Yeddi ayda metro ilə 129 milyon sərnişin daşınıb .....                     Lavrovdan Türkiyəyə etiraz: .....                     DTX, DMX və FHN-in avtomobilləri satışa çıxarılır .....                     Azərbaycanlı mütəxəssis BYD-də yüksək vəzifəyə təyin olundu .....                     Xandanyan: TRIPP-də başqa ölkələrin təhlükəsizlik strukturlarının mövcudluğu nəzərdə tutulmur .....                     Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı .....                     Bakı və Moskvadan referendum TƏLƏBİ .....                     Naxçıvanda 45 min manatlıq “gözyumma” rüsumu... .....                     “Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR... .....                     Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var .....                     2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib .....                     “Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevə cinayət işi açılıb .....                     “Bu aparıcının səviyyəsinə baxır, .....                     İş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərar verildi .....                     Gənc aktrisadan QALMAQALLI AÇIQLAMA: .....                     "Qazprom Ermənistan"ın dörd əməkdaşı həbs edilib .....                     Putinin xəbərdarlığına Britaniyadan reaksiya: .....                     Kəramət Böyükçölün “4 milyonluq” obyekti müzakirələrə səbəb oldu .....                     Ermənilər Aristoteli də "oğurladılar": Gülməli “kəşf” .....                     Arxasında nazir imzası dayanan məşhur MAHNILAR .....                     Rusiyada qadınlar qan puluna yerikləyir .....                     İrəvandan Kiyevə artan müəmmalı zənglər .....                     Zəngəzur dəhlizi İran üçün daha KABUS deyil? .....                     Nazirliyin xarici borcu 100 milyon dollardan çoxdur .....                     Kino Agentliyi "Filming Azerbaijan"ın direktoruna dəbbə pulu ödəyəcək .....                     Tehranın Xəzərin 50 faizinə iddia etmək hüququ yoxdur .....                     Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: .....                     ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib .....                     Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü .....                     “Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...” .....                     Türkiyədən FETÖ: “Yeni Süleymançılar” şəbəkəsinə qarşı 100 milyardlıq böyük əməliyyat .....                     Qriqoryan Paşinyandan narazı qalıb .....                     BDU-nun müəlliminin evindən 1,6 milyon manat oğurluq edən qohumların .....                     "Öz pulumu bu günə qədər geri ala bilmirəm" .....                     Nikol Paşinyan yenidən seçkilərə hazırlaşır .....                     Gəlinini “uşaqlarının qayğısına qalmırdı, boğazını kəsdim” deyən qayınata ilə bağlı .....                     Meydanda məğlubiyyət, meydandan kənar qalmaqal .....                     “Atena Group”a yeni təyinat .....                     Qonşu qadını şantaj etməkdə təqsirləndirilən şəxsə bəraət verildi .....                     "Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb .....                 

“Ölüm cəzasını qaytaracaq və “vətən xainlərini” məhv etməyə başlayacaqlar” - KUROPTEV
Tarix: 22-04-2021, 08:04 | Çap et
“Ölüm cəzasını qaytaracaq və “vətən xainlərini” məhv etməyə başlayacaqlar”
70-dən çox dünya şöhrətli şəxsin imzası ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə, təcridxanada müxalifətçi Aleksey Navalnıya ixtisaslı tibbi yardım göstərilməsi xahişi ilə açıq məktub ünvanlandı. Müraciət “Le Monde”, “The Economist”, “Der Spiegel”, “Politiken”, “La Repubblica”-da yayımlandı.

Məktubda deyilir: “Sizə, cənab Prezident, Navalnının təcili olaraq ehtiyacı olan və hər bir Rusiya vətəndaşı kimi hüququ olan səlahiyyətli tibbi müayinə və müalicə ilə təmin edilməsi xahişi ilə müraciət edirik”.

Putin seçilmiş bir dövlət başçısı və qanunun qarantı olaraq bu hüquqa riayət olunmasını təmin etməlidir. Məktubda Navalnının yerləşdiyi Pokrovskaya islah koloniyasının Rusiyada ən sərt koloniyalardan biri olduğu qeyd edilir. Müxalifətçi davamlı bel ağrısı, ayaqlarında və qollarda hissiyyatın itməsinə səbəb olan ağır bir nevroloji pozğunluqdan əziyyət çəkir. Şiddətli öskürək və yüksək hərarəti var.

Məktubda Navalnının hər bir Rusiya vətəndaşının haqqı olduğu seçdiyi bir həkim tərəfindən müayinə və müalicə edilməsini xahiş etdiyi vurğulanır. Bu tələb rədd edildikdən sonra o, etiraz olaraq aclıq aksiyasına başlayıb.

Məktubu dünya şöhrətli simalar - rejissor JJ Abrams, ədəbiyyat üzrə Nobel mükafatı laureatları Svetlana Aleksiyeviç, John Maxwell Coetzee, Louise Gluck, Gertha Müller və Orhan Pamuk, yazıçılar JK Roulinq, Michael Cunningham, Neil Gaiman, Mark Levy, Amelie Notdibe, Salman Rüştü, Patrick Suskind, Tom Stoppard, Michael Ondaatje, aktyorlar Benedict Cumberbatch, Alan Cumming, David Duchovny, Rafe Fiennes, Stephen Fry, Jude Law, Ian McKelen, Bill Nighy, Vanessa Redgrave, Christine Scott Thomas, ABBA qrupunun üzvü Byorn Ulveus və “Radiohead” qrupunun frontmeni Thom Yorke imzalayıb.

Elə həmin gün Navalnını müalicə edən həkimlər Federal Penitensiar Xidmətin direktoru Aleksandr Kalaşnikova “Novaya Gazeta” vasitəsi ilə müxalifətçinin vəziyyətinin kritik olduğuna diqqət çəkərək, açıq məktub göndərdilər. “Xəstədə böyrək çatışmazlığı inkişaf edir, bu da onsuz da ciddi metabolik xəstəliklərə (kalium göstəriciləri - 7,1 mmol/l) səbəb oldu və bundan əlavə ürək dayanmasına qədər ürək-damar sisteminin ağır patologiyasına səbəb ola bilər”, - deyə məktubda bildirilir.

Həkimlər “diaqnostik testləri və təyin olunmuş müalicəni müzakirə etmək, habelə xəstəni ölümlə təhdid edən kritik vəziyyətdən çıxarmaq üçün” təcili bir konsultasiya tələb edirlər. Məktub müəllifləri dərhal danışıqlara başlamağa çağırırlar: “Bu gün mümkün olan hər şeyi etməyə hazırıq. Çünki həftəsonuna qədər gecikmə və gözləmə Navalnının həyatı və sağlamlığı üçün ciddi nəticələrə səbəb ola bilər”.

Müxalifətçinin özünün dediyinə görə, müstəqil bir mülki həkimin onunla görüşməsinə icazə verilmir: “Çünki əzalarımdakı həssaslığın itirilməsinin keçən il “Noviçok” tərəfindən zəhərlənməyimlə əlaqəli olduğunun üzə çıxmasından qorxurlar”.

Maraqlıdır, dünyaca tanınmış şəxslərin xahişi nəticə verəcəkmi, bunun Putinə təsiri olacaqmı? Bu addımlarla Rusiya liderinin ən güclü və ən populyar rəqibini qəsdən sağlamlıqdan məhrum etməsi barədə deyilənlər qəbul ediləndirmi? Yəni onlar gələcəkdə Navalnının normal sağlamlığı olmaması səbəbindən siyasətlə məşğul olmaq üçün kifayət qədər gücünün qalmamasına kökləniblər?

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Rusiyalı siyasətçi, iqtisad elmləri doktoru, sosioloq Vladislav İnozemtsev:

“Düşünürəm ki, indi Putinə heç bir müraciət – istər mədəniyyət xadimləri (ən görkəmli olsa da), istər siyasətçilər, istərsə də ABŞ Prezidentinin çağırışı olsun - onun Navalnı ilə bağlı mövqeyinə təsir edə bilməz. Mənə elə gəlir ki, Aleksey Anatolyeviçin ətrafında, koloniyada saxlanması ilə bağlı vəziyyət nə qədər aktiv müzakirə olunsa, hüquq-mühafizə sistemində ona qarşı daha pis davranılacaq.

İndi Putin Navalnını özünə düşmən hesab edir. Bütün yolu sona qədər qət etməyə qərarlıdır. Və əgər Navalnı koloniyada sağ qalmaq istəyirsə, mümkün qədər diqqəti az cəlb etməlidir. Buna görə silahdaşları bəzi təşkilatlarını qorumaq istəyirlərsə, onlar da, mənim fikrimcə, indi ən sakit mövqe tutmalıdırlar. Bir tərəfdən cümə günü prokurorluğun Korrupsiya ilə Mübarizə Fondunun ekstremist bir təşkilat kimi tanınmasını tələb etdiyini, bu gün də toplaya bilmədikləri 500 min imzanı belə, gözləmədən Navalnının tərəfdaşlarının 21 apreldə yeni bir mitinq təyin etdiklərini gördük. Məncə, bu qərar olduqca çıxılmazdır.

Nəticədə çox insan toplanmayacaq. Hakimiyyət bu mitinqi 23 və 31 yanvar tarixlərindən daha da çox qəddarlıqla yatıracaq. Nəticə olaraq - bunu böyük bir kədərlə deyirəm - Navalnı etirazın ciddi bir konsolidatoru və Rusiya müxalifətinin lideri olaraq bu gün bitib. O mənada ki, hakimiyyət onun tərəfdarlarına nə seçkilərdə iştirak etmək, nə də düşünülmüş bir siyasi fəaliyyət göstərmək imkanı verəcək.

Yəni Rusiya hökuməti özünün legitimliyinə şübhə etmək cəhdinin, ölkəni idarə etmək qabiliyyətinin ekstremizm və terrorizm kimi qiymətləndirildiyini vurğulayır. Buna görə düşünürəm ki, bu gün heç bir vəsatət, müraciət - kimdən gəlsə belə - kömək etməyəcək. Navalnının sərbəst buraxılması, Xodorkovski ilə olduğu kimi, beynəlxalq danışıqların da daxil olduğu çətin bir işin nəticəsi ola bilər, ancaq səlahiyyətlilər, şübhəsiz ki, hər hansı bir təzyiqə, xüsusən də küçə təzyiqlərənə dözüm göstərməyəcəklər”.

Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru, Tbilisidə fəaliyyət göstərən politoloq Yeqor Kuroptev:

“Əlbəttə ki, Navalnını Rusiya həbsxanasında qəsdən öldürmək istədiklərinə, necə ki onu “Noviçok” qrupunun zəhəri ilə öldürməyə çalışdıqlarına inanıram. Navalnının vəziyyəti indi beynəlxalq siyasətdə əsas mövzulardan biridir və ona lazımi kömək göstərilmirsə və ya öldürülürsə, dünya ictimaiyyətinin bu dəfə reaksiyası narahatlıqdan və ya sadəcə sanksiyalardan tamamilə fərqli olmalıdır.

Ümumiyyətlə, Kremlin addımları indi bir xəttə sığır: Navalnının qanunsuz həbsdə yavaş-yavaş məhv edilməsi, amerikalı diplomatların qovulması və vətəndaş cəmiyyətini dəstəkləmək üçün işləyən fondların bağlanması, bütün müxalifət qüvvələrinin ekstremist kimi tanınması (FBK, Navalnının qərargahı, və s.) cinayət işləri, qoşunların bütün qonşu ölkələrdə yerləşdirilməsi.

Bütün bunlar Putin Rusiyasını Şimali Koreya yolu ilə aparan bir xəttdir. Gözləyirəm ki, orada tezliklə edam cəzasını qaytaracaq və “vətən xainlərini” məhv etməyə başlayacaqlar”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeddi ayda metro ilə 129 milyon sərnişin daşınıb - DETALLAR
Bu gün, 13:16
Lavrovdan Türkiyəyə etiraz: - Susurlar, bu haqda bir kəlmə də demirlər
Bu gün, 13:13
DTX, DMX və FHN-in avtomobilləri satışa çıxarılır – Ən bahalısı 18 min manatdır
Bu gün, 13:10
Azərbaycanlı mütəxəssis BYD-də yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 13:03
Xandanyan: TRIPP-də başqa ölkələrin təhlükəsizlik strukturlarının mövcudluğu nəzərdə tutulmur
Bu gün, 12:59
Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı - Foto
Bu gün, 12:50
Bakı və Moskvadan referendum TƏLƏBİ – Paşinyanın TƏK seçimi
Bu gün, 12:49
Naxçıvanda 45 min manatlıq “gözyumma” rüsumu... - İTTİHAM VAR...
Bu gün, 12:45
“Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR... - İcazə verin, şübhələnək...
Bu gün, 12:35
Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:27
2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib - DETALLAR
Bu gün, 12:21
“Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevə cinayət işi açılıb - QƏRAR
Bu gün, 12:18
“Bu aparıcının səviyyəsinə baxır, efirə elə adamları çıxarıb reklam edirdilər ki...”
Bu gün, 12:11
İş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 12:01
Gənc aktrisadan QALMAQALLI AÇIQLAMA: - “Ağzına gələni danış, olacaqsan məşhur”
Bu gün, 11:58
"Qazprom Ermənistan"ın dörd əməkdaşı həbs edilib
Bu gün, 11:52
Putinin xəbərdarlığına Britaniyadan reaksiya: - Qarşısını ala bilməyəcəyik
Bu gün, 11:51
Kəramət Böyükçölün “4 milyonluq” obyekti müzakirələrə səbəb oldu – AÇIQLAMA
Bu gün, 11:37
Ermənilər Aristoteli də "oğurladılar": Gülməli “kəşf” - Tarixi fantastika üzrə Nobel mükafatı olsaydı...
Bu gün, 11:35
Arxasında nazir imzası dayanan məşhur MAHNILAR - SİYAHI
Bu gün, 11:29
Rusiyada qadınlar qan puluna yerikləyir - ARAŞDIRMA
Bu gün, 11:17
İrəvandan Kiyevə artan müəmmalı zənglər - NƏ BAŞ VERİR?
Bu gün, 11:03
Zəngəzur dəhlizi İran üçün daha KABUS deyil? - AKTUAL
Bu gün, 11:00
Nazirliyin xarici borcu 100 milyon dollardan çoxdur - RƏSMİ
Bu gün, 10:55
Kino Agentliyi "Filming Azerbaijan"ın direktoruna dəbbə pulu ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:47
Tehranın Xəzərin 50 faizinə iddia etmək hüququ yoxdur - İranın keçmiş səfiri
Bu gün, 10:43
Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: - Şirin Mirzəyev 68A və 76A arasında tikiliyə icazə necə verilib?
Bu gün, 10:42
ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib - SAUDİ ARAMCO
Bu gün, 10:27
Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:25
“Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...” - Mübariz Tağıyevdən “Yeni ulduz” açıqlaması
Bu gün, 10:23
Türkiyədən FETÖ: “Yeni Süleymançılar” şəbəkəsinə qarşı 100 milyardlıq böyük əməliyyat - Bakı ayağında hansı şirkətin adı keçir?
Bu gün, 10:16
Qriqoryan Paşinyandan narazı qalıb - Ermənistan hakimiyyətində QALMAQAL
Bu gün, 10:13
BDU-nun müəlliminin evindən 1,6 milyon manat oğurluq edən qohumların CƏZALARI AZALDILDI
Bu gün, 10:10
"Öz pulumu bu günə qədər geri ala bilmirəm" - GİLEY
Bu gün, 10:07
Nikol Paşinyan yenidən seçkilərə hazırlaşır - “Hraparak”
Bu gün, 09:57
Gəlinini “uşaqlarının qayğısına qalmırdı, boğazını kəsdim” deyən qayınata ilə bağlı QƏRAR
Bu gün, 09:55
Meydanda məğlubiyyət, meydandan kənar qalmaqal - VİDEO
Bu gün, 09:53
“Atena Group”a yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 09:45
Qonşu qadını şantaj etməkdə təqsirləndirilən şəxsə bəraət verildi - TƏFƏRRÜAT
Bu gün, 09:44
"Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb - UEFA Konfrans Liqası
Bu gün, 09:36
Şahin Allahverdiyevin şirkəti dövlətə borclandı - FOTO
Bu gün, 07:32
Ukraynanın Rusiyada əsas hədəfi: - Vura bilmir...
Bu gün, 07:30
Neftçilərə verilən SÜD PULU da kəsildi - ETİRAZ VAR!
Bu gün, 07:19
Biz axı niyə beləyik... - REPLİKA
Bu gün, 07:02
Ceyhun Cəlilov İlk sınaqdan ÇIXA BİLMƏDİ - İDDİA
Bu gün, 06:58
Ölkədə insanların real gəlirləri artmır... - FAKT BUDUR!
Bu gün, 06:52
Putinin son bəyanatının ən ciddi nəticəsi budur... - İNCƏLƏMƏ
Bu gün, 06:36
ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı - Təhsilimizin gələcəyinə vurulan zərbə...
Bu gün, 06:32
"Bu layihəni birbaşa Milli Məclisə də təqdim edə bilərdik" - İlqar Məmmədov
Bu gün, 06:19
Nvidia gəldi Ermənistanı seçdi, pul yatırdı... söhbətləri... - real deyil və manipulyasiyadır!
Bu gün, 06:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru