Paşinyan ABŞ-dan Rusiyaya qarşı tapşırıq alır - GƏLİŞMƏ
Tarix: 15-09-2021, 09:03 | Çap et
 “ABŞ-ın Ermənistanda inqilab yolu ilə Paşinyanı hakimiyyətə gətirməkdə məqsədi erməni dövlətini klonlaşdırmaq və özünün В«pilotВ» layihəsini həyata keçirmək idi. Artıq ABŞ-ın bu layihəsi icra olunmaqdadır. Buna Paşinyanın simasında qismən nail olunub”.
Bunu Reyting.az-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev deyib.
Onun sözlərinə görə, Ermənistandakı hadisələr, Paşinyanın mövqeyi və fəaliyyəti Rusiyanın maraqlarına və milli təhlükəsizliyinə zərər vurub. Eyni zamanda 44 günlük müharibənin nəticələri, 10 noyabr sazişi Cənubi Qafqazda siyasi vəziyyəti dəyişib və yeni reallıqlar yaradıb. Yəni, həm də ABŞ-ın hərbi-siyasi planları pozulub, məlum üçtərəfli sənədin imzalanması bölgədə yeni siyasi reallıqlar ortaya çıxarıb.
A. Məsiyev əlavə edib ki, Paşinyan yenidən Baş nazir seçildikdən sonra ikili siyasət yeritmək taktikasına üstünlük verir. Belə ki, Qərbin, xüsusən də ABŞ-ın təlimatı əsasında Rusiya sülhmərəmlı qüvvələrinin missiyasına kölgə salmaq, bu baxımdan atəşkəsin pozulması üçün təxribat xarakterli aksiyalar həyata keçirməkdədir.
İnstitut rəhbərinin fikrincə, Ermənistanda, o cümlədən ABŞ-da gözəl anlayırlar ki, təxribatlarla Azərbaycan Ordusunun geri çəkilməsinə nail oluna bilməyəcəklər:
“Onda sual doğur ki, bəs bu təxribatlar nəyə hesablanıb?
Hadisələrin təhlili göstərir ki, Paşinyan və komandası hələ də ABŞ-ın əlində alətdir. ABŞ-ın Cənubi Qafqazda, xusisilə də Ermənistanı öz təsir darəsinə salmaq istiqamətində fəallaşması müşahidə olunur, bu məqsədlə bölgədə Paşinyanın əli ilə yenidən gərginliyin yaranmasına çalışırlar.
Digər tərəfdən, rəsmi Moskvanın tələbləri, 10 noyabr sazişi müddəalarından irəli gələn öhdəliklər, yaranmış siyasi reallıqlar diqtə edir ki, mövcud şəraiti qəbul etmək Paşinyana hava-su kimi lazımdır. Ona görə də Paşinyan ara-sıra sülh barədə bəyanatlar verməli olur. Bir sözlə, Paşinyan ABŞ və Rusiya arasında ikili oynamağa çalışır”.
A. Məsiyevin iddiasına görə, Ermənistanla Azərbaycan arasında böyük sülhün əldə edilməsi Rusiya üçün mühüm məsələdir: “Bu illər ərzində Ermənistanla Azərbaycan arasında olan münaqişə Rusiyanın Cənubi Qafqazda strateji planlarını həyata keçirməsinə mane olurdu. Həm də Azərbaycanın Avrasiya İqtisadi Birliyinə inteqrasiya etməsinə bilavasitə mane olurdu, bu baxımdan böyük sülhün Moskva şəhərində imzalanması, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə inteqrasiyası üçün bölgədə sülhün olması vacib amillərdəndir. Bu məqsədlə Rusiya Ermənistanla Azərbaycanla arasında böyük sülhün imzalanmasına vastəçilik missiyasını öz üzərinə götürüb, bununla da dünyaya bir mesaj verib ki, Cənubi Qafqaz Rusiyanın siyasi sferasına aiddir”.
Politoloq iddia edir ki, ABŞ Ermənistana milyardlarla dollar maddi yardım göstərir və bunun qarşılığında Ermənistana bölgədə Rusiyanın siyasi fəaliyyətini əngəlləmək tapşırığı verir: “Ona görə də Rusiyanın sülhməramlı missiyasını gözdən salmaq üçün həm atəşkəsi pozur, həm də bununla ATƏT-in Minsk Qrupunun fəaliyyətini yenidən gündəmə gətirmək istəyir. Atəşkəsin pozulması və Minsk Qrupunun yenidən aktivləşməsi isə faktiki olaraq Rusiyanın siyasi nüfuzuna xələl gətirir. Bu isə ABŞ-ın maraqlarına cavab verir”.
A. Məsiyev sonda qeyd edib ki, Rusiyanın həm Ermənistanda, həm də Azərbaycanda siyasi maraqları var. Bu maraqların reallaşması üçün balanslı siyasət həyata keçirməyə çalışır: “44 günlük müharibədə Rusiya tərəfsizlik nümayiş etdirdi və müharibənin sonu Azərbaycanın qələbəsi ilə nəticələndi. İndi Rusiya hadisələrdə balanslaşdırma siysətinə üstünlük verir, çalışır ki, böyük sülh sazişi Moskvada imzalansın. Rusiya bununla da ABŞ-a və Qərbə göstərmək istəyir ki, Cənubi Qafqazda söz sahibi Rusiyadır. Sülhməramlı qüvvələr o zaman radikal addımlar atacaq ki, Ermənistan ABŞ-ın diqtəsi ilə açıq formada davransın, sülh sazişindən imtina etsin”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Rusiyanın bir xətti var ki, onu keçənləri artıq bağışlamırlar – Köçəryan belə deyir...
Bu gün, 18:07 |
|
|
|
| • "Onlar üçün hər şərait yaradıram" - Əməkdar artist
Bu gün, 18:03 |
|
|
|
| • “Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini Heydər Əliyev xilas etdi”
Bu gün, 18:01 |
|
|
|
| • Polşa 5000 ABŞ əsgərini qəbul etməyə hazırdır - İqnatski
Bu gün, 17:58 |
|
|
|
| • Vasif Talıbov uzun müddət sonra... BELƏ GÖRÜNDÜ
Bu gün, 16:22 |
|
|
|
| • Xamenei ortaya çıxdı və təhlükəsizlik müşavirəsi keçirdi - "Fars" agentliyi
Bu gün, 16:20 |
|
|
|
| • İrəvandan Putinə cavab: Vaxtı gələndə qərar verəcəyik - GƏRGİNLİK
Bu gün, 16:18 |
|
|
|
| • Qətər sahillərində yük gəmisi PUA hücumuna məruz qalıb
Bu gün, 15:09 |
|
|
|
| • Putin Paşinyana ona görə təzyiq edir ki... - AKTUAL
Bu gün, 14:54 |
|
|
|
| • "Ulu Öndər təmkin və anlayış nümunəsi idi..."
Bu gün, 12:10 |
|
|
|
| • “Qarabağ bizim yox, bir neçə generalın idi, buğda əkirdilər...” - Paşinyan etiraf etdi
Bu gün, 12:04 |
|
|
|
| • “Atam Heydər Əliyevin aktyor müəllimi olub, birlikdə qardaşımla yataqxanada qalıblar”
Bu gün, 10:08 |
|
|
|
| • “Narahat deyiləm” - Azər Həsrət
Bu gün, 10:06 |
|
|
|
| • Ağdamda dəhşət - 4 hərbçi öldü
Bu gün, 10:03 |
|
|
|
| • "Qalatasaray"ın Çempionlar Liqasındakı potensial rəqibləri bəlli olub - SİYAHI
Bu gün, 09:46 |
|
|
|
| • Rusiyaya qarşı sanskiyalar buna səbəb oldu - Fitso
Bu gün, 09:35 |
|
|
|
| • Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə məzar sahəsi satılır
Bu gün, 09:33 |
|
|
|
| • Bəs kimə təhsil eksperti demək olar? - ŞƏRH
Bu gün, 09:20 |
|
|
|
| • AzəriQaz-da MAAŞLAR QALXIB: Amma görün, necə... - İLGİNC FAKTLAR
Bu gün, 09:12 |
|
|
|
| • İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - TƏFƏRRÜAT
Bu gün, 09:00 |
|
|
|
| • Bu qiymətlərlə NƏ ETMƏLİ?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:46 |
|
|
|
| • Şərur xəstəxanası ACINACAQLI DURUMDA - MÜRACİƏT
Bu gün, 08:38 |
|
|
|
| • Tarixin unutduğu 'Ölüm batalyonu" üzvü olan Azərbaycanlı qadınlar - ANIM
Bu gün, 08:23 |
|
|
|
| • Simonyan niyə partladı... - AKTUAL
Bu gün, 08:20 |
|
|
|
| • Putin Ermənistanı “sivil boşanmaya” çağırdı - Fərqli variantın Ukrayna ssenarisi olacağını elan etdi
Bu gün, 08:13 |
|
|
|
| • Məmur tamahının qurbanı olan 120 milyard manat... - BU NƏDİ BELƏ?
Bu gün, 08:09 |
|
|
|
| • Hörmüz boğazında 100-ə yaxın Honkonq gəmisi bloklanıb
Bu gün, 08:02 |
|
|
|
| • İran Hörmüzdən sui-istifadə etməyə başlayıb
Bu gün, 07:48 |
|
|
|
| • Burda da müştəriyə KƏF GƏLİRLƏR - GİLEY
Bu gün, 07:46 |
|
|
|
| • Putin keçmiş baş naziri şou-biznes nümayəndəsi adlandırdı - KİV
Bu gün, 07:33 |
|
|
|
| • Cənubda 76 hektar meşə zolağı “buxarlanıb”… - Nazir Nəsimi Nəsibovu niyə cəzalandırmır?
Bu gün, 07:20 |
|
|
|
| • Ölkənin təhsil işçilərinin 90%-i Araz Paşayevi tanımır – Sadalanmayan milyon səbəb…
Bu gün, 07:15 |
|
|
|
| • "Ayıbdır, keçmişinizi yaddan çıxarmayın “bəylər“..." - ETİRAZ
Bu gün, 07:09 |
|
|
|
| • "CBC Sport"da nə baş verir? - "Texniki problemlər"in sıralanması təsadüfdürmü?
Bu gün, 07:02 |
|
|
|
| • Kəmalə Günəşliyə “padxod” edən həkim... - Qalmaqallı VİDEO
Bu gün, 06:59 |
|
|
|
| • Əvvəlcə Azərbaycanın şərti yerinə yetirilməlidir - ÇÜNKİ...
Bu gün, 06:49 |
|
|
|
| • “Paşinyan və Simonyanın mesajları erməni cəmiyyətini sülhə hazırlamağa hesablanıb” - GƏLİŞMƏ
Bu gün, 06:46 |
|
|
|
| • "TURKUAZ-555" MMC-nin vergi borcu 130 min manatı keçdi - FOTO
Bu gün, 06:43 |
|
|
|
| • Hər kəsin unutduğu xalq artisti...
Bu gün, 06:38 |
|
|
|
| • İran Hörmüz blokadasını Xəzər üzərindən yarır - Limanlar gecə-gündüz işləyir
Bu gün, 06:32 |
|
|
|
| • İsrail İraq səhrasında gizli hərbi baza qurub - WSJ
Bu gün, 06:30 |
|
|
|
| • 75 min ailəyə hər ay 500 manat yardım... – Bu, uşaqpulunu əvəz edir?
Bu gün, 06:27 |
|
|
|
| • Sabiq MTN şefi xaricdəki milyonlarını itirə bilər! - rəsmi Berlin QƏRAR VERMƏYƏ HAZIRLAŞIR
Bu gün, 06:25 |
|
|
|
| • ABŞ Venesueladakı reaktordan zənginləşdirilmiş uranı çıxarıb - KİV
Bu gün, 06:18 |
|
|
|
| • Paşinyan və revanşistlər ölüm-dirim savaşında: - Ermənistanın gələcəyi təhlükədə
Dünən, 13:34 |
|
|
|
| • SOCAR işçisi Rövşən Nəcəfdən NƏ İSTƏDİ? - "İllərdir səbrlə gözləyirdik..."
Dünən, 13:20 |
|
|
|
| • Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk? - GƏLİŞMƏ
Dünən, 13:01 |
|
|
|
| • Bakıda qadın ərini tava ilə döydü: "Mənə böhtan atdı" - TƏFƏRRÜAT
Dünən, 12:57 |
|
|
|
| • Putinin hədəfində daha üç keçmiş sovet ölkəsi var - Alman general
Dünən, 12:10 |
|
|
|
| • Zelenski fərman imzalayaraq Moskvada paradın keçirilməsinə icazə verib
Dünən, 12:08 |
|
|
|
|