Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                 

ZAKİR HƏSƏNOVLA BAĞLI ŞOK FAKTLAR AÇIQLANDI
Tarix: 13-11-2013, 11:36 | Çap et
ZAKİR HƏSƏNOVLA BAĞLI ŞOK FAKTLAR AÇIQLANDI
TANINMIŞ HƏRBİ EKSPERT NAZİRLİKDƏ KİMLƏRİ HƏDƏFƏ ALDI VƏ NECƏ?

DİA.AZ: - Tanınmış hərbçi-ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov, Müdafiə Nazirliyindəki yeni kadr islahatları ilə bağlı yeni şok faktlar açıqlayıb. Ekspertlər sözügedən məlumatları özünü facebook səhifəsində paylaşıb. Statusu DİA.AZ olaraq olduğu kimi sizlərə təqdim edirik.

"Dəyərli dostlarım, artıq neçə gündür ki, Müdafiə Nazirliyi (MN) ilə bağlı xəbərləri paylaşmıram deyə, dostlar bərk narahatdırlar. Telefon zənglərinin ardı-arası kəsilmir. İstəyirdim ki, heç olmasa noyabrın 23-nə kimi səbrimi basım və ondan sonra bəzi fikirlərimi bölüşəm. Amma, görürəm ki, MN kimi qurumda çox, özü də çox ciddi səhvlərlə müşayiət edilən kadr təyinatları və yerdəyişmələri həyat keçirilir. Faktiki olaraq, yeni nazir general-polkovnik Zakir Həsənovun hələ vəziyyəti tam nəzarətinə ala bilməməsindən istifadə edərək onun başabəla birinci müavini - Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov istədiyini kobud şəkildə edir və ona dur deyən hələliksə bir kimsə yoxdur. Mənə ünvanlanan saysız-hesabsız müraciətlərdə ordunun içində olan zabit və hətta gələcəyin zabitləri olan müdavimlər, əsgər valideynləri son dərəcə narahatdırlar. Hesab edirəm ki, onlar çox haqlı olaraq öz narazılıqlarını və narahatçılığını bildirirlər.

Açığı deyim ki, özüm bu günlər ərzində bilərəkdən heç bir məlumatı paylaşmadım ki, görüm bizim MN-in informasiya siyasətini həyata keçirən dostlar mətbuatla necə işləyirlər. Və ümumiyyətlə işləyə bilirlərmi? Beyləqan Hərbi Birləşməsindəki məlum hadisə ilə bağlı verilən məlumatdan sonra, başa düşdüm ki, deyəsən, kimlərsə konkret olaraq yeni nazir Zakir Həsənovu həm mətbuatın, həm də cəmiyyətin gözündən salmaqda israrlıdırlar. Və onun adından və imzası ilə həyata keçirilən kadr təyinatları da ordu daxilində böyük təəssüf hissi ilə qarşılanır. Peşəkarlar deyil, biznes maraqlarından irəli gələn təyinatlar isə şəxsi heyətdə sabaha ümidsizlik yaradır.

Son günlər edilən 2 təyinat haqqında yazacam və digərləri haqqında isə yaxın günlərdə.

Uzun illər Respublika Hərbi Komissarlığının Biləcəri Toplanış məntəqəsinin çağırış məntəqəsində çalışmış, baş leytenant rütbəsindən polkovnik rütbəsinə kimi orada vəzifə pillələrini keçən polkovnik Hikmət Xalıqov MN Təşkilat Səfərbərlik İdarəsinin rəis müavini təyin edilməklə rəisin vəzifələrini icra edilməyə buraxılıb. Bu yaxınlara kimi bu vəzifəni general-leytenant Yaşar Aydəmirov icra edirdi. İndi ortaya çox asan və asan olduğu qədər aydın bir sual yaranır. Dünənə kimi, MN-nin Elm, Hərbi Təhsil və Tədris şöbəsində baş zabit olan dostumuz Hikmət Xalıqovun yenidən çağırış məsələlərini həyata keçirilməsində "vacib işlərə" gətirilməsində məqsəd nədir? Cavabını orduda kimi hara və necə yerləşdirilməsini gözəl bilən hər bir Azərbaycanlı əsgər və ya çavuş atası əla bilir. Məqsəd, isə 2014-cü ilin yanvar ayından SQ üzrə bütün çağırışları TAM NƏZARƏTə almaqdır. Allah bazar verməsin!!

Dünən isə, nəhayət ki mətbuatın çoxdan gözlədiyi daha bir kadr təyinatı həyata keçirilib. Adı sabiq nazir Səfər Əbiyevin kadrları sırasında davamlı çəkilən MN Hərbi Nəşriyyatının rəisi, sabiq hərbi komissarlıq işçisi istefada olan polkovnik Pənah Abdullayev tutduğu vəzifədən azad edilib. Onun yerinə isə, bu sahə ilə ümumiyyətlə heç bir əlaqəsi olmayan, bir müddət Binə Aeroportunun Hərbi Komendantlığında çalışan polkovnik-leytenant Rəşad Abuzərov təyin edilib. Buna qədər isə, adı çəkilən zabit C. Naxçıvanski adına Hərbi Litseydə xidmət keçirdi. Yeri gəlmişkən, R. Abuzərov HHQ və HHM qoşunlarının sabiq komandanı general Rail Rzayevin bu yaxınlarda MN-də vəzifəyə təyin edilmiş qardaşı Rəfael Rzayevin Binə Aeroportunda köməkçisi işləmişdir.

Diqqət yetirdinizsə, son 2 kadr təyinatlarından yazdım. Amma, elə xəbərlər var ki, onları burda yazsaq, rüsvayçılığın biri 1 qəpik olar.
Hörmətli Zakir müəllim, Cənab müdafiə naziri! Cəbhə bölgəsində bəzi yerlərdə artıq qar-şaxta var. Olmaz ki, bu kadr yerdəyişmələrini Siz bir qədər saxlayıb, ordunun qış hazırlıqları ilə məşğul olasınız??? Nə belə ciddi zərurət var ki, Siz, iddiaları baş alıb gedən, ordudan daha çox öz varlanmasını gecə-gündüz fikirləşən və Sizə başağrısı gətirən Nəcməddin Sadıqovun hikkəsi ilə həm öz adınızı, həm SQ adını, Sizə bəslənən ümidlərin üzərindən belə addımlarla xətt çəkirsiniz? Hər halda, artıq cəmiyyətdə bəzi ümidsizliklər baş alıb getməkdədir. Məndən yazmaq, Sizdən isə bunlara əhəmiyyət verib-verməmək. Uğurlar və yaxın günlərdə ŞOK açıqlamalar ümidi ilə".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru