması başadüşüləndir. Ancaq bölmələrin zəif təchiz olunması səbəbindən bir anda 15 hərbi qulluqçu ölürsə, bu, dəhşətdir, cinayətdir. Ən əsası isə 15 hərbçimizin ölümündə əsl günahkarların əziyyət çəkəcəyinə inanmıram”, - Arşakyan fikrini tamamlayıb.

Sosial şəbəkələrdə erməni fəallar, ictimai şəxslər bu hadisənin ordudakı xaosun, özbaşnalığın, korrupsiyanın tüğyan etməsi ilə əlaqələndirir və hakimiyyəti sərt tənqid edirlər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dəməşq və Moskva arasındakı razılaşmanın detalları - TƏFƏRRÜAT
Bu gün, 07:59
FHN Kəramət Böyükçölü niyə “yandırdı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:57
"Allah bilir nə oyun çevirirlər..." - ETİRAZ VAR!
Bu gün, 07:49
Suda boğulanlara QURU MÜNASİBƏT - AXI NİYƏ?..
Bu gün, 07:35
Neft bazarına HÖRMÜZ TƏSİRİ - aydınlıq yoxdur deyə...
Bu gün, 07:25
"İndi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik." - partiya sədri
Bu gün, 07:20
XALQ ADAMI və ZƏMANƏ ADAMI... - replika
Bu gün, 07:09
Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilir - “Washington Post“
Bu gün, 06:47
AHİK-in elektron yollayış sistemi əlilləri və veteranları hüquqlarından məhrum edir? — “Qara otaqda olmayan qara pişiyi tapın” tələbi
Bu gün, 06:42
Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını kim və niyə istəmir? - AKTUAL
Bu gün, 06:37
"Online Tikinti Bazarı" fəaliyyətini dayandırdı – 85 minlik vergi borcu var
Bu gün, 06:25
Başdan-başa korrupsiyalaşmış GÖYGÖL... - İTTİHAM VAR...
Bu gün, 06:23
Ermənilərlə birləşib Paşinyanı devirmək üçün “qolları çırmaladılar” - GƏLİŞMƏ
Bu gün, 06:15
Bir uşaq bağçasından bu qədər yazılırsa... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:12
Ermənistan 70 min GPU ilə süni intellektə sıçrayır: “Azərbaycan ləngiyir” - ÇAĞIRIŞ
Bu gün, 06:03
Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır? - AKTUAL
Bu gün, 06:02
“Özü xəstəxanaya getdi, qəfil öldü, vəsiyyət də edə bilmədi; qəbrinə getməmişəm...” - ANIM
Bu gün, 05:59
"Azurit Group" MMC-nin 3,7 milyonluq borcu üzə çıxdı - FOTO
Bu gün, 05:53
ABŞ kəşfiyyatı Leypsiqdəki dron insidentini Rusiya ilə əlaqələndirir - “The Guardian”
Bu gün, 05:51
“Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” – İran səfirindən xalq artistinə İLGİNC TƏKLİF
Dünən, 18:14
“7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” – Sərkisyan
Dünən, 18:09
Hansı universitetlərdə təhsil haqqı azaldılıb? –Siyahıdakı adlar
Dünən, 17:31
“Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” - “Past”
Dünən, 17:23
“Nizami” stansiyasının tuneli ləğv edilir - Mütəxəssis izah etdi
Dünən, 17:22
“Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var - "Nazirliyə rəsmi müraciət etsək də..."
Dünən, 17:17
Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb - RƏQƏMLƏR
Dünən, 17:14
Xamenei ilə yeddi saatlıq görüş keçirdim - Pezeşkian
Dünən, 17:10
Məktəblərdə dərslər gec başlaya bilər – Yeni sistemə keçməyin vaxtıdır
Dünən, 17:07
VTB-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
Dünən, 17:06
“Yığımcıl oldum, amma varlı olmadım”
Dünən, 17:04
Prokuror "Okean" restoranında tanışını bıçaqlayana CƏZA İSTƏDİ
Dünən, 16:59
60 milyon avro... - Azərbaycan bu məsələdə Rusiyanı əvəz edə bilərmi?
Dünən, 16:54
Yasəmənin ölümü yenidən araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:52
"Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik" - İTTİHAM VAR...
Dünən, 16:45
"‘Kasko’ nəyə lazımdır?" - ETİRAZ
Dünən, 16:36
Daşnakların “tələb”ləri varmış: Saqatelyan Bakıyla sülhə necə baxır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:31
“David Seliverstov”la deputatı nə birləşdirir? – Rafailovun təkzib edə bilmədiyi FAKTLAR
Dünən, 16:26
Mahmud Əhmədinejadın İLGİNC fotosu yayıldı
Dünən, 16:22
Paşinyanın bu sözündən sonra kim Ermənistandan məhsul alar? - Xaçaturyan
Dünən, 16:20
Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib - NECƏ GƏLSİNLƏR Kİ...
Dünən, 16:17
Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu - SİYAHI
Dünən, 16:16
«Etibarsız təchizatçı» elan olunan «Best Auto Service» MMC-yə büdcə pullarını KİM ÖTÜRÜR? - ADLAR BƏLLİ...
Dünən, 16:10
FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi: Sahəsi 1 480 kv. metrdir - Şairin özü isə belə REAKSİYA VERDİ
Dünən, 15:59
Şıxov çimərliyində iki qadın dənizdə boğulub
Dünən, 15:53
ABŞ gerçəkdənmi BOMBA QITLIĞI YAŞAYIR? - ŞƏRH
Dünən, 15:50
Barmaqları amputasiya olunan qaziyə niyə əlillik verilmir? - Video
Dünən, 15:44
Avropanın enerji nəhəngi Bakıdakı ofisini bağladı -Azərbaycana TƏSİRLƏRİ
Dünən, 15:42
AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib - DİQQƏT
Dünən, 15:36
"Partiyada işlər nisbətən sakit gedir"
Dünən, 14:33
Xəstəliyinə görə aldığı müavinət dayandırıldı və... - NARAZILIQ VAR...
Dünən, 14:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru