Rusiyanın bir xətti var ki, onu keçənləri artıq bağışlamırlar .....                     "Onlar üçün hər şərait yaradıram" .....                     “Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini Heydər Əliyev xilas etdi” .....                     Polşa 5000 ABŞ əsgərini qəbul etməyə hazırdır .....                     Vasif Talıbov uzun müddət sonra... .....                     Xamenei ortaya çıxdı və təhlükəsizlik müşavirəsi keçirdi .....                     İrəvandan Putinə cavab: Vaxtı gələndə qərar verəcəyik .....                     Qətər sahillərində yük gəmisi PUA hücumuna məruz qalıb .....                     Putin Paşinyana ona görə təzyiq edir ki... .....                     "Ulu Öndər təmkin və anlayış nümunəsi idi..." .....                     “Qarabağ bizim yox, bir neçə generalın idi, buğda əkirdilər...” .....                     “Atam Heydər Əliyevin aktyor müəllimi olub, birlikdə qardaşımla yataqxanada qalıblar” .....                     “Narahat deyiləm” .....                     Ağdamda dəhşət .....                     "Qalatasaray"ın Çempionlar Liqasındakı potensial rəqibləri bəlli olub .....                     Rusiyaya qarşı sanskiyalar buna səbəb oldu .....                     Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət .....                     Bəs kimə təhsil eksperti demək olar? .....                     AzəriQaz-da MAAŞLAR QALXIB: Amma görün, necə... .....                     İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu .....                     Bu qiymətlərlə NƏ ETMƏLİ?.. .....                     Şərur xəstəxanası ACINACAQLI DURUMDA .....                     Tarixin unutduğu 'Ölüm batalyonu" üzvü olan Azərbaycanlı qadınlar .....                     Simonyan niyə partladı... .....                     Putin Ermənistanı “sivil boşanmaya” çağırdı .....                     Məmur tamahının qurbanı olan 120 milyard manat... .....                     Hörmüz boğazında 100-ə yaxın Honkonq gəmisi bloklanıb .....                     İran Hörmüzdən sui-istifadə etməyə başlayıb .....                     Burda da müştəriyə KƏF GƏLİRLƏR .....                     Putin keçmiş baş naziri şou-biznes nümayəndəsi adlandırdı .....                     Cənubda 76 hektar meşə zolağı “buxarlanıb”… .....                     Ölkənin təhsil işçilərinin 90%-i Araz Paşayevi tanımır .....                     "Ayıbdır, keçmişinizi yaddan çıxarmayın “bəylər“..." .....                     "CBC Sport"da nə baş verir? .....                     Kəmalə Günəşliyə “padxod” edən həkim... .....                     Əvvəlcə Azərbaycanın şərti yerinə yetirilməlidir .....                     “Paşinyan və Simonyanın mesajları erməni cəmiyyətini sülhə hazırlamağa hesablanıb” .....                     "TURKUAZ-555" MMC-nin vergi borcu 130 min manatı keçdi .....                     Hər kəsin unutduğu xalq artisti... .....                     İran Hörmüz blokadasını Xəzər üzərindən yarır .....                 

“Taliblər” öz “damarlarını” doğrayacaqlar? – İNANILASI DEYİL
Tarix: 2-09-2021, 10:50 | Çap et
“Taliblər” öz “damarlarını” doğrayacaqlar?
Əfqanıstana “imperiya qəbiristanlığı” deyilir - ölkənin bütün tarixində heç bir dünya dövləti burada öz hökmranlığını qura bilməyib. Uğurun sirri isə yerli insanların davamlı müqavimətidir. Son onilliklər ərzində dünya əfqanların nəinki partizan müharibəsində, həm də tiryək istehsalı və emalı sahəsində uğur qazandığını anladı. Beynəlxalq narkotik bazarındakı heroinin demək olar ki, hamısı Əfqanıstandan gəlir. Son vaxtlara qədər “Taliban” narkotik istehsalına nəzarət edir və inkişaf etdirirdi. İndi isə “Taliban” bu gəlirli fəaliyyəti məhdudlaşdırmağa hazır olduqlarını bəyan edir.

Bu iddiaların arxasında nə dayanır? Yeni Əfqanıstan hökuməti özü üçün bu qədər əhəmiyyətli gəlir mənbəyindən məhrum olmağa hazırdırmı?

AYNA xəbər verir ki, Rusiyanın “Lenta.ru” media resursu “Taliban”ın qlobal heroin sənayesindəki rolunu, Əfqanıstanda tiryəkin əsas kənd təsərrüfatı məhsuluna necə çevrildiyini və ABŞ-ın son 20 il ərzində yerli narkotik biznesini niyə məğlub edə bilmədiyini araşdırıb. Araşdırmanı təqdim edirik:

“Heroin” sözü, 19-cu əsrin sonunda Almaniyanın “Bayer” firmasının öskürək dərmanı olaraq istehsal etdiyi “diasetilmorfin”in ticarət adıdır. Dərmanın yan təsiri o qədər güclü bir eyforiya yaradıb ki, ona "qəhrəmanlıq maddəsi" adı verilib. Ancaq bu addan başqa heç bir qəhrəmanlığı yoxdur: bu, bəşəriyyətə məlum olan ən qorxunc dərmanlardan biridir.

2015-ci ildən 2020-ci ilə qədər dünyada ümumi heroin Əfqanıstanda istehsal edilib. Narkotik istehsalı üçün əsas xammal olan tiryək sahələri əsasən ölkənin cənubunda, “Taliban” döyüşçülərinin ən çox təsir etdiyi əyalətlərdə yerləşir. Onların himayəsi altında narkotik sənayesi inkişaf edib.

2017-ci ilin statistikasına görə, BMT tərəfindən Əfqanıstanın heroin biznesinin ümumi dövriyyəsi 6,6 milyard dollar olaraq qiymətləndirildi. Mütəxəssislərin hesablamalarına əsasən, 400 min əfqan tiryək istehsalı və emalı ilə məşğul idi. Bu rəqəm Əfqanıstan İslam Respublikasının Ordusunun şəxsi heyət sayından çox idi. BMT-nin 2018-ci il məlumatlarına görə, narkotik ticarəti ölkənin ÜDM-nin 11 faizini təşkil edir.

2021-ci ilin avqustunda ölkədə hakimiyyəti ələ alan “Taliban” gözlənilmədən iddialı bir bəyanat verdi: heroin sənayesinə son!

“Həm vətəndaşlarımızı, həm kişiləri, həm qadınları, həm də beynəlxalq ictimaiyyəti narkotik istehsalına icazə verməyəcəyimizə inandırırıq. Bundan sonra heç kim heroin alveri ilə məşğul olmayacaq”, - deyə tanınmayan Əfqanıstan İslam Əmirliyinin rəsmi nümayəndəsi Zəbihullah Mücahid bildirdi.

Beynəlxalq ictimaiyyət “taliblər”in qadın hüquqları və söz azadlığı ilə bağlı dediklərinə inanmadığı kimi, bu məsələdə də “Taliban”a etibar etmir.

Əvvəlki illərdə, “Taliban” bir səbəblə narkotik ticarətini müdafiə etdiyini açıqlayırdı: heroindən gələn gəlir onların hərbi uğurlarında rol oynayır.

Asılılıq sənayesi

2021-ci ilin avqustunda ənənəvi geyimli silahlılar bir-birinin ardınca Əfqanıstanın böyük şəhərlərinə girdi və demək olar ki, heç bir müqavimətlə qarşılaşmadılar. ABŞ-dan təlimat alan Əfqanıstan Ordusu silahlarını və zirehli maşınlarını tərk edərək qaçdı və hətta “taliblər”ə təslim oldular. Buna “Taliban” qırğın etmədən nail oldu - yeganə istisna əsir əsgərlərin edamı idi.

Demək olar ki, “qansız fəth” üçün “Taliban” yerli hakimiyyət orqanları ilə böyük bir iş apardı: 2021-ci ilin yazında ABŞ qoşunlarının çıxarılmasının vaxtı məlum olandan sonra “Taliban” nümayəndələri vilayət rəhbərləri ilə danışıqlara başladılar, razılıq əldə etdilər. Bu, kənardan kağız üzərində “təcavüz etməmək haqqında müqavilə”yə oxşasa da, əslində qubernatorlar “taliblər”i silahla təchiz etməyə və vaxtı gələndə qoşunlarını geri çəkməyə razılaşmışdılar. Bunun müqabilində “Taliban” onlara toxunulmazlıq və əlbəttə ki, böyük pul təzminatı verdi.

Partizan həyat tərzi sürən “Taliban” məmurlara rüşvət vermək və silah almaq üçün pulu haradan aldı? Onlar həm də Əfqanıstanın zəngin olduğu mineralların icazəsiz çıxarılmasına nəzarət edən və eyni zamanda bütün ərazilərdə ticarət və nəqliyyat yollarını vergiyə cəlb etməklə tanınırlar. Ancaq əllərində olan texnologiyalar, resursların satışından yüksək gəlir əldə etməyi çətinliklə təmin edir və Əfqanıstanın praktiki olaraq yoxsul əhalisindən alınan rüsumlar da çox gəlirli bir iş deyil.

Bəzi ingilis mütəxəssislərinin fikrincə, silahlıların əksəriyyəti hələ də qanuni mallardan alınan vergilərdən pul qazanır: yanacaq, tütün və digər resurslar. Lakin ABŞ-ın Əfqanıstan üzrə xüsusi müfəttişi Con Sopkonun sözlərinə görə, “Taliban” gəlirinin 60 faizə qədərini heroin ticarətindən əldə edir.

BMT-nin məlumatına görə, yaraqlıların narkotik alverindən əldə etdiyi xalis mənfəət hər il üçün 400 milyon dollardır. Demək olar ki, hər hansı bir qanunsuz psixoaktiv maddə istehsalı kimi, tiryək sahələri də başqa sahələrdə tapılmayan “super qazanc”ı təmin edir. Əfqan kəndliləri isə gəlirin yalnız dörddə birini alırlar. Bunun əhəmiyyətli bir hissəsi Avropaya narkotik gətirən qaçaqmalçılara aiddir: Rusiyaya - oradan Mərkəzi Asiya ölkələrinə, Qərbə - demək olar ki, həmişə Türkiyə və Balkan ölkələri vasitəsilə.

Uzun illərdir ki, pulemyotlu və uzun saqqallı kişilər narkotik alverində böyük paya sahibdirlər. “Taliban” bu işlə məşğul olan ilk təşkilat deyil. Onlardan əvvəl Sovet İttifaqı ilə döyüşən ücahidlər də bu işlə məşğul idilər.

"Tiryək yetişdirməliyik və satmalıyıq - hamısı müqəddəs müharibəmiz üçündür" demişdi bir cihadçı lider 1986-cı ildə “The New York Times” nəşrinə. ABŞ-dan silah alan cihadçılar xaş-xaş tarlalarının sahiblərindən külli miqdarda vergi toplayır, rədd cavabı qəbul etmirdilər: tiryək əkmək istəməyənləri ölüm cəzası ilə təhdid edirdilər.

Daxili istehlak

Əfqanıstanda ABŞ qoşunları göründükdən və “Taliban” xaş-xaş tarlalarına nəzarət edən əsas qrupa çevrildikdən sonra istehsal həcmi xeyli artdı. 1990-cı illərin ortalarında Əfqanıstanda təxminən 50 min hektar tiryək plantasiyası becərildi. On il sonra, 2005-ci ildə bu sahə iki dəfə artaraq 100 min hektardan çox, səkkiz il sonra, 2013-cü ilə qədər yenidən iki dəfə artdı. Bununla da narkotik ticarəti Əfqanıstan iqtisadiyyatının çox əhəmiyyətli bir hissəsinə çevrildi.

Ölkədə daha çox heroin var və indi bütün “məhsul” Əfqanıstandan çıxmır – çıxış koronavirus pandemiyası səbəbindən məhduddur. 2005-ci ildə ölkədə təxminən 200 min tiryək və heroin asılısı vardı, 2009-cu ildə onların sayı bir milyona çatdı. 2015-ci ildə BMT narkotik aludəçisi olan əfqanların təxmini sayını 1,9-2,4 milyon civarında göstərdi.

Normal həyat tərzindən uzaqlaşmış narkomanlar tənha, lakin mərkəzi yerlərdə toplaşırlar: bu yerlərdən biri paytaxt Kabildəki “Pul və Suxta” adı ilə tanınan körpünün altıdır. Bir neçə min insan daim zibil və cır-cındır arasında narkotik istifadə edir. Heroin epidemiyası qadınlara da yoluxub - bu maddəni ağrıkəsici olaraq istifadə edirlər və uşaqlar narkoman valideynlərdən nümunə götürürlər.

Ölkədə ixtisaslı dərman terapevtləri və sosial müdafiə mexanizmləri yoxdur. Buna görə də “Taliban” bir növ "reabilitasiya proqramı" həyata keçirir: narkotik aludəçilərini öz sıralarına götürür: İslam teologiyasını bilən militantların onlarla işlədiyi ucqar dağlıq ərazilərdə vaxt keçirirlər. Onlar bir neçə həftəlik təbliğat və ayıqlıqdan sonra normal həyata qayıda bilərlər. Ancaq təxminən iki nəfərdən biri “Taliban”a qoşulmağı və cihada başlamağı seçir.

Əbədi xaş-xaş

Aydındır ki, “Taliban” bütün Əfqanıstan əhalisini narkotik asılılığından qoruya bilməz. Qarşılarına belə bir məqsəd qoyduqları və qoyacaqları ehtimalı da yoxdur. Narkotik sənayesinin təkcə əcnəbilərə deyil, həm də yerli əhaliyə ziyan vurduğuna baxmayaraq, bir gün “doza”sız dayana bilməyənlər narkotiklə mübarizənin əleyhinə çıxırlar. ABŞ tiryək iqtisadiyyatına qarşı mübarizədə böyük miqdarda enerji və pul xərcləyib. Rəsmi mənbələr bu rəqəmin 8 milyard dollar olduğunu bildirir.
“Heç bir səy - nə plantasiyaların məhv edilməsi, nə basqınlar, nə də əsas nöqtələrin bombalanması - amerikalıların mübarizəsinin nəticə verməsinə imkan tanımadı. Bütün cəhdlərimiz heç bir nəticə vermədi”, - deyə 2016-2019-cu illərdə ABŞ Mərkəzi Komandanlığının rəhbəri olmuş Cozef Votel qeyd edir.

Əksinə, bu, rəsmi Kabilə və xarici müttəfiqlərinə qarşı əlavə düşmənçiliyi artırdı. Bütün rifahı tiryəkdən çox qazanc götürməklə təmin olunan “fermer”lər istehsallarına zərər vurmaq cəhdlərinə görə “Taliban”la daha yaxşı əlaqəyə girməyə başladılar.

“Taliban”ın “narkotik sənayesinə son” vədini eşidənlər 2001-ci ili xatırlayırlar. Həmin il Əfqanıstan heroin istehsalında mühüm bir mərhələ yaşadığını açıqladı. 2000-2001-ci illərdə ölkədə narkotik istehsalını məhdudlaşdırmağa çalışdılar. Sonra ixrac üçün tiryək yetişdirilməsinə qadağa tətbiq etdilər və əkin sahələrini on dəfədən çox azaltdılar: 82 min hektardan 8 min hektara qədər.

Amma ABŞ Narkotiklərlə Mübarizə İdarəsi bunun heç də xoşniyyətli jest kimi qiymətləndirilə bilməyəcəyinə işarə etdi. Bu, 11 sentyabr hücumundan sonrakı aylarda baş verdi: onlar ABŞ-ın hücumunu gözləyirdilər və bu təhlükənin fonunda narkotikin qiymətini kəskin artırmaq qərarına gəldilər. Məhsuldarlıq aşağı düşdükcə qiymət rekord həddə yüksəldi. Bölgədə təxminən 95 dollara satılan bir kiloqram tiryək 746 dollaradək bahalaşdı. Eyni zamanda, əsas xammal ehtiyatları hələ də “Taliban” tərəfindən idarə olunurdu. Ehtimal olunur ki, o anda “Taliban” özünə "maliyyə yastığı" yaratdı.

“Brookings” İnstitutunun araşdırma mərkəzindən Uanda Felbab-Braun o dövrdə “Taliban”ın tiryək fermerləri arasında geniş qəzəbə səbəb olduğunu və nəzarət etdiyi bölgələrdə təsirini riskə atdığına diqqət çəkib. ABŞ-ın plantasiyaları məhv etməyəcəyi aydın olduqda, istehsal tezliklə əvvəlki ölçülərinə çatdı: artıq 2002-ci ildə xaş-xaş tarlaları 74 min hektar ərazini tuturdu. Məsələ burasındadır ki, ölkədə davam edən düşmənçiliklər iqtisadi böhranı daha da ağırlaşdırmışdı, əhali yoxsulluq içərisində idi və getdikcə daha çox pula ehtiyac vardı. Bu səbəbdən xaş-xaş tarlaları getdikcə artdı.

“Biz kənarda dayandıq və “Taliban”ın ən çox maliyyələşdirilən təşkilat olmasına icazə verdik. O dövrdə ABŞ və müttəfiqləri qoşunlarını geri çəkdi və tiryək istehsalı ilə mübarizə aparmadı. Bu, narkotik istehsalında hədsiz artıma səbəb oldu”, - deyə adının çəkilməsini istəməyən Ağ Ev rəsmilərdən biri “Reuters”ə bildirib.

İş təkcə heroinlə məhdudlaşmır: Əfqanıstan uzun müddətdir həşiş tədarükçüsüdür və son illərdə əfqanlar demək olar ki, eyni dərəcədə təhlükəli uyuşdurucu olan metamfetaminin istehsalında istifadə edilən efedra bitkisini becərməyə başlayıblar.

Dünya taxıl anbarı

İyirmi il əvvəlki təcrübə göstərir ki, “Taliban” narkotik istehsalına qarşı qətiyyətli addımlar ata bilər. Lakin bu addımı atmaqla maraqlanmırlar. BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbəri Sezar Qudesin sözlərinə görə, Kabil narkotik aludəçiləri onun məhsullarından asılı olduğu kimi, “Taliban” da sənayedən asılıdır.

Tiryək əkinləri üçün xarici subsidiyaların dayandırılması zəmanətli və təsirli tədbir olaraq göstərilir: “Taliban” Türkiyə, İran, Rusiya və digər dövlətlərdən onminlərlə əfqan kəndlisinin, məsələn, buğda əkdikləri təqdirdə itkilərini kompensasiya etmələrini gözləyir. Amma istəklərinin əksinə - əks proses müşahidə olunur: Əfqanıstan iqtisadiyyatının maliyyə infuziyasından asılı olan ölkələr “Taliban”la əməkdaşlığa tələsmir və ya maliyyəni dondurublar.

Bunun da müəyyən səbəbləri var. “Taliban”ın ölkədə asayişi qoruya bilməsi şübhələri artır. Məsələn, avqustun 26-da Kabildə onlarla qurbanı olan terror aktları fonunda “taliblər”in gücü kövrək görünür. “Taliban” tezliklə hakimiyyəti möhkəmləndirməsə, ortaya çıxacaq xaos ölkədəki iqtisadi böhranı daha da dərinləşdirəcək. Bu isə o deməkdir ki, narkotikdən gəlir əldə etmək ehtiyacı artacaq və Əfqanıstanın narkotik trafiki kəsilməyəcək. Əksinə, daha da güclənəcək.

Zəruri qeyd: Tərcümə AYNA-ya məxsusdur.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın bir xətti var ki, onu keçənləri artıq bağışlamırlar – Köçəryan belə deyir...
Bu gün, 18:07
"Onlar üçün hər şərait yaradıram" - Əməkdar artist
Bu gün, 18:03
“Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini Heydər Əliyev xilas etdi”
Bu gün, 18:01
Polşa 5000 ABŞ əsgərini qəbul etməyə hazırdır - İqnatski
Bu gün, 17:58
Vasif Talıbov uzun müddət sonra... BELƏ GÖRÜNDÜ
Bu gün, 16:22
Xamenei ortaya çıxdı və təhlükəsizlik müşavirəsi keçirdi - "Fars" agentliyi
Bu gün, 16:20
İrəvandan Putinə cavab: Vaxtı gələndə qərar verəcəyik - GƏRGİNLİK
Bu gün, 16:18
Qətər sahillərində yük gəmisi PUA hücumuna məruz qalıb
Bu gün, 15:09
Putin Paşinyana ona görə təzyiq edir ki... - AKTUAL
Bu gün, 14:54
"Ulu Öndər təmkin və anlayış nümunəsi idi..."
Bu gün, 12:10
“Qarabağ bizim yox, bir neçə generalın idi, buğda əkirdilər...” - Paşinyan etiraf etdi
Bu gün, 12:04
“Atam Heydər Əliyevin aktyor müəllimi olub, birlikdə qardaşımla yataqxanada qalıblar”
Bu gün, 10:08
“Narahat deyiləm” - Azər Həsrət
Bu gün, 10:06
Ağdamda dəhşət - 4 hərbçi öldü
Bu gün, 10:03
"Qalatasaray"ın Çempionlar Liqasındakı potensial rəqibləri bəlli olub - SİYAHI
Bu gün, 09:46
Rusiyaya qarşı sanskiyalar buna səbəb oldu - Fitso
Bu gün, 09:35
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə məzar sahəsi satılır
Bu gün, 09:33
Bəs kimə təhsil eksperti demək olar? - ŞƏRH
Bu gün, 09:20
AzəriQaz-da MAAŞLAR QALXIB: Amma görün, necə... - İLGİNC FAKTLAR
Bu gün, 09:12
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - TƏFƏRRÜAT
Bu gün, 09:00
Bu qiymətlərlə NƏ ETMƏLİ?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:46
Şərur xəstəxanası ACINACAQLI DURUMDA - MÜRACİƏT
Bu gün, 08:38
Tarixin unutduğu 'Ölüm batalyonu" üzvü olan Azərbaycanlı qadınlar - ANIM
Bu gün, 08:23
Simonyan niyə partladı... - AKTUAL
Bu gün, 08:20
Putin Ermənistanı “sivil boşanmaya” çağırdı - Fərqli variantın Ukrayna ssenarisi olacağını elan etdi
Bu gün, 08:13
Məmur tamahının qurbanı olan 120 milyard manat... - BU NƏDİ BELƏ?
Bu gün, 08:09
Hörmüz boğazında 100-ə yaxın Honkonq gəmisi bloklanıb
Bu gün, 08:02
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb
Bu gün, 07:48
Burda da müştəriyə KƏF GƏLİRLƏR - GİLEY
Bu gün, 07:46
Putin keçmiş baş naziri şou-biznes nümayəndəsi adlandırdı - KİV
Bu gün, 07:33
Cənubda 76 hektar meşə zolağı “buxarlanıb”… - Nazir Nəsimi Nəsibovu niyə cəzalandırmır?
Bu gün, 07:20
Ölkənin təhsil işçilərinin 90%-i Araz Paşayevi tanımır – Sadalanmayan milyon səbəb…
Bu gün, 07:15
"Ayıbdır, keçmişinizi yaddan çıxarmayın “bəylər“..." - ETİRAZ
Bu gün, 07:09
"CBC Sport"da nə baş verir? - "Texniki problemlər"in sıralanması təsadüfdürmü?
Bu gün, 07:02
Kəmalə Günəşliyə “padxod” edən həkim... - Qalmaqallı VİDEO
Bu gün, 06:59
Əvvəlcə Azərbaycanın şərti yerinə yetirilməlidir - ÇÜNKİ...
Bu gün, 06:49
“Paşinyan və Simonyanın mesajları erməni cəmiyyətini sülhə hazırlamağa hesablanıb” - GƏLİŞMƏ
Bu gün, 06:46
"TURKUAZ-555" MMC-nin vergi borcu 130 min manatı keçdi - FOTO
Bu gün, 06:43
Hər kəsin unutduğu xalq artisti...
Bu gün, 06:38
İran Hörmüz blokadasını Xəzər üzərindən yarır - Limanlar gecə-gündüz işləyir
Bu gün, 06:32
İsrail İraq səhrasında gizli hərbi baza qurub - WSJ
Bu gün, 06:30
75 min ailəyə hər ay 500 manat yardım... – Bu, uşaqpulunu əvəz edir?
Bu gün, 06:27
Sabiq MTN şefi xaricdəki milyonlarını itirə bilər! - rəsmi Berlin QƏRAR VERMƏYƏ HAZIRLAŞIR
Bu gün, 06:25
ABŞ Venesueladakı reaktordan zənginləşdirilmiş uranı çıxarıb - KİV
Bu gün, 06:18
Paşinyan və revanşistlər ölüm-dirim savaşında: - Ermənistanın gələcəyi təhlükədə
Dünən, 13:34
SOCAR işçisi Rövşən Nəcəfdən NƏ İSTƏDİ? - "İllərdir səbrlə gözləyirdik..."
Dünən, 13:20
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk? - GƏLİŞMƏ
Dünən, 13:01
Bakıda qadın ərini tava ilə döydü: "Mənə böhtan atdı" - TƏFƏRRÜAT
Dünən, 12:57
Putinin hədəfində daha üç keçmiş sovet ölkəsi var - Alman general
Dünən, 12:10
Zelenski fərman imzalayaraq Moskvada paradın keçirilməsinə icazə verib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru