"Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək? .....                     Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU .....                     İran səfirinin addımı müzakirə doğurdu .....                     “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib .....                     Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi .....                     Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək .....                     Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı .....                     İran səfirinin sərgi macəraları: .....                     “Azsığorta” zərərlə işləməyə başlayıb .....                     Peşə məktəbi pelet sobalar üçün 51,5 min manatlıq material alır .....                     İcra hakimiyyəti prospektin 500 metrlik hissəsini 138 min manata abadlaşdırmaq istəyir .....                     Nazir Musa Paşayevə yüksək vəzifə verdi .....                     Generalın qızı ilə bağlı iddia .....                     Xəstəxanalardakı uzman həkimlər .....                     Dünya sülhünə ən böyük təhdid hesab edilən ölkələr .....                     Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib .....                     Ramiz Mehdiyevin kürəkəninin iddiası təmin edilmədi .....                     Açıq ürək əməliyyatı olunan Aqil Məlikov evə buraxıldı .....                     Orxan Rəhimov direktor təyin edildi .....                     Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər .....                     Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı .....                     “Dinamo” göylə gedir, “Qarabağ” isə yerini göstərməyə hazırlaşır .....                     Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib .....                     Sabiq deputatın dövlətə 1 milyondan çox borcu var .....                     Rusiyada doğum səviyyəsinə görə lider region açıqlandı .....                     Ermənistan Aİ-yə kənd təsərrüfatı ixracatçılarına 14 milyon dollardan çox subsidiya ödəyəcək .....                     Kadırov Putini belə aldadır: Çeçenləri müharibəyə göndərmir .....                     Ermənistanda Paşinyanın yeni hökuməti işə başlayıb .....                     Bakı son dərəcə güclü bir siqnal göndərməlidir: .....                     Hirkan Milli Parkında ANA TƏBİƏTƏ QƏNİM KƏSİLİBLƏR... .....                     “Bacıma söyürdü” .....                     Dilqəm Əsgərov oğlu ilə dalaşdı .....                     “Bakı Ermənistanı Finlandiyaya çevirir” isterikası başladı .....                     Heç nə ADSEA-nın umrunda deyil... .....                     Naxçıvanda çörəyə də HARAM QATIRLAR... .....                     Qaynını oğlunun gözü qarşısında xüsusi amansızlıqla öldürən şəxs .....                     Dövlət Məşğulluq Agentliyi auditor seçir .....                     Amaliya Pənahovanın qılıncı satışa çıxarılıb .....                     Toyda başlayan mübahisə faciə ilə nəticələndi: 2 qardaş həmkəndlisini döyərək öldürdü .....                     Adil Vəliyev Sabunçuda obyektlərin üstünü satır .....                 

Kiyev Vaşinqtondan 277 milyard dollar ala biləcəkmi? - GƏLİŞMƏ
Tarix: 2-09-2021, 08:47 | Çap et
Kiyev Vaşinqtondan 277 milyard dollar ala biləcəkmi?
Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ-lı həmkarı Co Baydenlə görüşüb.

Ovqat.com xəbər verir ki, görüş 2 saat davam edib.

Ukrayna Xarici İşlər naziri Dmitri Kulebanın bildirdiyinə görə, görüş əslində 1 saat planlaşdırılıbmış. Amma onun planlaşdırılandan çox çəkməsi Vaşinqtonun Ukrayna ilə əməkdaşlığa göstərdiyi xüsusi diqqəti əks etdirir. Nazir həmçinin vurğulayıb ki, Vladimir Zelenski ilə Co Bayden arasındakı münasibətlər Ukrayna-ABŞ əlaqələrinin yeni səviyyəyə yüksəlməsinə vəsilə olacaq.

"Qrafikdə nəzərdə tutulan 1 saatın yerinə Ukrayna və ABŞ prezidentlərinin söhbəti iki saat davam edib. Prezidentlər münasibətlərimizi yeni səviyyəyə çıxarıblar. Bizim güclü birgə bəyanatımız var və strateji tərəfdaşlıq üzrə yenilənmiş komissiya çərçivəsində onun yerinə yetirilməsi üçün mənim və dövlət katibi Entoni Blinkenin üzərinə xeyli iş düşür", - Kuleba Twitter şərhində yazıb.

ABŞ-ın dövlət katibi Entoni Blinken da bu paylaşıma cavabında Kubelanın fikirlərini dəstəkləyib və ölkəsinin “Ukraynanın işıqlı və çiçəklənən gələcəyini arzuladığını” vurğulayıb: "Amerika-Ukrayna tərəfdaşlığı həmişəkindən daha güclüdür və biz Ukraynanın işıqlı və çiçəklənən gələcəyinə sadiqik. Əfqanıstanda risk qrupundan insanları evakuasiya etməkdə kömək etdiyinə görə Ukraynaya təşəkkür edirəm”.

Səfər çərçivəsində Zelenskinin Vaşinqtona Ukraynanın təhlükəsizlik, infrastruktur, enerji təhlükəsizliyi və iqtisadi artım məsələlərini özündə əks etdirən transformasiya planını təqdim etdiyi vurğulanır. Planda ümumi dəyəri 277 milyard dollar olan 80 layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bu məbləğ Ukrayna ÜDM-dan hardasa 2 qatı qədərdir. Üstəlik, Ukraynanın hazırdakı dövlət borcu da kifayət çoxdur. Məlumata görə, 2020-ci ildə Ukrayna ümumi xarici borcunu 4 milyard ABŞ dolları artaraq 125,7 milyard dollara çatdırmışdı. Nəticədə xarici borc ÜDM-in 78,6 faizindən 81,2 faizinə yüksəlmişdi. Odur ki, Kiyevin əlavə öz ÜDM-nin 2 qatı qədər vəsait istəməsi, dolayısıyla borcunu ÜDM-nin 3 qatına yüksəltmə perspektivi bir çox ekspertlər tərəfindən real qəbul olunmur, Zelenskinin təkliflər paketinin Vaşinqton tərəfindən rədd ediləcəyi proqnozlaşdırılırdı. İstər görüşdən sonra Zelenskinin səsləndirdiyi bəzi fikirlər, istərsə də görüşün yekunlarını əks etdirən “Ukrayna-ABŞ strateji tərəfdaşlığı haqqında Birgə Bəyanat” Kiyevin gözləntilərinin əsasən qəbul olunduğunu göstərir.

Maraqlıdır ki, ABŞ Prezidenti Co Bayden görüşdən sonra keçiriləcək mətbuat konfransında iştirak etmək istəməyib. Dolayısıyla görüşün yekunlarına dair fikir bildirmək səlahiyyətini Ukraynalı həmkarının öhdəsinə buraxıb. Co Baydenin bu mövqeyini bir sıra amillərlə əsaslandırmaq olar. Bir versiyalara görə, yaşı xeyli irəliləmiş ABŞ prezidentinin 2 saatlıq ağır görüşdən sonra bir də brifinq keçirməsi üçün halı qalmır, bəzən bu səbəbdən, çıxışlarında ciddi səhvlərə yol verir. ABŞ yetkililəri sonradan onun səhvlərini düzəltmək üçün xeyli əziyyət çəkir, hətta çıxışın transkriptini dəyişdirmək məcburiyyətində qalırlar. Odur ki, prezidentə “danışmamaq qızıldır” həqiqətini başa salmağı bacaran Ağ ev rəsmiləri bu məsuliyyətli vəzifəni Dövlət Departamentinin sözçülərinin öhdəsinə qoyublar.

Digər bir versiyaya görə, ABŞ Prezidenti görüş barədə yekun fikirlərini bildirmək üçün bütün səlahiyyətləri Zelenskiyə verməklə əslində onun deyəcəklərinə heç bir əlavəsinin olmadığını açıq şəkildə göstərmək istəyib. Zelenski isə görüş barədə çox müsbət əhval-ruhiyyə ilə danışıb. Onun mətbuat konfransında səsləndirdiyi sözlərinə görə, ABŞ prezidenti ilə söhbət zamanı Vaşinqtonun ona və komandasına, həmçinin Ukraynaya müsbət münasibət bəslədiyini hiss edib.

"Mən məmnunam ki, ABŞ prezidenti səviyyəsində müsbət münasibət gördüm. ABŞ-ın Ukraynaya, mənə və mənim komandama qarşı mənfi münasibəti tamamilə yox idi – sıfır səviyyəsində. Bizə qarşı heç bir aspekt, hətta bir kəlmə belə ifadə olunmadı. Bu xoşdur", - deyə Zelenski Vaşinqtonda keçirdiyi brifinqdə bildirib.

Zelenski bildirib ki, Co Baydenə Qara dəniz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi üçün yeni tədbirlər planı təklif edib.

"ABŞ Qara dəniz regionunda təhlükəsizliyə maraqlıdır. Biz prezidentə elə konkret təkliflər verdik ki, bu barədə sizə ətraflı heç nə deyə bilmərəm - bu, dövlətimizin müdafiəsi ilə əlaqədardır. Bəzi təkliflərimiz ABŞ üçün yeni idi. Onlar bunu maraqla qarşıladılar. Biz razılaşdıq ki, ABŞ təkliflərin detallarını işləyib hazırlayacaq və bizə cavab verəcəklər", - Zelenski bildirib.

Ukrayna Prezidenti hesab edir ki, ABŞ Rusiyanın "Şimal axını-2" qaz kəmərinin işə salınmasından sonra Ukraynanın enerji müstəqilliyi təhlükəsi yaranacağı təqdirdə, sanksiya siyasətindən istifadə edə bilər: "Mən əminəm ki, ABŞ-ın istəyi - bu gün eşitdiklərimə görə, Ukrayna hüquqları və enerji təhlükəsizliyi məsələsi pozularsa, ABŞ sanksiya siyasətinin tətbiqinə hazır olacaq. Mən Prezidentə çox açıq şəkildə dedim ki, biz heç nəyə baxmayaraq, bu enerji silahı ilə mübarizə aparacağıq".

Ukrayna Prezidenti Baydenə verdiyi məxfi təklifləri yerində yoxlamaq və müzakirə etmək üçün ABŞ Müdafiə nazirinin Kiyevə gələcəyini və bu səfəri səbrsizliklə gözlədiklərini bildirib. Onun bildirdiyinə görə, sözügedən təkliflər Qara dəniz sahillərinin təhlükəsizlik məsələlərini əhatə edir:

“ABŞ-ın müdafiə naziri mütləq Ukraynaya gələcək və biz onun səfərini gözləyəcəyik", - deyə Zelenski əminliklə vurğulayıb.

Görüşdən sonra rəsmi Kiyev “Ukrayna-Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşlığı haqqında Birgə Bəyanat” adlı sənəd yayımlayıb. Bəyanatda ABŞ-ın Ukraynaya hansı sahələrdə dəstək verəcəyindən tutmuş, Kiyevin bunun müqabilində hansı islahatları aparacağına qədər bir çox xüsuslar öz əksini tapıb. Sənəddə qeyd olunur ki, Ukrayna “ABŞ-ın dəstəyi ilə korrupsiyaya qarşı müqaviməti davam etdirmək, hesabatlılığı təmin etmək, insan hüquqlarını qorumaq, öz vətəndaşlarının istəklərini reallaşdırmaq, birbaşa xarici investisiyaların cəlb olunması və artımı stimullaşdırmaq üçün əlverişli şərait yaratmaq niyyətindədir”.

Bəyanatda əsas diqqət ABŞ-ın təhlükəsizlik və müdafiə sahəsində Ukraynaya verəcəyi dəstəyə yönəldilib.

“21 əsrdə dövlət sərhədlərinin güclə dəyişdirilməsinə icazə verilə bilməz. Rusiya Ukraynaya qarşı bu baza prinsiplərini pozub. Suveren dövlətlər öz qərarlarını qəbul etmək və ittifaqlarını seçmək hüququna malikdirlər. Birləşmiş Ştatlar Ukrayna ilə birlikdə Rusiyanın təcavüzkar siyasətinə görə cəzalandırılması üzərində işləməyə davam edəcək. ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyi sarsılmazdır”, - yazılan bəyanatda Rusiyanın təcavuzkarlığı bu cümlələrlə təsvir olunur:

“Rusiyanın təcavüzkarlığı: Ukraynanın şərqində müharibə və Krımın ələ keçirilməsi də daxil olmaqla, Rusiyanın təcavüzü 14 mindən çox ukraynalının həyatını itirməsinə səbəb olub, Avropanı və Qara dəniz regionunu sabitsizləşdirib, həmçinin oturuşmuş prinsiplərə əsaslanan dünya nizamına qlobal təhlükə yaradıb. Birləşmiş Ştatlar Rusiyanın Krımı ilhaq etmək cəhdlərini tanımır və heç zaman tanımayacaq. Bu istiqamətdə göstərilən bütün beynəlxalq səylərə tam dəstək verir, o cümlədən, Rusiyanın Ukraynanın şərqində başladığı münaqişənin Normand formatı prinsipləri, BMT Nizamnaməsi də daxil olmaqla, diplomatik yolla həllində beynəlxalq hüquqa əsaslanılmasını istəyir. Birləşmiş Ştatlar Ukraynanın beynəlxalq hüquqa uyğun olaraq, Ukraynanın bu əraziyə nəzarətini sülh yolu ilə bərpa etmək məqsədilə Krımın Rusiya tərəfindən işğalının humanitar və təhlükəsizlik nəticələri üzərində beynəlxalq diqqəti və hərəkətləri cəmləşdirmək üçün “Krım platforması”ndan istifadə etmək səylərini dəstəkləyir. Biz birlikdə Rusiyanı Ukraynanın şərqində atəşkəsə dair öhdəlikləri yerinə yetirməyə və müharibənin başa çatması üçün münaqişənin həlli səylərində iştirak etməyə çağırırıq”.

Sənəddə daha sonra ABŞ-ın Ukraynaya hansı sahələrə nə qədər maliyyə yardımı ayıracağı və Kiyevin hansı sahələrdə islahatlar aparacağı göstərilir. Bəyanat xeyli uzun olduğundan bu kimi texniki məqamlara çox girmədən, sadəcə onu vurğulamaq istərdik ki, ABŞ-la Ukrayna arasında imzalanan sənədin yuxarıda bəhs etdiyimiz məqamları Azərbaycan diplomatiyası üçün də yaxşı nümunə yaradır. Nədən ki, Azərbaycanın da rus təcavüz nəticəsində torpağı zorla əlindən qoparılıb, ermənilərə verilib. Bu gün ölkəmiz rus-erməni işğalçılığının nəticələrinə qarşı mübarizə apardığı halda, ABŞ-dan, Fransadan və s. Qərb ölkələrindən təcavüzkarları dəstəkləyən bəyanatlar eşidilir. Dünya birliyinin fərqli millətlərə və ölkələrə bu cür ikili münasibətidir əslində dünya nizamını, onun söykəndiyi prinsipləri pozan. Azərbaycan diplomatiyası məhz bu arqumenti əsas götürüb ermənipərəst basqıları azaltmağa çalışmalıdır. “Ukrayna-Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşlığı haqqında Birgə Bəyanat” da bizim bu sahədə üzərində dayana biləcəyimiz hüquqi sənədlərdən biri ola bilər.
//ovqat.com//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək? - Mübariz Tağıyevdən açıqlama
Bu gün, 15:56
Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU - Şok FAKTLAR
Bu gün, 15:53
İran səfirinin addımı müzakirə doğurdu – Politoloq məsələyə münasibət bildirdi
Bu gün, 15:49
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib - ARAŞDIRMA
Bu gün, 15:24
Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi - Mübahisə qızışdı
Bu gün, 15:21
Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək
Bu gün, 15:17
Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı
Bu gün, 15:15
İran səfirinin sərgi macəraları: - “Artsax” pavilyonunda göy qutabı
Bu gün, 15:13
“Azsığorta” zərərlə işləməyə başlayıb
Bu gün, 15:11
Peşə məktəbi pelet sobalar üçün 51,5 min manatlıq material alır - DETALLAR
Bu gün, 15:09
İcra hakimiyyəti prospektin 500 metrlik hissəsini 138 min manata abadlaşdırmaq istəyir
Bu gün, 14:43
Nazir Musa Paşayevə yüksək vəzifə verdi - ƏMR
Bu gün, 14:40
Generalın qızı ilə bağlı iddia -Natiq Əliyev kimdir?
Bu gün, 14:35
Xəstəxanalardakı uzman həkimlər KİMLƏRDİR?
Bu gün, 13:08
Dünya sülhünə ən böyük təhdid hesab edilən ölkələr – 7 ölkədə sorğu
Bu gün, 13:01
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib - "Yaxın vaxtlarda..."
Bu gün, 12:59
Ramiz Mehdiyevin kürəkəninin iddiası təmin edilmədi - Ali Məhkəmə NÖQTƏNI qoydu
Bu gün, 12:56
Açıq ürək əməliyyatı olunan Aqil Məlikov evə buraxıldı - "Evimdəyəm, ocağımdayam..."
Bu gün, 12:53
Orxan Rəhimov direktor təyin edildi - ƏMR
Bu gün, 12:44
Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər - Paşinyandan AÇIQLAMA
Bu gün, 12:40
Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı
Bu gün, 12:32
“Dinamo” göylə gedir, “Qarabağ” isə yerini göstərməyə hazırlaşır - Bakıdakı böyük savaş
Bu gün, 12:27
Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib - Ermənistan mediası
Bu gün, 12:20
Sabiq deputatın dövlətə 1 milyondan çox borcu var - DETALLAR
Bu gün, 12:18
Rusiyada doğum səviyyəsinə görə lider region açıqlandı - KİV
Bu gün, 12:12
Ermənistan Aİ-yə kənd təsərrüfatı ixracatçılarına 14 milyon dollardan çox subsidiya ödəyəcək
Bu gün, 12:01
Kadırov Putini belə aldadır: Çeçenləri müharibəyə göndərmir - TƏFƏRRÜAT
Bu gün, 11:58
Ermənistanda Paşinyanın yeni hökuməti işə başlayıb
Bu gün, 11:56
Bakı son dərəcə güclü bir siqnal göndərməlidir: - Azərbaycan vətəndaşları xarici sərgüzəştlər üçün sərf olunan material deyil
Bu gün, 11:50
Hirkan Milli Parkında ANA TƏBİƏTƏ QƏNİM KƏSİLİBLƏR... - VİDEO
Bu gün, 11:45
“Bacıma söyürdü” – Yeznəsini bıçaqlayan kişinin MƏHKƏMƏSİ
Bu gün, 11:38
Dilqəm Əsgərov oğlu ilə dalaşdı - VİDEO
Bu gün, 11:36
“Bakı Ermənistanı Finlandiyaya çevirir” isterikası başladı - NƏ BAŞ VERİR?
Bu gün, 11:27
Heç nə ADSEA-nın umrunda deyil... - Tam ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:26
Naxçıvanda çörəyə də HARAM QATIRLAR... - NARAZILIQ VAR...
Bu gün, 11:09
Qaynını oğlunun gözü qarşısında xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 10:59
Dövlət Məşğulluq Agentliyi auditor seçir
Bu gün, 10:50
Amaliya Pənahovanın qılıncı satışa çıxarılıb – FOTO
Bu gün, 10:48
Toyda başlayan mübahisə faciə ilə nəticələndi: 2 qardaş həmkəndlisini döyərək öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:35
Adil Vəliyev Sabunçuda obyektlərin üstünü satır - VİDEO
Bu gün, 10:29
Zonabendin iflasa məhkum tamaşası və puç olan arzular - Bakının mövqeyi qətidir
Bu gün, 10:23
Gürcüstandan işğal olunan Abxaziyaya yanacaq göndərilir – Kobaxidze təsdiqləyib
Bu gün, 10:18
Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edildi - FOTO
Bu gün, 10:12
Şadlıq sarayında mahnı sifarişinə görə dava salaraq qonağın burnunu sındırdı – QƏRAR
Bu gün, 10:09
Kəmaləddin Heydərov Baş İdarəni ləğv etdi - BUNDAN SONRA...
Bu gün, 10:06
“Mahnılarım unudulmur, xarici ölkələrdən dəvətlər gəlsə də getmədim” - 89 yaşlı Elmira Rəhimova
Bu gün, 10:04
FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - TƏFƏRRÜAT
Bu gün, 09:58
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq - “Hraparak”
Bu gün, 09:47
Qəbiristanlıqdan güldan, marketdən “Redbul” oğurladı, həbs olundu
Bu gün, 09:40
Nazir müavininə ağır itki
Bu gün, 09:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru